Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1354
DünənDünən634
Bu həftəBu həftə7790
Bu ayBu ay52489
Bu günə qədərBu günə qədər7422963

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Türkiyə qan gölünə çevrildi

Bu səhər Türkiyə qan gölünə çevrilib. Ramazan bayramında naməlum şəxslər Türkiyənin 3 müxtəlif ərazisində günahsız insanları atəşə tutub.

İlk qanlı olay bu gün səhər saatlarında İstanbul şəhəri Maltəpə rayonunun Gülsuyu məhəlləsində baş verib. Belə ki, naməlum şəxslər avtomobildən enərək Sinan Sağır ve Şafak Aykan Şimşek adlı şəxsləri güllələyib. Daha sonra naməlum şəxlsər avtomobilə minərək hadisə yerindən uzaqlaşıb. Yaralılar dərhal təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Daha sonra həmin silahlı şəxslər ESP (Əzilənlərin Sosialist Partiyası) Gülsuyu nümayəndəliyinin qarşısında avtomobildən düşərək insanlara atəş açıb. Nəticədə Çağdaş Demiroğlu, Ayşe Deniz Kocagil, Özgür Bedel ayaqlarında yaralanıb. Silahlı şəxslər yenə də həmin ərazini tərk ediblər. Lakin silahlı şəxslər naməlum səbəbdən yenidən Gülsuyu məhəlləsinin Heykəl meydanında insanları gülləboran edib. Bu zaman isə 19 yaşlı Öykü Dilara, 45 yaşlı Abdullah Atasoy, 41 yaşlı Birgül Yükselir və Alman əsilli Sven Kouler ayaqlarından yaralanıb. Silahlı insidentlə bağlı Gülsuyu məhəlləsinin sakinləri etiraz aksiyası keçirib. 

Türkiyə polisi isə hər 3 silahlı hadisəni törədənlərin axtarışlarına başlayıb.

Böyük Britaniyanın baş naziri İran prezidentinə məktub göndərib

Böyük Britaniyanın baş naziri Devid Kameron İran prezidenti Həsən Ruhaniyə məktub göndərib.

İRNA-ya istinadən məlumatına görə, bu Böyük Britaniya Xarici İşlər Nazirliyi xəbər yayıb.

D.Kameron məktubunu İran prezidentinin inauqurasiya mərasimi münasibətilə göndərib. Böyük Britaniyanın baş naziri öz məktubunda H.Ruhaninin hakimiyyətə gəlməsi ilə iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına yardım göstərəcəyinə ümid etdiyini bildirib. 

Edvard Snoudenin atası danışdı

alt

Avqustun 1-də Rusiyadan müvəqqəti sığınacaq almış ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edavrd Snoudenin atası Lon Snouden oğlunun Birləşmiş Ştatlara ekstradisiya edilməyəcəyinə əmin olduğunu bildirib.

L.Snouden Rusiya prezidenti Vladimir Putinin ABŞ administrasiyasının təzyiqləri qarşısında geri çəkilməyəcəyini inandığını söyləyib.

“Putin artıq sübut edib ki, bizim hökumətin təzyiqlərinə qarşı duruş gətirə bilir və əminəm ki, bunu davam etdirəcək” – deyə L.Snouden qeyd edib.

Xatırladaq ki, Mərkəzi Kəşfiyyat İdarəsinin texniki mütəxəssisi Edvard Snouden məhkəmənin məxfi orderini yaymaqda günahlandırılır. Həmin orderə əsasən ABŞ-a «Verizon» iri mobil operatorunun bütün zənglərini izləmək hüququ verilir. Həmçinin Snouden ABŞ Milli Təhlükəsizlik agentliyinin məxfi PRISM proqramı barədə məlumatları yaymaqda ittiham edilir. Bu proqram böyük saytlarda elektron kommunikasiyaları izləməyə imkan verir.

ABŞ prezidenti Barak Obama E.Snoudenə müvəqqəti sığınacaq verdiyi üçün Rusiya prezidenti V.Putinlə sentyabrda keçirilməsi nəzərdə tutulan görüşdən imtina edib.

ABŞ-ın Moskvadakı səfiri Rusiyadan üzr istədi

alt

Ukraynanın Odesa şəhərində Amerikanın məşhur “Bloodhound Gang” rep-rok qrupunun çıxışı tədbir təşkilatçıları tərəfindən dayandırılıb. 

