Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün95
DünənDünən1775
Bu həftəBu həftə5565
Bu ayBu ay54261
Bu günə qədərBu günə qədər7481595

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

2013-cü ilin ilk üç ayında Rusiyadan MDB ölkələrinə 3 milyard 572 milyon ABŞ dolları aparılıb

2013-cü ilin ilk üç ayında Rusiyadan MDB ölkələrinə 3 milyard 572 milyon ABŞ dolları pul göndərilib.Bu barədə Rusiya Mərkəzi Bankından bildirilib. Mərkəzi Bankın hesabatında MDB ölkələrindən Rusiyaya isə 605 milyon ABŞ dolları məbləğində pul daxil olduğu açıqlanıb.

Rusiyadan ən çox pul kütləsinin aparıldığı ölkə Özbəkistan olub. Belə ki, bu ilin yanvar-mart aylarında Rusiyadan Özbəkistana 1,031 milyard dollar pul aparılıb. İkinci yerdə isə Tacikistandır. Rusiyadan Tacikistana bu müddət ərzində 679, 7 milyon dollar pul göndərilib.  

Ərdoğanın yalanı ifşa edildi - VİDEO

Türkiyə mediasında bu günlərdə yayılan bu videogörüntülər ölkə gündəmini zəbt edib. Söhbət Ərdoğanın pivə içildiyini iddia etdiyi məsciddə həmin gecə baş verənləri özündə əks etdirən kadrlardan gedir.
Videodan da aydın olur ki, aksiyaçılar basqıdan sığınmaq üçün məscidə panah gətiriblər. Çoxlu sayda yaralıya tibbi heyət tərəfindən yardım göstərilir. Aksiyaçılar bildirirlər ki, onlar birinci gün məscidə sığınanda ayaqqabılarını çıxarsalar da, növbəti gün güclü basqı olduğundan bunu edə bilməyiblər

Saakaşvili xahiş etdi

Gürcüstan prezidenti Mixail Saakaşvili NATO və FTB-dən internetdə yerləşdirilmiş Gürcüstanın ünvanına Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etdiyinə görə təhdidlər səsləndirilən videoçarxın müəllif və sifarişçilərini tapmağı xahiş edib.

Qeyd olunan videoçarxda gürcü hərbçiləri əhl-səlib adlandırılaraq, bütün əhl-səliblərin öldürüləcəyi vurğulanır.

Videoçarx internetdə iyunun 6-da, Əfqanıstanın Hilmənd əyalətində 7 gürcü hərbçinin ölümü ilə nəticələnən partlayışdan üç saat əvvəl yerləşdirilib. Xatırladaq ki, terrorçu-kamikadze mina quraşdırılmış avtomobili hərbi bazanın ərazisində partladaraq 7 gürcü hərbçinin həyatına son qoyub. Partlayış nəticəsində 9 nəfər isə yaralanıb.

Qeyd edək ki, bu bazada amerikalılar xidmət çəkir, gürcü əsgərlərdən ibarət kiçik dəstə isə bazanın mühafizəsini təmin edir, lakin kamikadzenin hədəfi məhz gürcü hərbçiləri olub.

Əfqanıstanda 1500-dək gürcü hərbçi xidmət çəkir. Rəsmi Tiflis 2004-cü ildən Əfqanıstana hərbçilərini göndərir. Bu müddət ərzində Əfqanıstanda 30-dək gürcü əsgəri həlak olub.

Gürcüstan hakimiyyəti videoçarxı demokratik əsaslara qarşı istiqamətlənmiş saxta adlandırıb.

Gürcüstan prezidenti administrasiyasının rəhbəri Andrey Barnov “videonun Gürcüstana Əfqanıstandan daha yaxın olan qüvvələr tərəfindən hazırlandığına” əmin olduğunu bildirib.

Gürcüstan QMİ-nin səlahiyyət dairəsindən çıxarıldı

Gürcüstan artıq rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyət dairəsindən çıxarılıb.

