Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2427
DünənDünən2804
Bu həftəBu həftə8547
Bu ayBu ay35237
Bu günə qədərBu günə qədər2883678

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Qəzzada toqquşma: 2 ölü, 415 yaralı

Qəzza zolağında İsraillə sərhəddə baş vermiş toqquşmalarda iki fələstinli həlak olub, 415 nəfər yaralanıb.

Bu haqda Qəzzanın səhiyyə nazirliyi məlumat yayıb.

Qurbanlardan biri 13 yaşlı yeniyetmədir. İsrail hərbçilərinin etirazçıları geri çəkmək üçün gözyaşardıcı qaz və döyüş güllələrindən istifadə etdiyi bildirilir.

Qeyd edək ki, fələstinlilərin “Böyük qayıdış marşı” adlı etiraz aksiyası artıq üçüncü aydır ki, davam edir.

Etirazçılar fələstinli qaçqınların doğma torpaqlarına buraxılmalarını tələb edir.

Nigeriyada qanlı toqquşma — 86 ölü

Nigeriyada Berom xalqının fermerləri ilə Fulani xalqının maldarları arasında qanlı toqquşma olub.

Fermerlər maldarlara hücum edərək 5 nəfəri öldürüblər. Bundan sonra isə qarşı tərəfin cavabı olub. Fulanilərin hücumunda isə ölü sayı artıb.

Bölgə uzun illərdir torpaq üstündə toqquşan bu iki qrupun qalnı münaqişəsinə şahid olur. Toqquşmalardan sonra Plate əyalətinin üç bölgəsində küçəyə çıxma qadağası tətbiq edilib.

Əyalətin polis komisarı Undie Adie toqquşmalardan sonra kəndlərə baş çəkdiklərini və 86 nəfərin öldüyünü, 6 nəfərin yaralandığını müəyyən etdiklərini bildirib.

 

Toqquşmalarda 50 ev və 15 motosiklet və iki maşın da yandırılıb.

Ərdoğan seçkilərdə qalib gəldi

Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyip Ərdoğan qalib gəldi.

Türkiyənin Mərkəzi Seçki Komissiyasının sədri Sədi Güvən bu barədə məlumat verib. Məlumata əsasən, bülletenlərin 99.2%-i artıq sayılıb. Nəticələrə əsasən, Ərdoğan 52.55% səslə qalib gəlib. 

Bundan başqa parlament seçkilərində də altı partiyanın 10 faizlik səddi keçdiyi də bildirilir. 1999-cu ildən bu yana ilk dəfə 5 partiya parlamentdə təmsil olunacaq.

Türkiyədə prezident seçkilərində bülletenlərin 43 faizi hesablanıb, Ərdoğan liderdir

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 42 faizi hesablanıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, ilk yeri səslərin 56,98%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan  tutur. İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (28,31%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,45%).

Namizədlərdən heç biri 50%-dən artıq səs toplaya bilməsə, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də  keçiriləcək ikinci turda mübarizə aparacaq.

Türkiyədə seçkilər başa çatıb: ilkin nəticələr

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 42 faizi hesablanıb.

ilk yeri səslərin 56,98%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan  tutur.

İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (28,31%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,45%).

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatıb

Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatıb.

APA-nın məlumatına görə, yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatıb.

Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir. 

Prezident seçkilərinə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş qatılıblar.

R. T. Ərdoğanın namizədliyini sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Hüda-Par dəstəkləyir.

Prezident seçkilərinin birinci turunda namizədlərdən hər hansı biri qalib gəlmək üçün seçicilərin 50%-dən artıq səs toplamalıdır. Namizədlərdən heç biri 50%-dən artıq səs toplamasa, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də  keçiriləcək ikinci turda yarışacaq.

Parlament seçkilərində mübarizə aparacaq siyasi partiyalar isə AKP, MHP, BBP, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası,  Vətən Partiyasıdır. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılacaq. BBP namizədləri isə "Cümhur ittifaqın"da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı"nda qatılıb.

Siçanlar bankomatı “soydu”

Hindistanın Tinsukia bölgəsində bankomata girən siçanlar 12.38 lakh pulu (təxminən 3 milyon 233 min manat) yeyiblər.

Özəl mühafizə şirkətlərindən biri Hindistan Dövlət Bankına 29.48 lakh pul ödəniş edib. Bankomat isə bir neçə gün sonra işləməyib.

Gələn şikayətlərdən sonra bankomatı açan şirkətin nümayəndələri içəridə hissələrə bölünmüş əskinaslarla və ölü siçanlarla qarşılaşıb.

Siçanların isə bankomata necə girməsi naməlumdur. Hindistan polisi faktla bağlı araşdırma aparır.

Türkiyədə hərbçilərə hücum: ölən və yaralılar var

Türkiyənin Siyirt bölgəsində terrorçular hərbçilərin keçdiyi əsnada yolda partlayış törədib.

Partlayıcı qurğunun işə düşməsi nəticəsində bir hərbçi şəhid olub, iki əsgər yaralanıb.

Hücumun PKK terrorçuları tərəfindən həyata keçirildiyi bildirilir. Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə əməliyyat aparılır.

İndoneziyada göyərtəsində 80 sərnişin olan gəmi batıb

alt

İndoneziyada göyərtəsində 80 nəfər olan gəmi batıb.

Hadisə Sumatra adasında, Toba gölündə baş verib.

Nəticəsində bir nəfər ölüb.

Hələlik yalnız 18 nəfəri xilas etmək mümkün olub.  Hadisə yerində xilasedici əməliyyat davam edir.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

 

ABŞ Suriya ordusunu bombalayıb: 48 hərbçi ölüb

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Suriyanın Əbu-Kamal bölgəsinə endirdiyi aviazərbələr nəticəsində 48 Suriya hərbçisi həlak olub.

Bu haqda AFP agentliyi öz "Twitter" hesabında məlumat yayıb.

 

Yaponiyada zəlzələ: ölənlər var

Honsü adasının cənub-qərbində 6,1 bal gücündə zəlzələ nəticəsində yaralanan insanların sayı 360 nəfərə çatıb.

Bu haqda NHK telekanalı məlumat yayıb.

İtki sayı əvvəlki kimi üç nəfər təşkil edir.

Əfqanıstanda partlayışda ölənlərin sayı artıb

alt

Şənbə günü Əfqanıstanın şərq əyaləti Nanqarharda kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, daha 65 insan yaralanıb.

Bu barədə "Pajvak" agentliyi məlumat yayıb.

Bundan əvvəl Ramazan bayramı günü törədilən partlayış zamanı 26 nəfərin öldüyü, 50-dən çox insanın isə yaralandığı bildirilirdi.

İŞİD terror təşkilatı partlayışla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Saytda Axtarış

Son xəbərlər