Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün380
DünənDünən957
Bu həftəBu həftə9581
Bu ayBu ay47319
Bu günə qədərBu günə qədər7474653

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Sabiq maliyyə naziri Fransada həbs olundu

alt

Moskva vilayəti hökumətinin sabiq maliyyə naziri Aleksey Kuznetsov Rusiya hüquq-mühafizə orqanlarının sorğusu əsasında Fransada saxlanıb.

Rusiya Daxili İşlər Nazirliyinin saytında yayımlanan məlumata görə, Kuznetsov Moskva vilayəti büdcəsinə 3,5 milyard rubl zərər vurmaqda ittiham olunur. Ötən ilin noyabrından beynəlxalq axtarışda olan sabiq maliyyə nazirinə qarşı “Dələduzluq” və “Cinayət nəticəsində əldə olunmuş pulların leqallaşdırılması” və “İsrafçılıq” maddələri ilə cinayət işi başlanıb.

Misir qan gölünə çevrildi - 91 ölü

alt

Misirdə baş verən qarşıdurmalarda 30 iyundan bu günə qədər ölənlərin sayı açıqlanıb.

Yerli mətbuatın məlumatına görə, ölənlərin sayı 91 nəfərə çatıb. 

Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanlarından verilən məlumata görə,bir həftə ərzində yaralıların sayı da kəskin artaraq 1342- yə yüksəlib.

Əfqanıstanda terror: 12 polis öldürülüb

alt

Əfqanıstanın Tirin Kot şəhərindəki polis şöbəsində taliban terror aksiyası gerçəkləşdirib.

İntihar-terrorçunu hədəfi Qəndahar yolunun təhlükəsizliyinə nəzarət edən polislər olub.

Basqın polislər nahar fasiləsinə çıxarkən baş verib. Polis uniforması geyərək, yeməkxanaya girən intiharçı üzərindəki bombanı partladıb.

Ölkə rəsmiləri 12 polisin həlak olduğun, 5-nin yaralandığını bildiriblər. 

Misirdə qanlı cümə: prezident parlamenti buraxdı

alt

Misirin müvəqqəti prezidenti Ədli Mansur parlamentin yuxarı palatası olan Məsləhət şurasının buraxılması barədə fərman imzalayıb.
Məsləhət şurası müvəqqəti olaraq bütün qanunverici funksiyaları yerinə yetirirdi.İyunun əvvəlində Misirin Ali konstitusiya məhkəməsi Məsləhət şurasına seçkilər barədə qanunun yeni Konstitusiyaya uyğun olmadığını bildirmişdi.
Qeyd edək ki, paytaxt Qahirədə günün ikici yarısından yaşlayan iğtişaşlarda 4 Mursi tərəfdarı öldürülüb, xeyli sayda əsgər isə yaralanıb.
Tərəfdarlarının Mursinin saxlanıldığı yerə yürüş etməsinə imkan verməyən ordu onlara qarşı atəş açıb. Qanlı iğtişaşlar davam edir.

“Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq istəyirdim”

alt“Mənim Rusiyanın Azərbaycan və Ermənistanı silahlandırdığı barədə məlumatım yoxdur”

Bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili bu gün jurnalistlərlə görüşündə deyib. O bildirib ki, Gürcüstan silahlanmır: “Mənim Rusiyanın bizim dostlarımız olan Azərbaycana və Ermənistana silah satması barədə informasiyam yoxdur. Mən Azərbaycan və Ermənistan arasında vasitəçi olmaq istəyirdim. Çox pisdir ki, onların arasında belə münasibətlər var”.

“Bu məsələ çox siyasiləşdirilib"- İvanişvili

alt“Mən Rusiyadan konkret və dəqiq addımlar gözləmirəm”

Bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili jurnalistlərə bildirib.

“Rusiya ilə münasibətlərin normallaşdırılması üçün digər addımlar atırıq, bu, viza rejiminin sadələşdirilməsi və təyyarə uçuşlarının bərpası ilə bağlıdır. Abxaziya dəmiryolu mütləq bərpa olunmalıdır. Buna müəyyən vaxt lazımdır. Əlbəttə yollar açılmalıdır və açılacaq. Yolların açılması Abxaziya ilə münasibətlərimizi yaxşılaşdıracaq, iqtisadiyyat inkişaf edəcək. Fikirləşirəm ki, bu məsələ çox siyasiləşdirilib. Bu məsələdə ajiotaj yaradılmamalıdır”.

“Erməni lobbisi çirkin işlərə əl atdı”

Fransa “Lans”ı ilə bağlı bütün məsələlərə gələn həftənin əvvəlində nöqtə qoyulacağına inanıram”.

