Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün361
DünənDünən1299
Bu həftəBu həftə8605
Bu ayBu ay46343
Bu günə qədərBu günə qədər7473677

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Rusiya paytaxtının köçürülməsi təklif edilir

Rusiya paytaxtının Moskvadan çıxarılaraq ölkənin Uzaq Sərq bölgəsinə köçürülməsi təklif edilib.

altBunu Vladivostok qubernatoru İqor Puşkarov təklif edib.

Onun fikrincə, Rusiya paytaxtının ölkənin şərqində hər hansı bir şəhərə köçürülməsi ölkənin inkişafına böyük təkan verəcək. Paytaxtları şərqdə olan ölkələrin daha müvəffəqiyyətli olduqlarına diqqət çəkən Puşkarov mövzu ilə bağlı deyib:

"Paytaxtın şərqdə olduğunu düşünün. Beləcə bölgələrin inkişafı problemi birdəfəlik həll olunacaq. Və qonşu ölkələr də şərqdəki geniş torpaqlarımızı işğal etmək xəyallarından vaz keçəcəklər".

Moskva və Peterburgun müstəqil meqopolis olduğlarına diqqət çəkən Puşkarov bu şəhərlərin inkişaf etmələri üçün paytaxt olmağa ehtiyacları olmadığını ifadə edib.

Təklif barədə fikirlərini açıqlayan ekspertlər isə ölkənin ən mühüm mədəni və tarixi mərkəzi olan Moskvanın paytaxt olaraq qalmağa ən uyğun şəhər olduğunu deyirlər.

Türkiyə-Suriya sərhədində NATO gərginliyi

alt

Amerika Birləşmiş Ştatları Suriyaya hücum etməyə hazırlaşdığını bəyan etdikdən sonra Türkiyənin Suriya ilə sərhədindəki NATO radar bazasının inşası sürətləndirilib. 

Peyk sistemləri ilə işləyəcək NATO radar bazası Hatay vilayətində, Kipr adasının yaxşı göründüyü bir təpədə qurulur. Radar bazasının inşasının 3 ay ərzində tamamlanaraq təhvil veriləcəyi gözlənilir.

Bundan əvvəl 2006-cı ildə Amanos dağlarında inşa edilmiş NATO-ya məxsus peyk sistemli radar bazası isə bütün imkanları ilə fəaliyyət göstərməyə davam edir. Türkiyə-Suriya sərhədində bu NATO bazalarının Amerika Birləşmiş Ştatlarının tələbi ilə tikildiyi iddia olunur. 

ABŞ Suriyaya hərbi müdaxilənin konturlarını açıqladı

alt

ABŞ xarici işlər naziri Con Kerri gözlənilən Suriya müharibəsi ilə bağlı açıqlama verib.

Kerri Suriyada kimyəvi silahdan isifadə edilməsinə şübhə olmadığını bildirərək müharibənin konturlarını cızıb. 

Belə ki Suriyaya müdaxilə hava hücumu ilə məhdudlaşacaq. Məqsəd isə daxili müharibəyə son qoymaqdır. 

Kerri Vaşinqtondakı nazirlik binasında keçirdiyi mətbuat konfransında “Amerika kəşfiyyatı Əsəd rejiminin 21 avqustda təşkilatlanmış şəkildə kimyəvi silahdan istifadə etdiyinə əmindir” deyə vurğulayıb. 

Ərəb ölkələri vahid viza sisteminə keçir

altFars körfəzinin ərəb ölkələri Avropada Şengen vizası nümunəsi üzrə xarici turistlər üçün vahid viza sisteminə keçmək niyyətindədirlər. Trend-in məlumatına görə, bu barədə Küveytin "Əl-Ray" qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, Fars körfəzi ölkələrindən birindən viza alan xarici turist Fars körfəzi Əməkdaşlıq Ölkələri Təşkilatına (FKƏÖT) daxil olan bu regionun altı ərəb ölkəsinə də səyahət edə bilər.

FKƏÖT ölkələri belə bir viza sistemini yaxın illərdə tətbiq etmək niyyətindədirlər. Belə bir vizanı əldə etmək üçün xarici vətəndaşlar bank hesablarında müəyyən məbləğə malik olmalıdırlar.

