Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün177
DünənDünən957
Bu həftəBu həftə9378
Bu ayBu ay47116
Bu günə qədərBu günə qədər7474450

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Prezidentin iqamətgahı yaxınlığında partlayış oldu

Honduras prezidenti Parfirio Lobonun paytaxt Teqesiqalpa ətrafındakı iqamətgahının yaxınlığında müəyyənləşdirilməsiş partlayıcı qurğu işə düşüb.

İlkin məlumata görə, partlayış iqamətgahdan 100 metr aralıda, binanın girişindəki postun yanında baş verib. Xəsarət alan yoxdur. Şahidlər bildiriblər ki, partlayıcı yoldan keçən maşından naməlum şəxslər tərəfindən atılıb.

Partlayış zamanı prezident Parfirio Lobo həyat yoldaşı və üç övladı ilə birlikdə iqamətgahda olub.

İnsidentdən dərhal sonra hadisə yeri polis və Honduras ordusunun hissələri tərəfindən mühasirəyə alınıb. Partlayıcının atıldığı güman edilən avtomobilin axtarışlarına başlanılıb.

XİN: İran Prezidentinin andiçmə mərasimində 52 ölkədən fəxri qonaq iştirak edəcək

altİranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində 52 ölkədən fəxri qonaq iştirak edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Abbas Əraqçi deyib.

"Qarşıdakı andiçmə mərasimində 11 prezident, 8 vitse-prezident, iki Baş nazir, 3 Baş nazir müavini, 7 deputat və 11 xarici işlər naziri iştirak edəcək".

O qeyd edib ki, 12 ölkədən gələcək nümayəndə heyətinin tərkibi hələ dəqiqləşməyib.

Əraqçi bildirib ki, bəzi ölkələrin nümayəndələri mərasimdə iştirak etməyə hazırdırlar, lakin İran Parlamenti zalının məhdud olması səbəbindən daha çox iştirakçı qəbul edə bilməz.

MKİ-nin keçmiş əməkdaşına sığınacaq verildi

alt

Rusiya ABŞ dövlətinə məxsus gizli sənədləri sızdıran Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snoudenə müvəqqəti sığınacaq verib.

Bu barədə “Rossiya 24” kanalı məlumat yayıb. Kanalın yaydığı məlumatda Edvard Snoudenin Şeremetova hava limanın tranzit ərazisini artıq tərk etdiyi bildirilib.

Qeyd edək ki, Edvard Snouden bir aydan artıqdır, Şeremetyevo hava limanının tranzit ərazisində gözləyirdi. 

Moskvada 5 Azərbaycan vətəndaşı saxlandı

alt

Moskva polisi ödəmə terminallarından oğurluqda şübhəli bilinən 5 Azərbaycan vətəndaşını saxlayıb. 

Saxlanılan dəstədə 24-25 yaşlı 5 azərbaycanlı və bir nəfər əcnəbi olub. Polisin məlumatına görə, 31 iyul gecəsi «02» çağırış xidmətinə Lazarev döngəsində mağazanın soyulması barədə xəbər daxil olub. Ticarət nöqtəsindən ödəmə terminalını çıxardan cinayətkar qrup Milaşenkova küçəsində qaldıqları evdə onu boşaldarkən saxlanıblar.

Evin qarajında keçirilmiş müayinə nəticəsində polislər daha 13 terminal aşkar etdilər. Dəstənin vurduğu zərərin ümumi məbləği 1 milyon rubldan çox olub.

Yerevanda etiraz aksiyası altıncı gününə qədəm qoydu

alt

İctimai nəqliyyatda gediş haqqı tariflərinin artırılmasına etiraz edən fəallar Yerevan meriyasının Nəqliyyat idarəsinin rəisi və "Yerevantrans"ın direktorunun vəzifədən azad edilməsi tələbi ilə paytaxt küçələrində vərəqələr paylayırlar.

Bununla yanaşı, Yerevan meriyasının binası qarşısında adıçəkilən şəxslərin vəzifədən azad edilməsini tələb edən oturaq tətil davam edir.

Ermənistanda əsgər intihar etdi

alt

Bu gün Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində əsgər ölümü faktı qeydə alınıb.

Müddətli həqiqi hərbi xidmətə çağrılmış Manuçar Manuçaryan müşahidə qülləsində olarkən özünü güllələyib.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq aparılır.

Bişkekdə Heydər Əliyev adına məktəb inşa ediləcək

alt

Bişkek meriyası və Azərbaycan hökuməti Qırğızıstan paytaxtında Azərbaycanın dəstəyi ilə məktəbin tikintisini nəzərdən keçirirlər. 

Bu məsələyə Bişkek meri İsa Omurkulovun Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşündə toxunulub.

Omurkulovun sözlərinə görə, məktəb Heydər Əliyevin adını daşıyacaq. Təhsil müəssisəsi Bişkekin mərkəzində inşa ediləcək.

Bundan başqa, görüşdə Heydər Əliyev parkının yenidən qurulması və abadlaşdırılması məsələləri müzakirə edilib.

