Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün153
DünənDünən302
Bu həftəBu həftə455
Bu ayBu ay43164
Bu günə qədərBu günə qədər7531381

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin ilkin mərhələsi başa çatıb

altOktyabrın 15-də Cenevrədə İranla “altılıq” ölkələri arasında başlamış növbəti nüvə müzakirələrinin ilkin mərhələsi başa çatıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, BMT-nin Avropadakı ofisində keçirilən danışıqlar oktyabrın 16-da davam etdiriləcək. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətinə onun müavinləri Seyid Abbas Əraqçı və Məcid Təxti Rəvançı, həmçinin nazirlikdən Həmin Bəidinejad və Davud Məhəmmədiyə, eyni zamanda İranın Atom Enerjisi Agentliyindən Məhəmməd Əmiri daxildir. Görüş İranla “altılıq” ölkələrinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Bu baxımdan müzakirələrdə İran nümayəndə heyətinə nazir müavini Seyid Abbas Əraqçı rəhbərlik edib. M. Zərif yalnız İranın “altılıq” ölkələrinə təqdim etdiyi planı açıqlayıb.

A.Əraqçı görüşdən sonra jurnalistlərə açıqlamasında tərəflər arasında müzakirələrin müsbət keçdiyini bildirib.

Onun sözlərinə görə, yeni təklifdə məqsəd İranın dincməqsədli nüvə enerjisindən faydalanmaq və qarşı tərəfə rəsmi Tahranın nüvə fəaliyyətlərinin sülhməqsədli olduğuna dair zəmanət verməkdir.

A. Əraqçı həmçinin deyib ki, təklifdə əsas hədəf İranın haqları və nüvə fəaliyyətlərinin sülhməqsədli olduğuna dair zəmanətdir: “Rəsmi Tehran dinc məqsədlər üçün nüvə enerjisindən faydalanmaq, bu sahədə iş və araşdırma aparmaq haqlarının tanınması, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) yoxlamalarından yararlanmaq, İranın haqlarının yerinə yetirilməsi üçün beynəlxalq əməkdaşlığın edilməsi, birtərəfli və çoxtərəfli sanksiyaların tamamilə qaldırılması və ortaq narahatlıqlarla bağlı əməkdaşlıq etmək surəti ilə bu hədəfə çatıla biləcəyini düşünür”.

Terrorçu “Maqas“ ömürlük həbs edildi

altBu gün Şimali Qafqaz əyalət hərbi məhkəməsi "Qafqaz Əmirliyi" terrorçu qruplaşmasının liderlərindən biri, "Maqas" ləqəbli Əli Təziyevin işinə baxıb. Məhkəmə "Maqas"a ən ağır cəzanı kəsib. O, ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arasında keçirəcək.

Rusiyaya giriş qadağan olunacaq

alt

Rusiya Federal Miqraiya Xidməti ölkə ərazisinə 400 min əcnəbinin girişini qadağan etmək niyyətindədir.

Oktyabarın 14-də bu haqda qurumun başçısı Konstantin Romodanovski məlumat verib.

«275 əcənibyə ölkəyə giriş yasaqlansa da, cari ilin əvvəlində Rusiyaya gələn xarici vətəndaşlarını axını 10 faiz artıb. Biz bu rəqəmi 400 minə çatdırmaq niyyətindəyik.Rusiya qanunlarına və mentalitetinə hörmət etmək lazımdır»-deyə, qurum başçısı bildirib.

Bu ilin ilk 9 ayınd Rusiyaya MDB ölkələrindən Rusiyaya 1,5 milyon mühacirət edib, onların bir milyonuna işləmək üçün icazə verilib.

Onun sözlərinə görə, miqratnlar daha çox Moskva və vilayətinə, Sankt-Peterburqa daha axın edir.

Ərdoğan Türkiyə haqda planından danışdı

alt

Yenidən böyük Türkiyə inşa etmək istəyirik.

Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, hazırda ölkədə bütün sahələr üzrə əhəmiyyətli islahatlar aparılır. O, həmçinin əlavə edib ki, demokratikləşdirmə üzrə tədbirlər paketi ölkənin inkişafına istiqamətlənən daha bir addımdır.

FAO: Bu gün dünyada 870 mln. insan aclıqdan əziyyət çəkir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ümumdünya Ərzaq Gününün builki mövzusunu “Ərzaq təhlükəsizliyi və qidalanma üçün davamlı ərzaq sistemləri” seçib. BMT-nin hesablamalarına görə, bu gün dünyada 870 mln. insan aclıqdan əziyyət çəkir.

FAO-nun Azərbaycandakı nümayəndəsi Təranə Bəşirovanın “APA-Economics”ə verdiyi məlumata görə, təşkilatın İtaliyanın paytaxtı Romada keçirilən tədbirində Avropa və Mərkəzi Asiya, Orta Asiya, Cənubi Qafqaz regionuna dair proqnozlar da açıqlanıb. Belə ki, qarşıdakı illərdə 3 subregion – Şərqi Avropa (Ukrayna), Cənubi Qafqaz və Mərkəzi Asiya istehsal səviyyəsi potensialdan xeyli aşağı olacaq.

Tədbirdə Orta Asiya və Qafqaz ölkələrində kifayət qədər qidalanmamaq riskinin müşahidə olunduğu qeyd edilib. Kifayət qədər qidalanmayan əhalinin faiz nisbəti 26%, yoxsulluq səviyyəsi isə Dünya Bankının hesablamalarına görə 30-70% təşkil edir.

Tunellərdə əməliyyat keçirildi

alt

Misir ordusu Qəzzanın digər yerlərlə əlaqəsini təmin edən tunellərdə əməliyyat keçirib.

Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. 

Məlumata görə, Misir ordusu bu tunellerdən qaçaqmalçılıq üçün istifadə edildiyi qənaətindədir. Əməliyyat zamanı iki tunel dağıdılıb. 

Mursinin həbs müddəti uzadıldı

alt

Misirin sabiq prezidenti Məhəmməd Mursinin həbsi daha 30 sutka artırılıb. Bu barədə Misir məhkəməsi qərar verib.

Qeyd edək ki, Mursi kütləvi aksiyalarla iyulun 3-də hakimiyyətdən gedib.

Ölkənin baş prokurorluğu isə onun həbs olunması haqqında qərar qəbul edib.

Onun həbsinin müddəti sonuncu dəfə sentyabrın 14-də uzadılıb.

Hərbi təyyarə qəzaya uğradı

alt

Misirin cənubunda Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi məşq uçuşu zamanı qəfildən idarəetməni itirərək yerə çırpılıb və iki yerə parçalanıb. 

Luksor şəhəri yaxınlığında baş verən qəzada 1 nəfər həlak olub, 3 nəfər isə ağır yaralanıb. Pilot isə katapultla təyyarədən tullanmağa vaxt tapa bilib. 

Yerli mətbuatın verdiyi məlumata görə, uçuş zamanı mühərrikdə baş verən qəfil partlayış təyyarənin qəza törətməsinə səbəb olub. 

Hazırda hadisə yerində axtarış işləri aparılır.

Partlayıcılar vaxtından qabaq işə düşdü

alt

Əfqanıstanın Qəndəhar, Uruzqan və Helman vilayətlərində parlayışlar törətmək istəyən kamekadzelərin bütün planları alt-üst olub. 

Baş verən partlayışlarda 4 nəfər kamikadze ölüb, 2 kamikadze də yaralanıb. 

Yerli hökumət nümayəndələrinin verdiyi məlumata görə, Qəndəhar vilayətində ölən kamikadzelər üzərlərinə bağladıqları partlayıcı maddələrin işə düşməsi nəticəsində həlak olublar. 