Qətər kosmosa ilk peykini buraxmışdır

Qətər dövlətinin ilk “Suheyl-1” peyki cümə axşamı Fransız Qvianasında (Cənubi Amerikada Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan “Ariane-5” raketdaşıyıcısı ilə orbitə çıxarılmışdır.
AzərTAc kosmik aparatın operatoru “Suheyl-sat” şirkətinin rəsmi saytına istinadla xəbər verir ki, peyk maneələrə davamlı müasir texnologiyalardan istifadə edilməklə yaradılmış və Qətərin televiziya kanallarının, o cümlədən “Əl-Cəzirə” xəbərlər kanalının siqnallarının ötürülməsi üçün nəzərdə tutulmuşdur.
Şirkət rəhbəri Əli Əhməd əl-Kuvayrinin sözlərinə görə, Qətərin ilk peyki 3 aylıq sınaq müddətindən sonra cari ilin dekabrında istismara veriləcəkdir.
Yaradılmasına 3 il vaxt sərf olunan “Suheyl-1” peykinin çəkisi 6 tondan çoxdur. Şirkət nümayəndələrinin sözlərinə görə, məhz bu cəhət onun nəhəng peyklərdən biri hesab edilməsinə imkan verir.

Amerikada çıxan “The Jewish Times” qəzeti:“Dostlar arasında: Azərbaycan və İsrail”

Amerikada çıxan “The Jewish Times” qəzetinin 29 avqust tarixli nömrəsində “Dostlar arasında: Azərbaycan və İsrail” sərlövhəli məqalə dərc edilmişdir. Məqalənin müəllifi, jurnalist və Kaliforniya Universitetinin professoru Norma Zager yazır ki, tamdəyərli demokratik dünyəvi müsəlman dövləti olan Azərbaycan həm İsrailin, həm də ABŞ-ın etimadını və etibarını qazanmış müttəfiqdir, lakin Vaşinqton ona lazımınca diqqət yetirmir.
Müəllif yazır: “Avrasiyada və Yaxın Şərqdə İsrailin ən yaxın müttəfiqi olan Azərbaycan bütün dünyaya sübut edir ki, müsəlman mədəniyyəti və siyasi qurumlar barədə onların qərəzli təsəvvürləri yanlışdır. Yaxın Şərqi alov bürüdüyü bir vaxtda, görünür, amerikalı siyasətçilər bu mənzərənin nə qədər dəhşətli olmasını anlaya bilmirlər – təhlükəsiz dünya Amerikanın bombaları və qırıcı hərbi təyyarələri vasitəsilə yaradıla bilməz. Dünyamızın təhlükəsizliyi Qərb mədəniyyətinin, Qərb ticarətinin və Qərb ideallarının yayılması yolu ilə təmin edilməlidir.
N.Zager vurğulayır ki, həm İsrail, həm də Azərbaycan ABŞ tərəfindən nəzərəçarpacaq etinasızlıq səbəbindən əziyyət çəkir. ABŞ prezidenti bircə dəfə Azərbaycana səfər etsəydi, dünyaya bu ölkənin siyasi xəttini, onun İsraili, ABŞ-ı və Avropanı dəstəkləməsini hərtərəfli öyrənmək şansı verərdi. Azərbaycan bütün məsələlərdə və bütün etnik qruplara münasibətdə azadlıq və tolerantlıq siyasətini davam etdirir.
N.Zager sonda ABŞ-ı Azərbaycan, İsrail və Qərb arasında qarşılıqlı münasibətləri daha ətraflı öyrənməyə və Azərbaycan-İsrail münasibətlərindən nümunə kimi istifadə etməklə müsbət nəticə çıxarmağa çağırır.

Bəşər Əsəd qorxu içində; ailə hər gün yaşayış yerini dəyişir

alt

“Sosial mediada vaxtaşırı olaraq yeni şəkillər paylaşan Suriya prezidenti Bəşər Əsəd və ailəsi hər an bomba atılacağı qorxusu ilə yaşayır. Ailə hər gecə yer dəyişdirir”. 

Bu fikirlər Türkiyə mətbuatında yer alıb. 

Suriya iqtidarına yaxın mənbələrin verdiyi məlumata görə, 47 yaşlı Bəşər Əsd yorğun görünmür və stres yaşadığını bəlli etmir. 

Ailə dostlarından biri isə mətbuata açıqlamasında B.Əsədin xanımı Əsma Əsədin yarı normal bir həyat sürdüyünü bildirib: “Əsma Əsəd Dəməşqdə uşaq muzeyinin inşası ilə məşğul olur. Ailənin ən böyük dəyişikliyi hər gecə yatdıqları yerin dəyişdirlməsidir”. 

ABŞ Suriyaya tək hücum edəcək

alt

Amerika Suriyaya hərbi müdaxiləni təkbaşına həyata keçirə bilər. Bu barədə məlumatı CNN yayıb. 