Hazırda iki ölkənin memarları parkın layihəsini və dizaynını hazırlayırlar. 10 hektar sahəsi olacaq park Cənub qapılarında yerləşir.

Bişkek meri bildirib: "Park paytaxt sakinləri və qonaqlarının istirahət edəcəyi məkan olacaq. İstirahət edənlərin Heydər Əliyevin həyatı ilə tanış olması üçün parkda informasiya stendləri quraşdırılacaq. Ümid edirik ki, bu park iki qardaş ölkənin dostluq münasibətlərinin inkişafına böyük töhfə verəcək".

Gənc qadın əri və qayınları tərəfindən zorlandı - İntiqam

alt

Hindistanda təəccüb doğuran hadisə baş verib. 

24 yaşlı qızın qardaşının evli qadınla cinsi əlaqədə olduğu ortaya çıxıb. Bu hadisədən sonra oğlana qəribə cəza verilib. Belə ki, oğlanın bacısını cinsi əlaqədə olduğu evli qadının əri ilə zorla evləndiriblər. Gənc qadının başına gələn müsibət bununla da bitməyib. 

Yaşadığı kəndin sakinlərinin "intiqam" adlandırdıqları bu nikahdan sonra gənc qadın əri və ərinin qardaşları tərəfindən mütamadi olaraq təcavüzə uğrayıb. Bir müddət sonra qaçmağa müvəffəq olan qadın polisə şikayət edib. Polisə ifadə verən qadın deyib: "Əgər bu evliliyə qarşı çıxsaydım, kənd qan gölünə çevriləcəkdi".

Polis isə sadəcə "cinayətkarlar cəzalanadırılacaq" deməklə kifayətlənib.

Məscidə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq - Qərar

alt

Avqustun 8-də Ramazan bayramında Moskvanın mərkəzi məscidinə giriş ancaq şəxsiyyət vəsiqəsi ilə olacaq. 

Gücləndirilmiş nəzarət bayram günü ilə Ağır Atletika üzrə dünya çempionatı tarixinin üst-üstə düşməsi ilə izah olunur. Sənədlərin yoxlanılmasına könüllülər kömək edəcək.

Qeyd edək ki, ağır atletika üzrə dünya çempionatı avqustun 10-dan 18-dək dava edəcək.

Pakistanın yeni prezidenti seçildi

alt

Bu gün Pakistanın yeni prezidenti seçilib. 

Ölkədə sayca 12-ci prezident seçkilərinin qalibi Məmnun Hüseyn olub. O, may ayında parlament seçkilərində qalib gəlmiş və Baş nazir Nəvaz Şərifin sədrlik etdiyi "Pakistan Müsəlman Liqası" partiyasından namizəd olub. Prezident seçkisi ictimaiyyətə qapalı şəkildə keçib və prezidenti 706 deputat seçib. 

Parlament seçkilərində məğlub olmuş hakim "Pakistan Xalq Partiyası"nın lideri Asif Əli Zərdarinin prezident olaraq səlahiyyəti isə sentyabrın 8-də başa çatır. Zərdari parlament seçkilərində məğlubiyyətdən sonra prezident seçkilərində iştirak etməkdən imtina etdiyini bəyan etmişdi.

Fransada qatar qəzasında ölənlərin sayı 7 nəfər çatıb

alt

Fransanın Bretini-sür-Orj şəhərində baş vermiş qatar qəzasında ölənlərin sayı 7 nəfərə çatıb. Bu gün 67 yaşlı qadın xəstəxanada keçinib.

Paris-Limoj beynəlxalq ekspresi iyulun 12-də Bretini-sür-Orj şəhərində qəzaya uğrayıb. Hadisə nəticəsində 6 vaqon relsdən çıxıb. Lokomotiv isə platformaya dəyib.

Tənqidi məqaləsinə görə işdən qovuldu

alt

Türkiyənin “Sabah” qəzetində çalışan Yavuz Baydar tənqidi məqaləsinin The New-York Times qəzetində dərc ediləndən sonra işdən qovulub. 

Baydarın “Mediamaqnatlar Türkiyədə demokratiyanı sarsıdır” adlı məqaləsi Amerika mətbuatında iyulun 19-da dərc edilmişdi. 

Məqalədə Baydar qeyd etmişdi ki,Türkiyə mətbuatı hakimiyyətlə sıx əlaqə saxladığına görə həqiqətləri gizlədir və informasiyanı təhrif edir. Bu da özünü xüsusən may ayında ölkədə baş verən kütləvi aksiyaları işıqlandırmaqda özünü göstərdi.

Türk mətbuatının veridiyi məlumata görə, Yavuz Baydar həmin məqaləni əvvəlcə “Sabah” qəzetində dərc etdirmək istəsə də, bununçün ona icazə verilməyib. Lakin məqalənin The New York times” da dərc edilməsindən sonra “Sabah” qəzeti bildirib ki, jurnalist məqalədə işlədiyi qəzeti təhqir edib. 

Qeyd edək ki, Yavuz Baydar qəzetdə ombudsman (oxucu ilə qəzet arasında vasitəçi) vəzifəsini yerinə yetirirdi.

Saytda Axtarış

Son xəbərlər