Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün521
DünənDünən302
Bu həftəBu həftə823
Bu ayBu ay43532
Bu günə qədərBu günə qədər7531749

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

İnspektorlar Dəməşqi tərk etdi

alt

Suriyada kimyəvi silahla bağlı araşdırma aparan BMT inspektorları Dəməşqi tərk edib. Beynəlxalq mütəxəssislər avqustun 21-də Suriya paytaxtı yaxınlığında kimyəvi silahdan istifadə faktlarını öyrənirdi.

BMT inspektorlarının yekun rəyinə əsasən, həmin gün tərkibində zarin olan maddədən istifadə olunub. Lakin bunun məsuliyyəti heç bir tərəfin üzərinə qoyulmayıb.

Qeyd edək ki, tezliklə Suriyada beynəlxalq inspektorlardan ibarət daha bir qrup fəaliyyətə başlayacaq. Həmin qrup ölkədəki kimyəvi silah ehtiyatlarının məhvi prosesində iştirak edəcək.

Fransız mer Qarabağa gedib

alt


Fransanın Vien şəhərinin merinin rəhbərlik etdiyi nümayəndə heyəti işğal olunmuş Azərbaycan torpaqlarına səfər edib. Erməni mətbuatı xəbər verir ki, qondarma DQR-in prezidenti Bako Saakyan merin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Görüşdə qarşılıqlı əlaqələr müzakirə edilib.

50 tələbə yatdıqları yerdə öldürüldü

alt

Nigeriyada “Boko Haram” qruplaşmasının silahlıları kolleclərdən birinə hücum edib. Məluamta görə, ölkənin şimal-şərqində yerləşən kollecin tələbələrinə hücum zamanı 50 tələbə həlak olub. 
Silahlılar tələbələrə gecə saatlarında, onlar yuxuda ikən hücum edib. Bundan başqa kollecin bəzi tikililəri yandırılıb. Ölü sayının artacağı istisna edilmir.

Əsədin təyyarəsi liseyi bombaladı

alt

Suriyada Əsəd güclərinə aid döyüş təyyarəsi Rakka şəhərində liseyi bombalayıb. Suriya Yerli Koordinasiya Komitəsi tərəfindən verilən açıqlamada bombardman zamanı 14 şagird ölüb, 30 şagirdin isə yaralandığı bildirilir. 

Hücum zamanı yaralanan bəzi tələbələrin vəziyyətlərinin ağır olduğu qeyd edilən açıqlamada, yaralıların səhra xəstəxanalarında müalicə olunduğu bildirildi. 

Suriya Koordinasiya Komitəsi rejim güclərinin ölkənin şimalındakı bir çox şəhərdə hava hücumu planlaşdırdığını vurğuladı.

Tetçerin nəşinin külü dəfn olundu

alt

Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin nəşinin külü sentyabrın 28-də Londonun cənub-qərbində Kral qəbiristanlığında basdırılıb.

«Dəmir ledi»nin külünün dəfnində övladları və qohumları, eləcə də yaxın dostları iştirak edib.

O, 2003-cü ildə vəfat etmiş həyat yoldaşı Denisin qəbrinin yanında dəfn olunub.Baş daşında da yalnız adı və yaşadığı illər (1925-2013) yazılıb.

Xatırladaq ki, Marqaret Tetçer bu il aprelin 8-də 87 yaşında insultdan vəfat edib. O, 1979-1990-cı illərdə Britaniyanın baş naziri olub.

Britaniyada sədr müavini zorlamada ittiham olunur

alt

Britaniya Mühafizəkarlar Partiyası sədrinin müavini Alan Lüis zorlamada şübhəli bilinərək, həbs edilib.

Ehtimal olunan qurban bildirib ki, Lüis 196-cı illərin sonunda Mançestr şəhəri ətrafında zorlayıb.

75 yaşlı sədr müavini girov qarşılığında sərbəst buraxılıb. Zərərçəkən polisə gərəkən dəstəyi və yardımı etməyə hazır olduğu bildirib.