Adının çəkilməsini istəməyən mənbə Böyük Britaniya parlamentinin Suriyaya hərbi müdaxilənin əleyhinə çıxması ilə bağlı qərarını şərh edərkən deyib: “Biz qəbul etməli olduğumuz qərarı qəbul edəcəyik”. 

“The New York Times” isə Barak Obama admnistrasiyasına istinadən xəbər verir ki, Böyük Britaniyanını qərarına baxmayaraq ABŞ hücuma hazırdır: “Hər şey onu deməyə əsas verir ki, BMT nümayəndələri Suriyanı tərk edən kimi dərhal Suriyaya zərbə endiriləcək”. 

21 nəfər radikal islamçı saxlanılıb

alt

Rusiyanın Tobolsk vilayətində 21 nəfər islamçı saxlanılıb. 

Onlar qanunsuz dini ədəbiyyatı yaymaqda ittiham edilirlər. Polisin məlumatına görə, saxlananların çoxu radikal islamçılardır. 

Onlardan 40-a yaxın qadağan edilməş ədəbiyyat götürülüb. 

Həmçinin saxlananlardan birində ümumilikdə 230 qramdamn çox heroin aşkarlanıb. Həmin şəxsin Tacikistan vətəndaşı olduğu bildirlir. Saxlanan radikal islamçılar arasında digər MDB ölkələrinin vətəndaşları da var. 

Bəşər Əsəd dünyanı təhdid etdi – BƏYANAT

alt

Suriyanın prezidenti Bəşər Əsəd dövlət televiziyası vasitəsilə son günlər bu ölkəyə hücum ediləcəyi ilə bağlı açıqlamalara cavab verib. 

Əsədin Suriya dövlət televiziyasında oxunan bəyanatında deyilir ki, ölkəsinə hər hansı bir hücum olarsa, Suriya özünü qoruyacaq: “Suriyanın hər bir hücuma qarşılıq verəcəyinin və özünü sonadək qoruyacağını xüsusi qeyd edirəm”. 

Əsəd deyib ki, İsrail və Qərb dövlətləri Suriya dövlətini dağıtmaq istəyirlər və Suriyalıların mübarizəsi də məhz buna qarşıdır. Xatırladaq ki, ABŞ Suriya prezidentinin kimyəvi silahdan istifadə etdiyini açıqlayıb. NATO da Əsəd rejiminə müdaxilə edilməli olduğu fikrindədir, ancaq BMT-dən verilən açıqlamada Suriya hakimiyyətinin kimyəvi silahdan istifadəsinin təsdiqlənmədiyi bildirilir.

Vladimir Putin: “Suriyada kimyəvi silahdan istifadə qəbuledilməzdir”

“Suriyada kim olursa olsun, kimyəvi silahdan istifadə qəbuledilməzdir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə bu sözləri Rusiya prezidenti Vladimir Putin iranlı həmkaRı Həsən Ruhani ilə telefon danışığı zamanı deyib.

İran tərəfinin təşəbbüsü ilə gerçəkləşən telefon danışığı zamanı prezidentlər Suriya münaqişəsi ilə bağlı mövzunu müzakirə ediblər. Kimyəvi silahdan istifadə olunmasının qəbuledilməz olduğunu bildirən prezidentlər Suriya münaQişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

SOS! Üç ölkə arasında müharibə başlayır; Əhaliyə qaz maskaları paylanır - FOTO

alt

Qərb ölkələrinin Suriyadakı Əsəd rejiminə hərbi müdaxiləsi artıq an məsələsidir. 
Bu hücumdan ən çox narahat olan ölkələrdən biri isə İsraildir. İran və Suriya rəhbərliyi açıq şəkildə bəyan ediblər ki, Əsəd hakimiyyətinə hərbi müdaxilə olsa, İsrailə hücum ediləcək. İsrail də bu təhlükəni hiss etdiyi üçün artıq müharibə hazırlıqlarına başlayıb. Belə ki, İsrail ordusu xalqa pulsuz qaz maskaları paylayır. Ticarət mərkəzlərində əhaliyə şəxsiyyət vəsiqələrini göstərməklə, pulsuz qaz maskaları paylanılır. Eyni zamanda, kimlərin qaz maskaları köhnəlibsə, onlar da yeniləri ilə əvəzlənir. Qaz maskaları alan İsrail xalqı ticarət mərkəzlərində uzun növbələr yaradırlar. Bildirilir ki, əhaliyə paylanılan qaz maskaları hər cür kimyəvi silahdan mühafizə olunmağa imkan verir. 

Saytda Axtarış

Son xəbərlər