Dalga Televiziyasi “Bizim məqsədimiz dəyişməz qalır“- Pan Gi Mun
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün217
DünənDünən1345
Bu həftəBu həftə11247
Bu ayBu ay8525
Bu günə qədərBu günə qədər7496742

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Bizim məqsədimiz dəyişməz qalır“- Pan Gi Mun

alt

Suriyada istənilən növ kimyəvi silahdan istifadə edilmə insanlığa qarşı cinayətə bərabər olacaq və bu, silahdan istifadə edənlər üçün ciddi nəticələrə gətirib çıxaracaq.

Cənubi Koreyada keçirilən Minilliyin İnkişaf Məqsədləri tədbirində çıxış edən BMT-nin baş katibi Pan Gi Mun vurğulayıb ki, istənilən yerdə, istənilən şəxs tərəfindən kimyəvi silahdan istifadə beynəlxalq qanunun pozulması deməkdir.

P.G.Mun Suriyada kimyəvi silahdan istifadə etmə hallarının araşdırılmasının vacibliyini qeyd edib: «Vaxt itirməməliyik. Münaqişə tərəfləri müharibəni dayandırmalı və danışıqlara başlamalıdır. Bu, böhrandan yeganə çıxış yoludur. Bizim məqsədimiz dəyişməz qalır: münaqişəni tam dayandırmaq, humanitar yardım göstərmək və hökumətlə müxalifəti mümkün qədər tez Cenevrədə danışıqlar masası arxasına gətirməkdir».

Qeyd edək ki, hazırda Suriyada kimyəvi silahdan istifadə edilib-edilmədiyini araşdıran BMT-nin ekspertlər qrupu işləyir.

Suriyada münaqişə başlayandan indiyədək 100 min nəfər həlak olub, 2 mln.-dan çox insan qaçqın və məcburi köçkün olub.

Saytda Axtarış

Son xəbərlər