Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün739
DünənDünən1073
Bu həftəBu həftə2227
Bu ayBu ay50923
Bu günə qədərBu günə qədər7478257

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Obama vəd verdi: “Suriya İraq olmayacaq”

alt

Suriyaya mümkün hərbi müdaxilə 2003-cü ildə İraqda baş verənlərlə eyni olmayacaq. 

Bunu ABŞ prezidenti Barak Obama Suriyanın da İraqın taleyini yaşayacağı ilə bağlı narahatlıqlara cavab verərəkən bildirib. 
Prezident əmin edib ki, Suriyaya hərbi müdaxilə İraqdakı kimi uzun müddət davam etməyəcək. 

Obama bildirib ki, Suriyada kimyəvi silahı Bəşər Əsədin qoşunları istifadə edib. 

Ancaq prezident hələlik Suriyaya hərbi müdaxilə ilə bağlı son qərarın verilmədiyini vurğulayıb. 

İraqda partlayış: 44 ölü

alt

İraqın paytaxtı Bağdadın müxtəlif yerlərində baş verən partlayışlarda ilkin məlumatlara görə, 44 nəfər həlak olub, 85 nəfər isə yaralanıb. 

Polis və hadisə şahidlərinin məlumatlarına görə, partlayışlar yol kənarına döşənmiş minalar və avtomobillərə quraşdırılmış partlayıcılar vasitəsilə həyata keçirilib. Ən ağır partlayış Bağdadın şimal-qərbindəki Qədimiyyə bölgəsində törədilib. Burada 5 nəfərin həlak olduğu, 30 nəfərin isə yaralandığı bildirilir. 

Partlayışlarla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, hadisələrin şiələrin məskunlaşdığı məhəllələrdə baş verməsi, yerli təhlükəsizlik qurumları “Əl-Qaidə” qruplaşmasından şübhələndiyini bildirir. 

İspaniyadan müsəlmanları əsəbiləşdirən qərar

alt

İspaniya Daxili İşlər Nazirliyi İslam ölkələrini əsəbiləşdirəcək qərara imza atıb. 

Nazirlik polis idarələrinə "Qatı dindar müsəlmanı necə tanımalı" adlı əl kitabçası paylayıb və belə insanların izlənməsini istəyib. Pilot bölgə olaraq isə Barselona seçilib. 

Kitabçada qatı dindar olduğu deyilən müsəlmanların fotorobotları çəkilib və buna uyğun olan şəxslərin dərhal nəzarətə alınmalı olduğu qeyd edilib. 

Qatı müsəlmanın təsviri isə belə verilib - az bığlı, 5-10 sm saqqalı olan, enli şalvar geyinən, iş yeri spirtli içki satan bölgədən uzaq olur,uşaqları məktəblərdəki gimnastika dərslərinə qatılmır, Ramazanda oruc tutar, adətən topluma inteqrasiya olmur və öz aralarında münasibətlər,dostluqlar qururlar. 

İnsan haqları müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar isə polisə paylanılan bu kitabça ilə müsəlman ovuna başlanılacağına işarə edib və bunun qanuna zidd olduğunu bildiriblər. 

Kadırovun məscidi Rusiyanın simvolu olacaq

alt

Rusiyada keçirilən və bu ölkənin milli simvolunu müəyyənləşdirmək üçün nəzərdə tutulan “Rusiya-10” müsabiqəsinin ikinci turunun nəticələri gözlənilməz olub. 

Belə ki, bu ada iddialılar arasında ilk yeri Çeçenistanda Əhməd Kadırovun adını daşıyan “Çeçenistanın ürəyi” məscidi tutub. Bu məscid Rusiyanın simvolu olmaq üçün müsabiqənin ikinci mərhələsində 16 milyon səs toplayıb. 

Müsabiqənin növbəti mərhələsi 2-29 sentyabr tarixlərində baş tutacaq. 
Artiq müsabiqənin son mərhələsi yaxınlaşdıqca bölgələr və muxtariyyatlar qalib adı uğrunda yarışda daha fəal iştirak etməyə başlayıblar. 
Hətta regional rəhbərliklər səviyyəsində müsabiqənin gedişi müzakirə olunur. 

Çeçenistan parlamentinin rəhəbri Dukuvaxi Abdurəhmanov Kdirov adına məscidin liderliyini qoruması üçün bütün səyləri birləşdirməyə çağırıb.

Tehran cümə namazının xətibi: “İsrailin İrana hücum etsə, Tel-Əviv və Hayfa yerlə bir ediləcək”

“İran Silahlı Qüvvələrinin hansı ölkəni müdafiə etdiklərini çox yaxşı bilmələri lazımdır”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri Tehran cümə namazının xətibi ayətullah Əhməd Xatəmi bildirib. Onun sözlərinə görə, İran İslam dünyasının ana yurdudur və Silahlı Qüvvələr də bunu şüurlarına həkk etməlidir. Ayətullah Xatəmi İsrailin İrana qarşı hərbi təhdidlərinə də toxunub: “İsrail İrana hücum etməyə cəsarət belə edə bilməyəcək. Bunun səbəbi də məlumdur. Çünki İsrailin ən kiçik həmləsi zamanı Tel-Əviv və Hayfa yerlə bir ediləcək”.

Kimyəvi silahdan istifadə əmrini Əsədin qardaşı verib

alt

Suriyada ötən həftə müxaliflərə qarşı kimyəvi silahdan istifadə edildiyi və əksəriyyəti uşaq, 1400-dən çox adamın öldürüldüyü barədə mətbuatda məlumatlar gedib. 