O, “Lans”ın səhmlərinin müəyyən hissəsinin Azərbaycana məxsus olacağını vurğulayıb. Məmmədov bu klubla əməkdaşlığın baş tutmaması üçün xüsusən, Fransadakı erməni lobbisi tərəfindən kampaniyanın aparıldığını vurğulayıb: “Onlar bəzi çirkin işlərə də əl atdılar. Amma “Lans” cameəsinin dəstəyilə bu iş baş tutdu”.

O, “Lans”la danışıqların yekunlaşmamasının səbəbini də açıqlayıb: “Fransada bir neçə proses gedir. İyulun 5-də bizimlə klub rəhbərliyi arasında görüş olacaq. Hazırladığımız investisiya proqramı təqdim olunacaq və inanıram ki, bu iş müsbət həllini tapacaq. “Lans”la əməkdaşlıq prezidentimiz İlham Əliyevin apardığı siyasətin davamıdır. Fransa kimi dövlətlə əməkdaşlıq həm də bir siyasətdir. İnşallah, “Lans” Fransanın əsas liqasına qayıdacaq və yüksək yerlər uğrunda mübarizə aparacaq”.

Gürcüstanın azərbaycanlı ziyalıları Gürcüstan-Azərbaycan dostluğuna xələl gətirmək istəyənlərə qarşı çıxış ediblər

altGürcüstan azərbaycanlılarının adından Gürcüstan-Azərbaycan tarixi dostluğuna xələl gətirmək istəyənlərə qarşı bəyanat qəbul edilib.

Tədbiri açan mərkəzin idarə heyətinin sədri Fazil Həsənov bəzi KİV-də və sosial şəbəkələrdə heç bir sosial dayağı və cəmiyyətdə nüfuzu olmayan qondarma təşkilatın rəhbərlərinin Gürcüstan azərbaycanlılarının adından yayımlanan, azərbaycançılıq ideyalarına zidd olan və Gürcüstan-Azərbaycan tarixi dostluğuna xələl gətirmək məqsədi güdən yazıların verilməsindən narahatlığını ifadə edərək və bu çıxışların ziyalıların mövgeyini əks etdirmədiyini xüsusi vurğulayıb. O, Gürcüstanın azərbaycanlı ziyalıları adından bəyanat hazırlandığını bildirib. "Regionpress" qəzetinin redaktoru Binnət Əlioğlu bəyanatın mətni ilə tədbir iştirakçılarını tanış edib.

Ziyalılar bildiriblər ki, ümummilli lider Heydər Əliyev ideyalarına daim sadiq qalan və bu gün öz doğma torpaqlarında yaşamalarına Heydər Əliyev və onun siyasi varisi - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsiyyətlərinə borclu olan Gürcüstan azərbaycanlıları özünün dövlətçilik ənənələrinə həmişə sədaqətləri ilə öyünmüş, minillik tarixə malik və Heydər Əliyev tərəfindən zirvəyə qaldırılmış mehriban dostluq və qardaşlıq münasibətlərinin qorunub-saxlanılması ilə qürur duymuşlar:

"Xatırlatmaq istəyirik ki, 2004-cü ildə Prezident cənab İlham Əliyevin Gürcüstana səfərindən və azərbaycanlıların yığcam yaşadığı Marneuli şəhərində soydaşlarımızla görüşündən sonra bu münasibətlər ümumi mənafe baxımından xüsusi mərhələyə qədəm goymuş və yeni məna kəcb etməyə başlamışdır."

Bəyanatda xüsusi qeyd edilir ki, son illər cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində qazanılmış nailiyyətlər bəzi "qaragüruhçu" qüvvələr tərəfindən "həzm" oluna bilmir, onlar nəyin bahasına olursa-olsun, beynəlxalq aləmdə ölkəni müxtəlif bəhanələrlə gözdən salmağa, ən böyük uğur hesab olunan daxili sabitliyi pozmağa və bununla da qarşıdakı prezident seçkilərində ucuz divident qazanmağa cəhd edirlər.

Bəyanatda bildirilir: "Biz, Gürcüstan azərbaycanlıları bir daha bəyan edirik ki, heç bir təxribata uymayan uzaqgörən Azərbaycan xalqı yaxşını yamandan seçməyi çox gözəl bilir, ictimai rəyi öz xeyrinə dəyişməyə və bu yolda heç nəyi əsirgəməməyə çalışan şər qüvvələr niyyətlərinə bu dəfə də çatmayacaq, ağıl-kamal nümayiş etdirən xalq yenə də müdriklik göstərəcək, möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək doğma Azərbaycanımızın daha da çiçəklənməsi və parlaq gələcəyi naminə bütün qüvvə və bacarığımızı sərf edəcəyik".

