Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün312
DünənDünən1775
Bu həftəBu həftə5782
Bu ayBu ay54478
Bu günə qədərBu günə qədər7481812

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Ermənistanda etiraz aksiyaları başladı

alt

İyulun 23-də Ermənistanın paytaxtı İrəvanda ictimai nəqliyyatda gediş haqqının artırılmasına etiraz aksiyası keçirilib. 

Yüzlərlə adam Hökumət evinin qarşısına yürüş edib. Aksiya zamanı təhlükəsizlik xidməti əməkdaşları ilə qarşıdurma olub. Aksiya iştirakçılarından 4 nəfər saxlanılıb. 

Qeyd edək ki, Ermənistanda ictimai nəqliyyatda gediş haqqı iyulun 20-dən 100 dramdan 150 drama qədər artırılıb.

Əfqanıstana yeni xüsusi nümayəndə təyin edildi

alt

Avropa Birliyi Əfqanıstana yeni xüsusi nümayəndə təyin edib. 

Bu qərar Brüsseldə keçirilən Nazirlər Şurasında qəbul olunub. Məlumata əsasən, Franz-Mikael Skyold Melbin bu ilin sentyabrın 1-dən öz səlahiyyətlərini icra etməyə başlayacaq. Onun bu vəzifədə əsas məqsədi AB-nin Əfqanıstanla bağlı siyasətinin hədəflərinə çatması istiqamətində səylərini artırmaq olacaq. Danimarkalı diplomat eyni zamanda AB-nin Kabildəki nümayəndə heyətinin başçısı olacaq. Bundan əvvəl o Danimarkanın Əfqanıstan və Pakistanda xüsusi nümayəndə vəzifəsini icra edib.

İraqda hərbi bazaya hücum: 25 ölü

alt

Bu gün İraqda hərbi bazaya hücum nəticəsində 25 hərbiçi dünyasını dəyişib

Səhər saatlarında kimliyi bəlli olmayan terrorçu tərəfindən hərbi bazaya edilən hücum 25 nəfərin ölümü ilə nəticələnib. Mosulda səhər saatlarında baş verən partlayışın səsinin qonşu şəhərlərdə də hiss edildiyi deyilir.

Partlayışın kim tərəfindən törədildiyi isə bəlli deyil. Faktla bağlı cinayət işi qaldırılıb.

Türkiyənin şimalında zəlzələ oldu

alt

Türkiyənin Kastamonu vilayətinin İhsanqazi rayonunda 4,2 bal gücündə zəlzələ baş verib. 

Bu barədə Trend bazar ertəsi "Hürriyet" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına görə, ölən və dağıntılar barədə hələ məlumat verilmir.

Ermənistan İranın iş adamlarına səsləndi: Sərmayə qoyun

alt

Ermənistanın İnkişaf Agentliyinin rəhbəri Robert Arutunyan iranlı iş adamlarına və şirkətlərə müraciət edib. Erməni rəsmisi onları Ermənistanın iqtisadi həyatında fəal iştirak etməyə çağırıb. 

O, Ermənistanda iranlı iş adamları üçün hərtərəfli şərait yaradıldığını vurğulayıb.

Arytunyan onu da bildirib ki, erməni investorlar “Araz” azad iqtisadi zonasına sərmayə qoymağa hazırdırlar: “Araz” azad iqtisadi zonası erməni biznesmenlər üçün yaxşı imkanlar açır. Onlara öz bizneslərini aparmaq üçün yaxşı şərait təklif edilir”.

Turisti zorlayanlar ömürlük həbsxanada qalacaqlar

alt

Hindistanda məhkəmə Madhya-Pradeş ştatının 6 nəfər sakinini isveçrəli turist qadını zorladıqlarına görə ömürlük azadlıqdan məhrum edib. 

Hadisə bu il martın 16-da baş verib. Hindistana turist səfərinə gəlmiş 39 yaşlı qadın və onun əri velosipedlərlə Tac-Mahala gedirmişlər.

Onlar Datiya mahalında yol kənarında gecə çadır qurub yatanda 6 kişinin hücumuna məruz qalıblar. Kişilərdən 4-ü qadını zorlayıblar, 2-si isə ərini saxlayıblar.

Cinayətkarlar həmçinin turistlərin videokamerasını, noutbukunu və təxminən 185 dollarını oğurlayıblar.

Rusiyada helikopter qəzası: ölənlər var

alt

Rusiyanın Murmansk vilayətində şəxsi helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb. 

Helikopterdə iki Böyük Britaniya vətəndaşı və bir rusiyalı olub. 

Əvvəlcə helikopterdə qəza mayakı işə düşüb, sonra isə helikopterlə əlaqə itib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri axtarış-xilasetmə işlərinə başlayıblar.

