Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün592
DünənDünən302
Bu həftəBu həftə894
Bu ayBu ay43603
Bu günə qədərBu günə qədər7531820

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Nazir vəzifəsinə yeni namizədlərin siyahısı təqdim edildi

alt

İran Prezidenti Həsən Ruhani təhsil, elm, tədqiqat və texnologiya, həmçinin gənclər və idman nazirləri vəzifəsinə üç yeni namizədin siyahısını parlamentə təqdim edib. 

Namizədlərin adları isə hələ rəsmi olaraq açıqlanmayıb.
Qeyd edək ki, avqust ayında nazir vəzifəsinə 18 namizəddən 3-ü parlamentarilərin etimad rəyini ala bilməmişdi.

Parlamentarilərin növbəti etimad rəyi isə gələn bazar günü olacaq.

Spirtli içkidən ölənlərin sayı 42-yə çatıb

alt

Hindistanın şimalında son üç gündə saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 42 nəfərə çatıb.

Uttar Pradeş ştatındakı Azamgarh şəhərində saxta içkidən zəhərlənən 40 nəfər isə xəstəxanalarda müalicə olunur.

Keçən həftə "Dussəhra" festivalına ev sahibliyi edən şəhərdə qanunsuz yolla spirtli içki istehsal edərək satan 32 nəfər saxlanılıb.

Qeyd edək ki, saxta içki istehsalının daha çox yayıldığı Hindistanda hər il yüzlərlə insan təsirini artırmaq üçün tərkibinə müxtəlif kimyəvi maddələrin əlavə olunduğu spirtli içkilər səbəbindən həyatını itirir.

Suriyada atışma: ölənlər və yaralananlar var

alt

Dəməşqın xristian rayonunun cümə günü minomyot atəşi nəticəsində üç nəfər ölüb və 30 nəfər yaralanıb. 

Silahlı şəxslər Suriya paytaxtının tarixi hissəsi- Qədim şəhərdə olan Bab Tuma (Fomanın Qapıları) məhəlləsini atəşə tutublar.
Digər təfərrüatlar hələlik məlum deyil.

Cəbhə xətti şəhər mərkəzindən şərqə doğru yerləşən Bab Tuma məhəlləsindən cəmi bir neçə kilometr aralıda keçir. Bununla əlaqədar terror aktlarının baş verməməsi üçün xristianlar rayon əhalisindən blokpostlar təşkil edib və Qədim şəhərin ərazisinə daxil olan bütün maşınların araşdırılmasını aparırlar.

Moskvada 50 nəfərə yaxın azərbaycanlı saxlanıldı

alt

Rusiya paytaxtının Qərb dairəsində 50 nəfərə yaxın Azərbaycan vətəndaşı saxlanılıb. Xüsusi təyinatlı polis dəstələri (OMON) tərəfindən saxlanılan həmyerlilərimiz paytaxtın Oçakovo-Matveyevski rayonunun Polis İdarəsinə aparılıb.

Saxlanılan həmyerlilərimiz avtoservisdə çalışanlar olub. Bu gün axşam saatlarına yaxın OMON dəstələri avtoservisə gələrək orada çalışan bütün miqrantları avtobuslara yığıb polis idarəsinə aparıb. Hazırda polis bölməsində saxlanılan azərbaycanlıların müxtəlif cinayətlərdə iştirak edib-etməmələri və qeydiyyat sənədlərinin yerində olub-olmadığı yoxlanılır.

Azərbaycan Respubikası Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov açıqlamasında Rusiya hüquq-mühafizə orqanlarının son günlər miqrantlara qarşı keçirdyi reydlərin ölkə qanunvericiliyinə uyğun olduğunu söyləyib: “Polisin işi reyd keçirməkdir. Bütün miqrantlar yoxlanılır. Sənədi yerində olmayanlar barəsində tədbir görülür. Sənədləri qaydasında olanlar isə azad olunur. Miqrantların hər hansı cinayətdə iştirak edib-etməmələri də yoxlanılır”.

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraşı direktoru İlqar Hacıyev isə açıqlamasında bildirib ki, konqres paytaxtın Qərb dairəsində saxlanılan 50 nəfərə yaxın Azərbaycan vətəndaşı ilə maraqlanıb: “Onlar Oçakovo-Matveyevski rayon Polis İdarəsinə aparılıb”.

İ. Hacıyev saxlanılan Azərbaycan vətəndaşlarına ÜAK tərəfindən hərtərəfli hüquqi yardımın göstərildiyini söyləyib: “Yarana biləcək situasiyalarda soydaşlarımıza hüquqi yardım göstərmək məqsədilə Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılıb. Qərargahda qaynar xətt fəaliyyət göstərir (+7 4953637594). Rusiyada yaşayan bütün azərbaycanlılar qarşılaşdıqları problemlərlə bağlı qaynar xətt vasitəsilə (24 saat ərzində) ÜAK-dakı qərargahdan zəruri hüquqi yardım və məsləhətlər üçün müraciət edə bilər”. 

Bəşar Əsədin generalı öldürüldü

alt

Suriyada Bəşar Əsəd rejimi hərbi kəşfiyyatının yüksək rütbəli təmsilçisi general Cameh Cameh ölkənin şərqində Deyr əz-Zor əyalətində öldürülüb.

Bu haqda «əl-Ərəbiyyə» telekanalı xəbər yayıb.

İlkin məlumata əsasən, general üsyançılar tərəfindən öldürülüb.
Olayla bağlı ətraflı məlumat hələ ki verilməyib.

General Cameh 1976-2005-ci illərdə Suriya xüsusi xidmət orqanının zabiti kimi Livanda qulluq edib.

