Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün603
DünənDünən859
Bu həftəBu həftə2950
Bu ayBu ay51646
Bu günə qədərBu günə qədər7478980

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Bəşər Əsəd Obamaya meydan oxudu

alt

Rəsmi Vaşinqtonun Bəşər Əsədə göndərdiyi sərt xəbərdarlığıa qarşı tərəf cavab verib. 

ABŞ-ın Suriyadakı vətəndaş müharibəsinə müdaxilə edəcəyi haqda təhdidlərə Suriyanın informasiya naziri Umran əl Zubi qarşılıq verərək ABŞ-ı təhdid edib.

Nazir bildirib ki, ABŞ ordusu Suriyaya daxil olaraq Əsəd rejimi bunu cavabsız qoymayacaq, hücuma hücumla cavab veriləcək.

ABŞ ilə İngiltərə Suriyaya qarşı birgə əməliyyata başlayır?– Müharibə

alt

Prezidenti Barak Obama İngiltərə Baş naziri David Camerona zəng edib.

Ağ Evdən mətbuat xidmətinin açıqlamasına görə, iki liderlərin danışığında Suriyada davam edən gərginlik, ABŞ və İngiltərənin üz-üzə qaldığı ortaq təhlükəsizlik məsələləri müzakirə edilib.

Obama və Cameronun 21 Avqustda Şam yaxınlarında Suriya rejimi tərəfindən vətəndaşlara qarşı kimyəvi silah istifadə edildiyinə dair xəbərlərdən təəssüfləndiklərini dilə gətiriblər. Liderlər həmçinin bu hadisə və kimyəvi silah istifadəsinə qarşı olan təpkiləri cavablandırmaq üçün beynəlxalq güclərlə müzakirə aparacaqlarını bildiriblər.

Açıqlamada, kimyəvi silahdan istifadəyə qarşı ABŞ və İngiltərənin birlikdə hərəkət edəcəkləri də bildirilir.

“Bizim məqsədimiz dəyişməz qalır“- Pan Gi Mun

alt

Suriyada istənilən növ kimyəvi silahdan istifadə edilmə insanlığa qarşı cinayətə bərabər olacaq və bu, silahdan istifadə edənlər üçün ciddi nəticələrə gətirib çıxaracaq.

Cənubi Koreyada keçirilən Minilliyin İnkişaf Məqsədləri tədbirində çıxış edən BMT-nin baş katibi Pan Gi Mun vurğulayıb ki, istənilən yerdə, istənilən şəxs tərəfindən kimyəvi silahdan istifadə beynəlxalq qanunun pozulması deməkdir.

P.G.Mun Suriyada kimyəvi silahdan istifadə etmə hallarının araşdırılmasının vacibliyini qeyd edib: «Vaxt itirməməliyik. Münaqişə tərəfləri müharibəni dayandırmalı və danışıqlara başlamalıdır. Bu, böhrandan yeganə çıxış yoludur. Bizim məqsədimiz dəyişməz qalır: münaqişəni tam dayandırmaq, humanitar yardım göstərmək və hökumətlə müxalifəti mümkün qədər tez Cenevrədə danışıqlar masası arxasına gətirməkdir».

Qeyd edək ki, hazırda Suriyada kimyəvi silahdan istifadə edilib-edilmədiyini araşdıran BMT-nin ekspertlər qrupu işləyir.

Suriyada münaqişə başlayandan indiyədək 100 min nəfər həlak olub, 2 mln.-dan çox insan qaçqın və məcburi köçkün olub.

İsrail Livanı raket atəşinə tutdu

alt

Bu gün İsrail Livan ərazisini raket atəşinə tutub. 

İsrail tərəfindən dörd mərmi Livan torpağına düşüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. İsrail tərəfi bu addımı terrorçuların hücumuna qarşı cavab olduğunu bildirir.

Xatırladaq ki, ötən gün Livanın ərazisindən İsrailə endirilmiş raket zərbələri nəticəsində 4 nəfər dinc sakin xəstəxanaya yerləşdirilib.Bu barədə İsrailin Xilasetmə Xidmətinin açıqlamasında bildirilir. Zərər çəkmiş şəxslərdən üçünün dərin psixoloji şok keçirdiyi bildirilir. Daha bir yeniyetmə qızın isə hava həyəcanı səsləndikdən sonra sığınacağa qaçarkən yıxılıb xəsarət aldığı qeyd olunur.

İraqda partlayış: 14 ölü

alt

İraqda hərbi hissədə terrorçunun törətdiyi partlayış nəticəsində 14 nəfər həlak olub. 

