Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün298
DünənDünən1073
Bu həftəBu həftə1786
Bu ayBu ay50482
Bu günə qədərBu günə qədər7477816

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

“Ağ ev”dən Ərdoğana sərt reaksiya

alt

A+  A-
Ötən gün Misirdə baş verən son hadisələrin arxasında İsrailin olduğu barədə iddia irəli sürən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ rəsmiləri tərəfindən sərt reaksiyaya məruz qalıb. 

“Ağ Ev” rəsmisi Coş Ernest Ərdoğanın İsraillə bağlı iddiasına qarşı çıxıb. 
Earnest deyib ki, İsrailin Misirdə baş verənlərdə əli olmasını barədə fikirlər səhv və əsassızdır.

Çexiya parlamenti vaxtından əvvəl buraxıldı

alt

Çexiya parlamentinin Aşağı Palatasının deputatları parlamentin vaxtından əvvəl buraxılmasına səs verib.

Qərarın qəbulu üçün 120 deputatın səs verməsi şərt olduğu halda, 140 deputat “lehinə” səs verib. Qərarın “əleyhinə” isə cəmi 7 parlamentari səs verib.

Çexiya parlamentinin Aşağı Palatasının səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasının əleyhdarlarının az olmasının səbəbi hakim Vətəndaş Demokratik Partiyasının deputatlarının səsvermədən əvvəl zalı tərk etməsi olub.

Aşağı Palatanın buraxılmasına, gözlənildiyi kimi, Çexiya Sosial-Demokrat Partiyası, Kommunist Partiyası, “TOR 09” və “İctimai İşlər” partiyalarından olan deputatlar səs verib. 

Çexiya konstitusiyasına görə, vaxtından əvvəl parlament seçkiləri bu günkü qərardan sonra 60 gün ərzində keçirilməlidir. Seçkilərin tarixini prezident Miloş Zeman təyin edəcək.

Növbəti seçkilər 2014-cü ilin mayında baş tutmalı idi. 

Özünü Ermənistan hökumət binasının eyvanından atdı

alt

Ermənistan Təbiəti Mühafizə Nazirliyinin əməkdaşı, 22 yaşlı Ayk Ayrapetyan hökumət binasının 6-cı binasından yerə düşərək ölüb.

Gənc nazirlik işçisi özünü eyvandan ataraq intihar edib. İntiharın şəxsi məsələlərlə bağlı olduğu bildirilir.

A. Ayrapetyan bu yaxınlarda nazirliyə işə qəbul edilibmiş. Onun iş yoldaşları ilə münasibətləri normal olub.

“Prezident Mursi azad edilməlidir“

alt

BMT-nin baş katibi Pan Gi Mun həbsdə olan “Müsəlman qardaşları” tərəfdarlarının ölüm faktından narahatlığını ifadə edib. 

Pan Gi Mun insidentin hərtərəfli araşdırılmasına çağırıb.

BMT-nin baş katibi həmçinin Rəfah şəhərində polislərin qətlə yetirilməsi faktını pisləyib və Misirdə siyasi prosesin bərpasına çağırıb.

Pan Gi Mun qeyd edib ki, “Müsəlman qardaşları” üçün həddindən artıq məhdudlaşdırılmış məkan genişləndirilməlidir, demokratik yolla seçilmiş prezident Musri isə ya azad edilməli, ya da açıq məhkəmə qarşısına çıxmalıdır. 

Rusiyada azərbaycanlı qatilin azadlığa çıxması etirazlar doğurub

alt

Rusiyada Azərbaycan əsilli vətəndaşla bağlı çıxarılan məhkəmə qərarı böyük qalmaqal yaradıb. 47 yaşlı Leonid Frolovu öldürməkdə ittiham olunan Bəxtiyar Əliyevə 1 illik həbs cəzasının verilməsi etiraz doğurub.

Həbs müddətinin çoxunu istintaq müddətində keçirən azərbaycanlı qərara əsasən, sentyabrın 19-da azadlığa çıxa biləcək. Bu isə öldürülən Frolovun qohum və dostlarını razı salmır. Onlar məhkəmənin qatilə yüngül cəza verildiyini iddia edirlər.
Mərhum Leonid Frolov bayker qruplarından birinin üzvü olub. Hadisənin baş vermə səbəblərinə gəlincə, 2012-ci il iyunun 30-da Moskva vilayəti Sergiyev-Posad şəhəindəki bazarlardan birinə ailəsi ilə birlikdə gələn Frolov satıcılarla mübahisə edib.

Satıcılardan Bəxtiyar Əliyev 47 yaşlı Frolova çənə nahiyəsindən yumruq zərbəsi endirib. Güclü zərbədən yerə yıxılan Frolov qapalı kəllə-beyin zədəsi alıb. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, bir neçə gündən sonra o keçinib. Hadisə ilə bağlı polis bölməsini mühasirəyə alan Frolovun bayker dostları Bəxtiyar Əliyevə daha ağır çəzanın verilməsini istəyirlər. Bunun üçün başlanan imza toplama kompaniyasına 10 mindən artıq insan toplanıb. 

Misirdə məscidlər bağlanacaq

alt

Misir hökuməti ölkənin əsas məscidlərini hər namazdan sonra bağlamağı əmr edib.

Səbəb isə oraya islamçı müxalifətin yığışmasının qarşısını almaqdır. Bu barədə "Əl-Məsri Əl-Yəum" Vəqf nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb. 

Dünən Misir hərbçiləri uzun danışıqlar və sonrakı intensiv atışmaların hesabına Qahirənin "Əl-Fəth" məscidini tutublar. "Əl-Fəth"də devrilmiş prezident Məhəmməd Mursinin tərəfdaşları toplanırdılar. Yerli KİV-lərin məlumatına görə, məsciddə 300 müxalifətçi həbs edilib və onlardan silah yığılıb. 

