Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün269
DünənDünən3188
Bu həftəBu həftə10182
Bu ayBu ay19718
Bu günə qədərBu günə qədər7507935

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Taksim meydanında təhlükəsizlik tədbirlərini gücləndirildi

alt

Bu gün Türkiyənin bəzi vətəndaş cəmiyyəti təşkilatları və partiyalarının aksiya keçirəcəyi Taksim meydanında İstanbul polisi təhlükəsizlik tədbirlərini gücləndirib.

Gezi parkı hadisələrindən sonra sabitliyin hakim olduğu Taksimdə bu gün axşam saatlarında iki aksiya keçirilməsi planlaşdırılır. Polis bununla əlaqədar artıq təhlükəsizlik tədbirlərinə başlayıb.

Polis tərəfindən əhatəyə alınan Taksim meydanına heç kim buraxılmır.

Aksiyaçı qız polislərin onu zorladığını iddia edir

alt

Türkiyədə aksiyalar zamanı gündəmə gələn və hələ də səngiməyən təcavüz olaylarına biri də əlavə olundu. 

Belə ki, aksiyaçılardan biri polis tərəfindən zorlandığını iddia edir. 

"Cumhuriyyət" qəzetində yayılan xəbərə görə, zirehli maşına aparılan qız polis tərəfindən təhqir edilib. Hadisə barədə danışan gənc qız isə bunları deyib: "Məni və yanımdakı dostumu gözaltına aldılar. Dostum çox gənc olmasına baxmayaraq döyüldü. Məni də maşına mindirdikdən sonra bir polis döşlərimə toxundu, o biri isə ayaqlarıma və cinsiyyət orqanıma. Polisləri tanıyıram və hamısından şikayətçiyəm". 

Məsələnin artıq məhkəməyə qədər çıxdığı bildirilir. Qızın vəkili şikayətçi olduqlarını təsdiqləyib.

“Türkiyə Rusiya qazının əsas idxalçısı ola bilər“

altYaxın vaxtlarda Türkiyə Almaniyanı keçərək «Qazprom»un yanacağının ən iri idxalçısı ola bilər. «Qazprom»un rəhbəri Aleksey Miller belə bir bəyanatla çıxış edib.

«Biz yaxın vaxtlarda Türkiyə ilə müqavilələrdə maksimal həcmə - 30 milyard kubmetrə qalxa bilərik, bu isə 20% artımdır. Türkiyə yaxın vaxtlarda Almaniyanı ötüb bizim ən iri idxalçımız ola bilər», deyə o bildirib.

Onun sözlərinə görə, 2013-cü ildə şirkətin Avropa və Türkiyəyə satışlarının ümumi həcmi 160 milyard kubmetri keçə bilər.

Çin polisi uyğur türklərini yenə atəşə tutdu

altİyunun 28-də Çinin Uyğur-Sincan Muxtar əyalətində yeni toqquşmaların olduğuna dair xəbərlər yayılıb.

Ölkənin rəsmi xəbər agentlikləri Hotan şəhərində baş verən qarşıdurmanın səbəbləri itkilər haqqında açıqlama verməyib.

Məlumatlara əsasən, Çindəki KİV əyalətdə baş verən olaylarla bağlı tərəfli və həqiqət ört-basdır edən xəbərlər yaymaqdadır.

Bütün bunlara baxmayaraq, qeyri-rəsmi mənbələrin yaydığı məlumatda bildirilib ki, polis dinc etiraz aksiyası iştirakçılarına yenə odlu silahdan atəş açıb. Çoxlu sayda həlak olan və yaralanan var. İlkin məlumatlara görə, açılan atəş və basqılar nəticəsində azı 35 uyğur öldürülüb.

Moskva metrosunda yanğın

alt

Moskvada metroda yanğın olub.

Olay iyunun 27-də axşam saatlarında «Polejaevskaya» və «Oktyabrskoye pole» baş verib.

Qatalardan birinin maşinisti alovu yanğınsöndürən tozla təkbaşına söndürüb.

Sərnişinlər metrodan çıxarılmayıb, hərəkət 5 dəqiqə dayanıb.

Bu iyunda Moskva metropolitenində ilk hadisə deyil.Cari ayın 19-da «Serpuxovsko-Timiryazevsk» xəttindəki yanğın nəticəsində hərəkət 20 dəqiqə dayanıb. Oxşar olay iyunun 11-də və 5 –də «Sokolniçesk» xəttində «Biblioteka imeni Lenina» və «Oxotnıy ryad» stansiyalarında baş vermiş kabelin yanması ilə baş vermişdi.

Rusiyanın Azərbaycana silah satması şərh edildi - İrəvanda

altRusiya Azərbaycana silah satışını regionda pariteti saxlamaqla həyata keçirir.

N. Bordyuja qeyd edib ki, Rusiya dünyanın onlarla ölkəsinə, o cümlədən KTMT-ya daxil olmayan dövlətlərə silah-sursat satır.

“Bu, biznes, bazar, Rusiya Federasiyasının iqtisadiyyatıdır. O başqa məsələdir ki, KTMT üzvü olmayan ölkələrə silah satarkən hər şeydən öncə regiondakı paritet əsas götürülməlidir. Azərbaycana silah-sursat satışı barədə qərar qəbul edilərkən də məhz bu prinsip əsas götürülüb”.

