Dalga Televiziyasi Gürcüstanın azərbaycanlı ziyalıları Gürcüstan-Azərbaycan dostluğuna xələl gətirmək istəyənlərə qarşı çıxış ediblər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün431
DünənDünən859
Bu həftəBu həftə2778
Bu ayBu ay51474
Bu günə qədərBu günə qədər7478808

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanın azərbaycanlı ziyalıları Gürcüstan-Azərbaycan dostluğuna xələl gətirmək istəyənlərə qarşı çıxış ediblər

altGürcüstan azərbaycanlılarının adından Gürcüstan-Azərbaycan tarixi dostluğuna xələl gətirmək istəyənlərə qarşı bəyanat qəbul edilib.

Tədbiri açan mərkəzin idarə heyətinin sədri Fazil Həsənov bəzi KİV-də və sosial şəbəkələrdə heç bir sosial dayağı və cəmiyyətdə nüfuzu olmayan qondarma təşkilatın rəhbərlərinin Gürcüstan azərbaycanlılarının adından yayımlanan, azərbaycançılıq ideyalarına zidd olan və Gürcüstan-Azərbaycan tarixi dostluğuna xələl gətirmək məqsədi güdən yazıların verilməsindən narahatlığını ifadə edərək və bu çıxışların ziyalıların mövgeyini əks etdirmədiyini xüsusi vurğulayıb. O, Gürcüstanın azərbaycanlı ziyalıları adından bəyanat hazırlandığını bildirib. "Regionpress" qəzetinin redaktoru Binnət Əlioğlu bəyanatın mətni ilə tədbir iştirakçılarını tanış edib.

Ziyalılar bildiriblər ki, ümummilli lider Heydər Əliyev ideyalarına daim sadiq qalan və bu gün öz doğma torpaqlarında yaşamalarına Heydər Əliyev və onun siyasi varisi - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsiyyətlərinə borclu olan Gürcüstan azərbaycanlıları özünün dövlətçilik ənənələrinə həmişə sədaqətləri ilə öyünmüş, minillik tarixə malik və Heydər Əliyev tərəfindən zirvəyə qaldırılmış mehriban dostluq və qardaşlıq münasibətlərinin qorunub-saxlanılması ilə qürur duymuşlar:

"Xatırlatmaq istəyirik ki, 2004-cü ildə Prezident cənab İlham Əliyevin Gürcüstana səfərindən və azərbaycanlıların yığcam yaşadığı Marneuli şəhərində soydaşlarımızla görüşündən sonra bu münasibətlər ümumi mənafe baxımından xüsusi mərhələyə qədəm goymuş və yeni məna kəcb etməyə başlamışdır."

Bəyanatda xüsusi qeyd edilir ki, son illər cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində qazanılmış nailiyyətlər bəzi "qaragüruhçu" qüvvələr tərəfindən "həzm" oluna bilmir, onlar nəyin bahasına olursa-olsun, beynəlxalq aləmdə ölkəni müxtəlif bəhanələrlə gözdən salmağa, ən böyük uğur hesab olunan daxili sabitliyi pozmağa və bununla da qarşıdakı prezident seçkilərində ucuz divident qazanmağa cəhd edirlər.

Bəyanatda bildirilir: "Biz, Gürcüstan azərbaycanlıları bir daha bəyan edirik ki, heç bir təxribata uymayan uzaqgörən Azərbaycan xalqı yaxşını yamandan seçməyi çox gözəl bilir, ictimai rəyi öz xeyrinə dəyişməyə və bu yolda heç nəyi əsirgəməməyə çalışan şər qüvvələr niyyətlərinə bu dəfə də çatmayacaq, ağıl-kamal nümayiş etdirən xalq yenə də müdriklik göstərəcək, möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək doğma Azərbaycanımızın daha da çiçəklənməsi və parlaq gələcəyi naminə bütün qüvvə və bacarığımızı sərf edəcəyik".

Saytda Axtarış

Son xəbərlər