Uruzqan vilayətində isə motosikletə bağlanmış bombanın partlaması nəticəsində iki nəfər kamikadze məqsədlərinə çatmadan ölüblər. Helmand vilayətində də partlayıcı bağlanmış motosiklet partlayıb və iki nəfər kamikadze ağır yaralanıb.

“Wikileaks“ın rəhbəri haqda film çəkilib - Video

alt

Qalmaqallı "Wikileaks" saytının rəhbəri Culian Asanc haqqında film çəkilib. Filmdə Asancla bağlı bəzi gizli məqamların açıqlanması ajiotaja səbəb olub. 

Film dünya kino prokatına bu il sentyabrın beşi verilib. Filmin MDB ölkələrində o cümlədən Azərbaycanda BLU-RAY və DVD disklərdə gələn il martın dördündən satışına başlanması proqnozlaşdırılır. 

“Beşinci hakimiyyət” filmi Culian Asancın gizli yazışmalarının öz saytında necə dərc etmək fikrinə gəldiyi və Amerika hökümətinin buna necə reaksiya verdiyi nədən bəhs edir. Filmin əsas epizodlarında Asancın tərəfdarı olan Daniyel Damşayt-Berqlə gizli materialları nə vaxt və necə dərc edilməsi barəsində mübahisələri yer alıb. 

Britaniyalı kino tənqidçisi Piter Bredşounun Asancın qalmaqallı materiallarının dərc edildiyi Guardian qəzetində yerləşdirilən məqaləsində deyilir ki, filmin maraqlı tərəfi "Wikileaks" qalamaqalında hələ də gizli məqamların qalmasına və qəhrəmanın sağ olmasına baxmayaraq onun haqqında filmin çəkilməsidir. 

Səbəbkarın özü isə filmin çəkilməsinə qarşı çıxıb. O filmdə öz obrazının təkəbbürlü verildiyini hesab edib. Maraqlıdır ki, filmdə Assanc rolunu canlandıran Benedikt Kamberbetçə kömək üçün qəhrəmana müraciət edib, Assancc isə bunun əvzində aktyordan, rolundan imtina etməyi xahiş edib. “Beşinci hakimiyyət” filminin "Wikileaks" qalmaqalı qədər, tamaşaçılarda da maraq doğuracağı gözlənilir.

Abdulla Gül həcc ziyarətinə getdi

alt

Gül həcc ziyarətinə gedən ilk Türkiyə prezidentidir 


Türkiyə Prezidenti Abdulla Gül Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləzizin dəvəti ilə bazar günü həcc ziyarətinə yola düşüb.

Gül həcc ziyarətinə gedən ilk Türkiyə prezidentidir.

ABŞ təmsilçisi İrana: «Cenevrəyə əliboş gəlməyin»

alt

İranla «altılıq» arasındakı danışıqlarda ABŞ nümayəndə heyətinə dövlət katibinin siyasi məsələlər üzrə müavini Uendi Şermanın başçılıq edəcək.

Bu haqda Dövlət Departamenti açıqlama verib. Danışıqlar oktyabrın 15-16-da Cenevrədə keçiriləcək.

Şerman artıq İsveçrəyə yola düşüb.

Bu yaxınlarda o, konqresdə çıxışı zamanı bildirib ki, ABŞ İrandan nüvə proqramına aid bütün məsələlərə ilə bağlı «konkret fəaliyyət» gözləyir: «Mən sizi (İran əhalisini nəzərdə tutur-red.) əmin edirəm ki, oktyabrın 15-16 keçiriləcək görüşə əlinizdə gerçək planla gəlməsəniz, o zaman bizim konqres sizə qarşı yeni sanksiya qəbul edəcək və biz onu dəstəkləyəcəyik».

Şerman senat üzvlərindən Cenevrə danışıqları bitənədək İrana qarşı yeni sanksiyaların qəbulunu təxirə salmağa istəyib.

Saytda Axtarış

Son xəbərlər