Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün123
DünənDünən635
Bu həftəBu həftə2919
Bu ayBu ay23071
Bu günə qədərBu günə qədər2779013

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Venesuela prezidentinə sui-qəsd

Venesuela prezidenti Nikolas Maduronun ölkə paytaxtı Karakasda Bolivar Milli Qvardiyasının yaradılmasnın növbəti ildönümündə çıxışı zamanı partlayış baş verib.

 Bu barədə yerli El Observador nəşri yazıb.

Dövlət başçısının nitqi canlı efirdə yayımlanıb. YouTube-də peyda olmuş televiziya kadrlarında Maduronun niqtini yarımçıq saxlayıb havaya baxdığı görünür.

Onun həyat yoldaşıı Kiliya Floresdə yuxarı baxır, sonra kamera paradda iştirak edən əsgərlərdən birini çəkir. Növbəti ümumi kadrda isə hərbi qulluqçuların qaçmağa başladığı göstərilir.

Prezident təxliyə olunub. Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriqes mətbuata açıqlamasında ölkə prezidentinə sui-qəsd olduğunu təsdiqləyib.

Hücum edənlər partlayıcı bərkidilmiş drondan istifadə ediblər. Qurğu Maduronun çıxış etdiyi səhnənin önündə işə düşüb. Altı qvardiya əsgəri yaralanıb, prezidentin özü isə xəsarət almayıb. 

Hadisədən sonra Venesuelanın "Soldados de Franelas" silahlı qruplaşması Nikolas Maduroya qəsdə görə məsuliyyəti öz üzərinə götürüb və bu barədə məlumatı Twitter-də yerləşdirib.

Onların sözlərinə görə, C4 partlayıcısı ilə yüklənmiş iki drondan istifadə ediblər. Lakin apartlar prezidentin olduğu yerə çata bilməyib, çünki onları snayperlər vurublar.

Associated Press-in məlumatına görə, Maduro qəsddə günahkar olan bir neçə nəfərin saxlanıldığını bildirib.

Venesuela prezidentinin rəyinə görə, ona qəsdin arxasında Kolumbiyanın rəhbəri Xuan Manuel Santos dayanır, təşkilatda həmçinin venesuelanın ifrat sağçı qrupları da iştirak edirlər.

Maduro 2018-ci ilin mayında 68% səs toplayaraq, təkrar Venesuela prezidenti seçilib.

"Soldados de Franelas" qruplaşması özünü Maduro hakimiyyətinə qarşı müqavimət qüvvələrinin ittifaqı kimi təqdim edir.

 

 

İndoneziyada sunami təhlükəsi — Zəlzələdə 3 nəfər ölüb

İndoneziyada daha bir zəlzələ baş verib.

Təbii fəlakət Lombok adasında qeydə alınıb. 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində azı 3 nəfər həyatını itirib.

Yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub.

 

Sunami təhlükəsi elan olunub.

İsveçrəyə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 20 nəfər ölüb

Alp dağlarında İsveçrəyə məxsus "Ju-52"tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 nəfər ölüb. 

Bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunur ki, təyyarənin göyərtəsində 17 sərnişin və 3 heyət üzvü olub. Ölənlər arasında 11 kişi və 9 qadın olduğu bildirilib.

1500-dәn çox miqrant Aralıq dənizində ölüb — Son 7 ayın qorxunc statistikası

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Aralıq dənizində 7 ayda 1500-dәn çox miqrantın boğularaq öldüyünü açıqlayıb.

Məlumatda 60 min adamın Aralıq dənizini keçdiyi bildirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi tranzit yollar üzərindəki dövlətlərə nizamsız miqrasiyanın qarşısının alınması üçün tədbirlər görmələri ilə əlaqədar çağırış edib.

 

Qeyd edək ki, İspaniyaya dəniz yolu ilə yanvar ayından etibarən 23 min 500-dәn çox miqrant keçib.

Rusiyada helikopter qəzası: 18 ölü

Krasnoyarsk vilayətində qəzaya uğrayan Mİ-8 helikopterinin ekipajı işlək vəziyyətdə olan rabitə sistemi və təhlükəli yaxınlaşma xəbərdarlığına rəğmən toqquşmanın qarşısını almayıb.

 Bu barədə göyərtədə əməkdaşları olan «Rosneft» məlumat yayıb.

08.50

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb.

Qəza Krasnoyarsk ərazisində baş verib.

Hadisə nəticəsində helikopterdə olan 18 nəfərin hamısının öldüyü bildirilir. Ölənlərin 15-i sərnişin, üçün ekipaj üzvü olub. Faktla bağlı araşdırma başlanıb.

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi güman edilir.

Türkiyədə polis maşını partladıldı: Bir şəhid, səkkiz yaralı var

alt

Türkiyədə növbəti terror aktı törədilib.

