Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1332
DünənDünən1444
Bu həftəBu həftə4054
Bu ayBu ay1332
Bu günə qədərBu günə qədər7489549

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

İran Prezidenti yəhudiləri təbrik edib

altİran Prezidenti Həsən Ruhani İranda yaşayan kəlimiləri (yəhudiləri) və dünya yəhudilərini "Roş-Ha-Şana" (yəhudilərin Yeni ili) bayramı münasibətilə təbrik edib. Trend-in məlumatına görə, bu barədə "Asriran" xəbər saytı İran Prezidenti Administrasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.

İran KİV-lərinin məlumatına görə, hazırda bu ölkədə 10 min nəfərdən çox yəhudi yaşayır. Onlar dini azlıq kimi parlamentdə də təmsil olunurlar.

Hər il 4-5 sentyabr tarixində dünya yəhudiləri Roş-Ha-Şana bayramını qeyd edirlər.

Vilnüs zirvə görüşü tərəfdaşlar və bütün Avropa İttifaqı üçün fürsətdir

Bu gün Litva Prezidenti Dalya Qribauskayte ölkəsində səfərdə olan Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Ketrin Eşton ilə görüşmüşdür. Görüşdə “Şərq tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Vilnüsdə gözlənilən zirvə görüşünə hazırlıq, habelə Avropa İttifaqının xarici və müdafiə siyasətinin digər məsələləri müzakirə edilmişdir.
Litva Prezidenti demişdir: “Litva noyabrda keçiriləcək Vilnüs zirvə görüşünə ciddi və məsuliyyətlə hazırlaşır. Bu, bizim Aİ Şurasında sədrliyimiz çərçivəsində ən mühüm və ən iri tədbirdir. Zirvə görüşü Aİ ilə “Şərq tərəfdaşlığı” ölkələri arasında münasibətlərin inkişafında yeni mərhələnin və yeni imkanların başlanğıcı ola bilər. Bunun üçün Aİ-nin üzvü və tərəfdaşı olan ölkələrin, habelə Avropa İttifaqı strukturlarının yaxından iştirakı və sıx əməkdaşlığı lazımdır.
Ölkə başçısı bildirmişdir ki, Aİ ilə “Şərq tərəfdaşlığı” ölkələrinin siyasi əməkdaşlığı hər iki tərəf üçün faydalıdır. Avropa İttifaqı qonşu Şərq ölkələrində aparılan siyasi, iqtisadi, sosial islahatlara dəstək göstərmək və həmin ölkələrlə əlaqələri möhkəmləndirmək yolu ilə təhlükəsiz qonşuluq mühiti yaradılmasına kömək edir. Sıx əməkdaşlıq Aİ ilə Şərq tərəfdaşları arasında iqtisadi əlaqələrin inkişaf etməsinə, hər iki tərəfə sərmayə yatırılmasının təşviq edilməsinə, insanların yerdəyişməsinin asanlaşdırılmasına şərait yaradacaqdır.
Görüşdə Avropa Şurasının dekabrda nəzərdə tutulan iclasına hazırlıq məsələləri də müzakirə edilmişdir. Litva Prezidentinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Avropanın təhlükəsizlik və müdafiə siyasəti məsələlərini müzakirə etmək planlaşdırılır.

Moskvada ermənilərlə azərbaycanlılar eyni mənzildə yaşayır - FAKT

alt

Moskvada 2 sakin öz mənzilində 250 qanunsuz miqrantı qeydiyyata salması fakti aşkarlanıb.

Bu ilin mayında iyunun 27-ə qədər Starıy Qay, ev 1 ünvanındakı mənzilin sahibi Özbəkistandan 71, Moldovadan 38, Ukraynadan 3, Belorusdan 1, Ermənistandan 4, Tacikistandan isə 6 nəfəri mənzilinə qeydiyyata salıb. Bu mənzildə qeydiyyata düşənlər arasında 17 Azərbaycan vətəndaşı da var. O qeydiyat üçün hər miqrantdan 500- 2 min rubl alıb.