Lideri Britaniyanın baş naziri Devid Kemeron olan partiya Lüisin hərəkətinə şərh verməkdən imtina edib.

Onun həbsi isə partiyanın konfransı başlayacaq ərəfədə məlum olub. Partiyanın toplantısı sentyabrın 29-da Mançestrdə keçiriləcək.

2013-ün dünya gözəli seçildi - Foto + Video

alt

 
Dünyanın ən məşhur müsabiqələrindən biri olan “Miss World-2013” yarışmasının qalibi Filippinli gözəl Meqan Yanq seçilib. 

İndoneziyada baş tutan müsabiqədə 130 ölkədən qızlar iştirak edib. Top-10-luqda Qana, Yamayka, İspaniya, İndoneziya, İngiltərə, Nepal, Fransa, Avstraliya, Braziliya və Filippin nümayəndələri qərarlaşıblar. Final turunda isə top-5 bəlli olub (Fransa, Filippin, Qana, Braziliya və İspaniya). Beləliklə, baş tutan yarışmada birinci yerin Filippin, ikinci yerin Fransa, üçüncü yerin sahibi isə Qana Respublikasının nümayəndəsi olub. 

Ənənəyə əsasən yarışmanın qalibinə tacı keçən il “Miss World-2013”ün qalibi Yaponiya gözəli təqdim edib.

Qeyd edək ki, Filippinli dünya gözəli Meqan Yanq ABŞ-da dünyaya gəlsə də uşaqlıqdan Filippində yaşayıb. 

Xatırladaq ki, 180-dən çox ölkədə canlı yayımlanan müsabiqənin İndoneziyada keçirlməsi yerli müsəlmanların etirazlarına səbəb olmuşdu. Elə bu səbəbdən də ilk dəfə olaraq iştirakçılar kupalnikdə ənənəvi çıxışlarını etməyiblər. Böyük Britaniyanın və ABŞ-ın İndoneziyadakı səfirlikləri tərəfindən ölkədə gözəllərin təhlükəsizliyini qorumaq üçün müsabiqəyə 700-dən çox polis əməkdaşı cəz edib.

8 min qadın ailə qurmaq üçün müraciət etdi

altNigeriyada qeyri-adi aksiya keçirilib. Zamafara əyalətinin paytaxtı Qusauda qadınlar ər tapmamaqdan şikayət ediblər. Xüsusilə dullar ər çatışmazlığından şikayətlənən qadınlar yürüş təşkil ediblər.

Dullar dərnəyinin rəhbəri Suveyba İsa "Anadolu" agentliyinə açıqlamasında 8 min qadının ailə qurmaqda kömək etmələri məqsədilə onlara müraciət etdiyini deyib.Onlara arasında 5380 boşanmış, 2200 dul, 1200 yetim və 80 subay var.

"Qadınlıq qürurum var. Amma bu etirazımızı hökumətə çatdırmağın bir yoludur. Ana ola biləcək bu qədər qadının subay qalması ayıb deyil?".

Mütəxəssislər Nigeriyada həyat şərtlərinin çətinləşdiyini və bunun üçündə kişilərin evlənməkdən qaçdığını, bu vəziyyətin isə öz növbəsində "ər çatışmazlığı"na yol açdığını deyirlər.

İran prezidentinə qarşı aksiya; Ruhaniyə ayaqqabı atdılar

altİran prezidenti Həsən Ruhaninin BMT-nin Baş Assambleyasında iştirakı zamanı Amerika prezidenti Barak Obama ilə telefon danışığı ölkədə birmənalı qarşılanmayıb. Tehran hava limanında Ruhaninin müxalifləri və tərəfdarları toplaşaraq onun əleyhinə və lehinə şüarlar səsləndiriblər. “Mehr” agentliyinin məlumatına görə, prezidentin müxaliflərindən biri Ruhaniyə tərəf ayaqqabı atıb. Agentlik aksiyada iştirak edən müxaliflərin sayının 100 nəfər olduğunu bildirib. Onlar Ruhaninin kortejinin keçdiyi yolun ortasında namaz qılmağa başlayıb və prezidentin kortejinin hərəkətini dayandırmağa çalışıblar. Bu səbəbdən prezidentin hərəkəti yubanıb. Müxaliflərin qarşısında Ruhaninin tərəfdarları toplaşaraq prezidentə dəstək nümayiş etdiriblər. Onlar prezidentin qarşısında qurbanlar kəsərək, müxtəlif şüarlar səsləndiriblər.

