Dalga Televiziyasi Bişkekdə Heydər Əliyev adına məktəb inşa ediləcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün525
DünənDünən957
Bu həftəBu həftə9726
Bu ayBu ay47464
Bu günə qədərBu günə qədər7474798

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Bişkekdə Heydər Əliyev adına məktəb inşa ediləcək

alt

Bişkek meriyası və Azərbaycan hökuməti Qırğızıstan paytaxtında Azərbaycanın dəstəyi ilə məktəbin tikintisini nəzərdən keçirirlər. 

Bu məsələyə Bişkek meri İsa Omurkulovun Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşündə toxunulub.

Omurkulovun sözlərinə görə, məktəb Heydər Əliyevin adını daşıyacaq. Təhsil müəssisəsi Bişkekin mərkəzində inşa ediləcək.

Bundan başqa, görüşdə Heydər Əliyev parkının yenidən qurulması və abadlaşdırılması məsələləri müzakirə edilib.

Hazırda iki ölkənin memarları parkın layihəsini və dizaynını hazırlayırlar. 10 hektar sahəsi olacaq park Cənub qapılarında yerləşir.

Bişkek meri bildirib: "Park paytaxt sakinləri və qonaqlarının istirahət edəcəyi məkan olacaq. İstirahət edənlərin Heydər Əliyevin həyatı ilə tanış olması üçün parkda informasiya stendləri quraşdırılacaq. Ümid edirik ki, bu park iki qardaş ölkənin dostluq münasibətlərinin inkişafına böyük töhfə verəcək".

Saytda Axtarış

Son xəbərlər