Dalga Televiziyasi Əsədə 48 saat vaxt verildi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün386
DünənDünən1228
Bu həftəBu həftə386
Bu ayBu ay9922
Bu günə qədərBu günə qədər7498139

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Əsədə 48 saat vaxt verildi

alt

“Suriya məsələsinin həlli üçün BMT TŞ-nin bütün üzvlərinin razılığı tələb olunmur”. 

Bunu İngiltərənin xarici işlər naziri Uilyam Heyq deyib.

Böyük Britaniyanın dəniz qüvvələri artıq döyüş hazırlığı vəziyyətinə gətirilib. “Teleqraf” qəzetinin yazdığına görə, ABŞ-ın ardınca London da Suriyaya mümkün müdaxilə hazırlıqlarını gücləndirib. Heyq bilidrib ki, 21-ci əsrdə kiminsə kimyəvi silah tətbiq edib insanları öldürməsi və bu zaman cəzasız qalması mümkün deyil.


ABŞ və İngiltərənin hərəkətlərinə Fransa və Türkiyə də müdafiə eləməyə hazır olduqlarını bəyan ediblər. Ankara üstəlik, işarə edib ki, o, BMT-nin sanksiyası olmadan Bəşər Əsədə qarşı istənilən koalisiyaya qoşulacaq. 

Öz növbəsində “Daily Mail” Suriyaya qarşı əməliyyatın yaxın 48 saatda başlayacağını istisna eləməyib. Bu müdaxilə qısa müddətli, lakin olduqca sarsıdıcı və güclü olacaq.

Son məlumatlara görə, ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kemeron Suriyaya qarşı fəal hərəkətlərin vacibliyinə daha çox ölkəni inandırmağa çalışırlar.

Vəziyyətin bu cür inkişafından isə Rusiya ciddi şəkildə narahatdır. Bu gün xarici işlər naziri Sergey Lavrov Moskvada Suriya hadisələrinə dair təcili mətbuat konfransı keçirəcək.

Saytda Axtarış

Son xəbərlər