“Mən ölüm hökmünün ləğvinə qarşıyam“

alt

Tacikistanın daxili işlər naziri Ramazan Rəhimov ölüm hökmünün tətbiqi ilə bağlı çıxış edib.

O, deyib : «Mən ölüm hökmünün ləğvinə qarşıyam. Hərdən elə ağır cinayətlər törədilir ki, onu bağışlamaq mümkün deyil».

Hazırda Tacikistanda edamın tətbiqinə dair moratorium fəaliyyət göstərir.

Bu ilin aprelində ölkə prezidenti İmaməli Rəhman parlamentə ölüm hökmünün birdəfəlik yasaqlanması barədə müraciət etmişdi.

Cari ilin mayında isə ölüm hökmünün ləğvi üzrə beynəlxalq komissiyanın təmsilçisi, keçmiş prezident Rut Dreyfus ölkəyə səfəri zamanı Tacikistan rəhbərliyi ilə bu hökmün ləğvi məsələsini müzakirə edib.

Ölüm hökmünün dayandırılmasına dair moratorium 2004-cü ildən qüvvədədir. Bu hökm ömürlük həbslə əvəzlənib. 

ABŞ-da dəhşətli cinayətin üstü açıldı

altABŞ-ın Hyuston şəhərində polislər dəhşətli cinayətlə rastlaşıblar. Burada bir nəfər 8 nəfər təqaüdçünü qul kimi saxlayırmış.

«Rossiya 24»ün məlumatına əsasən, «quldar» 4 kişini qarajda, 4 qadını isə evdə saxlayıb. «Qullar» nə tapdılarsa, onunla qidalanırmışlar. Polislər onları tapanda təqaüdçülər aclıqdan ölmək həddində olublar.

Təqaüdçülərdən biri artıq 10 ildir ki, bu əsarətdə olduğunu bildirib. Cinayətkar onları havayı siqaret və alkoqollu içki adı ilə aldadıb gətiribmiş.

Təqaüdçülərin sosial kartlarını alan cinayətkar onların pullarını da mənimsəyirmiş.

Hazırda zərərçəkmişlər xəstəxanadadırlar. «Quldar» isə həbs edilib.

Məşhur reper jurnalisti döydü

alt

Məşhur amerikalı reper və bəstəkar Kanye Uest ABŞ-ın Los-Anceles şəhərində beynəlxalq hava limanında reportyoru vəhşicəsinə döyüb.

Reportyor tanınmış reperin şəkillərini çəkmək istəyəndə Uest ona hücum edib.

Hadisə Kanye Uest hava limanının binasından çıxarkən jurnalistlər və paparassilər tərəfindən əhatəyə alınanda baş verib.

Reper "Xahiş edirəm, çəkməyin!" desə də, jurnalistlərin bir neçəsi çəkilişləri davam etdiriblər.

Həmin reportyorların birinin sualı reperin xoşuna gəlməyib. Uest jurnalisti yumruqlayandan sonra yerə yıxaraq təpikləyib.

Hadisədən bir neçə dəqiqə sonra olayın videosu internetdə yayılıb.

Mail Online bildirir ki, döyülmüş jurnalist xəstəxanaya aparılıb.
Həkimlərin dediklərinə görə, onun səhhətində ciddi problemlər yoxdur.

Türkiyə-Suriya sərhədində növbəti silahlı insident

alt

Türkiyənin Suriya ilə sərhədində növbəti silahlı insident baş verib.

Suriya tərəfindən açılan atəş nəticəsində Hatay vilayətinin Altınözü qəsəbəsi yaxınlığında xidmət edən 1 çavuş və 3 əsgər yaralanıb.

Bildirilib ki, onların həyatları üçün heç bir təhlükə yoxdur. Yaralılar Antakya Dövlət Xəstəxanasına yerləşdirilib.

Polis əməkdaşı qəzaya düşdü

alt

Rusiyanın podmoskovya bölgəsində 24 yaşlı sahə müvəkkilini maşınla vurublar.

Moskva vilayətində polis əməkdaşının maşınla vurularaq öldürülməsi ilə bağlı istintaq gedir. Polis əməkdaşı aldığı travmalardan hadisə yerində dünyasını dəyişib.

İlkin məlumata əsasən, şosse ilə hərəkət edən sürücü idarəetməni itirib və yolun kənarı ilə piyada gedən sahə müvəkkilini vurub.

Moskva vilayətinin polis idarəsindən bildiriblər ki, polis əməkdaşı təcili yardım gələnə qədər dünyasını dəyişib.

Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.

Saytda Axtarış

Son xəbərlər