Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün52
DünənDünən691
Bu həftəBu həftə1045
Bu ayBu ay43754
Bu günə qədərBu günə qədər7531971

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Obamadan Suriyaya hərbi müdaxilə ilə bağlı açıqlama

alt

ABŞ prezidenti Barak Obama Suriyaya hərbi müdaxilə ilə bağlı maraqlı açıqlama ilə çıxış edib.

Obama ölkəsini nəticələri ağır olacaq bir duruma aparmayacağını bildirib.

Amerika saytlarına və radiolarına verdiyi açıqlamada B.Obama Suriya ətrafındakı vəziyyəti şərh edib: «Bu başqa bir İraq, ya da Əfqanıstan olmayacaq. Ediləcək müdaxilə həm zaman, həm də əhatə baxımından limitli olacaq. Hərbi müdaxilə olacaq, ancaq Amerika əsgərlərini başqalarının savaşına soxmayacağam. Biz Amerikayıq, Suriyada yaşanan dəhşətlərə arxamızı çevirə bilmərik».

Moskvada diplomata hücum etdilər

alt

Rusiyanın partaxtı Moskva şəhərində naməlum şəxslər Anqola səfirliyinin birinci katibinin səhlənkarlığından istidadəm edərək, şəxsi avtomobilindən sənədlər olan portfelini oğurlayıblar.

Moskva polisi hadisə ilə bağlı açıqlama yayıb.

Məlumata görə, diplomat axşam saat 21:00 radələrində polisə müraciət edərək, 6 nəfər naməlim şəxsin evinin yaxınlığında saxladığı avtomobilindən portfelini oğurladığını bildirib. Onun dediyinə görə, portfeldə sənədlərdən başqa 7,8 min rubl olub.

Kastronun intiharı dünyanı çaşqınlığa saldı

 

alt

Türkiyənin “Star” qəzetinin verdiyi xəbərə görə, bu gün bir neçə tvitter istifadəçisi Kuba lideri Fidel Kastronun intiharıyla bağlı tvitlər yazıblar.

“Əsrin pozğunu” adıyla tanınan Ariel Kastronu Fidel Kastro hesab edərək az müddətdə minlərlə istifadəçi “#FreeCuba” (Azad Kuba) tvitləri paylaşıblar. Bu hadisə dünyada ən axmaq hadisə kimi gündəmə gəlib. Xatırladaq ki, ABŞ-da üç az yaşlı qızı qaçıraraq 10 il evində girov saxlayıb onlara təcavüz edərək işgəncə verən Ariel Kastro cəza çəkdiyi həbsxanada sentyabrın dördündə intihar edib.

ABŞ-dan şok qərar: Türkiyəyə getməyin

alt

ABŞ Xarici İşlər Nazirliyi Liviyadan sonra Türkiyədəki vətəndaşlarına da göstəriş verib. Türkiyənin “Vatan” qəzetinin verdiyi xəbərə görə, Suriyaya müdaxilə ilə əlaqədar ABŞ-ın Türkiyədəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bu qərara gəlib. Bu məqsədlə ABŞ Xarici İşlər Nazirliyi Türkiyənin cənub-şərqinə zəruri işləri olmadıqda vətəndaşlarının səyahət etməmələrini məsləhət görüb. Həmçinin Nazirlik Adanadakı ABŞ konsulluğunun xüsusi əməkdaşları xaric dimlomat ailələrinin də Adanadan getməsinə əmr verib.

Bu arada, Suriya Türkiyəyə hücum edərsə, “Patriot” sisteminin nə qədər müqavimət göstərə biləcəyi məsələsi gündəmə gəldiyi vaxtda Suriya tərəfdən gözlənilən mərmi, təyyarə və kimyəvi silah hücumuna qarşı Adana İncirlik Hava Bazasında Hollandiya tərəfindən yaradılan Patriot müdafiə sistemi ikinci dəfə jurnalistlərə tanıdılıb. Müdafiə sisteminin komandiri kapitan Van Der Hayd, “Patriot”ların 24 saat tətikdə olduğunu, ehtimal olunan hücuma qarşı Adana və İncirliyi qoruya biləcəyini deyib. Hollandiyalı komandada çalışan Türk əsilli kapitan İbrahim Ekiz də “Patriot” müdafiə sisteminin qoruma zəmanətinin yüzdə-yüz olduğunu söyləyib.

Avropa Parlamenti Rusiyanın “Şərq Tərəfdaşlığı” ölkələrinə təzyiqləri ilə bağlı qətnamə qəbul etməyə hazırlaşır

alt

Gələn həftə Avropa Parlamenti Rusiyanın “Şərq Tərəfdaşlığı” ölkələrinə təzyiqləri ilə bağlı debatlar keçirəcək və böyük ehtimalla buna dair qətnamə qəbul edəcək.


