Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün416
DünənDünən302
Bu həftəBu həftə718
Bu ayBu ay43427
Bu günə qədərBu günə qədər7531644

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Litva Seyminin sədri istefa verdi

alt

Litva Seyminin sədri, Əmək Partiyasının üzvü Vidas Gedvilas vəzifədən gedib. V. Gedvilas öz istəyi ilə istefa ərizəsi yazıb. 76 deputat istefanın lehinə, 7 nəfər əleyhinə səs verib, 35 nəfər bitərəf qalıb. 

Parlament sədri vəzifəsini müvəqqəti olaraq sədr müavini Algirdas Sisas yerinə yetirəcək. 

Rusya Dövlət Dumasının müşahidəçiləri prezident seçkilərini izləyəcək

alt

 
Rusya Dövlət Dumasının nümayəndə heyəti oktybarın 9-da keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana gələcək.

Nümayəndə heyətinə Dumanın MDB məsələləri üzrə komitəsinin sədri, Rusiya Liberal Demokrat Partiyasından (RLDP) olan deputat Leonid Slutski rəhbərlik edəcək.
Nümayəndə heyətinin tərkibinə Vahid Rusiya (Yedinnaya Rossiya) Partiyasından olan deputatlar Oleq Lebedev, Hacmət Səfərəliyev, Nadejda Şkolkina, Murad Hacıyev, Zaur Qekkiev, Svetlana Maksimova, Svetlana Jurova, Kommunist Partiyasına olan deputat Kazbek Taysayev, RLDP-dən İlya Drozdov, Ədalətli Rusiya Partiyasından isə Alla Kuzmina daxildir.

Dünyanın ən bahalı brilyantı

alt

"Sotheby`s" hərrac evi dünyanın ən bahalı brilyantlarından birini hərraca çıxarmağa hazırlaşır. Söhbət hazırda Honq-Konqda nümayiş etdirilən "Pink Star" adlı çəhrayı brilyantdan gedir. Qiymətli daşın çəkisi 59,6 karat təşkil edir və bu, indiyədək hərraca çıxarılmış ən bahalı brilyant olacaq.

Ekspertlər bu qiymətli daşı təxminən 60 milyon dollar dəyərində qiymətləndirirlər. Çəhrayı brilyantın hərracı noyabrın 13-də Cenevrədə keçiriləcək.
İngilis dilindən tərcümədə "çəhrayı ulduz" mənasını verən "Pink Star" öz çəkisinə görə 2010-cu ildə "Sotheby`s" hərracında satılmış "Graff Pink" brilyantından 2 dəfə böyükdür. Həmin brilyant 45,6 milyon dollara satılmışdı.

Erməni nazir işğal olunmuş ərazilərdə görüşlər keçirib

alt

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edən Ermənistanın müdafiə naziri Seyran Ohanyan oktyabrın 1-də erməni separatçılarının lideri Bako Saakyanla görüşüb. 

Saakyanla Ohanyanın təkbətək görüşündən sonra geniş tərkibdə keçirilən tədbirdə hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. 

Qeyd edək ki, Ohanyan Qarabağdakı separatçı ordunun qurucularından biridir. 1999-cu ildən “DQR”in “müdafiə naziri” olub. 

2007-ci ilin may ayından Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi postunu tutub. Müdafiə naziri postuna 2008-ci ildə təyinat alıb.

Tanınmiş yazıçı Tom Klensi vəfat etdi.

alt


ABŞ-ın Baltimor şəhərinin xəstəxanalarından birində tanınmış yazıçı Tom Klensi 66 yaşında vəfat edib.Qeyd edək ki, o, texnotriller janrında bənzərsiz əsərlər yazırdı, yazılarında əsasən tarixin əks üzünü göstərməyə çalışırdı. ABŞ və SSSR-i arasindakı soyuq müharibə onun ən çox sevdiyi mövzu idi.
"Böyük oktyabr" uğrunda", "Mütəfəkkirlərin oyunu" və "Dünyanin qorxunc üzü" Tom Klensin ən populyar əsərləri hesab olunur.Yazıçının ssenariləri əsasında çoxlu kompüter oyunları hazırlanıb.

Şəhərin mərkəzində 5 milyon oğurlandı

alt

Moskvanın mərkəzində, Kiçik Poluyaroslavski 14 ünvanında oğurluq hadisesi qeyde alınıb. 4 nefer namelum sexs bu ünvandakı evin qarşısında dayanan maşının şüşələrini sındırıb içində böyuk məbləğdə pul olan çantanı götürüblər. RIA Novosti-nin Rusiya DIN mətbuat xidmətinə istinaden verdiyi xəbərə görə, çantada ne az, ne çox düz 5 milyon pul olub. 

Hindistan prezidentinin tarixi səfəri

alt

Hindistan prezidenti Pranab Kumar Mukherci 5-7 oktyabrda Türkiyəyə rəsmi səfər edəcək.

Belçikaya səfərindən dərhal sonra bu ölkəyə gələcək Pranab Kumar Mukherci bu günə qədər Türkiyəyə səfər edən 3-cü Hindistan prezidenti olaraq tarixə düşəcək. 