Xatırladaq ki, Ruhani Nyu-Yorka BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün səfər etmişdi. O, səfər çərçivəsində ABŞ prezidenti Barak Obama ilə telefonla danışıb. Bu, İranda baş verən islam inqilabından keçən 34 il ərzində iki ölkənin prezidentləri arasında ilk birbaşa təmas olub.

GUAM-ABŞ Xarici İşlər Nazirləri Şurasının növbəti iclası olmuşdur

BMT Baş Məclisinin 68-ci sessiyası çərçivəsində GUAM-ABŞ Xarici İşlər Nazirləri Şurasının növbəti iclası (GUAM-ABŞ formatında 25-ci görüş) olmuşdur.

ABŞ-ın nümayəndə heyətinə dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland başçılıq etmişdir.
Tərəflər müxtəlif formatlarda, hər şeydən əvvəl nazirlər səviyyəsində GUAM-ABŞ dialoqunun əhəmiyyətini və qarşılıqlı faydasını qeyd etmişlər. Bununla əlaqədar, beynəlxalq və regional əməkdaşlıq, eləcə də GUAM-ABŞ formatında proqram və layihələrin gələcək implementasiyası məsələlərinin geniş spektri üzrə fikir mübadiləsinə xüsusi diqqət göstərilmişdir.
GUAM-ın Xarici İşlər Nazirləri Şurası təşkilatın nizamnamə vəzifələri və məqsədlərinin həyata keçirilməsində göstərdiyi davamlı dəstəyə görə ABŞ hökumətinə təşəkkürünü bildirmişdir.
Görüşün sonunda GUAM-ABŞ Birgə Bəyanatı qəbul edilmişdir.

ATƏT rəsmiləri Azərbaycan və Ermənistan nazirləri ilə görüşdü

alt

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb. 

Məlumatda qeyd olunur ki, görüşdə Qarabağ nizamlanması ilə bağlı müzakirələr aparılıb. Həmsədrlər öz ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək verdiklərini vurğulayıb.

Onlar həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan 3 ölkənin prezidentlərinin 18 iyun 2013 il tarixli bəyanatını xatırlayıb. Həmin bəyanatda tərəflər bölgədə gərginliyi artıra və münaqişəni alovlandıra biləcək istənilən addımlardan çəkinməyə çağrılır. 

Öz növbəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin nizamlanması üçün həmsədrlərlə işi davam etdirməkdə qərarlı olduqlarını bildiriblər.

Müflis olan məşhur müğənni intihar etdi

altDiskləri milyonlarla satan italiyalı müğənni Rozario Selaminin cəsədi Moldovanın paytaxtı Kişinyovdakı parklardan birində asılmış vəziyyətdə tapılıb. Polisin məlumatına görə, cəsədi parkn yanından keçən təsadüfi şəxs görüb.

İlkin müayinə zamanı cəsədin üzərində heç bir zorakılıq əlaməti aşkar edilməyib. Buna görə də hadisənin intihar olduğu güman edilir.

R.Selami Kişinyovda 1997-ci ildən yaşayıb. 2011-ci ildə o, Moldova vətəndaşlığı alıb. 2012-ci ildə bisnesi iflas edən müğənni banklardan aldğı külli miqdarda krediti qaytara bilməyib.

Qeyd edək ki, o, musiqi aləmində Saro Salemi adı ilə tanınıb və kasetləri, diskləri milyonlarla satılıb.

Saytda Axtarış

Son xəbərlər