Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün212
DünənDünən957
Bu həftəBu həftə9413
Bu ayBu ay47151
Bu günə qədərBu günə qədər7474485

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

12 günlük körpə xəstəxanada yanaraq öldü

altÇində 12 günlük körpə yanaraq öldü.

Körpə soyuqladığı üçün həkimlər onu gecə kuvezə qoyublar. Kuvezin temperaturu həddən artıq yuxarı olduğundan körpə yanıb. Kuvezdə qızarmış körpəni görən xəstəxana işçiləri körpənin şəklini çəkərək Çinin VEİBO adlı sosial şəbəkəsində paylaşıblar ki, bu da görənləri şoka salıb. Uşağın kürəyi və kiçik ayaqları yanaraq tünd qəhvəyi rəng alıb.

Çinin Quanszou uşaq Xəstəxanasının həkim və tibb bacıları körpənin ölümünə görə məsuliyyətdən boyun qaçıraraq bu barədə mediaya məlumat verməkdən imtina ediblər.

Serj Sarkisyan Azərbaycan dilində danışdı

altErmənistan prezidenti Serj Sarkisyan Basarkeçər bölgəsində qoca bir erməni ilə söhbəti zamanı azərbaycanca bildiyini etiraf edib.

Sarkisyan azərbaycanca danışan qocaya əvvəlcə, “yəqin hələ də köhnə günlərin xatirələri ilə yaşayırsınız” deyib.

Prezident daha sonra dediklərini ermənicəyə tərcümə etməyə çalışan qocaya tərcüməyə ehtiyac olmadığını deyib: “Tərcüməyə ehtiyac yoxdur, mənim də o dili danışdığımı unudursunuz demək ”

Ermənistan və İran arasında ticarət sazişi imzalanıb

alt

Ermənistan və İran arasında ticarət sazişi imzalanıb. 

Saziş iki ölkənin ticarət palatasının rəhbərləri tərəfindən İrəvanda imzalanıb. İran Ticarət Palatasının rəhbəri İran və Ermənistan arasında ki ticarət münasibətlərini daha da genişləndirməyə çağırıb. O qeyd edib ki, İran Ermənistan üçün yeni üfüqlər aça bilər: 

“Təkcə onu deyə bilərəm ki, İran Ermənistan üçün 14 ölkəyə malların tranzit qapısını aça bilər. Bu fürsətdən istifadə etmək lazımdır”.

Rusiyanı matəmə bürüyən erməninin qızı dilənməyə başladı

altRusiyada 18 nəfərin ölümünə səbəb olan erməninin qızı dilənməyə başladı.

İdarə etdiyi "KamAZ"ı sərnişin avtobusuna çırpan və bununla da 18 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan Qraçyi Arutunyanın qızı Lilit Arutunyan insanlardan maliyyə yardımı istəyir. Bu Bu barədə L.Arutunyan özünün Facebook profilində elan yerləşdirib.

L.Arutunyan hazırda özünün və ailəsinin çətin günlər yaşadığını qeyd edib və onlara belə çətin gündə yardım edilməsini istəyir.

Rusiya vətəndaşı Türkiyədə öldü

alt

Türkiyənin Kəmər kurortundakı otellərdən birində rusiyalı turist ürək tutmasından vəfat edib.

62 yaşlı turist Anatoliy Verejemskiyin ürəktutması hovuza girərkən baş verib. Günorta saat 12 radələrində isti havada bir qədər sərinlənmək istəyən Anatoliy hovuza girib. Bu zaman özünü pis hiss edib. O, özü quruya çıxa bilib, lakin dərhal yerə yıxılıb.

Turist dərhal yaxınlıqdakı xəstəxanalardan birinə gətirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Böyük Teatrda faciə

alt

Moskvada Böyük Teatrın skripkaçısı Viktor Sedov səhnədə baş vermiş faciə nəticəsində dünyasını dəyişib. 

65 yaşlı musiqiçi dünən Yeni səhnədə yıxılıb və zədə alıb. Xəstəxanaya aparılan skripkaçı bu gün dünyasını dəyişib. 

Sosial şəbəkədə həmkarları onun orkestrin çuxuruna düşərək öldüyünü bildirirlər. Qeyd edək ki, bu, Rusiya teatrlarında ikinci dəfə oxşar ölüm hadisəsidir. Bu il martın 13-də Perm Opera Teatrında baş recissor Olqa Enns də orkestr çuxuruna yıxılaraq başından zədə almışdı və iyirmi gündən sonra keçinmişdi.

Türkiyənin şərqində güclü partlayış

alt

Türkiyənin Diyarbəkir vilayətində güclü partlayış baş verib. Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Məlumata görə, partlayış nəticəsində 6 nəfər yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.

