Dalga Televiziyasi “Müsəlman qardaşlar” Qahirədə yeni etiraz aksiyaları keçirmək niyyətindədirlər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün160
DünənDünən1597
Bu həftəBu həftə7195
Bu ayBu ay4473
Bu günə qədərBu günə qədər7492690

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Müsəlman qardaşlar” Qahirədə yeni etiraz aksiyaları keçirmək niyyətindədirlər

“Müsəlman qardaşlar” cümə günü Qahirədə yeni etiraz aksiyaları keçirməyi planlaşdırırlar.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ramzes meydanına doğru çevriliş əleyhinə yürüşlər sabah (cümə günü) zöhr namazından sonra başlayacaq. Bu barədə “Müsəlman qardaşlar” hərəkatının nümayəndəsi Qehad əl Həddad “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları və hüquq-mühafizə qüvvələri arasında baş vermiş toqquşmalar zamanı ölənlərin sayı 638-ə çatıb.

Misir DİN-in birləşmələri ordu hissələri ilə birgə avqustun 14-də Mursi tərəfdarlarının Qahirədə qurduğu çadır düşərgələrini dağıtmağa başlayıb. Daha sonra toqquşmalar digər əyalətlərə də yayılıb.

İslamçılar polisin odlu silah istifadə etdiyini və 3000 nəfərdən çox insanın öldüyünü iddia edirlər. Misir hakimiyyəti ölkədə fövqəladə vəziyyət və komendant saatı elan edib.

Saytda Axtarış

Son xəbərlər