Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün42
DünənDünən1775
Bu həftəBu həftə5512
Bu ayBu ay54208
Bu günə qədərBu günə qədər7481542

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Aviaşirkət təyyarələrini satışa çıxardı

alt

Ermənistanın borc batağında üzən ən böyük milli aviaşirkəti “Armavia” aviaşirkəti təyyarələrini satışa çıxarıb. 

şirkət bunun üçün danışıqlara başlayıb. "Artıq maraqlananlar var. Onlar təyyarələri almağa hazırdırlar", deyə aviaşirkətdən məlumat verilib. 

Bununla belə “Armavia”nın iflas prosesini dayandırdığı və kreditlərini mərhələ-mərhələ ödəməyə başladığı deyilir. 

Qeyd edək ki, Ermənistanın hava yolu şirkəti iflas etdiyini apreldə açıqlamış və uçuşların həyata keçrilməsini dayandırmışdı.

Prezident padşah oldu

alt

Özbəkistanda nəşr olunan “Türküstan” qəzetində prezident İslam Kərimov barədə geniş məqalə dərc olunub. 

Məqalədə prezident “padşah” adlandırılıb. Məqalə müəllifi yazısında “Tanrıya min dəfə şükür edirik ki, bizə belə müdrik və ədalətli padşah bəxş edib” - deyə vurğulayıb. Məqalədə Özbəkistanın müstəqillik illərindəki inkişafının İslam Kərimovun müdrik siyasətinin nəticəsi olduğu qeyd olunub. 

Buna bənzər müraciət Orta Asiya respublikalarında geniş yayılıb. Tacikistan prezidenti İmaməli Raxmona “Cənabi-ali”, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə “Elbaşı” ləqəbi verilib. 

Misirdə toqquşmalar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb

Misirdə polislə nümayişçilərin toqquşmaları nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb, 792 nəfər xəsarət alıb. 

Qarşıdurmalar paytaxtda və ölkənin müxtəlif əyalətlərində cümə axşamından şənbə gününə və şənbə gününün səhəri baş verib.

Misirin təcili yardım xidmətinin baş həkimi Xaled əl-Xatıb bildirib ki, Qahirənin Rabia əl-Ədaviya rayonunda hal-hazırda 72 nəfər həlak olub, 292 nəfər xəsarət alıb. Daha 8 nəfər İsgəndəriyyədə qarşıdurmalar nəticəsində həlak olub, 194 nəfər isə yaralanıb.

Əl-Xatıbın bildirdiyinə görə, indiyənə kimi xəstəxanalardan 350 nəfər buraxılıb.

Həkim həmçinin qeyd edib ki, gün ərzində ölənlərin və gecə hadisələrində xəsarət alanların sayı artıb, çünki səhiyyə nazirliyi müxtəlif xəstəxanalardan daim yeni məlumatlar alıb.

Misirin daxili işlər nazirliyi insanların həlak olması ilə əlaqədar bütün məsuliyyəti islam hərəkatlarının üzərinə qoyub.

Liviya Misirlə quru sərhədi bağlayıb

Liviyanın baş naziri Əli Zeydan cümə günü güllələnmiş tanınmış siyasətçi və vəkil Əbdessalam əl-Mismarinin qətlində günahkarların ölkədən qaçmağa mane olmaq üçün, şənbə günü Misirlə quru sərhədi bağlamağa göstəriş verib. 

"Misirlə sərhədin bağlanması haqqında əmr verilib. Yalnız yüklər buraxılacaq", - mətbuat konfransında baş nazir bildirib.

Zeydanın sözlərinə görə, Tripoli artıq qəbul edilmiş qərar haqqında Misir hakimiyyətinə məlumat verib. Şübhəli şəxslərin siyahısı, tezliklə Qahirəyə veriləcək , Zeydan əlavə edib.

Baş nazir həmçinin qətlin araşdırılmasının keçirilməsində köməklik göstərilməsi üçün beynəlxalq cəmiyyətə müraciət edib.

Türkiyədə yenidən meşə yanğınları baş verdi

alt

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşə massivi yanır.
Hava küləkli olduğundan 6 ayrı yerdə baş verən yanğının qarşısını almaq çətinləşib.
Yanğının baş vermə səbəbi hələ məlum deyil.

Hazırda yanğının söndürülməsinə yanğınsöndürən maşınlarla yanaşı, vertolyot və təyyarə də cəlb edilib.

Qeyd edək ki, iyulun 22-də də Bodrumda meşə yanğınları baş vermişdi.

Belarusda dəhşətli qəza: 8 ölü, 11 yaralı

alt

Vitebskdə minik maşını ilə mikroavtobus toqquşub

Belarusun Vitebsk vilayətində bu gün baş verən yol qəzasında 8 nəfər ölüb. 11 nəfər xəstəxanaya çatdırılıb. 

