Dalga Televiziyasi Rusiyada azərbaycanlı qatilin azadlığa çıxması etirazlar doğurub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1272
DünənDünən1228
Bu həftəBu həftə1272
Bu ayBu ay10808
Bu günə qədərBu günə qədər7499025

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Rusiyada azərbaycanlı qatilin azadlığa çıxması etirazlar doğurub

alt

Rusiyada Azərbaycan əsilli vətəndaşla bağlı çıxarılan məhkəmə qərarı böyük qalmaqal yaradıb. 47 yaşlı Leonid Frolovu öldürməkdə ittiham olunan Bəxtiyar Əliyevə 1 illik həbs cəzasının verilməsi etiraz doğurub.

Həbs müddətinin çoxunu istintaq müddətində keçirən azərbaycanlı qərara əsasən, sentyabrın 19-da azadlığa çıxa biləcək. Bu isə öldürülən Frolovun qohum və dostlarını razı salmır. Onlar məhkəmənin qatilə yüngül cəza verildiyini iddia edirlər.
Mərhum Leonid Frolov bayker qruplarından birinin üzvü olub. Hadisənin baş vermə səbəblərinə gəlincə, 2012-ci il iyunun 30-da Moskva vilayəti Sergiyev-Posad şəhəindəki bazarlardan birinə ailəsi ilə birlikdə gələn Frolov satıcılarla mübahisə edib.

Satıcılardan Bəxtiyar Əliyev 47 yaşlı Frolova çənə nahiyəsindən yumruq zərbəsi endirib. Güclü zərbədən yerə yıxılan Frolov qapalı kəllə-beyin zədəsi alıb. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, bir neçə gündən sonra o keçinib. Hadisə ilə bağlı polis bölməsini mühasirəyə alan Frolovun bayker dostları Bəxtiyar Əliyevə daha ağır çəzanın verilməsini istəyirlər. Bunun üçün başlanan imza toplama kompaniyasına 10 mindən artıq insan toplanıb. 

Saytda Axtarış

Son xəbərlər