Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün707
DünənDünən1983
Bu həftəBu həftə7652
Bu ayBu ay45390
Bu günə qədərBu günə qədər7472724

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Putinin Bakı səfərinin vaxtı bəlli oldu

alt

Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinin vaxtı açıqlanıb. 

Putinin Azərbaycana gələn həftənin əvvəlində gələcəyi gözlənir. Səfərin avqustun 14-dək baş tutması nəzərdə tutulub.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov «Vestnik Kafkaza» saytının müxbirinə açıqlamasında deyib.

Səfər zamanı Putin Prezident İlham Əliyevlə görüşəcək.

Qeyri-rəsmi məlumatlarda səfər zamanı Putinin Azərbaycana Avrasiya İttifaqına daxil olmaq təklifi edəcəyi bildirilir.

Qeyd edək ki, Putin sonuncu dəfə Azərbaycanda 2007-ci ildə olub

Rusiyada tacik dilində telekanal yayımlanmağa başladı

alt

Rusiyada ilk tacik dilində yayımlanan “Safo” peyk telekanalı fəaliyyətə başlayıb. Bu barədə “İnterfaks”a yeni telekanalın rus bölməsinin redaktoru Timur Varki bildirib. 

Telekanal Tacikistandan Rusiyaya gələn əmək miqrantları və bu ölkədə yaşayan etnik taciklər arasında populyar olmaq niyyətindədir. 

“Hazırda Rusiyada xeyli sayda tacik yaşayır. Taciklərin miqrasiyası artıq tək Tacikistanın problemi deyil. Təəssüflər olsun ki, Tacikistan hakimiyyəti onun qarşısını ala bilmir və vətəndaşlarına yardım etmək iqtidarında deyil”, deyə Varki qeyd edib. 

Onun sözlərinə görə, gecə-gündüz yayımlanacaq “Safo” telekanalı Tacikistandan başqa, Mərkəzi Asiyanın digər respublikaları, həmçinin İran və Əfqanıstan sakinlərinin həyatından bəhs edəcək.

Baş nazir əməliyyat olunacaq

alt

İsrailin baş naziri Binyamin Netanyahu qarın nahiyəsində kəskin ağrılar səbəbindən Qüdsdəki xəstəxanaların birinə aparılıb. 

Netanyahunun şəxsi həkimi ona “mədə dəbəliyi” diaqnozu qoyub. 

Müvafiq müayinələrdən sonra həkimlər əməliyyat etməyə qərar veriblər. Bir saatlıq əməliyyat yerli (lokal) narkoz altında aparılması planlaşdırılır. Məlumata görə, ümumi narkoz tətbiq olunacağı təqdirdə baş nazirin səlahiyyətlərini müvəqqəti müdafiə naziri Moşe Yaalon icra edəcək.

Netanyahunun xəstəxanadan buraxılması artıq avqustun 11-də günün ikinci yarısında gözlənilir. 

Gürcüstan ABŞ-la Qara dənizdə hərbi təlimlərə başlayır

alt

ABŞ gəmisi Batumi limanında 4 günlük səfərdə olacaq

Bu gün Gürcüstan vaxtı ilə saat 11:00-da Qara dənizin Batumi limanına ABŞ-ın Bulkeley gəmisi 4 günlük rəsmi səfərə gəlib.Sabah avqustun 11-də baş tutacaq görüş zamanı sahil mühafizəsinin əmri ilə amerika gəmisinin tərkibi ilə birlikdə planlaşdırılmış hərbi-dəniz təlimlərinin aspektləri müzakirə olunacaq. 

Manevrlərdə amerikan gəmisi və Gürcüstanın 2 mühafizə qayığı iştirak edəcək.

ABŞ prezidenti Putini lağa qoydu

alt

ABŞ prezidenti Barak Obama Ağ Evdə təşkil etdiyi mətbuat konfransında son dövrlər Rusiya hökuməti ilə münasibətlərə dair açıqlama verib. 

Obama iki ölkə arasındakı münasibətlərdə gərginliyin artmasına baxmayaraq, Vladimir Putinlə şəxsi münasibətlərinin arzulanan səviyyədə olduğunu vurğulayıb və zarafatından da qalmayıb. 

“Bilirəm ki, mətbuat bədən dilinə çox önəm verir. Putinin arxasına söykənərək duruş tərzi var. Sinifdə arxa sırada müəllimdən gizlənmək istəyən sıxılan uşağa bənzəyir. Amma doğrusu budur ki, onunla görüşlərimiz əhəmiyyətli nəticələrlə yekunlaşır”. 

ABŞ prezidenti son günlərdə Rusiya ilə münasibətlərin gərginləşməsinə, Putinlə G20 çərçivəsində təkbətək görüşdən imtina etməsinə aydınlıq gətirib. O, deyib ki, Sovetlər Birliyi dağıldıqdan sonra ABŞ-la Rusiya münasibətlərində bir gərilmə sezilir. 

“Bəzi sahələrdə ortaq maraqlarımız olsa da, bəzi məsələlərdə aramızda rəqabət var”.

“Rusiya ilə ABŞ arasında “soyuq müharibə“ yoxdur“

altRusiya ilə ABŞ arasında "soyuq müharibə" yoxdur, Snouden ətrafında olan vəziyyət isə anomaliyadır. Trend-in RİA Novosti saytına istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Con Kerri ilə danışıqların nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.

"Əksinə bizim ABŞ ilə ən sıx tərəfdaşlıq əlaqələrimiz var. Və onların möhkəmlənməsi üçün yaxşı potensial mövcuddur. Hesab edirəm ki, Snouden anomaliyadır", - Rusiya XİN rəhbəri deyib.

