Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1569
DünənDünən3597
Bu həftəBu həftə8657
Bu ayBu ay30479
Bu günə qədərBu günə qədər2958884

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Prezidenti söyən jurnalist işdən qovuldu

altABŞ prezidenti Barak Obamaya söyən jurnalist işdən qovulub.

Yerli qəzetlərdən birinin redaktoru olan Drev Conson Obama haqqında sərt fikirlər irəli sürüb. B.Obama onun yaşadığı şəhəri ziyarət etməyə getdikdən sonra “Chattanooga Times Free Press” adlı qəzetin redaktoru öz yazısında bu sözləri yazıb:

“Sizin iş planınız bizə lazım deyil. Siyasətiniz bizim şəhərimizə lazım olan qədər zərər verdi. İndi çıxın gedin”. Bundan başqa təhqir edici ifadələr və söyüşlər yazan redaktor qəzet çap olunduğu gün işdən qovulub. Daha sonra isə sosial şəbəkədəki hesabında bu fikirlərini paylaşıb: “Həyatımı sərbəstliyi və azad mətbuatı qorumağa həsr etmişəm. Həyatımın sonuna qədər yolumdan dönməyəcəyəm”

Ermənistan sərhədində öldürülən çoban haqqında yeni məlumatlar

altQarsın Arpaçay rayonunda Türkiyə-Ermənistan sərhədini təsadüfən keçdiyi üçün erməni əsgərləri tərəfindən qətlə yetirilən çobanın qardaşı Ramazan Ülkər, vurulduğu zaman böyük qardaşının üstündə silah olmadığını bildirib.

Böyük qardaşı Mustafa Ülkərlə heyvanları otarmaq üçün Ermənistan sərhəddində olan yaylaya getdiklərini söyləyən Ramazan Ülkər, erməni əsgərlərinin onlara “dur” xəbərdarlığını etmədiklərini deyib:

“Otun içində uzanmış əsgər birdən ayağa qalxaraq arxadan qardaşıma atəş açdı. Mustafa yerə yıxıldı və mən ona tərəf getmək istədim, ancaq əsgər məni uzaqlaşdırmaq üçün havaya bir güllə atdı. Atəş səslərindən sonra daha bir neçə əsgər gəldi. Bir neçə dəqiqədən sonra isə rabitə ilə hadisə ilə bağlı öz komandirlərinə məlumat verdilər”.

Öldürülən çobanın əmisi oğlu Vahid Ülkər də hadisəni eşidən kimi sərhəd bölgəsinə getdiyini və türk zabitlərinin orada olduğunu bildirib. Onun sözlərinə görə, erməni zabiti, onlara Mustafanın yaralandığını, əsgərlərindən birinin əmisi oğlunun açdığı atəş nətisində həlak oluğunu dedi: “Ancaq bunların hamısı yalandı. Səhər tezdən isə bizə cəsədini təhvil verdilər. Yalan danışdılar və heç bir müdaxilə etmədən səhərə qədər hadisə yerində saxlamışdılar. Əmim oğlunu arxadan, həm də qəsdən güllələmişdilər”.

Mərhumun digər qohumu Gürbüz Ülkər isə hadisənin dəqiq araşdırılması üçün hüquq-mühafizə və prokurorluq orqanlarına müraciət edəcəklərini deyib:

"Hadisə ilə əlaqədar cinayət işinin qaldırılması üçün əlimizdə olan faktları və iddiaları ortaya qoyacağıq. Dövlətimiz də inşallah bu məsələdə bizə üzərinə düşən dəstəyi göstərəcək”.

Mustafa Ülkərin qohumları, onun özünə aid evinin olmadığını, həyat yoldaşı və iki uşağı ilə əmisinin yanında qaldığını bildiriblər.

“Çobanın üstündən yalnız bıçaq çıxdı”

Ordu generalına sui- qəsd törədildi - İraqda

alt

İraqda terrorçular general-leytenant Əbdüləmir əl Zaidiyə uğursuz sui-qəsd törədiblər.

Partlayıcı qurğunun işə salınması nəticəsində generalı müşayiət edən 9 hərbçi həlak olub. 

İnsident Bağdadın şimalındakı Diyala əyalətində “Əl Qaidə” terrorçularına qarşı həyata keçirilən əməliyyat zamanı baş verib. Hadisənin təfərrüatları barədə məlumat verilmir. 

Yaponiya silkələndi

alt

Yaponiyanın Meteoroloji İdarəsindən verilən məlumata görə, ölkənin şimalında 6 bal gücündə zəlzələ olub. Dağıntı olmayıb və sunami təhlükəsi də yoxdur.

Məlumata görə, zəlzələ Yaponiyanın nüvə stasiyalarına da zərər vurmayıb.

ABŞ prezidentindən “Twitter“ sürprizi - FOTO

alt

ABŞ prezidenti Barak Obama ötən gün sosial şəbəkədə qeyri-adi fotoşəklini paylaşıb. 

Obamanın şəxsi “Twitter” səhifəsində ABŞ prezidentinin qucağında kiçik körpə ilə Oval ofisdə çəkilmiş şəkli paylaşılıb. Şəklin altında isə “sabahınız xeyir” (Good morning) yazılıb. 