Səhnədə çıxış edən “Bloodhound Gang” qrupnun solisti tamaşaçıların gözü qarşısında Rusiya bayrağını təhqir edərək, “Bunu Putinə deməyin” deyə qışqırıb. Qrupun bu davranışı sonda beynəlxalq bir qalmaqala yol açıb.

Krasnodar vilayətinin qubernatoru Aleksandr Tkacev olayla bağlı “Bloodhound Gang” rep-rok qrupunun Rusiyaya girişinin qadağan edilməsi ilə əlaqədar olaraq xüsusi göstəriş verib.

Eyni zamanda “Bloodhound Gang” qrupun Rusiyanın Krasnodar şəhərində nəzərtə tutulan konserti də ləğv edilib.

ABŞ-ın Moskvadakı səfiri isə olayla bağlı rəsmi olaraq Rusiyadan üzr istəyərək, musiqiçilərin bu hərəkətini utanc verici olduğunu söyləyib.

Amerikada erməni cinayətkarlar həbs olundu

alt

Amerikada “Armenian Power” cinayətkar qruplaşmasının üzvü olan 2 erməni həbs olunub. 

Onlar silahlı hücumda və soyğunçuluqda ittiham edilir. 

CBS-ə istinadən xəbər verir ki, 23 yaşlı Levon İskəndəryan və 33 yaşlı Sambre Xaçyan Panorama Siti şəhərində insanlara silahlı hücumdan sonra saxlanılıb. Hücumda üçüncü şəxsin də iştirak etdiyi bildirilir, ancaq onu saxlamaq hələlik mümkün olmayıb. Polis saxlanan şəxslərin küçədə fəaliyyət göstərən cinayətkar qruplaşmanın üzvü olduğu təsdiq edib. 

Prezident: “Mən Putinə deyirəm ki,...“

alt

Bu ilin sentyabrında Sankt-Peterburqda “Böyük 20”liyə daxil olan ölkələrin sammiti keçiriləcək. Anspress-in CNN-ə istinadən verdiyi xəbərə görə, Barak Obama sammitə gələcəyinə bildirsə də, Putinlə görüşüb-görüşməyəcəyi barədə heç nə deməyib. Bundan əvvəl Ağ Ev nümayəndəsi bildirib ki, ABŞ hakimkiyyəti prezidentlərin təkbətək görüşünün məqsədə uyğun olub olmadığı barədə hələ düşünür.

Obamanın sözlərinə görə, rus hakimiyyəti vaxtaşırı olaraq yenidən soyuq müharibə düşüncəsinə yuvarlanır:

“Mən Putinə deyirəm ki, bu bu artıq keçmişdə qalıb,biz gələcək haqqında düşünməliyik. Bizim elə bir səbəbimiz yoxdur ki, biz indi effektiv əməkdaşlıq etməyək”-deyə Obama müsahibəsində bildirib.

Prezident həmçinin qeyd etdi ki, hazırda ABŞ-da vətəndaşların şəxsi danışıq və yazışmalarını qeydə alan sistem yoxdur:

"Bizdə sadəcə olaraq bəzi mexanizmlər var ki, onların köməyi ilə biz sadəcə terror təhlükəsi ilə əlaqəli telefon danışıqları və elektron ünvanları izləyirik".

“Ərgənəkon” məhkumlarına daha bir ŞOK

alt

“Ergenekon” işində həbs olunan İlker Başbuğ, Tuncay Özkan, Doğu Perinçek və Mustafa Balbayın da aralarında olduğu məhkumlar bir sıra əsas hüquqlarından məhrum edilə bilər. 

“Hürriyet” qəzetinə istinadən məlumatına görə, Türkiyə Ali Məhkəməsi qərarı təsdiqləsə, həbsdə olduqları müddətdə onların atalıq, seçmə və seçilmə, ictimai vəzifələrdə qalmaq hüquqları əllərindən alınacaq.

Rusiya BMT İnsan Haqları Şurasına öz namizədliyini irəli sürüb

Rusiya 2014-2016-cı illərdə BMT İnsan Haqları Şurasına üzv seçilmək üçün öz namizədliyini irəli sürüb. APA-nın xəbərinə görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin baş katib Pan Gi Munu bu barədə rəsmi olaraq məlumatlandırıb.