O qeyd edib ki, Rusiya ilə ABŞ arasında münasibətlərin geriləməsinə gətirəcək səbəb yoxdur.

"Snouden bir epizoddur. Biz bu məsələ ilə bağlı öz arqumentlərimizi səsləndirmişik. Rusiya öz qanunları və beynəlxalq hüquq normaları çərçivəsində addım atıb. Başqa cür addım ata bilməzdik. Digər tərəfdən bizim ABŞ ilə ekstradisiya haqqında müqaviləmiz yoxdur, çünki onlar uzun illərdir ki həmin müqaviləni imzalamaqdan boyun qaçırırlar", - Lavrov qeyd edib.

Qeyd edək ki, Edvard Snoudenin ABŞ Beynəlxalq Təhlükəsizlik İdarəsinin dünyada milyonlarca insanın telefon və internet məlumatlarını izləməsi haqqında bilgini mətbuata sızdırıb. Hazırda Rusiya Snoudenə sığınacaq verib.

ABŞ-da təyyarə yaşayış evlərinin üstünə düşüb

BŞ-da təyyarənin yerə düşməsi nəticəsində ən azı iki yaşayış evi dağılıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə Konnektikut ştatında, İst-Heyven adlı yaşayış məntəqəsində baş verib.

Ölən və yaralananlar haqda məlumat hələlik daxil olmayıb.

İlkin məlumata görə, söhbət yüngül təyyarədən gedir. Təyyarənin hansı səbəbdən qəzaya uğradığı və evlərin üstünə düşdüyü məlum deyil.

Hadisə yerində güclü yanğın baş verib. 

Eyfel qülləsində bomba həyəcanı

alt

Bu gün Parisdə Eyfel qülləsinə bomba yerləşdirilməsi xəbəri yayılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu haqda məlumat polisə daxil olduqdan sonra təxliyə qərarı verilib. Nəticədə qüllədə olan turistlər oradan uzaqlaşdırılıb.

Təxliyə prosesi yerli vaxtla saat 14.00-dan sonra başlayıb. İki saat ərzində Eyfel qülləsinə giriş bağlı olub.

Qeyd edək ki, mütəxəssislər qüllədə bomba tapmayıb. Bundan sonra Eyfel qülləsinin qapıları yenidən qonaqların üzünə açılıb. 

Somalidə hərbi sursat daşıyan təyyarə partladı

alt

Somalinin paytaxtı Moqadişo hava imanına enməkdə olan hərbi-nəqliyyat təyyarəsi yerə çırpılaraq yanmağa başlayıb.

Yanan təyyarədən partlayış səsləri eşidilib. “Life News” xəbər verir ki, təyyarə Afrika İttifaqının hərbi qüvvələri üçün silah-sursat daşıyırmış. 

Hadisə zamanı az 4 nəfərin öldüyü bildirilir. Təyyarədə ümumilikdə 6 nəfər olub, digər 2 nəfərin taleyi hələlik naməlumdur. Moqadişo hava limanı müvəqqəti olaraq bağlanıb.

Batumidə futbol mütəxəssisləri ücün seminar keçirilmişdir

 

Gürcüstanın Batumi şəhərində açıq əyləncəli futbol məktəblərinin seminarı keçirilib.
AFFA- dan AzərTAc-a bildirmişlər ki, seminarda Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və İraqda fəaliyyət göstərən açıq əyləncəli futbol məktəblərinin nümayəndələri iştirak etmişlər.
Açıq əyləncəli futbol məktəblərinin rəhbəri Anders Levinsenin sədrliyi ilə keçirilən tədbirdə ölkəmiz layihənin koordinatoru Kərim Ağayev və 10 nəfər təlimatçı ilə təmsil olunmuşdur.

Güclü yağış Marneuli rayonunun elektrik enerjisi ilə təminatInda problem yaratmIşdIr

Güclü yağış azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsindəki Marneuli rayonunun elektrik enerjisi ilə təminatında problem yaratmışdır.
“Enerqo-pro Corcia” şirkətindən verilən məlumata görə, güclü yağış kabel xətlərinə ziyan vurmuş və rayon mərkəzinin bir hissəsinə, həmçinin Qasımlı, Araflı, Ulaşlı, Axılmahmudlu, Seydiqocalı, Quşçu, Yenikənd kəndlərinə elektrik enerjisi verilişi kəsilmişdir.
Hazırda elektrik enerjisi verilişinin bərpa olunması üçün lazımi tədbirlər görüldüyü bildirilir.

“Qaraçılar gəlsə, intihar edəcəyəm“

alt

Fransanın Şer departamentindəki Şavann kəndinin meri Pol Renoda bildirib ki, onun kəndində qaraçılar peyda olsalar, intihar edəcək.
200 sakini olan kəndin meri məramı barədə polisə və yerli RDB radiostansiyasına məlumat verib.
Polis dərhal merin evinə yollanaraq onu hospitala müayinəyə aparıb, evindəki ovçu tüfəngini müsadirə edib.
Renodanın açıqlamasına rəğmən, Şavanna onlarla qaraçı ailəsi gələrək yerli stadionda məskunlaşıblar.
Merin onlara icazə verdikləri deyilir.
Daha sonra sakinlərin narazılığı başlanıb və mer intiharı ilə bağlı bəyanat verib.
Qaraçılar gedəndən sonra o, sözlərindən imtina etmədiyini deyib.
Fransada 400 minə yaxın qaraçı yaşayır və onların 95 faizi ölkə vətəndaşlığına malikdir.
Ölkəni dolaşan qaraçılar furqonlarda yaşayırlar.
Qanunlara görə, yerli hakimiyyət dairələri onlara dayanacaq üçün yer ayırmalıdır.

Saytda Axtarış

Son xəbərlər