Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün780
DünənDünən1073
Bu həftəBu həftə2268
Bu ayBu ay50964
Bu günə qədərBu günə qədər7478298

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

"Şərq tərəfdaşlığı" üzrə səfir təyin olundu

altİsveç hökuməti Martin Haqstromu "Şərq tərəfdaşlığı" proqramı üzrə səfir təyin edib. 

Onun vəzifəsi Avropa İttifaqı və Şərqi Avropadakı tərəfdaş ölkələrlə "Şərq tərəfdaşlığı"nın fəaliyyətini genişləndirməkdən ibarətdir.

Martin Haqstrom hazırda İsveç XİN-in Şərqi Avropa və Mərkəzi Asiya Departamentində Şərqi Avropa Qrupunun rəhbəri vəzifəsində çalışır.

Haqstrom yeni vəzifəsinin icrasına iyul ayında başlayacaq.

"Şərq tərəfdaşlığı" Aİ ilə postsovet məkanının altı ölkəsinin - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusun siyasi və iqtisadi yaxınlaşmasına yönəlib. Proqram Aİ-yə üzvlüyü nəzərdə tutmur. Buraya viza rejiminin sadələşdirilməsi, energetika sahəsində əməkdaşlıq, azad ticarət zonasının tətbiqi daxildir.

9 nəfər anomal istilərin qurbanı oldu

alt

Yaponiyada artıq 5 gündür davam edən anomal isti hava 9 nəfərin həyatına son qoyub. 

Bu barədə yerli NHK telekanalı məlumat yayıb. Məlumata görə, ölənlərdən 8 nəfəri 60-80 yaşında olub, onların evlərinin kondisionerlə təchiz olmadığı qeyd olunur. 

Bundan başqa, 1 200-dək insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Həkimlər insanları anomal istilərlə bağlı ehtiyatlı olmağa çağırır. 

Abdullah Gül Azərbaycana gələcək

altTürkiyə Prezidenti Abdullah Gülün Azərbaycana səfəri gözlənilir.

Bu barədə Türkiyə Prezidentinin köməkçisi Ahmet Sever məlumat verib.

Sever bildirib ki, Prezidentin Azərbaycana səfəri avqustun 15-16-da gözlənilir.

Spirtli içkilərin satışı qadağan edildi

alt

Saratov vilayətinin Puqaçov şəhərində bir neçə gündür etiraz aksiyası keçirilir. Aksiya iştirakçılar yerli sakin qətlə yetirmiş yeniyetmə çeçenə qarşı cinayət işinin obyektiv aparılmasını, çeçenlərin vilayətdən çıxarılmasının tələb edir.

Puqaçov şəhərində spirtli içkilərin satışı dayandırılıb. Şəhərdə «quraqlıq qanunu» tətbiq olunub. Ona polis nəzarət edir. Yerli hakimiyyət tacirlər iyulun 19-dək spirtli içkiləri satmamağı məsləhət görüb.

Hakimiyyət bildirib ki, etiraz aksiyası iştirakçıları arasında çoxlu sayda sərxoş insanlar aşkarlanıb. Belələri iğtişaşa yaradacaq fikrilər söyləyir.

Avropa Birliyindən Ermənistana çağırış

alt“Avropa Birliyi bundan sonra da Dağlıq Qarabağ münaqişənin həllinə yardım etməyə hazırdır”.

Bunu Ermənistanda səfərdə olan AB-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bildirib.

Məsələnin həssas olduğunu deyən komissar qeyd edib ki, buna baxmayaraq, nə İrəvanda, nə də Bakıda bu mövzu ilə bağlı susqun qalmaq olmaz. Ş. Füle Ermənistanı Azərbaycanla Madrid prinsipləri əsasında razılığa gəlmək üçün səyləri artırmağa da çağırıb: “Avropa Birliyi isə öz növbəsində münaqişənin həlli və sülhün bərqərar olması üçün fəaliyyətini davam etdirməyə hazırdır”.

Erməni mer öz həmyerlisini vəhşicəsinə döydü

Ermənistanın Spitak şəhərin meri 48 yaşlı Qaqik Saakyan şəhər küçələrinin birində məişət münaqişəsi zəminində 71 yaşlı kişini döyüb. Şəhər sakini Levik Markaryan aldığı zərbədən sonra yıxılaraq ağır bədən zədələri alıb. Döyülən kişinin məhkəməyə müraciət etməkdən başqa əlacı qalmayıb.

Obama müsəlmanlara müraciət etdi

alt

ABŞ prezidenti Barak Obama bazar ertəsi müsəlmanları müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib. 