Terrorçu partlayıcı ilə yüklənmiş avtomobillə hərbi hissəyə daxil ola bilib.

Məlumata görə, hadisə Bağdaddan 100 kilometr qərbdə Ramadidə baş verib. Həlak olanların çoxu hərbçilər olub.

Terror hadisəsilə bağlı əlavə informasiya verilməyib.

İsveç kralı ölümlə hədələndi

alt

Norveçli qatil Anders Breyvikini adı açıqlanmayan tərəfdarları İsveç kralı XVI Qustavı ölkənin cənubundakı Karlstad şəhərinə səfəri zamanı partlayış törədəcəklərini bildiriblər. 

Terrorçular hədələyici müraciətlərini yerli qəzetlərdən birinə göndərib.

Məktubda bildirilib ki, onlar vilayətin administrasiyası binasının qarşısında 4 bomba partladacaq.

Məlumata əsasən, kral Qustav hakimiyyətinin 40 illiyi münasibəti ilə ölkənin səyahətə çıxıb.

Xatırladaq ki, 2011-ci il iyulun 22-də Anders Breyvik Osloda 77 nəfər dinc sakini qətlə yetirdiyi üçün 2012-ci ilin avqustunda 21 il azadlıqdan məhrum edilib. 

İranda növbəti gizli edam həyata keçirilib, 11 nəfər asılıb

altİranda növbəti gizli edam həyata keçirilib.


APA-nın məlumatına görə, məhbuslardan 5-i Əlborz vilayətinin Kərəc şəhərinin Rəcayişəhr, 6-sı isə Qızılhasar həbsxanasında dara çəkilib.

Onların ad və soyadları açıqlanmayıb və nədə ittiham edildikləri məlum deyil. Ancaq dörd gün əvvəl təkadamlıq kameralara köçürüldükləri və avqustun 22-də səhər saatlarında edam edildikləri bildirilir.

Qeyd edək ki, avqustun 22-də Urmiyada 5, Ərdəbildə 3, Məşhəddə 2, Həndicanda 1, avqustun 21-də isə Cəhrom və Təbrizdə 2 nəfər dara çəkilib. Bununla da, iki gün ərzində 24 nəfər edam edilib. Artıq ölkənin digər həbsxanalarında da gizli edamların həyata keçirildiyi və həmin ölüm hökmlərinin ictimaiyyətə açıqlanmasından imtina edildiyi ehtimal olunur.

Kərkük-Ceyhan neft kəməri partladıldı

altDünən gecə Kərkük-Ceyhan boru xəttinə hücum olub.

Hücum Mosul yaxınlarında həyata keçirilib. Boru xəttinin yaxınlığında 3 bomba partladılıb. Partlama nəticəsində İraqdan Türkiyəyə neft idxalı dayandırılıb.

Hazırda boru xəttinin təmir edildiyi bildirilir.

Tailand məhkəməsi İran vətəndaşlarını deportasiya etdi

altTailand krallığının məhkəməsi bu gün iki İran vətəndaşını Banqkokda İsrail diplomatlarına qarşı sui-qəsdin hazırlığında günahlandırıb.

Onlardan Səid Moradi ömürlük, Məhəmməd Kərzai isə 15 illik azadlıqdan məhrum edilib.

İttihama görə, 39 yaşlı Moradi və 43 yaşlı Kərzai 2012-ci ilin fevralında Banqkokda İsrail rəsmilərinə qarşı sui-qəsd hazırlığında iştirak ediblər. Bildirilir ki, həmin vaxt Moradi yaxalanarkən polis əməkdaşlarına qarşı da partlayıcı qurğudan istifadə etmişdi.

İttiham olunanlar isə terror fəaliyyətində və sui-qəsd hazırlığında əlaqələrinin olmadığını bildiriblər.

Qeyd edək ki, bu hadisəyə qədər bir neçə İran vətəndaşı İsrail diplomatlarına qarşı sui-qəsddə ittiham ediliblər. Belə ki, Hindistanın Dehli şəhərində İsrail rəsmilərinin maşınına hücum edilmişdi. Gürcüstanda isə İsrail səfirinin avtomobilinə qarşı hücum cəhdinin qarşısı alınmışdı.

Həmin vaxt İran hakimiyyəti isə yayılan informasiyalarda əlinin olması ilə bağlı olan ittihamları təkzib etmişdi.