APA-nın xəbərinə görə, müvafiq qətnamə layihəsi Avropa Parlamentinin sentyabrın 11-12-də Strasburqda keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Avropa Parlamentinin vitse-prezidenti Yatsek Saryuş-Volski bildirib ki, sözügedən məsələni müzakirə etmək barədə qərar Avropa Parlamentinin Prezidentlər Konfransının sentyabrın 5-də keçirilən iclasında qəbul edilib: “Ermənistanın Gömrük İttifaqına qoşulması, Gürcüstan baş nazirinin Gömrük İttifaqına qoşulmağa baxılmasının mümkünlüyü barədə bəyanatı, Ukrayna ilə ticarət müharibəsi kimi məsələlər Rusiyanın “Şərq Tərəfdaşlığı” Proqramını sual altına qoymaq cəhdləridir. Şərq qonşularımızla assosiativ saziş barədə təklif və danışıqlar onları Rusiyanın təzyiqləri ilə üzbəüz qoyub. Avropa Birliyi özünün şərq tərəfdaşlarını Rusiyanın təzyiqlərindən müdafiə etmək məsuliyyəti daşıyır”.

Qeyd edək ki, Avropa Birliyi 2009-cu ildə “Şərq Tərəfdaşlığı” Proqramının icrasına başlayıb. Proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarus daxildir. Proqram AB-nin bu ölkələrlə yaxınlaşmasına və əməkdaşlığının möhkəmləndirilməsinə yönəlib.

Parlament binasında bomba həyəcanı

alt

Bu gün axşam saatlarında Gürcüstan parlamentində bomba həyəcan yaşanıb. APA-nın “Georgia Online” saytına istinadən verdiyi məlumata görə, buna səbəb parlament binasına bomba qoyulması barədə anonim zəng olub.

“Rustavi 2” telekanalının məlumatına görə, bomba xəbəri saat 21.00-dan sonra daxil olub. Həmin vaxt partlamentdə plenar iclas gedirmiş. Parlamentin spikeri David Usupaşvili iclası yarımçıq kəsərək deputatları binanı tərk etməyə çağırıb.

Parlament binası polis tərəfindən mühasirəyə alınıb.

Günün fotosu: suda ticarət

alt7 sentyabr günün fotosu Kəşmirdə çəkilib.

ABŞ prezidentinə ismarıc: “Qızına təcavüz edəcəyik“

alt

“ABŞ Suriyaya hücum edəcəyi təqdirdə prezident Barak Obamanın qızlarından birini qaçırıb təcavüz edəcək və dünyada Amerika vətəndaşlarına qarşı hücumlar təşkil edəcəklər”.

Bu barədə iranlı analitik və ölkənin cənubundakı Kış vilayətinin keçmiş bələdiyyə sədri Əli Rıza Forqani bildirib.

“The daily caller” saytının məlumatına görə, Forqani Obamanın bu xəbərdarlıqdan nəticə çıxarmalı olduğunu söyləyib: “Suriyaya hücum etdikdən sonra sadəcə 21 saat ərzində hər amerikalı nazirin, Amerikanın dünyadakı səfirlərinin, hərbi komandirlərin ailəsinin bir üzvü qaçırılacaq və 18 saat sonra onların amputasiya edilmiş videoları dünyaya yayılacaq”.

Qeyd edək ki, Barak Obamanın Malia (14) və Saşa (12) adlı iki qızı var.

ABŞ Suriyada vurulacaq hədəflərin sayını artırır

alt“Böyük 20-lik”in sammitində iştirak edən ABŞ prezidenti Barak Obama Pentaqona Suriyaya endiriləcək zərbələrin hədəflərinin genişləndirilməsi barədə tələb ünvanlayıb. Modern.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, Amerika kəşfiyyatının müəyyən etdiyi 50 hədəfin sayı artırılacaq. 
Obama administrasiyası ilk dəfə Amerika və Fransa təyyarələrinin Suriyaya zərbə endirəcəklərini açıqlayıb. Bundan öncə Suriyaya yalnız Aralıq dənizində yerləşən hərbi gəmilərdən zərbələrin endirilməsi təklif olunurdu. Əsas hədəflərin Suriyanın hava hücumundan müdafiə sistemlərinin, komanda qərargahlarının və silah anbarlarının olacağı deyilir.

Ağ Evdən mətbuata sızan məlumatlara görə, Barak Obamanın Suriyaya mümkün hərbi əməliyyatlarla bağlı Amerika xalqına müraciəti hazırlanıb. İctimai təşkilatların keçirdiyi sorğu isə Amerika əhalisinin əksəriyyətinin hərbi əməliyyatlara qarşı olduğunu göstərir. Rəyi soruşulan amerikalıların 48%-i Suriyaya raket zərbələrinin endirilməsini dəstəkləmir. 74% respondentin fikrincə, hərbi əməliyyatlar Amerikaya və müttəfiqlərinə regionda neqativ münasibətə səbəb olacaq.