Xatırladaq ki, bundan əvvəlki ziyarətlər 1993 və 1998 illərdə gerçəkləşib. Mukhercini parlament üzvlərinin də daxil olduğu böyük bir heyət müşayiət edəcək. 

TürkPA-nın yeni baş katibi Oqtay Əsədovla görüşdü

alt

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) yeni baş katibi Jandos Asanov fəaliyyətə başlayıb.

J. Asanov bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ilə görüşüb. Görüşdə TürkPA-nın fəaliyyəti ilə bağlı məsələləri müzakirə edilib. O. Əsədov TürkPA-nın fəaliyyətinin daha da genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. J. Asanov Milli Məclisin sədrinə TürkPA Beynəlxalq Katibliyinə göstərdiyi qonaqpərvərliyə görə öz təşəkkürünü ifadə edib. Görüşdə keçmiş baş katib Ramil Həsənov da iştirak edib. 

2011-2013-cü illərdə dünyada aclıqdan əziyyət çəkənlərin sayı azalmışdır

2011-2013-cü illərdə dünyada aclıqdan əziyyət çəkənlərin sayı azalaraq 842 milyon nəfərə çatmışdır.
Bu məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) və Dünya Ərzaq Proqramının (VPP) çərşənbə axşamı dərc edilmiş məruzəsində öz əksini tapmışdır.
Müqayisə üçün deyək ki, 2010-2012-ci illərdə xroniki aclıq ilə üzləşən insanların sayı 870 milyona yaxın idi. Başqa sözlə desək, həmin dövrdə planetin orta hesabla hər 8 nəfərindən biri aclıq çəkirdi.
Sənəddə deyilir: “İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın davam etməsi nəticəsində gəlirlər artmış, ərzaq məhsulları daha əlyetərli olmuşdur”.
FAO-nun məlumatına görə, 1990-1992–ci illərdən bəri aclıq çəkən insanların ümumi sayı 17 faiz azalaraq 995,5 milyon nəfərdən 826,6 milyon nəfərə enmişdir.
Məruzədə o da qeyd edilir ki, Asiyanın və Şimali Afrikanın bəzi ölkələrində bu sahədə vəziyyət praktiki olaraq dəyişməmişdir.

Serj Sarkisyan Fransada səfərdədir

alt

Ermənistan prezidenti Serj Sarkisyan Fransaya 2-günlük səfəri çərçivəsində Parisdə fransalı həmkarı Fransua Ollandla görüşüb. 

İkitərəfli görüşdən sonra Yelisey sarayında Sarkisyanın şərəfinə nahar təşkil olunub. Serj Sarkisyan bu gün həmçinin Fransa Senatının sədri Jan-Pyer Bellə də görüşəcək.

Ermənistan prezidenti Fransa səfərinin ikinci günündə Strazburqa gedərək, burada Avropa Şurasının Parlament Assambleyasının sədri Jan-Klod Minyon, Avropa Şurasının Baş katibi Torbyorn Yaqland və Avropa Şurasının İnsan Haqları üzrə komissarı Nils Muyjnikslə görüşəcək. Elə həmin gün Serj Sarkisyan Avropa Şurasının Parlament Assambleyasının iclasında çıxış edəcək və fransalı millət vəkillərinin suallarını cavablandıracaq.

Suriyalı nazir 25 cütlüyü evləndirdi

alt


Suriyanın paytaxtı Dəməşqdə kütləvi toy mərasimi keçirilib. Hakimiyyətin dəstəyi ilə keçirilən toyun sponsoru Suriyanın Turizm Nazirliyi olub. 

Eyni zamanda paytaxtda 25 cütlük evləndirilib. Onlar ölkədə baş verən müharibə zamanı evlərini tərk etmək məcburiyyətində qalanlardır. 
Toy mərasimində bir sıra yüksək rütbəli məmurlar, həmçinin Suriya müftisi iştirak edib. 

Suriyanın xüsusi məsələlər üzrə naziri bildirib ki, toy mərasimi ölkədə həyatın davam etdiyinə işarədir. Turizm naziri isə kütləvi toyu “ümidin yenidən yaranması” adlandırıb. 

Mer işçilərin gözü qarşısında özünü güllələyib

alt


Meksikanın Tepetonqo şəhərinin meri Sakatekas Karlos Robles işçilərinin gözü qarşısında özünü güllələyib. Hadisə bu gün baş verib. Yerli mətbuatın məlumatına görə, mer özünü əməkdaşlardan birinin silahı ilə vurub. 

Xəbərlərə görə, səhər mer işə gəlib, daha sonra ictimai asayişin qorunması ilə məşğul olan polislərin fəaliyyəti ilə maraqlanıb. Ancaq gözlənilmədən mer polislərdən birinin silahına baxmaq istədiyini deyib. 
Silahı əlinə alan mer onu alnına dirəyib və atəş açıb. Güllə açılan kimi əməkdaşların gözü qarşısında can verən merin intihar səbəbi məlum deyil. 

Rəsmi məlumatlara görə, bir neçə il əvvəl merin oğlu cinayətkarlar tərəfindən qaçırılıb və külli miqdarda pul ödənildikdən sonra azad edilib.

Saytda Axtarış

Son xəbərlər