Beyrutda terror aktı nəticəsində ölənlərin sayı 27-ə çatıb

Beyrutun cənubundakı Dahiyə rayonunda avtomobilin partladılması nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb, 336 insan isə yaralanıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, müvafiq açıqlama ilə Livanın Səhiyyə Nazirliyi çıxış edib.

Bundan əvvəl 22 nəfərin öldüyü və 325 nəfərin isə yarandığı bildirilirdi.

Əhalisi sıx olan rayonda baş vermiş partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Avtomobil rayonun əsas küçəsində, dükan və yaşayış binaların yaxınlığında partladılıb.

Partlayış yaxınlıqdakı binalara ciddi zərər vurub, hadisə yerində güclü yanğın olub.

Partlayışa görə məsuliyyəti öz üzərinə bu vaxtadək naməlum olan “Ayşa Briqadası” götürüb. Terrorçular yaydıqları videoçarxda bildiriblər ki, terror aktı Suriyada hökumət qüvvələrinin tərəfində vuruşan “Hizbullah” hərəkatına ünvanlanmış xəbərdarlıq mesajıdır.

Fransada uzunluğu 877 kilometrə çatan tıxac

Fransada yay tətilini ölkənin cənub-şərqində keçirən vətəndaşların evlərinə geri qayıtmaları avtomagistrallarda böyük tıxac yaradıb.

İndi avtomobil yollarında rekord həddə, 877 kilometrlik tıxac var. Tıxac əsasən avtomobillərin saatda 110 kilometr sürətlə hərəkət etdiyi yolda baş verib. İnsanlar tıxaca görə saatlarla yolda qalıblar.

Xatırladaq ki, ilk belə tıxac Fransada 2007-ci ildə yaranmışdı. O zaman tıxacın uzunluğu 842 kilometr olmuşdu.

Əfqanıstanda qətliam törədildi - VİDEO

alt

Əfqanıstanda yenidən qətliam törədilib. 

Yerli medianın verdiyi məlumata görə, yol tikintisi sahəsinə edilən hücum zamanı azı 20 nəfər öldürülüb, 5 nəfər isə yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir. Öldürülənlər arasında bir polis əməkdaşı da olub. 

Rəsmilər tikinti sahəsinə hücum edən şəxslərin qranad və avtomat silahlardan fəhlələrə atəş açdığını bildiriblər. Hücuma görə, heç kim məsuliyyəti öz üzərinə götürməyib. Vəziyyətlə əlaqədər əfqan olisi istintaq araşdırması başladıb. Polis hücumun törədilməsində “Əl-Qaidə” terror təşkilatını günahlandırıb.

Azərbaycanlıların Misirdən təcili təxliyyəsi xüsusi təyyarə göndərildi

alt

Azərbaycan prezidenti İlham Əliyev xüsusi tapşırıq verib Azərbaycan öz vətəndaşlarının Misirdən təcili təxliyyə edilməsi üçün xüsusi təyyarə göndərib.

Misirdə baş verən son qanlı hadisələrlə bağlı bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təcili təxliyyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev xüsusi tapşırıq verib.

Prezidentin Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə verdiyi tapşırığa əsasən, bu gün Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Bakıdan Qahirəyə yola düşüb.

İçərisində jurnalistlərin də olduğu məscid gülləbaran edilir

alt

Misirdə dünənki nümayiş zamanı nümayişçilərin təhlükəsizlik güclərindən qaçaraq sığındığı Əl Fəth Məscid mühasirəyə alınıb. 

Məscidin içində qalanlar arasında 2 Türk jurnalist; TRT-nin Qahirə müxbiri Mətn Turan və Anadolu Agentliyinin müxbiri Qrant Zəkəriyyə da var.

Məlumatda polislə nümayişçilər arasında məsciddə toqquşma da olduğu bildirilir. Misir telekanallarının birində də, bir adamın məscid minarəsindən atəş açdığı yayımlanıb.

Qarşıdurmanın müsəlman qardaşlarla polis arasında yaşandığını söylənilir. Ancaq silahlı şəxslərin hansı qrupa daxil olduğuna dair qəti bir məlumat yoxdur.

Anadolu agentliyinin məlumatına görə isə məscidə çöldən atəş açılıb. 

Məscidin üzərində helikopterler uçur. İçəridəkilərlə əlaqə yaratmaq mümkün deyil. Məsciddən çıxmağı bacaranlar cinayət qruplarının hücumuna uğrayır.

Ermənistanda saxta “qanuni oğru”lar peyda olub

alt

Kriminal aləmin xaç atası Ded Xasanın ölümündən sonra kriminal aləmdə baş verənlər Ermənistana da təsirsiz ötüşməyəcək. 

Bunu İrəvanda keçirdiyi mətbuat konfransında kriminal mövzuda yazıları ilə tanınmış mütəxəssis Sergey Qaloyan deyib. Onun sözlərinə görə, hazırda Ermınistanda daimi yaşayan “qanuni oğru” yoxdur: “Özünü “qanuni oğru” kimi təqdim edənlər də əslində “qanuni oğru” deyil. Heç bir “qanuni oğru” Ermənistanda daimi yaşamır. Ermənistanda yaşayan sonuncu “qanuni oğru” Xoesyan olub”. 

Bunu bir tərəfdən yaxşı hal adlandıram Qaloyan “qanuni oğru”ların yaşamaq üçün Ermənistanı seçməməsinin pis tərəflərindən da danışıb: “Bu ona görə yaxşıdır ki, dəhşətli kriminogen durum yoxdur. Pisdir ona görə ki, vəziyyət hər an nəzarətolunmaz həddə çata bilər”. 

Saytda Axtarış

Son xəbərlər