Rusiya şurada Şərqi Avropa regionuna ayrılmış iki yerdən birinə iddialıdır. Həmin regiondan ikinci namizəd Makedoniyadır. Şuraya üzv olmaq üçün seçkilər bu ilin noyabr ayında BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində keçiriləcək.

Qeyd edək ki, BMT İnsan Haqları Şurası 3 il müddətinə seçilən 47 üzvdən ibarətdir. Bir ölkə şuraya iki müddətdən çox seçilə bilməz. 

“Washington Post“ qəzeti satıldı

alt

 
ABŞ-ın "The Washington Post" qəzeti satıldı.

Qəzeti "Amazon"un sahibi və qurucusu Ceff Bezos alıb. 

O, qəzet üçün 250 milyon dollar pul ödəyib. Bununla da rəqəmsal dünyaya keçməkdə çətinlik çətən qəzet, daha böyük rəqəmsal nəhəngin əlinə keçib. 

Alış-satış elan olunduqdan sonra qəzetin səhmləri 5 faiz bahalaşıb. 

Qeyd edək ki, bir neçə gün öncə digər bir nəhəng qəzet "Boston Globe" 70 milyon dollara "Liverpul" klubunun sahibi Con Henriyə, 80 illik jurnal olan "Newsweek" isə elektron media qurulluşu olan IAC-yə satılıb. 

Rusiyada təhlükəli virus aşkarlandı - SOS

alt

Rusiyada təhlükəli Şarbon virusu yayılıb.
Virus Rusiyanın Stavropol bölgəsinin Solneçnedolsk qəsəbəsində iki nəfərdə aşkarlanıb. 

Şarbon virusuna yoluxduğu aşkarlanan bu iki nəfər xırdabuynuzlu heyvan saxlamaqla məşğul olan bir kişi və qadındır. 

Həkimlər onların yaşadığı və heyvan saxladıqları yerdə araşdırma aparıb. Hadisədən dərhal sonra Rusiyanın Səhiyyə Nazirliyi bölgədə fövqaladə vəziyyət elan edərək Solneçnodolsk qəsəbəsində karantin elan edib. 

ABŞ Azərbaycana təşəkkür etdi

alt

ABŞ-ın müdafiə naziri Çak Xeyqel Əfqanıstanda səylərinə dəstək verdiyi üçün Azərbaycanın müdafiə naziri Səfər Əbiyevə təşəkkürünü bildirib. 

Pentaqonun rəsmi saytına istinadən bu barədə bazar ertəsi məlumat verir.

Pentaqonun rəhbəri Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri ilə yanaşı Azərbaycan qüvvələrinin davamlı yerləşdirilməsi üçün müdafiə nazirinə təşəkkürünü bildirib, Pentaqonun mətbuat katibi Corc Littl deyib.

Xeyqel Əfqanıstanda yerüstü, hava və dəniz tranziti üzrə maddi-texniki təminatında Azərbaycanın qiymətli rolu olduğu üçün Əbiyevə təşəkkürünü bildirib.

"İki qurumların liderləri Şimali Atlantika Müqaviləsi Təşkilatı müqaviləsinin qarşılıqlı təsirin, terrorizmlə mübarizə, müdafiə və dəniz təhlükəsizliyinin transformasiyası məsələləri üzrə birgə işin davam edilməsi üçün razılığa gəliblər ", mətbuat katibi deyib.

Müdafiə qurumlarının liderləri həmçinin regiondakı vəziyyəti müzakirə ediblər, Littl deyib.

Littlın sözlərinə görə, Pentaqon rəhbəri regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsində Azərbaycan rolunu etiraf edir və strateji əməkdaşlığın davamına ümid edir.

Dünya şöhrətli türk alim və CHP-li deputat azadlığa buraxıldı

alt

Avqustun 5-də “Ərgənəkon” işi ilə bağlı məhkəmə tərəfindən 12 il 6 ay həbs cəzasına məhkum edilən Türkiyəni dünya şöhrətli alimi, professor, CHP-li deputat Mehmet Haberal azadlığa buraxılıb. 

M. Haberal 2009-cu ildən bəri həbsdə idi. 

Saytda Axtarış

Son xəbərlər