ABŞ Senatı Suriyaya hərbi müdaxiləni nəzərdə tutan qətnaməyə sentyabrın 11-də səs verəcək

ABŞ Senatı Suriyaya hərbi müdaxiləni nəzərdə tutan qətnamə layihəsinə sentyabrın 11-də səs verəcək. Bu barədə ABŞ-ın “Politico” qəzeti xəbər yayıb.

Xəbərdə qeyd olunur ki, sentyabrın 11-dək Senatda Obama admistrasiyası nümayəndələrinin iştirakı ilə müzakirələr keçiriləcək. Konkret olaraq sentyabrın 9-da qapalı müzakirələr təşkil olunacaq.

Vladimir Putin: “Suriya hücuma məruz qalarsa, Rusiya bu ölkəyə kömək göstərəcək”

alt“Suriyaya elə indi də silah veririk, iqtisadi sahədə əməkdaşlıq edirik”


“Rusiya indi olduğu kimi, silah göndərməklə və iqtisadi sahədə əməkdaşlıq etməklə Suriya ilə əməkdaşlığı bundan sonra da davam etdirəcək”. Bu sözləri Rusiya prezidenti Vladimir Putin G20 sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. V. Putin “Suriyaya hərbi zərbə endirilərsə, Rusiya bu ölkəyə yardım edəcəkmi”, sualını belə cavablandırıb: “Bəli, kömək edəcəyik. Elə indi də kömək göstəririk. Suriyaya silah veririk, iqtisadi sahədə əməkdaşlıq edirik. Ümid edirəm ki, humanitar sahədə əməkdaşlıq daha sıx olacaq, o cümlədən hazırda çox ağır durumda qalmış mülki əhaliyə humanitar yardımlar göstəriləcək”.

Şahzadə Diananın ölümü ilə bağlı yeni detallar üzə çıxıb

alt

Britaniyanın SAS elit xüsusi təyinatlı bölməsinin döyüşçüsü məhkəmədə şahzadəni snayperin öldürdüyündən danışıb. Bundan sonra Skotlənd Yard şahzadə Diananın guya SAS elit xüsusi təyinatlılarının əməliyyatı gedişində öldürülməsi ilə bağlı məlumatla əlaqədar rəsmi araşdırmalara başlayıb. Bu barədə Trend bazar ertəsi xarici mətbuata istinadən xəbər verir.

Belə bir bəyanat SAS-ın keçmiş döyüşçüsü, silah və döyüş sursatının qanunsuz saxlanmasında ittiham olunan çavuş Denni Naytinqeylin işi ilə bağlı keçirilən məhkəmə iclasında oxunub.

Britaniyanın "Mirror" qəzeti yazır ki, məktubda söhbət digər çavuş, yəni SAS-ın snayperi haqqında gedir. O, guya arvadı ilə söhbətində Diananın aradan götürülməsi ilə bağlı əməliyyatda iştirak etdiyinə görə lovğalanırmış. Onun adı açıqlanmasa da Naytinqeyl bildirir ki, bu hərbçi onun qonşusu olub, şahzadənin öldürülməsi ilə bağlı əhvalatı isə onun arvadı danışıb.

Skotlənd Yardın nümayəndəsi bəyan edib ki, polis bəyanatdakı faktla bağlı rəsmi yoxlamaya başlayıb. Yoxlamada məqsəd bu danışılan əhvalatın yeni təhqiqata başlamaq üçün əsas olub-olmadığını müəyyən etməkdir. İlkin təhqiqatın aparılması üçün artıq bir sıra ekspertizalar müəyyən edilib.

Qeyd edək ki, Diananın britaniyalı hərbçilər tərəfindən öldürülməsi ilə bağlı versiya ilk dəfə deyil ki, səslənir. Şahzadənin, Dodi əl-Fayedin və onların sürücüsü Anri Polun Parisdəki tuneldə Britaniya hərbçiləri tərəfindən öldürüldüklərini ilk dəfə avtomobil qəzasından az sonra Dodinin atası, sahibkar Məhəmməd əl-Fayed səsləndirib.

Onun sözlərinə görə, şahzadə Diana onun oğluna aşiq olub və islamı qəbul edərək ona ərə getməyə hazırlaşırmış. Əl-Fayed iddia edir ki, beləliklə, London Britaniya taxt-tacının vəliəhdinin anasının müsəlman olmasına yol verməyib.

Xatırladaq ki, Diana və Dodi əl-Fayed 1997-ci il avqustun 31-də avtomobil qəzasında həlak olublar. Onların olduqları "Mersedes" markalı maşın Parisdə tunelin içərisindəki dayaqlardan birinə çırpılıb. Polis belə qənaətə gəlib ki, qəza sürücünün sürəti artırması səbəbindən baş verib. Bundan başqa, analizlər onun hadisədən bir az əvvəl alkoqol və narkotik qəbul etdiyini göstərib.

Saytda Axtarış

Son xəbərlər