Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün430
DünənDünən302
Bu həftəBu həftə732
Bu ayBu ay43441
Bu günə qədərBu günə qədər7531658

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Fizika üzrə Nobel mükafatçıları bəlli oldu

alt

Bu il fizika üzrə Nobel mükafatının sahibləri Tanrı hissəciklərinin mövcudluğunu bəyan edən belçikalı François Englert və ingiltərəli Peter Higgs olub.

Bunu bu gün Nobel Komitəsi açıqlayıb.

François Englert və Peter Higgs 1 milyon 250 min dollar mükafatı bölüşəcəklər. Higgs Bozon nəzəriyyəsinə əsasən dünyanın yaranmasında Tanrı hissəcikləri əsas yer tutur.

Qeyd edək ki, dünən tibb üzrə Nobel mükafatına layiq görülənlərin adları açıqlanıb. Tibb sahəsində bu mükafata hüceyrə sahəsində araşdırmalarına görə ABŞ ailimləri James Rothman, Randy Şekman ilə almaniyalı Tomas Sudhof layiq görülüblər.

Prezident viza rejiminin tətbiqinin əleyhinə çıxdı

alt

“MDB daxilində viza rejiminin tətbiqi o mənaya gələcək ki, biz keçmiş sovet respublikalarını özümüzdən kənara itələyirik. Biz onları özümüzdən uzaqlaşdırmaq yerinə, yaxınlaşdırmalıyıq. Biz bu prosesi daha sivil formada etməli, bu yolda işimizi elə qurmalıyıq ki, yerli əhalini qıcıqlandırmasın, əksinə, müsbət reaksiya doğursun”. 

Bu sözləri Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Miqrasiya problemi mövzusunda sualı cavablandıran V. Putin bildirib ki, Rusiyanın əmək bazarı yerli vətəndaşlar tərəfindən doldurulmayan iş yerlərinin doldurulmasına ehtiyac duyur: “Ona görə də biz əmək bazarı ilə bağlı məsələlərə daha diqqətlə yanaşmalı, miqrantların hansı iş yerlərinə buraxılması məsələsini daha peşəkar səviyyədə həll etməliyik”. 

V. Putin onu da əlavə edib ki, miqrantlar rus dilini, mədəniyyətini bilmək və Rusiya qanunlarına, ənənələrinə hörmət göstərməyin zəruriliyini dərk etməlidir: “Hüquq-mühafizə orqanları lazımi reaksiyaları göstərməlidir. Burada hər cür korrupsiya təzahürlərinin qarşısının alınması üçün cəmiyyətin hüquq-mühafizə orqanları üzərində nəzarəti də vacibdir”. 

Prezidentin beyninə qan sızdı

alt

Argentinanın dövlət başçısı Kristina Fernandez de Kirçhnerə beyində qanama diaqnozu qoyulub. Həkimlərin müayinəsinin nəticələrinə əsəsən prezidentə bir ay istirahət etmək məsləhət görülüb.

Argentina liderinin 12 avqustda başından zədə aldığı bildirilir. 
Qeyd edək ki, bu, prezidentin müxaliflər üzərində əhəmiyyətli qələbəsindən bir neçə gün sonraya təsadüf edib. 

Rusiyanın döyüş maşını aşdı: ölən və yaralananlar var

alt

Dünən Abxaziyada Rusiyanın Piyadaların Döyüş Maşını (BTR) dərəyə yuvarlanıb. 
Tkvarçeli rayonunun Okum kəndində zirehli maşının qəzaya uğraması nəticəsində bir nəfər rus əsgəri ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bu barədə Okum kəndinin ərazi nümayəndəsi Baslan Arşba məlumat verib. onun sözlərinə görə, rusiyalı hərbiçiləri təlimdən qaytaran PDM-in sürücüsü sərt döngədə idarəetməni itirib və buna görə zirehli maşın çevirilib və dərəyə yuvarlanıb. Aldığı xəsarətlərdən ekipaj komandiri yerindəcə keçinib. Dörd nəfər yaralı isə Suxumi mərkəzi xəstəxanasina yerləşdirilib.