Onun adı Livanın baş naziri Rafiq Həririnin qətlində də hallanıb. 2005-ci ildə onu BMT müstəntiqlər sorğu-sual edib.

Ana yeni doğulan körpəsini boğmaq istədi- VİDEO

alt

Türkiyədə yeni doğulan körpəsini boğmaq istəyən ana polis tərəfindən tutulub.

Ananın körpəni boğmaq istədiyi anlar təhlükəsizlik kamerasına düşüb.

İlk öncə övladını boğmaq istəyən Fatma Hancı əməlini gizlətmək istəsə də, sonradan günahını boynuna alıb.

Günün fotosu: YouTube-un ofisi ilə tanışlıq

alt

17 oktyabr gününün fotosu Youtube-un ABŞ-ın Kaliforniya ştatındakı San-Bruno şəhərində yerləşən baş ofisində çəkilib.

Suriyada həbsxanaya hücum

alt

Suriyada döyüşçülər Alepo şəhərindəki həbsxanaya hücum ediblər. 

Həbsxanaya hücumda "Əl Qaidə" ilə bağlı olan "Front əl-Nusra"nın döyüşçüləri iştirak ediblər. 

Hələlik həbsxanaya hücum nəticəsində ölən və ya yaralananların olub-olmadığı bəlli deyil. 

Xatırladaq ki, 2013-cü ilin may ayında döyüşçülər Alepodakı mərkəzi həbsxananın ərazisinə daxil ola bilmişdilər. Ərazidə bir necə bina nəzarətə götürülüb. Binalar hələ də üsyançıların əllərindədir. Lakin həbsxananaın yarısı hökumət qüvvələrinin nəzarətində idi.

Polislə vəhabilər arasında silahlı insident; ölənlər var

alt

arasında silahlı insident baş verib. AzNews.az-a daxil olan məlumata görə, insident nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Daha sonra onlardan ikisinin dünyasını dəyişdiyi bildirilir.

Ölənlərdən birinin Qusar Rayon Polis Şöbəsinin əməkdaşı Qaib Əliyevdir. Vəfat edən ikinci polis əməkdaşı barədə hələlik məlumat verilmir.

Polis əməkdaşı Mövlüd Əliyev qarnından yaralanıb. Yaralananlardan digəri - Cəmil Nəsirov Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisidir. O, qolundan aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qusar RPŞ-nin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov da yaralananlar arasındadır. Rəis müavini ayağından aldığı xəsarətlə Qusar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.


Bəzi məlumatlara görə, insident naməlum şəxsin polis əməkdaşlarına hücumi nəticəsində baş verib. Başqa bir məlumata görə isə, polis rayon ərazisində vəhabilərə qarşı əməliyyat keçirib.

İranda edam edilmiş məhbusu yenidən dar ağacından asacaqlar

altİranda edam cəzası icra edilmiş məhbusu yenidən dar ağacından asacaqlar. APA-nın “Oyannews”a istinadən məlumatına görə, buna səbəb həmin şəxsin ölməməsidir.

Hadisə İranın Şimali Xorasan vilayətinin mərkəzi Bocnurd şəhərində baş verib. Belə ki, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan 37 yaşlı bir məhbus Bocnurd şəhərinin həbsxanasında edam edilib. Ad və soyadı açıqlanmayan şəxs 12 dəqiqə dar ağacından asılı vəziyyətdə qalıb və həkimlər də onun ölməsini təsdiqləyiblər.

Üç il bundan əvvəl həbs edilərək ölüm cəzasına məhkum olunmuş məhbusun cəsədinin ertəsi gün dəfn olunmaq üçün ailəsinə təhvil verilməsi qərara alınıb və meyit İran Məhkəmə Tibbi Ekspertizasının morquna göndərilib. Lakin ertəsi gün meyitxananın işçilərindən biri onun nəfəs aldığını görüb, daha sonra məhbus dövlət xəstəxanalarından birinə köçürülüb. Hazırda polis nəzarəti altında olan həmin şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir. Ailəsinin onun həyatda olmasına sevinməsinə baxmayaraq, məhbusun vəziyyətinin daha da yaxşılaşmasından sonra ölüm hökmünün təkrar icra ediləcəyi açıqlanıb.

Krımda bir neçə məscid yandırılıb

alt

Ukraynanın Krım Muxtar Respublikasında yerləşən bir neçə məsciddə yanğın baş verib.

Krımın “Rus Birliyi” partiyası, Rus Cəmiyyətinin Simferopol rayon təşkilatın və kazakların “Birlik” təşkilatın bu hadisələrdə onların nümayəndələrinin əli olmasına dair ittihamları rədd edir.

Qeyd olunan təşkilatların birgə bəyanatına deyilir ki, baş verən hadisələr təxribatdır və Krımda mövcud olan sülh və əmin-amanlığa zərbə vurmaq üçün edilib. Onların fikrincə, muxtar respublikada münaqişənin eskalasiyasını görmək istəyən qüvvələr vəziyyətin açıq-aşkar gərginləşdirməyə və Krım tatarları arasında populyarlığını qaytarmağa çalışırlar.

Bəyanatda qeyd olunub ki, bir müddət əvvəl həmin qüvvələr Rus Cəmiyyətinə qarşı da uğursuz təxribatlar törədiblər. 

Orxanı həbs edərkən döydülər - Video

alt

Xəbər verdiyimiz kimi Moskva sakini Yeqor Şerbakovun ölümündə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov həbs olunub. 


Artıq Orxan Zeynalovun həbsolunma kadrları yayılıb. Kadrlardan görünür ki, ona işgəncə verirlər.

Saytda Axtarış

Son xəbərlər