Havanın temperaturu 50 dərəcəyə çatdı - ABŞ-da

altABŞ-da qeyri-adi güclü istilər müşahidə olunur. Bəzi ştatlarda havanın hərarəti 50 dərəcəyə çatıb.

Nevada ştatında günvurmadan yaşlı kişi ölüb, onlarla adam xəstəxanalara müraciət edib.

Bu gün Kaliforniyanın bəzi rayonlarında rekord istilər gözlənilir. Havanın temperaturu 56,7 dərəcəyə çatacaq.

İki nəfər edam edildi - İranda

altOnlardan biri – Hüseyn Tukan Əhvaz şəhərində, “Salman Farsi” dördyolunda, əhalinin gözü qarşısında qaldırıcı krandan asılıb, Digər məhbus (onun ad və soyadının yalnız baş hərfi yazılıb) isə Gəcsaran şəhərində həbsxanada dara çəkilib. Onlardan birincisi narkotik maddələrin qaçaqmalçılığında, digəri isə qətldə günahlandırılıb. Belə ki, ikinci məhbus 2006-cı ildə Gəcsaran-Paznan küçəsində Möhsün Hüseyn Niki tapança ilə qətlə yetirib. Onlar barəsində aşağı instansiya məhkəmələrinin çıxardığı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 29-da səhər saatlarında icra edilib.

Qeyd edək ki, İran Çindən sonra edamların sayına görə dünyada ikinci yerdədir.

Türkiyədə polislə etirazçılar arasında toqquşmalar oldu

altİstanbul polisi ötən gecə Taksim meydanında 10 minədək iştirakçısı olan hökumət əleyhinə aksiyanı yatırarkən 20-dək etirazçı saxlanılıb.

Aksiya iştirakçıları iyunun 28-də əhalisinin əksəriyyətini kürdlər təşkil edən Diyarbəkirdə jandarmalarla toqquşmalar zamanı bir nəfərin ölməsi və 10-dan çox insanın yaralanması ilə bağlı hökumətə etiraz bildiriblər.

Taksim meydanındakı Müstafa Kamal Atatürkün heykəlini əhatəyə almış polis bir neçə dəfə etirazçıları dağılmağa çağırdıqdan sonra aksiya iştirakçılarını ərazidən qalxanlar vasitəsilə sıxışdırmağa başlayıb. Məlumata görə, polis etirazçılara qarşı bu dəfə su şırnağı və gözyaşardıcı istifadə etməyib.

Ankarada isə polis Qızılay meydanına razılaşdırılmamış yürüş edən yüzlərlə aksiya iştirakçısını dağıtmaq üçün su şırnağından istifadə edib. Orada da saxlanılanların olduğu bildirilir.

Bundan başqa, İraq sərhədi yaxınlığında yerləşən Yüksəlova şəhərində etirazçılarla polis arasında toqquşmalar baş verib. Kürdyönümlü Sülh və Demokratiya Partiyasının üzvləri də daxil olmaqla 1000-dək etirazçı bələdiyyə binasının qarşısında toplaşaraq Dıyarbəkirdəki hadisələrlə bağlı bəyanatı elan edib. Bundan sonra bir qrup ekstremist bələdiyyə binasına daş və fişəng atmağa başlayıb. Polis qaz və su şırnağından istifadə etməklə aksiyanı yatıra bilib.

İzmir, Adana və Antalyada keçirilmiş etiraz aksiyaları insidentsiz ötüşüb.

Bəşər Əsədin adı yeni pul qalmaqalında

alt

Suriya prezidenti Bəşər Əsədin ölkədəki iş adamlarından xərac topladığı iddia edilib. 

Daxili iğtişaşlar zamanı 50 milyard dollar xərcləyən Əsədin silah-sursat almaq üçün iş adamlarından xərac topladığı bildirilib. 

Suriyadan qaçaraq Türkiyəyə sığınan suriyalı iş adamları Bəşər Əsədin hərbi xərcləri qarşılamaq üçün hər cür vasitəyə əl ata biləcəyini bildiriblər. Onların sözlərinə görə, Əsəd xərac verməyən iş adamlarının qohumlarını qaçırdır və pul verildikdən sonra onları sərbəst buraxır.

Qeyd edək ki, ölkələrində rahat fəaliyyət göstərə bilməyən iş adamları Türkiyəyə gəldikdən sonrakı ilk 5 ayda 206 şirkət qurublar.

Saytda Axtarış

Son xəbərlər