Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün852
DünənDünən1299
Bu həftəBu həftə9096
Bu ayBu ay46834
Bu günə qədərBu günə qədər7474168

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

“Müsəlman qardaşları”nın fəaliyyəti qadağan edilə bilər

alt

Misir hakimiyyəti “Müsəlman qardaşlar” islamçı hərəkatının fəaliyyətini qadağan etmək məsələsini nəzərdən keçirir. 

Bunu yerli mətbuata müvəqqəti hökumətin mətbuat katibi Şerif Şauki deyib. O bildirib ki, belə bir təşəbbüslə baş nazir Xazem əl-Bibliavi çıxış edib və hazırda bu məsələ müzakirə olunur.

Xatırladaq ki, prezident Məhəmməd Mursinin devrilməsindən sonra “Müsəlman qardaşlar” hərəkatı ölkədə geniş miqyaslı kütləvi aksiyalar keçirir. İndiyədək bu aksiyalarda minlərlə adam həlak olub və yaralanıb.

İranlı deputat: “İsrailin bütün nöqtələri hədəfdədir”

alt

“İsrailin İrana hərbi müdaxilə edəcək gücü və cəsarəti yoxdur” “Fələstin torpaqlarını işğal edən İsrailin bütün nöqtələri silahlarımızın hədəfindədir”. 

Bu fikirləri İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Məhəmməd Həsən Asfəri bildirib. Onun sözlərinə görə, İsrailin İranla təhdid dili ilə danışmasının heç bir əhəmiyyəti və dəyəri yoxdur: “Çünki İsrailin hər cür hücum cəhdinə İran dərhal, təcavüzkarı peşman edəcək şəkildə cavab verəcək”.

M. Asfəri İsrailin baş naziri Benyamin Netenyahunun İranın nüvə obyektlərinə hücum edəcəyi ilə bağlı şərhini təbliğata söykənən dəyərsiz açıqlama kimi xarakterizə edib: “İsrailin İrana hərbi müdaxilə edəcək gücü və cəsarəti yoxdur”. Deputat İsrailin İrana kiçik bir həmləsində belə məhv ediləcəyini vurğulayıb.

Misir “kralı“ Obamanın telefon zənginə cavab vermədi

alt

Misirdə hərbi dövlət çevrilişi ilə hakimiyyəti ələ keçirən və aksiyaçılara atəş açılması barədə əmr verən general Əbdülfəttah Sisi ABŞ prezidentinə də hörmətsizlik edib. 

ABŞ prezidenti Barak Obama Misirdə insan qətliamının baş verdiyi gün, Misir müdafiə naziri Əbdülfəttah Əl-Sisiyə telefon vasitəsi ilə əlaqə saxlamağa çalışıb. Lakin Sisi Obamanın telefon zənginə çavab verməyib.

“DEBKAfiles” saytı hadisəni Əbdülfəttah Əl-Sisi Barak Obamanın “çəkil” deməsindən ehtiyat edərək teleofon görüşündən qaçdığını şərh edib.

Misirdə xalqı helikoperlərdən atəşə tuturlar

alt

Misirdə ordu qüvvələri ilə Mursi tərəfdarları arasında baş verən və yüzlərlə insanın ölümü ilə nəticələnən qanlı hadisələr səngimir. 

Artıq xunta tərəfdarları aksiyaçılara helikopterlərdən atəş açaraq çox sayda insanın ölümünə səbəb olurlar. Türkiyə mətbuatının məlumatına görə, Qahirə küçələri döyüş meydanına bənzəyir. Xuntaçılar qadın, uçaq, yaşlı fərqi qoymadan hər kəsə atəş açırlar. 

Aeroportda bomba həyəcanı

alt

Rusiyanın Vladivostok şəhərinin aeroportunda bomba həyacanı yaşanıb. 

Aeroporta bomba qoyulması barədə zəng daxil olduğundan ərazi boşaldılıb, sərnişinlər evakuasiya edilib. Çox sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları gətirilib. 

