Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün499
DünənDünən302
Bu həftəBu həftə801
Bu ayBu ay43510
Bu günə qədərBu günə qədər7531727

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Azərbaycanlı sahibkarlar Gürcüstanda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar

altGürcüstanın paytaxtı Tbilisi şəhərində 12-14 noyabr tarixlərində "Elcom Caucasus 2013" beynəlxalq sərgisi keçiriləcək.Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda bildirilir ki, sərgi energetika, kommunikasiya və bərpa olunan enerji mənbələri və digər sahələri əhatə edir.

Sərgi haqqında ətraflı məlumatları AZPROMO-nun Gürcüstan nümayəndəliyindən əldə etmək olar.

Dağıstanda prezidentlik ləğv edildi

alt

Sentyabrın 26-da Dağıstan parlamenti respublika rəhbərinin “Dağıstan rəhbəri” adlandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Bununla Dağıstan Məclisi Rusiya baş naziri Dmitri Medvedevin tapşırığını yerinə yetirib.

Dmitri Medvedev Rusiya Federasiyasına daxil olan respublikaların rəhbərlərinin prezident adlandırılmasını qadağan edib. Bu tapşırıq 2015-ci ilə qədər yerinə yetirilməlidir. Hazırda Başqırdıstan, Tatarıstan, Udmurtiya və Yakutiya rəhbərləri prezident adlandırılır.

Maya Pancikidze: “Gürcüstan bundan sonra da alternativ enerji layihələrində iştiraka hazırdır”

alt

“Gürcüstan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır”.


Bu sözləri Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Nyu Yorkda keçirilən Xəzər Forumunda çıxışında deyib. O bildirib ki, Gürcüstan Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum  layihələri üzrə öhdəliklərini uğurla yerinə yetirərək etibarlı tranzit tərəfdaşı olduğunu sübuta yetirib.

Nazir Gürcüstanın bundan sonra da Avropaya enerji nəqlinin diversifikasiyasını təmin edəcək alternativ enerji layihələrində iştiraka hazır olduğunu vurğulayıb: “Cənub dəhlizi layihəsi Qafqaz bölgəsini Avropa Birliyinə daha da yaxınlaşdıracaq. Mən əminəm ki, Türkmənistan və Qazaxıstandakı tərəfdaşlarımız da bu prosesə cəlb olunaraq Cənub dəhlizinin stabilliyi və dayanıqlılığını gücləndirəcəklər”.

İran Suriyanı dəstəkləməkdə davam edəcək

alt

Rəsmi Tehran Suriya hökumətini dəstəkləməkdə davam edəcək, İranın birinci vitse-prezidenti Eşaq Cahangiri Suriyanın baş naziri Vael əl-Həlqi ilə telefon danışığında deyib.

Cahangirinin sözlərinə görə, Tehran həmçinin Suriya ilə siyasi və iqtisadi əlaqələri də genişləndirmək niyyətindədir.

Suriyanın baş naziri öz növbəsində iki ölkəni daha sıx əməkdaşlığa çağırıb.

"Dostların, xüsusilə İranın dəstəyi ilə, Suriya xalqı və hökuməti indiki böhran arxada qoyacaq və qalib olacaq," - əl-Həlqi deyib

Səudiyyə Ərəbistanında yayılan virusla bağlı azərbaycanlı zəvvarlar üçün xüsusi tədbirlər görülür

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) son vaxtlar Səudiyyə Ərəbistanında yayılan virusla bağlı Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar üçün xüsusi hazırlıqlara başlayıb.


QMİ-dən APA-ya verilən məlumata görə, zəvvarlardan ibarət bütün səfər qruplarına həmin viruslar üzrə ixtisaslaşmış həkim heyəti cəlb ediləcək. Hər qrup üzrə iki həkim təyin olunacaq. Virusun təhlükəliliyi nəzərə alınaraq QMİ yaşlı və orqanizmi zəif olan zəvvarların səfərlərini təxirə salmağı da tövsiyə edir.

Öz növbəsində Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi Həcc ziyarəti ilə bağlı müsəlman ölkələrinə xəbərdarlıq göndərib. Xəbərdarlıqda bildirilir ki, son zamanlar ölkədə təhlükəli virus yayılıb və bu virusdan artıq onlarla insan dünyasını dəyişib. Tənəffüs yolları sindromu (MERS-CoV) olan yoluxucu virusun Yaxın Şərqi bürüyə biləcəyi və böyük faciələrə səbəb olacağı xəbərdar olunub. Nazirlik yaşlı zəvvarları və səhhətində xroniki xəstəliklər olan insanları Həcc ziyarətini təxirə salmağa da çağırıb. Səudiyyə Ərəbistanı rəsmiləri həmçinin zəvvarların gigiyena qaydalarına əməl etməsini, öskürərkən ağızlarını bağlamasını və insanların çox olduğu yerlərdə qoruyucu maskalardan istifadə etməsini məsləhət görüblər.

Qeyd edək ki, bu il Həcc ziyarəti oktyabrın 3-dən başlayacaq. Zəvvarların yola salınması oktyabrın 8-dək davam edəcək. Azərbaycanda Həcc ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edir. Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq. Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Ümumilikdə bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq (VİP ziyarət) istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır.

İranda 8 yaşlı uşaq edam səhnəsini nümayiş etdirərkən özünü öldürüb

İranda yerli vətəndaşlara ibrət məqsədilə həyata keçirilən və kütləvi informasiya vasitələrində öz əksini tapan açıq edamlar 8 yaşlı uşağın ölümünə səbəb olub.