Avropalıları diri-diri yandırdılar

alt

Madaqaskarın şimalındakı Nusi-be adasında kütlə 2 avropalı və bir yerli sakini parçalayıblar.

Hadisə kənddə itən 8 yaşlı uşağın tanınmaz hala düşmüş meyitinin çimərliklərdən birində tapılması ilə başlayıb.

Polis bu işlə bağlı yerli sakini həbs edib. Coşmuş kütlə polis bölməsinin qarşısına yığılıb. İnsan orqanlarının alveri barədə şayiələr yayılıb. Bundan sonra kütlə, yerli sakini, eləcə də Fransa və İtaliya vətəndaşı olan 2 xarici turisti tutub, onları insan orqanlarının alverində ittiham edib. Daha sonra isə onları diri-diri yandırıblar. Asayiş qüvvələri hadisə yerinə çox gec gəliblər. Madaqaskarın prezident səlahiyyətlərini icra edən Andri Radzuelina əhalini sakitliyi qorumağa çağırıb.

Tacikistana silah idxalı dayandırıldı

alt

Mərkəzi Asiya ölkəsi Tacikistan silah idxalını müvəqqəti olaraq dayandırıb. 

Dövlət başçısı İmaməli Rəhman ölkədə silah və silah istifadəsinin təşkil edilməsi ilə bağlı fərman imzalayıb. Bu fərmanın cəmiyyətin nizamı, vətəndaşların təhlükəsizliyini təmin etmək və cinayətlərin qarşısını almaq məqsədi ilə imzalandığı qeyd edilib. Yeni fərmana görə, ilin sonuna qədər vətəndaşların istifadə edə biləcəyi tapança növündə olan silahların idxalı müvəqqəti dayandırılıb. Həmçinin, silah daşımaq, istifadə etmək, satın almaq və əldən başqasına vermək qadağan edilib.

Aksiya iştirakçıları: «Qəhr olsun ABŞ!»

alt

 
Ötən gün İranda ABŞ əleyhinə etiraz aksiyası keçirilib. Yürüş-mitinq oktyabrın 4-də paytaxt Tehran şəhərində cümə namazından sonra ABŞ prezidenti Barak Obamanın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə İrana qarşı sanksiyaların davam etdiriləcəyi və bütün variantların masada olduğuna dair son şərhinə etiraz olaraq təşkil edilib.

Aksiya iştirakçıları «Qəhr olsun ABŞ!» kimi şüarlar səsləndirərək B.Obamanın şəkillərini tapdalayıblar və ABŞ bayrağını yandırmağa cəhd göstəriblər.

Pişik Castin Bieberin səsinə dözmədi və... - Video

alt

Sahibi yüksək səslə Сastin Bieberi dinlədiyi üçün hövsələdən çıxan pişiyin videosu izlənmə rekordu qırır. 

Müğənninin səsinə dözməyən pişik şüşəni qıraraq özünü pəncərədən atıb. İnternetə yerləşdirilən bu video son günlər ərzində ən çox izlənilənlər arasındadır.

Misirdə qarşıdurma; 7 ölü, 140 yaralı

alt

Misirdə devrilmiş Prezident Məhəmməd Mursinin tərəfdarları ilə asayiş keşikçiləri arasında baş vermiş qarşıdurma nəticəsində 7 nəfər ölüb, 140 nəfər xəsarət alıb.

Bunu yerli KİV-ə daxili işlər naziri Seyid Şəfiq deyib.

Bundan əvvəl 4 nəfərin həlak olduğu bildirilirdi.
Polis qüvvələri tərəfindən 44 nəfərin saxlanıldığı deyilir.

Lüksemburqda “Şərq Tərəfdaşlığı” ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin I görüşü keçiriləcək

Oktyabrın 7-8-də Lüksemburqda “Şərq Tərəfdaşlığı” ölkələrinin ədliyyə və daxili işlər nazirlərinin I görüşü keçiriləcək.