 

Məlumatda qeyd olunur ki, QMİ-nin səlahiyyət dairəsi Azərbaycan, Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniyanı əhatə edir.

Qeyd edək ki, 2011-ci ildə Gürcüstanda Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) yaradılıb və qeydiyyatdan keçib. GMİ-nin sədri Vaqif Əkbərovdur.

Məlumatlara görə, faktiki olaraq yerli müsəlmanların əksəriyyəti GMİ ətrafında cəmləşib. QMİ-nin nümayəndəliyinin nüfuz dairəsi isə yalnız azərbaycanlıların yaşadığı bölgənin cüzi hissəsini əhatə edir.

“Qafqaz bölgəsi dövləti olan Gürcüstanda QMİ-nin rəsmi nümayəndəliyi fəaliyyət göstərir. QMİ-nin Gürcüstan nümayəndəliyi Gürcüstan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. “Dini etiqad azadlığı” haqqında qanuna son dəyişikliklərə əsasən, ehtiyac olduğu hallarda xaricdə yaşayan soydaşlarımızın dini-mənəvi ehtiyaclarının ödənilməsi məqsədilə QMİ-nin xarici ölkələrdə nümayəndəliklərinin yaradılması nəzərdə tutulub. İdarənin artıq İstanbul, Moskva, Dərbənd və Şimali Qafqazda nümayəndəlikləri yaradılıb və rəsmən fəaliyyət göstərir. Bu yaxınlarda Ukraynanın Xarkov şəhərində də nümayəndəliyin yaradılması üzərində iş gedir”, - deyə mətbuat xidmətindən bildirilib.

Rus dili yenidən Gürcüstana qayıdır

Gürcüstanın təhsil naziri Georgi Marqvelaşvili rus dilini yenidən məktəb proqramına daxil etmək niyyətindədir.

 

Nazir dəyişikliyin nə vaxt ediləcəyini və bunun üçün qanunlara dəyişiklik edilməsinə ehtiyac olub-olmadığını açıqlamayıb.

 

“Rus dili təkcə digər ölkələr - Ermənistan, Azərbaycan, Rusiya, Ukrayna vətəndaşları ilə, eləcə də bütün MDB üçün deyil, ölkə daxilində də ünsiyyət üçün lazımdır. Axı dil – ünsiyyət vasitəsidir, siyasət aləti deyil”, - deyə G. Marqvelaşvili bildirib.

 

Qeyd edək ki, Gürcüstanda rus uşaq bağçaları və məktəbləri 2008-ci ildə - Rusiya-Gürcüstan müharibəsindən sonra bağlanıb.

 

Münaqişə ilə bağlı Rusiya gürcü məhsullarına embarqo qoyub, Gürcüstan isə məktəb proqramlarından rus dilini çıxarıb.

 

Hazırda Gürcüstanda orta məktəblərin birinci sinfində ilk xarici dil kimi ingilis dili tədris olunur. İkinci xarici dil isə proqramda 6-cı sinifdən nəzərdə tutulur. Bu qaydalar 2008-ci ildən tətbiq edilir.

Obamanı öldürmək istəyən aktrisa saxlanıldı

Amerika Federal Təhqiqat Bürosu yaxın saatlarda prezident Barak Obmaya zəhərli məktub göndərən aktrisa Şennon Rocers Gess Riçardsona qarşı ittiham irəli sürəcək.
Polis aktrisanı Texasın Nyu-Boston şəhərində saxlayıb. Aktrisa özü Federal Təhqiqat Bürosuna zəng vuraraq bildirib ki, zəhərli məktubu Obmaya onun həyat yoldaşı göndərib. Amma polis hadisəni araşdıraraq, əsl günahkarın elə xanım Şennonun olduğunu müəyyənləşdirib.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obamaya mayın sonunda tərkibində öldürücü gənəgərçək zəhəri olan məktub göndərilmişdi. Eyni vaxtda bu cür məktubu Nyu York meri Maykl Blumberg də almışdı.

Saytda Axtarış

Son xəbərlər