APA-nın “Radiozəmanə”yə istinadən məlumatına görə, belə bir hadisə İranın Kirmanşah vilayətinin Cavanrud şəhərinin Kəlaş Luləm kəndində qeydə alınıb. Belə ki, Rauf Mustafayi öz həmyaşıdları ilə edam səhnəsinin necə icra edildiyi ilə bağlı oyun oynadığı zaman ehtiyatsızlıqdan özünü öldürüb.

Məlumata görə, R.Mustafayi ilə eyni yaşda olan həmkəndlisi Mehran Yusifi ondan edam səhnəsinin icrasını təkrar nümayiş etdirməsini istəyib və nəticədə belə faciəvi hadisə baş verib.

Qeyd edək ki, İranda əhalinin gözü qarşısında icra olunan edamların icrasını müşahidə etməyə heç bir məhdudiyyət qoyulmayıb.

Dağıstanın yeni prezidenti seçildi

alt

Ramazan Abdulatipov Dağıstanın prezidenti seçilib. R.Abdulatipovun namizədliyi deputatların dəstəyini qazanıb.

Belə ki, onun prezident olmasının lehinə Xalq Məclisinin 88 deputatından 86-ı səs verib.

Dağıstanın yeni prezidenti seçildi

altRamazan Abdulatipov Dağıstanın prezidenti seçilib. R.Abdulatipovun namizədliyi deputatların dəstəyini qazanıb. 

Belə ki, onun prezident olmasının lehinə Xalq Məclisinin 88 deputatından 86-ı səs verib.

Con Kerri Fransanın xarici işlər naziri ilə görüşdü

alt

Amerika Birləşmiş Şttatları Suriyaya hərbi müdaxilə məsələsində özünə dəstək axtarmaqda davam edir. Dövlət katibi Con Kerrinin Fransada keçirdiyi rəsmi görüşlərin nəticəsi Amerika Birləşmiş Ştatlarının xeyrinə yekunlaşıb.

Qərbi Avropaya qısa səfərdə olan ABŞ dövlət katibi Con Kerri Parisdə Fransanın xarici işlər naziri Loran Fabiusla görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Con Kerri növbəti dəfə Suriya rejiminə qarşı ritorikanı işə salaraq, qətllərə qarşı sərt mesajın göndərilməli olduğunu vurğulayıb. ABŞ dövlət katibi insanların vəhşicəsinə qətlinə sadəcə “lal-dinməz seyrici” qalmağın düzgün olmadığını deyib: “Diktatora yer üzündə ən qorxulu silahlardan istifadəyə yol vermək olmaz. Bəşər Əsəd kimi diktatorları törətdiyi qırğınlara görə məsuliyyət qarşısında qoyacaq açıq və effektiv cavab verməyin vaxtıdır”.

Daha sonra çıxış edən Fransalı diplomat, xarici işlər naziri Loran Fabius siyasi həll yolu ilə Suriya rejimini cəzalandırmağın mümkünsüzlüyündən söz açaraq, Bəşər Əsədin özünün məğlub olduğunu anlayacağı günə qədər heç bir danışıqlarda iştirak etməyəcəyini vurğulayıb: “Müstəqil ekspertlər yekdilliklə kimyəvi hücumun baş verdiyini bildirib. Onlar məhz, müstəqil ekspert olduqlarından dedikləri bizim dediklərimizdən daha tutarlıdır”

Qeyd edək ki, əsas güc dövlətlərindən biri olan Fransa Suriyaya hərbi müdaxilə məsələsində Birləşmiş Ştatların mövqeyini müdaifə edir.

Rusiyalılar Suriyadan təxliyyə olunur

alt

Rusiya Fövqəladə Hallar Nazirliyi Suriyanı tərk etmək istəyən rusiyalılar üçün təyyarə göndərib. Bu barədə RF FHN-in rəsmi nümayəndəsi İrina Rossius bildirib.

Xanım Rossius deyib ki, bu gün səhər "İl-76" markalı təyyarə Latakiyaya uçub. Təyyarə Suriyadan bu ölkəni tərk etmək istəyən Rusiya, eləcə də bəzi MDB dövlətlərinin vətəndaşlarını götürəcək".

Təyyarənin göyərtəsində uçuş zamanı sərnişinlərə kömək edəcək FHN-in operativ əməliyyat qrupu və psixoloqlar da var.

“ABŞ Suriyaya hücum haqqını özündə saxlayır“

alt

ABŞ BMT-nin hesabatına qədər Suriyaya hücum haqqını özündə saxlayır. Bunu Fransada səfərdə olan ABŞ dövlət katibi Con Kerri deyib.

"Prezident Obama hələ qərar qəbul etməyib və bütün imkanları nəzərdən keçirmək hüququnu saxlayır" - deyə Kerri əlavə edib.

Riqa şəhərində küçədə peydə olan musiqiçilər İvanişviliyə "Suliko" mahnısını tərənnüm etdilər - DalgaTV VIDEO

Latviyada rəsmi səfərdə olan Gürcüstan Baş naziri Bidzina İvanişvili köhnə Riqa şəhərini gəzib. Baş nazir küçələri gəzərkən xalqla söhbət edib və yerli küçədə peydə olan musiqiçilərin tərənnüm etdikləri musiqini dinləyib. Küçədə peydə olan musiqiçilər İvanişvili üçün gürcü mahnısı "Suliko"-nu tərənnum ediblər.

Saytda Axtarış

Son xəbərlər