Rokosovvski bulvarı, 144 nömrəli mənzildə də buna bənzər vəziyyət qeydə alınıb. Bu mənzildə ümumilikdə 107 miqrant qeydiyyata salınıb ki, onların da arasında Azərbaycan və Ermənistan vətəndaşları da var.

TürkPA-nın baş katibi Türkiyə Prezidenti Abdullah Gül ilə görüşmüşdür

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül sentyabrın 5-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

TürkPA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Assambleya tərəfindən həyata keçirilən layihələr və gələcək planlar barədə Türkiyə Prezidentinə məlumat verilmişdir.
Görüşdə TürkPA baş katibini müavinin Kürşad Melih Sarıarslan da iştirak etmişdir.

ABŞ Dövlət Departamenti: “ABŞ-ın Suriyaya zərbə endirmək planını 9 ölkə dəstəkləyib”

"Doqquz ölkə Suriyada əməliyyatlarda iştirak etməkdən boyun qaçırsa da ABŞ-ın bu ölkəyə zərbə endirmək planını artıq dəstəkləyib".


Bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib.

“Avstraliya, Albaniya, Kosovo, Kanada, Danimarka, Fransa, Polşa, Rumıniya və Türkiyə ABŞ-ın hərbi planlarına açıq və aydın dəstək veriblər”, deyə Psaki qeyd edib.

Onun sözlərinə görə, 80-dən çox ölkə kimyəvi silahın Suriya hakimiyyəti tərəfindən istifadə edildiyi barədə ABŞ-ın dəlilləri ilə razılaşıb və 50-dən çox ölkə analoji mövqeni açıq bildirib. Cen Psaki həmçinin deyib ki, ABŞ həmçinin 30-dan çox beynəlxalq təşkilatın razılığını da almağa müvəffəq olub.

Ərdoğan Ollandla görüşdü

altSankt-Peterburqun Konstantin sarayında keçirilən G20 zirvə görüşünün açılışdan əvvəl Rəcəb Tayyib Ərdoğan və Fransua Ollandla bir araya gəlib.
Hər iki lider sammitdə müzakirəsi gözlənilən Suriya məsələsi barədə fikir mübadiləsi aparıblar. Görüş haqqında ətraflı məlumat verilməsə də, müzakirədən sonra mətbuataaçıqlamasında Baş nazir Ərdoğan Suriya mövzusunda beynəlxalq ictimayyətin məsuliyyətini ifadə edib.
Qeyd edək ki, G20 zirvə görüşündə qlobal iqtisadiyyat və bunun geniş miqyas almasının müzakirəsi nəzərdə tutulsa da, Yaxın Şərq böhranı gündəmə çıxıb. Hətta analitiklər Putinin ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının razılığı olmadan Suriyanı vuracağı halda belə bu ölkəyə silah yardımı edəcəyini bildirirlər. G20 zirvə toplantısınin yaxın tarixin ən gərgin görüşü olacağı da analitiklərin verdikləri şərhlərdə öz əksini tapır.

Əsədin keçmiş müdafiə naziri Türkiyəyə qaçdı

alt

Suriyanın keçmiş müdafiə naziri general Əli Həbib Türkiyəyə sığınıb.

Bu barədə Türkiyə mətbuatı müxalif qaynaqlarına istinadən yayıb.

Keçmiş müdafiə nazirinin bu hərəkəti Suriyaya gözlənilən hərbi müdaxilə ilə əlaqələndirilir.

Bu xəbər təsdiqini tapacağı təqdirdə Həbib Əsəd rejimindən qaçan ən yüksək rütbəli şiə olacaq.

Əsəd rejiminə qarşı silahlı mübarizə aparanları öldürməkdən imtina etdiyinə görə ev dustağı edilən Həbibin Türkiyəyə qərb dövlətlərindən birinin köməyi ilə gəldiyi bildirilir.

Barak Obama “G20” sammitində iştirak etmək üçün Sankt-Peterburqa gəlib

altABŞ prezidenti Barak Obama “G20” sammitində iştirak etmək üçün Sankt-Peterburqa gəlib.