Orşan rayonunun Babiniçi kəndi yaxınlığında Rusiya dövlət nömrə nişanlı minik maşını ilə Ukrayna dövlət nömrə nişanlı mikroavtobus toqquşub. 

Ölənlərin və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Mursi Mübarəklə eyni həbsxanada saxlanıla bilər

alt

Hərbçilər tərəfindən devrilən Misir prezidenti Məhəmməd Mursi Qahirənin yaxınlığındakı keçmiş ölkə başçısı Hüsni Mübarəkin saxlanıldığı “Tora” həbsxanasına köçürülə bilər.

Bu barədə Misirin daxili işlər naziri Məhəmməd İbrahim bəyan edib. 

“Bildiyiniz kimi, Mursiyə 15 sutkalıq həbs cəzası verilib və onun həbsxanaya köçürülməsi ilə bağlı qərarı yalnız işi araşdıran müstəntiq verə bilər. Çox güman ki, o məhz “Tora” həbsxanasına köçürüləcək”- deyə, Məhəmməd İbrahim mətbuat konfransında bildirib. 

Biznesmenin ailəsinə killer hücumu:2 ölü

alt

Rusiyanın Stavropol şəhərində iş adamının ailəsinə edilən hücum nəticəsində onun 11 yaşlı qızı killer tərəfinndən öldürülüb. Xanımı və oğlu isə ağır yaralanıb. 

Rusiya mətbuatının məlumatına görə, hadisə iyulun 28-i gecə baş verib. Naməlum killer iş adamının yaşadığı evə girərək amansızlıqla onun 11 yaşlı qızını qətlə yetirib. Hələlik evinə hücum edilən iş adamının adı açıqlanmır. 

Son məlumata görə, biznesmenin 16 yaşlı oğlu da xəstəxanada vəfat edib.

Yeniyetmə qızı zorlayıb tabutda gizlətdilər

alt

ABŞ-ın Los Anceles şəhərində itən 15 yaşlı qız, 120 santimetrlik tabutda tapılıb. Balaca qız onu cinsi istismar edən cütlüyün əlindən sağ qurtulub. 

Polis Ryan Balletto ilə Patrik Pearman adlı ər-arvadın fermasına basqın edib. Axtarış zamanı qız fermadakı uzunluğu 120, hündürlüyü 60 santimetr olan metal qutunun içində sağ tapılıb. 

Balacanın 3 gündür tabutu xatırladan metal qutuda saxlandığı və cinsi istismara məruz qaldığı məlum olub. Ryan Balletto və Patrick Pearman cütlüyü həbs olunub. 

15 yaşlı qız isə psixoloji müalicə alması üçün klinikaya aparılıb. Səlahiyyətlilər ferma sahibi cütlüyün başqa qurbanlarının da olmasından şübhələnirlər.

Almaniya İrana taxıl ixracını artırıb

alt

Son 11 ay ərzində (2012-ci ilin iyulundan 2013-cü ilin mayınadək)Almaniya İrana taxıl ixracı artırıb.

Avropa Birliyinin Tehran hakimiyyətinə sanksiyalar fonunda göstərilən müddətdə İslam Respublikasına 1,15 milyon ton taxıl ixrac edilib. Bu da əvvəlki 11 ayla müqayisədə 372 min ton çoxdur. 

Məsciddə terror törədildi; 57-yə yaxın ölü

alt

Pakistanın Paraçinar şəhər məscidi qarşısında törədilmiş partlayış nəticəsində ölənlərin sayı 57-yə çatıb.

Hadisə cümə namazı qılınarkən şiələrin məscidinin qarşısında törədilib. Motosikletlə hərəkət edən 2 kamikadzenin intihar hücumu nəticəsində 167 nəfər yaralanıb.

«Geo TV» kanalının məlumatına görə, partlayışlara görə məsuliyyəti «Texrikye Talibane Pakistan» təşkilatı öz üzərinə götürüb.

Avropa Birliyinin təmsilçisi Qəzzaya buraxılmadı

alt

İsrail Avropa Birliyinin təmsilçilərini Qəzza zolağına buraxmaqdan imtina edib.

Diplomatların sözlərinə əsasən, bu müdafiə naziri Moşe Yaalonun yeni qərarı ilə bağlıdır. Həmin qərara görə, AB-nin Qəzza zolağı ilə İordan çayının Qərb sahilini əlaqələndirməsi dayandırılıb.

Yaalonun qərarı həm də yəhudilərin yerləşdirildiyi yeni tikililərə - İude, Samariya, Şərqi Qüds və Hollan təpələrindəki dövlət və özəl təşkilatlara maliyyə yardımı edilməsinin, qrantların ayrılmasının, mükafatların verilməsinin Avropa Birliyinin dayandırmasına bir cavabdır.

AB-nin ali komissarı Ketrin Eşton İsrail hökumətindən bu yeni siyasəti ilə bağlı izahat istəyib.

Saytda Axtarış

Son xəbərlər