Rusiya XİN: “Dəməşq yaxınlığında kimyəvi silahdan hakimiyyətə qarşı vuruşan döyüşçülər istifadə edib”

Suriya hökumətinin kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddiaların nə dərəcədə həqiqət olduğu BMT müşahidəçilərinin apardığı araşdırmalardan sonra meydana çıxacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib. Suriyada olan BMT müşahidəçilərinin fəaliyyətinin ölkədə baş verən böhranın siyasi yolla həllinə dəstək olacağına ümid etdiyini söyləyən Rusiya XİN rəsmisi bildirib ki, Suriya hökuməti mümkün olduqca BMT müşahidəçiləri ilə işbirliyi qurmağa hazırdır: “Hökumət onlara hər cür dəstək göstərir. Kimyəvi silahın hökumət tərəfindən istifadə edilməsi ilə bağlı iddiaların müstəqil BMT müşahidəçiləri tərəfindən araşdırılmasını dəstəkləyirik”.

Aleksandr Lukaşeviç Dəməşq yaxınlığında kimyəvi silahdan hakimiyyətə qarşı vuruşan döyüşçülərin istifadə etdiyini söyləyib: “Dəməşqə kimyəvi başlıqlı raket onlar tərəfindən atılıb. Bu, martın 19-da Xan Əl-Əsalədə terrorçuların istifadə etdiyi silahla eynidir. Bütün bunlar rejim əleyhdarlarının BMT Təhlükəsizlik Şurasının (TŞ) tələblərinə qarşı çıxması üçün bəhanədir və avqustun 28-də keçirilməsi planlaşdırılan “Cenevrə-2” konfransının çağırılması şansını azaldır”.

XİN rəsmisi imkanı olan hər kəsi ekstremistlərin kimyəvi silahların tətbiqinə və təxribatlara son qoymağa çağırıb: “Bir sıra KİV-lər o dəqiqə elə bil haradansa əmr almış kimi bütün məsuliyyəti hökumətin üstünə qoymaqla aqressiv informasiya hücumuna keçib. Bütün bunlar onu deməyə əsas verir ki, bu informasiyanı yayanlar növbəti dəfə qabaqcadan hazırlanmış təxribatla məşğul olur”.

Hüsnü Mübarək həbsxananı vertolyotda tərk edib

Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirədəki Tora həbsxanasından azadlığa buraxılıb.


APA-nın məlumatına görə, həbsxananı vertolyotda tərk edən Mübarək ölkənin cənubundakı hərbi hospitala gətirilib. Sabiq prezident məhkəmənin qərarı ilə azadlığa buraxılıb, onun üzərindən korrupsiya faktları və hakimiyyətdən sui-istifadəyə dair ittihamlar götürülüb. Bununla da Mübarəki həbsxanada saxlamaq üçün hüquqi əsas qalmayıb. Misirin hərbi rəhbərliyi Mübarəkin ev dustağı saxlanmasını məqbul sayıb, bu qərar ölkədə fövqəladə vəziyyət olması ilə əsaslandırılıb. Sabiq prezidentin üzərindən heç də bütün ittihamlar götürülməyib. O 2011-ci ildə nümayişçilərin qətli epizoduna dair cinayət işinin əsas fiqurlarından biri olaraq qalmaqdadır.

1 milyon müsəlman Ağ Evə yürüş edəcək - ETİRAZ

alt

Sentyabrın 11-də 1 milyon müsəlman Vaşinqtonda Ağ Evə gedərək dini ayrı-seçkiliyə qarşı öz etirazlarını bildirəcəklər. 

Yürüşü təşkil edən Amerikalı Müsəlmanlar Siyasi Hərəkət Komitəsi (AMPAC), təxminən 3 min adamın ölümüylə nəticələnən 11 Sentyabr hadisəsindən sonra, ölkədəki müsəlmanların islam əleyhdarları tərəfindən böyük hücuma məruz qaldığını açıqlayıb: 

"Müsəlmanlar da, müsəlman olmayanlar da bir faciə yaşadı, ancaq biz müsəlman olaraq hadisədən 12 il sonra hələ pis adamlar kimi göstərilməyə davam edirik. Bu günə qədər bütün media orqanları və İslam əleyhdarı təşkilatları biz müsəlmanlar və İslamiyyət haqqında qaralayıcı və doğru olmayan iddialar səsləndirirlər. Biz buna qarşıyıq və Ağ Ev rəhbərliyindən bu ayrı-seçkiliyə qarşı addım atmasını tələb edəcəyik".

Saytda Axtarış

Son xəbərlər