Terrakt PKK-lı terrorçular tərəfindən Hakkari şəhərinin Yüksəkova qəsəbəsinin Çobanpınar kəndi yaxınlığında törədilib.

Gecə saatlarında PKK-lı terrorçular tərəfindən yola döşənmiş minaların üstündən keçən zirehli polis avtomobilinin partlaması nəticəsində doqquz polis əməkdaşı ağır yaralanıb.

Həmin polislərdən biri Yüksəkova xəstəxanasına aparılsa da, şəhid olub.

Digər səkkiz polisin müalicəsi isə  davam etdirilir.

alt

Əslən qaziantepli olan və iki ildir Hakkaridə polis işləyən özəl hərəkatçı Recep Emre Yılmaz öz doğulduğu bölgədə dəfn ediləcək.

Əfqanıstanda terrorçular məscidə hücum etdilər — 16 ölü

Əfqanıstanın şərqində növbəti terror aktı törədilib.

Qardezanın məscidlərinin birində namaz vaxtı kamikadze terrorçu üzərindəki bombanı işə salıb. Bu barədə nüfuzlu "Reuters" agentliyi xəbər yayıb.

Məlumata əsasən, terror aktı nəticəsində 16 nəfər həlak olub. Başqa informasiya resursları isə terrorçuların iki nəfər olduğunu yazır.
Qeyd edək ki, hücuma görə hələ heç bir qruplaşma məsuliyyəti öz boynuna götürməyib.

Hava şəraiti kəskin dəyişəcək — XƏBƏRDARLIQ

Türkiyənin Samsun vilayətinin Çərşəmbə rayonunda Yasin Uçar adlı şəxs ikibaşlı ilan tapıb.

Yasin iş üçün Karakaya məhəlləsinə gedərkən yolda 35 sm uzunluğu olan ikibaşlı ilana rast gəlib. Yasin ilanı götürüb və iş yoldaşı Beytullah Öztürkə verib.

Öztürk isə ilanı günəş eynəyi qabında saxlayıb:

"35 sm uzunluğu olan, qara rəngli, iki başı olan ilandır. Nə edəcəyimi əvvəlcə bilmirdim. Sonradan bir tanışın evinin baxçasına buraxdım".

Çində daşqınlar: 100 mindən çox sakin təxliyyə edilib

Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən təxliyyə edilib.

Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, Yantszı və Tszyalintszyan çaylarında suyun səviyyəsi çox yüksək həddə çatıb.

Bir neçə gündür davam edən leysanlar səbəbindən çaylarda suyun səviyyəsinin artması regionda 2012-ci ildən bəri ən güclü daşqına gətirib çıxarıb.

Hökumət orqanları suyun səviyyəsini aşağı salmaq və daşqından dəyən zərəri azaltmaq məqsədilə bənd işinin təcili rejimə keçməsi barədə göstəriş verib.

Çuntsinlə yanaşı, Sıçuan əyaləti, eləcə də şimal-qərb əyaləti Qansu güclü yağışlara məruz qalıb. Zərər çəkmiş bölgələrə xilasetmə işlərini yerindəcə əlaqələndirmək məqsədilə xüsusi qruplar göndərilib. Təbii fəlakət kənd təsərrüfatına böyük ziyan vurub.

Sıçuan əyalətinin inzibati mərkəzi Çendu şəhərində arası kəsilməyən yağışlar səbəbindən təyyarə reysləri dayandırılıb.

Yaponiyada leysan yağışları qurbanlarının sayı artır

Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində  ölənlərin sayı 209 nəfərə çatıb, 20 nəfər itkin düşmüş hesab edilir.

Dalga tv-nin məlumatına görə, ölkənin cənub-qərb və mərkəzi bölgələrində davam edən xilasedici əməliyyatlarda 63 min canlı qüvvə və 80 helikopter iştirak edir. 

Yaponiyada leysan yağışlar ötən həftənin ortalarından "Prapirun" qasırğasının təsiri nəticəsində meydana gəlib. 

Pakistanda terror dalğası: 74 ölü

Pakistanın Mastunq və Bannu şəhərlərində törədilən terror aktları nəticəsində 74 nəfər həlak olub, 152 nəfər yaralanıb.

 "Anadolu"ya istinadla xəbər verir ki, partlayışlar seçkiqabağı mitinqlər zamanı baş verib.

Həlak olanlar arasında Bəlucistan əyalətindən deputatlığa namizəd Nəvabzadə Sirac Raisəni də var.

İranda benzindaşıyan maşın avtobusa çırpıldı: Ölənlər var

İranın Senendec şəhərində benzindaşıyan maşının avtobusla toqquşması nəticəsində azı 27 nəfər həlak olub. 

Qəza nəticəsində benzindaşıyan maşının və avtobusun yandığı bildirilib. 

Şahidlərin sözlərinə görə, benzindaşıyan maşın sərnişinləri götürmək üçün dayanmış avtobusa çırpılıb.

Saytda Axtarış

Son xəbərlər