Belə məlumatların sonuncusunda müxaliflərə qarşı kimyəvi silahdan istifadə əmrini kimin verdiyinə toxunulur. İsrailin kəşfiyyat orqanı olan “Mossad”a yaxınlığı ilə tanınan “Debka” kəşfiyyat saytının yazdığına görə, kimyəvi silahdan istifadə əmri Bəşər Əsədin qardaşı Mahir Əsəd verib. Xəbərdə bildirilir ki, sarin qazı daşıyan kimyəvi başlıqlı raketlər Suriya ordusunun 4-cü diviziyasına bağlı 155-ci briqada tərəfindən atılıb bu barədə əmri isə general Mahir Əsəd verib. Qeyd edək ki, Suriyadakı üsyana qarşı döyüşən ordu birlikləri Mahirin tabeçiliyindədir. 

Monika Belluçi AST Telmana görə boşanıb?

alt

14 ildən sonra 49 yaşlı Bellucci ilə 47 yaşlı Vincent Casselindən ayrıldı 


Monica Bellucci ilə Vincent Casselin 14 illik evliliyi bitib. 

Emir Kusturicanın son filminin çəkilişləri üçün Serbiyada olan Belluci bitən evliliyiylə əlaqədar danışmaq istəməsə də, mətbuat katibi ayrılıq xəbərlərinin doğru olduğunu bildirib.

1999-cu ildə evlənən 49 yaşlı Bellucci ilə 47 yaşlı Vincent Casselinin Deva və Leonie adlı iki uşağı var.

Belluci reportajlarının birində xoşbəxt evliliyin sirrini "bir-birinə hesabat verməmək" olaraq açıqlamışdı.

ABŞ mətbuatı kağız böhranı ilə üzləşib

alt

İqtisadı problemlərin artması ilə əlaqədar olaraq, ABŞ qəzetləri fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər. 

"Vaşinqton Post" qəzetinin "Amazon" internet saytına satılmasından sonra qəzetlərin taleyi barədə suallar ortaya çıxıb.

Artıq "Boston Qlob" qəzeti də bu problemin gərginləşməsi nəticəsində satılıb.

Suriyada BMT üzvlərinə atəş açıldı

alt

Kimyəvi silahlarla əlaqədar Suriyada araşdırma aparan Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətinin olduğu avtomobil karvanı atəşə tutulub. 

Suriya Ümumi İnqilab Şurasının mətbuat xidmətinin katibi Əbu Məhəmməd baş verən hadisəni şərh edərəkən bildirib ki, BMT nümayəndə heyətinin avtomobili Dəməşqin girəcəyində Əsədə bağlı ordu birlikləri tərəfindən atəşə tutulub.

Avtomobil karvanının atəşə tutulması, BMT nümayəndə heyətinin bölgədəki fəaliyyətinə Bəşər Əsədin mane olması kimi qiymətləndirilir.

Əbu Məhəmmədi iddia edib ki, atəş nəticəsində karvanda bir avtomobil sıradan çıxıb.

Əsədə 48 saat vaxt verildi

alt

“Suriya məsələsinin həlli üçün BMT TŞ-nin bütün üzvlərinin razılığı tələb olunmur”. 

Bunu İngiltərənin xarici işlər naziri Uilyam Heyq deyib.

Böyük Britaniyanın dəniz qüvvələri artıq döyüş hazırlığı vəziyyətinə gətirilib. “Teleqraf” qəzetinin yazdığına görə, ABŞ-ın ardınca London da Suriyaya mümkün müdaxilə hazırlıqlarını gücləndirib. Heyq bilidrib ki, 21-ci əsrdə kiminsə kimyəvi silah tətbiq edib insanları öldürməsi və bu zaman cəzasız qalması mümkün deyil.


ABŞ və İngiltərənin hərəkətlərinə Fransa və Türkiyə də müdafiə eləməyə hazır olduqlarını bəyan ediblər. Ankara üstəlik, işarə edib ki, o, BMT-nin sanksiyası olmadan Bəşər Əsədə qarşı istənilən koalisiyaya qoşulacaq. 

Öz növbəsində “Daily Mail” Suriyaya qarşı əməliyyatın yaxın 48 saatda başlayacağını istisna eləməyib. Bu müdaxilə qısa müddətli, lakin olduqca sarsıdıcı və güclü olacaq.

Son məlumatlara görə, ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kemeron Suriyaya qarşı fəal hərəkətlərin vacibliyinə daha çox ölkəni inandırmağa çalışırlar.

Vəziyyətin bu cür inkişafından isə Rusiya ciddi şəkildə narahatdır. Bu gün xarici işlər naziri Sergey Lavrov Moskvada Suriya hadisələrinə dair təcili mətbuat konfransı keçirəcək.

Qırğızıstanla Özbəkistan arasında diplomatik qalmaqal baş verib

APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, qalmaqala səbəb Özbəkistan səfirliyinin birinci katibi M. Xayriddinovun maşınla qəza törətməsi və Qırğızıstan vətəndaşı olan şəxsə bədən xəsarətləri yetirməsidir. Hadisə gecə saatlarında Bişkekdə “Moskva” gecə klubunun qarşısında baş verib. Özbəkistan səfirinə məxsus “Toyota Prado” markalı maşın “VAZ-2106” ilə toqquşub. Səfirin maşınının süknaı arxasında olan birinci katib Xayriddinov və maşında içkili vəziyyətdə olan sərnişinlər avtomobildən düşərək “VAZ-2106”nın sürücüsünü döyüblər. Qırğızıstan XİN bununla bağlı qonşu ölkəyə nota göndərib, sürücüyə yetirilən xəsarətlərlə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.

Saytda Axtarış

Son xəbərlər