Müğənni prezident köməkçisi təyin edildi

altTürkiyənin “Qalatasaray” idman klubunun iyunun 22-də keçirilən qurultayında seçilən yeni İdarə Heyəti rəsmən fəaliyyətə başlayıb.

Klub prezidenti Ünal Aysalın formalaşdırdığı yeni İdarə Heyətində Türkiyənin məşhur sənətçisi Candan Ərçətin də yer alıb.

İdarə Heyətinin iyunun 25-də keçirilən ilk toplantısında vəzifə bölgüsü aparılıb. C. Ərçətin “Qalatasaray” prezidentinin 2 köməkçisindən biri olub. Türkiyə idman klublarının tarixində ilk dəfədir ki, bir qadın belə yüksək vəzifəyə gətirilir.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü C. Ərçətin Qalatasaray Liseyini bitirib. Uzun illər eyni liseydə musiqi müəlliməsi olub. Hazırda Türkiyənin ən nüfuzlu ali məktəblərindən olan Qalatasaray Universitetində dərs deyir

Rus əsilli müğənnidən “Taksim“ə dəstək

altTürkiyənin Taksim meydanında baş verən son hadisələrlə bağlı aksiyaçılara dəstək bu dəfə rus əsilli kanadalı müğənni Michelle Gurevichdən gəldi.

Məşhur müğənni, səsləndirdiyi `Kiss in Taksim Square` (Taksim Meydanında bir öpücük) adlı mahnısı ilə öz dəstəyini etirazçılardan əsirgəməyib.

NATO-nun baş katibi Gürcüstanda səfərdədir

altBu gün NATO-nun baş katibi Foq Rassmussen Gürcüstana səfərə gəlib.

Bu gün səfər çərçivəsində NATO baş katibinin Gürcüstanın baş naziri Bidzina İvanişvili ilə görüşü olub. Görüşdən sonra onlar mətbuat konfransı keçiriblər. F. Rasmussen Gürcüstanda gedən proseslərə münasibət bildirib: “Gürcüstanın hansı səviyyədə olduğunu və onun irəliləyişini qiymətləndirmək üçün bizim bu gün və sabah imkanımız olacaq. Bizim ümumi məqsədimiz Gürcüstanın bütünlüklə Avroatlantik məkana inteqrasiya olunmasıdır. Əgər Gürcüstan lazım olan tələblərə cavab verərsə, bu ölkə mütləq NATO-nun üzvü olacaq”.

Jurnalistlərə açıqlamasında Rasmussen ölkədə payızda baş tutacaq prezident seçkilərinə də münasibətini bildirib: “Ümidvaram ki, bu il prezident seçkiləri yüksək standartlara uyğun baş tutacaq. Bu, Gürcüstanın demokratikləşdirilməsi üçün çox vacibdir və bu Gürcüstanın beynəlxalq rolunun artmasında həlledici əhəmiyyət kəsb edir. Biz sizə söz veririk ki, bu yolda NATO həmişə sizinlə birgə olacaq”.

“Saakaşvilinin həbs olunması istisna edilmir“- Baş nazir

altGürcüstanın baş naziri Bidzina İvanişvili prezident Mixael Saakaşvilinin həbs olunma ehtimalının böyük olduğu barədə danışıb.

Baş nazir İvanişvili Saakaşvilin həbs olunmasını istəmədiyini deyib. "Düzdür, mən istəmərəm ki, onu saxlasınlar. Ancaq belə variantın olacağı istisna deyil. Əgər bu hal baş versə, çox güman ki, 2013-cü il prezident seçkilərindən sonra olacaq. Qərarları özü verir. Atdığın addımları yaxşı fikirləşmək lazımdır. Məhkəmə var, qanun var, qayda var. Və o qanunların qarşısında hamı eyni məsuliyyəti daşıyır", - deyə nazir bildirib.

Məlumat üçün deyək ki, baş nazir İvanişvili dəfələrlə Saakaşvilinin vəzifədən sui-istifadə etməkdə təqsirli bilərək, onun həbs edilmə ehtimalının yüksək olduğu barədə danışıb.

Eyfel qülləsində etiraz aksiyası

altFransanın məşhur Eyfel qülləsinin işçıləri etiraz aksiyası keçirir.

Etiraz aksiyasına görə bu gün turistlərin Eyfel qülləsini ziyarət etməsi mümkün olmayıb. Kassaların açılmasında bir qədər əvvəl etiraz aksiyasının keçirilməsi barədə qərar qəbul edildiyindən turistləri bununla bağlı xəbərdar etmək mümkün olmayıb.

Eyfel qülləsində çalışanların səsləndirdiyi tələblər əmək haqlarını artırılması və əmək şəraitinin yaxşılaşdırılmasıdır. Həmçinin dünyaca məşhur Eyfel qülləsində təhlükəsizlik məsələlərinə də diqqət çəkilir.

Yeni öldürücü virus ortaya çıxıb

virusHazırda Səudiyyə Ərəbistanı, Qatar, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Almaniya, İtaliya və Tunisdə tənəffüs yollarını yoluxduran yeni “MERS” öldürücü virus ortaya çıxıb. Mütəxəssislər “MERS” virusunun bir insana heyvandan - dəvə və ya keçidən keçdiyini bildirir.
Həkimlər günlərlə davam edən yüksək temperatur və öskürək əlamətləri göstərən virusun xəstəxanalara yayılmasının narahatverici olduğunu açıqlayıb.

Saytda Axtarış

Son xəbərlər