“1,5 milyard müsəlman üçün Ramazan dərin düşünmə, din və etiqad vaxtıdır. Bu, həmçinin, ailələr və dostlar üçün birgə yığışmaq və müxtəlif dinlərdən olan insanları birləşdirən ədalət, bərabərlik və bir-birinə şəfqət prinsiplərini reallaşdırmaq imkanıdır. Bu əlaqələr bir çox hallarda bizləri ayıran fərqlilikdən daha möhkəmdir”, deyə Obama qeyd edib.

Onun sözlərinə görə, amerikalı müsəlmanlar ölkənin inkişafına öz töhfəsini verir, hökumətdə, elm, biznes və xeyriyyəçilik sahələrində işləyir.

ABŞ-da 2,6 milyon müsəlman yaşayır (əhalinin 1%-dən az).

Gezi parkı açıldı və ... bağlandı

alt


23 günlük fasilədən sonra bu gün açılan Gezi parkı axşam saatlarından etibarən yenidən bağlanıb. Parka girə bilməyən bəzi şəxslərlə polis arasında toqquşma baş verib. 

Türkiyə mətbuatının məlumatına görə, açılışdan sonra əhaliyə ancaq bir neçə saat parkda gəzməyə imkan verilib. Axşam saatlarında isə parkın yaxınlığına çox sayda polis gətirilib. 

Polis parka gələnləri içəri buraxmadığına görə qarşıdurma yaranıb. Polisin güc tətbiq etdiyi bildirilir. Parkın açılış mərasimindən sonra yenidən xalqın üzün bağlanmasının səbəbi açıqlanmayıb. 

ABŞ Ərdoğanı devirmək üçün plan hazırlayır

alt

Amerika Birləşmiş Ştatları Türkiyədə hakimiyyəti dəyişmək üçün plan hazırlayır. 

Bunu İran İnqilabı Keşikçilərinin generalı Muhamməd Rıza Nağdi Misir prezidenti Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasını şərh edərkən deyib. 

Onun sözlərinə görə, Misirdəki hakimiyyət dəyişikliyinin ssenrisi ABŞ tərəfindən hazırlanıb. Buna bənzər senarinin Ərdoğan üçün da tətbiq ediləcəyini deyən general İran üçün də ABŞ-ın planları olduğunu vurğulayıb.

“O, ermənilərdən üzr istəməyib”

alt

Vəkil: “O, ermənilərdən üzr istəməyib”

Moldova Ombudsmanı Ayrelia Qriqoriu iyulun 7-də Kişinyova qayıdıb. Bu barədə Ombudsmanın vəkili Dorian Pıkeleu bildirib.

Vəkilin sözlərinə görə, Gürcüstan və Rumıniyanın Ermənistandakı səfirlikləri Ombudsmanın İrəvan aeroportuna gəlməsinə və Moskvaya uçmasına yardım edib. Daha sonra Ombudsman Moskvadan Kişinyova uçub.

“Hazırda o, istirahət edir. Ombudman baş verənlərlə əlaqədar bir neçə gün yatmayıb. Onu deyə bilərəm xanım Qriqoriu ermənilərdən heç bir şəkildə üzr istəməyib”.

Pakistanda partlayış: 14 yaralı

alt

Pakistanın şərqində yerləşən Lahor şəhərində törədilmiş partlayış nəticəsində ən azı 14 nəfər yaralanıb. 

Partlayış uzaqdan idarə olunan bomba vasitəsi ilə törədilib.

Məlumata görə, iki nəfərin vəziyyəti kritikdir. Hadisənin təfərrüatları və yaralananların sayı dəqiqləşdirilir. 

Ermənistan Türkiyə və Azərbaycandan torpaq tələb edir

alt

Ermənistanın Baş prokuroru Ağva Ovsepyan Türkiyəyə qarşı torpaq iddiası ilə çıxış edib. "Erməni soyqırımı”nın 100 illiyi ilə bağlı İrəvanda təşkil edilən konfransda çıxış edən Ağva Ovsepyan bildirib ki, Türkiyə Ermənistana aid kilsələri və “işğal etdiyi əraziləri” tezliklə qaytarmalıdır. 

Ağva Ovsepyan qeyd edib ki, bu gün Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla (Naxçıvan bölgəsi) ərazi problemi var: “Düşünürəm ki, bunu həll etmək üçün hüquqi dəlillərə əsaslanaraq, yeni bir ərizə forması hazırlanmalıdır. Sonra bu forma Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq məhkəmələrə təqdim edilməlidir”.

Saytda Axtarış

Son xəbərlər