 Obamanın səfər proqramına Vladimir Putinlə görüş daxil deyil. Rusiya prezidentinin köməkçisi iki dövlət başçısının kuluarlarda söhbət edəcəyini istisna etməyib. Vladimir Putin sammitə ərəfəsində bildirib ki, amerikalı həmkarı ilə silahların ixtisarı, dünya iqtisadiyyatı, Suriya, Şimali Koreya və İran problemlərini müzakirə edəcəyini deyib.

“G20” liderlərinin görüşü bu gün Sankt-Peterburq yaxınlığındakı Strelna qəsəbəsində keçiriləcək Sammit sabah başa çatacaq.

Avropa Birliyinin 7 ölkəsi BMT-nin mandatı olmadan Suriyaya hərbi müdaxiləni dəstəkləyir

Fransadan başqa BMT Təhlükəsizlik Şurasının mandatı olmadan Suriyaya hərbi müdaxiləni Avropa Birliyinin altı ölkəsi dəstəkləyir. APA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti”yə Brüsseldəki diplomatik mənbədən məlum olub. Bu ölkələr arasında Danimarka, Xorvatiya, Rumıniya, Yunanıstan, Latviya və Kipr var.

Avropa Birliyi bəzi Qərb dövlətlərinin Suriyaya mümkün hərbi müdaxiləsi ilə bağlı mövqeyini yaxın günlərdə açıqlamalı olacaq. Sentyabrın 6-7-də Vilnyusda Avropa Birliyinə daxil olan 28 ölkənin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçiriləcək.

Prezident iqamətgahı qarşısında aksiya keçirilir

alt

Ermənistan paytaxtı İrəvanda prezident iqamətgahının qarşısında etiraz aksiyaları başlayıb. 

Erməni mətbuatının yazdığına görə, aksiyalar ölkənin Gömrük İttifaqına qoşulması əleyhinə təşkil olunub. 

İştirakçıların sayı barədə məlumat verilməsə də, aksiyaya qoşulanların 
sayını durmadan artdığı və əraziyə çox sayda polis qüvvəsinin cəlb edildiyi bildirilir. 

Aksiyanın təşkilində sosial şəbəkələrdəki çağırışların böyük rolu olub. Aksiyaçılar Ermənistanın Gömrük İttifaqına üzvlüyünə imkan verməyəcəklərini bildiriblər. Onların fikrincə bu, Ermənistanın müstəqilliyinin itirilməsi deməkdir. 

Türkiyədən gözlənilməz Misir qərarı

alt

Misirdə baş verən son hadisələrdən sonra Türkiyənin bu ölkə ilə yaşadığı gərginlik fonunda Ankaraya çağırılan səfir Hüseyn Avni Botsalı geri qayıdacaq. 

Türkiyə mətbuatının məlumatına görə, Hüseyin Avni Botsalının bu axşam Qahirəyə geri qayıtması planlaşdırılır. 

Qeyd edək ki, məsləhətləşmələr aparılması üçün avqustun 15-də Ankaraya çağırılan səfir Misirdə baş verən hadisələrlə bağlı hökuməti məlumatlandırmışdı. 

Diplomatik mənbələr artıq səfirin geri dönməyə hazırlaşdığını təsdiqləyib. 

Xatırladaq ki, Türkiyəli səfir geri çağırıldıqdan sonra Misir də bu ölkədəki səfiri Abdurrahman Salahaddini Qahirəyə çağırmışdı.

BMT: “Suriyalı qaçqınların sayı 2 milyona çatıb“

altBMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bəyan edib ki, davam edən münaqişə səbəbindən ölkələrini tərk etməyə məcbur olan suriyalı qaçqınların sayı 2 milyona çatıb.

Trend BBC telekanalına istinadən məlumat verir ki, son yarım il ərzində qaçqınların sayı iki dəfə artıb.

Daha 5 milyon nəfər vətəndaş müharibəsindən ölkənin digər rayonlarına qaçıb.
Ümumilikdə əhalinin təqribən 1/3-i öz evlərini tərk edib.

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş bildirib ki, qaçqınların əksəriyyəti dözülməz şəraitdə yaşayır, lakin onlara kömək etmək mümkün deyil.

Saytda Axtarış

Son xəbərlər