Aeroportda fövqəladə vəziyyət olmasına baxmayaraq təyyarələr qəbul edilib. Araşdırmadan sonra bomba xəbərinin yalan olduğu ortaya çıxıb və hava limanı iş rejimini bərpa edib. 

“Müsəlman qardaşlar” Qahirədə yeni etiraz aksiyaları keçirmək niyyətindədirlər

“Müsəlman qardaşlar” cümə günü Qahirədə yeni etiraz aksiyaları keçirməyi planlaşdırırlar.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ramzes meydanına doğru çevriliş əleyhinə yürüşlər sabah (cümə günü) zöhr namazından sonra başlayacaq. Bu barədə “Müsəlman qardaşlar” hərəkatının nümayəndəsi Qehad əl Həddad “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları və hüquq-mühafizə qüvvələri arasında baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 638-ə çatıb.

Misir DİN-in birləşmələri ordu hissələri ilə birgə avqustun 14-də Mursi tərəfdarlarının Qahirədə qurduğu çadır düşərgələrini dağıtmağa başlayıb. Daha sonra toqquşmalar digər əyalətlərə də yayılıb.

İslamçılar polisin odlu silah istifadə etdiyini və 3000 nəfərdən çox insanın öldüyünü iddia edirlər. Misir hakimiyyəti ölkədə fövqəladə vəziyyət və komendant saatı elan edib.

Gürcüstanda milyonçunun da dövlətdən sosial yardım aldığı aşkar olunmuşdur

altGürcüstan Əmək, Səhiyyə və Sosial Yardım Nazirliyinin Sosial İnkişaf Agentliyinin rəhbəri Noy Kinkladze brifinqdə demişdir ki, gəlir xidməti agentliyə dövlətdən maddi yardım alan fərdi sahibkarların 2012-ci ildəki gəlirlərinə dair məlumat təqdim etmişdir. Alınan məlumatlar sosial cəhətdən müdafiə olunmayan ailələrə verilən yardımla müqayisə olunmuşdur.
Noy Kinkladzenin dediyinə görə, keçən il 1300-dən çox sahibkar ailəsi dövlətdən maddi yardım almışdır və onların illik gəlirləri sosial cəhətdən müdafiə olunmayan ailələr üçün müəyyən edilmiş minimumdan çox yüksəkdir. Onların arasında hətta bir milyonçu da vardır. Gəlir xidmətinin məlumatında Kutaisi şəhərindən olan sahibkarın illik gəlirinin 1 milyon laridən (1 dollar 1,65 laridir) çox olduğu göstərilir. Dörd fərdi sahibkar ailəsinin illik gəlirlərinin 500 mindən 1 milyon lariyədək, üç ailənin illik gəlirlərinin isə 300-500 min lari təşkil etdiyi bildirilmişdir. Yardım alanlar arasında illik gəliri 50 min laridən 300 min lariyədək olan çoxsaylı sahibkar ailəsinin də olduğu aşkarlanmışdır. Keçən il həmin ailələrə 1.167.356 lari məbləğində yardım olunmuşdur. Bu ilin avqust ayından etibarən onlara sosial yardım verilməsi dayandırılmışdır.
Agentliyin rəhbəri həmin ailələrin sosial-iqtisadi durumunun bir daha öyrəniləcəyini bildirmişdir.

Avropa Məhkəməsi Ramil Səfərovla bağlı şikayəti qəbul etmədi

alt

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan zabiti Ramil Səfərovun əfvi ilə bağlı erməni tərəfinin şikayətini qəbul etməyib. Bu barədə məlumatı vəkil Nazeli Vardanyan verib. 

Vəkilin sözlərinə görə, şikayətin qəbulu uzun prosesdir və bir ilə qədər davam edə bilər. Şikayəti göndərənlərdən biri Ayk Manukyan isə bildirib ki, Avropa Məhkəməsinin siyasi yoxsa, ədalətli qərar verəcəyini söyləməkdə çətinlik çəkir. 