Ərdoğan Misirin müvəqqəti vitse-prezidenti ilə görüşmədi

alt

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Misirin müvəqqəti vitse-prezidenti Məhəmməd əl-Baradeyi ilə görüşdən imtina edib. 

Əl-Baradeyi Ərdoğandan onu qəbul etməyi xahiş edib, lakin Türkiyənin Baş naziri qeyri-legitim vitse-prezidenti qəbul edə bilməyəcəyəni deyib.

Ərdoğan qeyd edib: "Əl-Baradeyi mənimlə görüşməklə özünə legitimlik qazanmaq istəyir".

Anakonda inəyi udduqdan sonra geri qaytardı - VİDEO

alt

Braziliya meşələrində çəkilmiş və sosial şəbəkələrdə yayılan video görənləri dəhşətə düşürür. 

Həvəskar operator, udaraq həzm edə bilmədiyi inəyi mədəsindən çıxaran anakondanı çəkməyə müvəffəq olub. Daha əvvəl müxtəlif heyvanları udan anakondanın videosu çəkilsə də udduğu inəyi qusan bir anakondanın ilk dəfə çəkildiyi bildirilir. Böyük bir inəyi udan və daha sonra onu geri qaytaran inəyin aqibəti barədə isə məlumat verilməyib.

 

Gənc qız şiri öpmək istəyərkən...

alt

Cənub Afrikadakı vəhşi heyvanların reabilitasiya mərkəzinə işə gedən 18 yaşlı gənc bir qız şiri öpmək istəyərkən hücuma məruz qalıb. 

Gənc qızı pəncələriylə ayağından tutub qəfəsin içinə çəkmək istəyən şirin köməyinə başqa bir şir yetişib. Onlar gənc qızı dişləyərək qıçında dərin yara açıblar. Qızın köməyinə gələn baytar Natalie Bennett süpürgə ilə şirləri vuraraq gənc qız heyvanların pəncələridən xilas edə bilib.

Rusiyada ağır yol qəzası: 18 ölü

alt

Rusiyanın Moskva vilayətinin Podolsk rayonu ərazisində ağır yol qəzası baş verib. 

Podoslk şəhəri yaxınlığında yüz avtomobili ilə avtobusun toqquşması nəticəsində 18 nəfər ölüb. Hadisə yerində 14 nəfər keçinib, xəstəxanada isə 4 yaralı dünyasını dəyişib. Faktla bağlı təhqiqat aparılır. 

PKK İran sərhədində gömrük postu qurub

altTERROR TƏŞKİLATININ QAZANC MƏNBƏLƏRİ...

Türkiyənin Polis Akademiyasının nəzdində fəaliyyət göstərən Beynəlxalq Terrorizim və Sərəhdləri Aşan Cinayətlər Araşdırma Mərkəzi qaçaqçılıq və terrorla bağlı hesabat hazırlayıb. Hesabatda PKK terror təşkilatının da hazırkı maliyyə faəliyyətinə geniş yer verilib.

Terrorçuların Suriya və Quzey İraqda Türkiyə sərhədinə yaxın ərazidə “gömrük qapıları” açdığını vurğulayan hesabat müəllifləri qeyd edib ki, hətta burada qanuni yolla yük daşıyan maşınlardan da haqq alınır. Terror təşkilatı hər gömrükdən ildə 3 milyon avro qazanır.

Hesabatda PKK-nın sərhəddəki “gömrük qapıların”nın siyahısı da verilib:

- İran sərhədindəki gömrük nöqtəsində 45 nəfərdən ibarət və “Şəhidan taburu” adlanan silahlı şəxslər qaçaqçılardan xərac toplayır.

- Bu nöqtələrdən keçən malın dəyərinin 10 faizi vergi adı altında alınır. Günlük orta hesabla 3-5 min dollar vəsait toplanır.

- İraq tərəfindəki Haftanin, Derari, Ore, Hakurk, Nazdur bölgələrində, İran torpaqlarında isə Şehidan, Tise, Harçini, Erbila, Urmiyə və Makü bölgələrində PKK-nın yaratdığı “gömrük nöqtələri” var.

- Keleşin, Zele, Dole Tue, Kuzine bölgələrində də belə gömrük nöqtələri fəaliyyətdədir. Bu gömrük nöqtələrinin hər birindən ildə 3 milyon avro gəlir əldə edilir.

Hesabata əsasən “vergi” alınan qaçaqmalçılara qırmızı rəngli və möhürlü sənədlər təqdim edilir. Bu sənədlərin üzərində “Dostun gömrüyünü aldıq” deyə qeyd olunur.

Saytda Axtarış

Son xəbərlər