Qeyd edək ki, körpə barədə məlumat verilməsə də, bu mesaja minlərlə istifadəçi “aqibətiniz xeyir”, – deyə cavab yazıb.

alt

Ermənistanda 189,7 min nəfər əlil qeydiyyatdadır

alt

2013-cü ilin 1 iyun tarixində Ermənistanda 189,7 min nəfər əlil qeydiyyata alınıb. 

Bu barədə Ermənistanın Milli Statistika İdarəsi məlumat yayıb. Bu da ötən illə müqayisədə 7 min nəfər çoxdur.

Ömürlük əlillərin sayı daha yüksək templərlə artıb. Bu il ömürlük əlillərin sayı 123 min nəfərə çatıb. Ötən il isə həmin rəqəm 112,8 min nəfər idi.

Suriya- Türkiyə sərhədində ölüm

alt

Suriya-Türkiyə sərhəddindıə insident baş verib. CNN Türk-ə istinadla verdiyi məlumata görə, Suriya tərəfdə baş verən atışma ölümlə nəticələnib. 

Hadisə Şanlıurfanın Ceylanpınar rayonunda baş verib. Suriya tərəfindən başlayan atışmada atılan güllələrdən biri Türkiyə ərazisinə keçərək küçədə gəzən 45 yaşlı Ramazan Zeybelə dəyib. 

Sinəsindən yaralanan kişi həyatını itirib. Qeyd edək ki, son bir ayda Ceylanpınarda 4 nəfər həyatını itirib. 

Prezidentin iqamətgahı yaxınlığında partlayış oldu

Honduras prezidenti Parfirio Lobonun paytaxt Teqesiqalpa ətrafındakı iqamətgahının yaxınlığında müəyyənləşdirilməsiş partlayıcı qurğu işə düşüb.

İlkin məlumata görə, partlayış iqamətgahdan 100 metr aralıda, binanın girişindəki postun yanında baş verib. Xəsarət alan yoxdur. Şahidlər bildiriblər ki, partlayıcı yoldan keçən maşından naməlum şəxslər tərəfindən atılıb.

Partlayış zamanı prezident Parfirio Lobo həyat yoldaşı və üç övladı ilə birlikdə iqamətgahda olub.

İnsidentdən dərhal sonra hadisə yeri polis və Honduras ordusunun hissələri tərəfindən mühasirəyə alınıb. Partlayıcının atıldığı güman edilən avtomobilin axtarışlarına başlanılıb.

XİN: İran Prezidentinin andiçmə mərasimində 52 ölkədən fəxri qonaq iştirak edəcək

altİranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində 52 ölkədən fəxri qonaq iştirak edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Abbas Əraqçi deyib.

"Qarşıdakı andiçmə mərasimində 11 prezident, 8 vitse-prezident, iki Baş nazir, 3 Baş nazir müavini, 7 deputat və 11 xarici işlər naziri iştirak edəcək".

O qeyd edib ki, 12 ölkədən gələcək nümayəndə heyətinin tərkibi hələ dəqiqləşməyib.

Əraqçi bildirib ki, bəzi ölkələrin nümayəndələri mərasimdə iştirak etməyə hazırdırlar, lakin İran Parlamenti zalının məhdud olması səbəbindən daha çox iştirakçı qəbul edə bilməz.

MKİ-nin keçmiş əməkdaşına sığınacaq verildi

alt

Rusiya ABŞ dövlətinə məxsus gizli sənədləri sızdıran Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snoudenə müvəqqəti sığınacaq verib.

Bu barədə “Rossiya 24” kanalı məlumat yayıb. Kanalın yaydığı məlumatda Edvard Snoudenin Şeremetova hava limanın tranzit ərazisini artıq tərk etdiyi bildirilib.

Qeyd edək ki, Edvard Snouden bir aydan artıqdır, Şeremetyevo hava limanının tranzit ərazisində gözləyirdi. 

Moskvada 5 Azərbaycan vətəndaşı saxlandı

alt

Moskva polisi ödəmə terminallarından oğurluqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşını saxlayıb. 

Saxlanılan dəstədə 24-25 yaşlı 5 azərbaycanlı və bir nəfər əcnəbi olub. Polisin məlumatına görə, 31 iyul gecəsi «02» çağırış xidmətinə Lazarev döngəsində mağazanın soyulması barədə xəbər daxil olub. Ticarət nöqtəsindən ödəmə terminalını çıxardan cinayətkar qrup Milaşenkova küçəsində qaldıqları evdə onu boşaldarkən saxlanıblar.

Evin qarajında keçirilmiş müayinə nəticəsində polislər daha 13 terminal aşkar etdilər. Dəstənin vurduğu zərərin ümumi məbləği 1 milyon rubldan çox olub.

Yerevanda etiraz aksiyası altıncı gününə qədəm qoydu

alt

İctimai nəqliyyatda gediş haqqı tariflərinin artırılmasına etiraz edən fəallar Yerevan meriyasının Nəqliyyat idarəsinin rəisi və "Yerevantrans"ın direktorunun vəzifədən azad edilməsi tələbi ilə paytaxt küçələrində vərəqələr paylayırlar.

Bununla yanaşı, Yerevan meriyasının binası qarşısında adıçəkilən şəxslərin vəzifədən azad edilməsini tələb edən oturaq tətil davam edir.

Saytda Axtarış

Son xəbərlər