Qeyd edək ki, erməni tərəfi Ramil Səfərovla bağlı şikayəti Avropa Məhkəməsinə bu ilin fevralında təqdim edib. Şikayətin hazırlanmasında Ermənistanla yanaşı bir sıra xarici ölkədən olan ekspertlər iştirak edib. 

Vəkil Nazeli Vardanyan isə erməni tərəfinin hüquqlarının Budapeştdə müdafiə edib. 

Prezident qızı yoldan 200 dollar tapdı

altÖzbəkistan prezidenti İslam Kərimovun qızı, adı qalmaqallarda hallanan Gülnarə Kərimova gəzinti zamanı yoldan 200 dollar tapıb.

Bu barədə məlumatı prezidentin qızı sosial şəbəkədəki səhifəsində yazıb. Onun sözlərinə görə, pulu adi bir Daşkənd küçəsindən tapıb. Prezident qızı pulun sahibinə səslənərək küçənin adını çəkməklə pulu ona qaytara biləcəyini deyib. Daha sonra isə o, tapdığı pulların fotosunu yayıb. Beləliklə də o, pulu itirən şəxsə yardımçı olmaq istəyib.

“Uzmetronom” saytı bu xəbərin ölkədəki sosial vəziyyətin yaxşı olmasının göstəricisi kimi şərh edib. Saytın yazdığına görə, Özbəkistanda vəziyyət o qədər yaxşıdır ki, insanlar adi küçədə 200 dollar itirir və onu axtarmırlar. Qeyd edək ki, Özbəkistanda orta aylıq əmək haqqı 200 dollardır.

Misirdə fövqəladə vəziyyət elan olundu

alt

Birləşmiş Millətlər Təşkilatı Misirdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında baş verən toqquşmalarda yüzlərlə insanın öldüyünü və yaralandığını açıqlayıb.

BMT baş katibi Pan Gi Mun nümayişçilərə qarşı güc tətbiq edilməsini pisləyib.

Misir Səhiyyə Nazirliyi isə 56 nəfərin öldüyünü, 526 nəfərin yaralandığını açıqlayıb. Misir hökuməti ölkədə 1 ay müddətinə fövqəladə vəziyyət elan edib.

Erməni ailəsi Putinin Bakı səfərinə ümid bəsləyir

alt

Azərbaycan ordusunun nəzarətində olan əraziyə keçərkən əsir düşən erməni hərbçi Akop İnciqulyanın yaxınları prezident Serj Sarkisyana müraciət edib. 

Onlar prezidentdən əsir hərbçinin geri qaytarılması üçün Rusiya prezidenti Putindən kömək istəməsini xahiş ediblər. A.İnciqulyanın yaxınlarının fikrincə Vladimir Putinin Bakı səfərindən bu məqsədlə də istifadə etmək olar: “Rusiya prezidenti Vladimir Putin Bakıya gedir. Sizdən xahiş edirik, vəziyyətdən istifadə edərək onunla əlaqə saxlayasınız ki, oğlumuz üçün vasitəçilik etsin”. 

İnstitut direktorunun 50 min avrosunu oğurladılar

alt

Moskvada oğrular "hüquqi ekspertizalar İnstitutu" MMC-nın direktoru Aleksandr Latınsevanın mənzilini qarət ediblər. Mənzilin qapısını qıraraq içəri girən oğrular, onun 50 min avro pulunu, norka kürklərini, qızıl bəzək əşyalarını, ordenlərini və başqa qiymətli əşyalarını aparıblar. Hadisə yerinə gələn Moskva polisləri fakt təsdiqləyib. 

Polislərin açıqlamasına görə, oğruların şəxsiyyətini təyin etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Cinayətkarların tutulması üçün əməliyyat tədbirləri həyata keçirilir. 

Saytda Axtarış

Son xəbərlər