APA-nın Avropa Birliyinin (AB) mətbuat xidmətinə istinadən xəbərinə görə, iclas AB-yə sədrlik edən Litva və Avropa Komissiyası tərəfindən birgə təşkil olunur.

Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Ukrayna və Moldovanın müvafiq nazirliklərinin nümayəndələri AB təmsilçiləri ilə ədliyyə, daxili işlər, miqrasiya, korrupsiya ilə mübarizə, mütəşəkkil və transmilli cinayətkarlıqla mübarizə sahəsində islahatlar və əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər. Toplantının ilk günündə Avropa Şurasının baş katibi də iştirak edəcək.

Tbilisidə Tolerantlıq və Vətəndaş İnteqrasiyası Milli Konsepsiyası komissiyasının iclası keçirilib

altBu gün Tiflisdə Tolerantlıq və Vətəndaş İnteqrasiyası Milli Konsepsiyası çərçivəsində idarələrarası komissiyanın iclası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə iştirak edən komissiya üzvləri media və etnik azlıq nümayəndələrinə informasiyanın çatdırılması ilə bağlı “Mülki inteqrasiyanın təmin olunması: “Media və informasiyanın çatdırılması” mövzusunda məsələləri müzakirə ediblər.

Tədbiri Gürcüstan Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin aparatının vətəndaş inteqrasiyası şöbəsinin müdiri Tina Qoqeliani açaraq milli azlıqların dilində nəşr olunan mətbuat sahəsində əldə olunan nailiyyətlər, problemlər və qarşıda duran planlardan bəhs edən “Media - mülki inteqrasiyanın aləti” adlı layihə təqdim edib. Tədbirdə Gürcüstanın İctimai Televiziyasının nümayəndəsi Zurab Dvali “Mövcud televiziya məkanı: “İctimai televiziya, müsbət nəticələr və çatışmazlıqlar” mövzusunda çıxış edib. O qeyd edib ki, Gürcüstan İctimai televiziyasında gürcü dili ilə yanaşı Azərbaycan, erməni və rus dillərində “Moambe” (“Xəbərlər”) proqramı fəaliyyət göstərir və milli azlıqların kompakt yaşadığı bölgələrdən müntəzəm informasiyalar verir.

Sonra milli azlıqların dilində nəşr olunan qəzetlərin nümayəndələri çıxış ediblər. “

 

 

ABŞ Azərbaycandakı səfirliyinə qadağalar qoydu

alt

ABŞ hökumətinin fəaliyyətinin qismən dayandırılmasından sonra bu ölkənin Azərbaycandakı səfirliyi bəyanatla çıxış edib. 

Bəyanatda hökumətin fəaliyyətinin dayandırlmasının ABŞ-ın Azərbaycandakı missiyasına təsiri açıqlanıb: 

“Hökumət vasitələrinin dayandırılması o deməkdir ki, ABŞ Hökumətinin bir sıra fəaliyyətləri dayandırılır. ABŞ-ın Azərbaycandakı Missiyası tam heyətlə işinə davam edir. Hüquqi məhdudiyyətlər çərçivəsində missiya ABŞ vətəndaşlarının müdafiəsi, milli təhlükəsizliyin təminatı və ticarət və iqtisadi maraqların irəli çəkilməsi ilə bağlı fəaliyyətlərini davam etdirəcək. Bütün dünyada səfirlik əməkdaşlarına, ən vacib milli maraqlarla əlaqədar olmadıqca, çıxışlar etməmək, müsahibələrdə iştirak etməmək və ya ictimai tədbirləri təşkil etməmək tapşırılıb. Pasportların yenilənməsi və ABŞ vətəndaşları üçün digər xidmətlər normal qaydada davam etdirilir. Viza üçün müraciət edən şəxslər üçün xidmətlər də normal qaydada davam etdirilir”. 

Saytda Axtarış

Son xəbərlər