Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün146
DünənDünən691
Bu həftəBu həftə1139
Bu ayBu ay43848
Bu günə qədərBu günə qədər7532065

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Rusiyalı diplomatı yaralayan özündə olmadığını bildirib

alt

Rusiyanın Panamadakı diplomatik nümayəndəliyinin konsul müavinini yaralamış Ukrayna sakini Aleksey Lisovenko cinayəti törətməzdən öncə özündə olmadığın

söyləyib.

Ukraynanın diplomatik idarəsindən bəyan edib: «Lisovenko bildirib ki, onu ya içirdiblər, ya da hipnoz ediblər. Onun başı dumanlı olub».

Cinayət işi müstəntiqlərə verildikdən  24 saat sonra saxlanılan Lisovenkoya qarşı ittiham elan olunacaq.

Bundan öncə Rusiyanın Panamadakı səfirliyi bildirib ki, bu ukraynalı bir neçə dəfə konsulluq bölməsinə gələrək, «əylənmək və dincəlmək» üçün pul tələb edib.

5 gündən sonra ABŞ-ı fəlakət gözləyir- Bəyanat

alt

Dünya Bankının rəhbəri Cim Yen Kim Vaşinqtona xəbərdarlıq edərək bəyan edib ki, ABŞ-ı qlobal fəsadlarla nəticələnəcək maliyyə fəlakətindən cəmi bir neçə gün ayırır.

“Hazırda bizi çox təhlükəli məqamdan cəmi 5 gün ayırır. Mən ABŞ siyasətçilərini tez bir zamanda qərar verməyə çağırıram. Bu qərar dövlət borcunun yuxarı həddinin qaldırılmasına verilən son möhlət bitənədək qəbul olunmalıdır”. Bunu Cim Yen Kim DB-nin inkişaf üzrə komitəsinin üzvləri ilə görüşündən sonra keçirilmiş brifinqdə deyib. 

DB rəhbərinin sözlərinə görə, əgər bu baş verərsə - bu həm inkişaf edən, həm də inkişaf etmiş iqtisadiyyatlar üçün fəlakət olacaq. 

Qeyd edək ki, hazırda respublikaçılar və demokratlar ABŞ-ın büdcəsinə və dövlət borcunun yuxarı həddinə dair razılığa gələ bilmirlər. Qeyri-müəyyənlik vəziyyətinin davam edəcəyi təqdirdə ABŞ-da defolt baş verə bilər. 

Suriyada «rus casusu» ələ keçdi

alt

Moskvanın Dəməşqdəki səfirliyi Suriya ərazisində Rusiya vətəndaşının oğurlanması haqda xəbəri yoxlayır.

Rusiya onun ekstremal turizm həvəskarı olduğunu bildirib.

«Liua ət-Tauhid» yaraqlılar təşkilatı rusiyalı səyyahın fotosunu internetdə yayıb. Onlar bildirib ki, oğurlanmış Rusiya vətəndaşı Konstantin Juravlyov üsyançılarla bağlı məlumat toplayıb onu Suriyadakı rejimin hərbçilərini ötürürmüş.

Rusiya səfirliyi isə bunu təkzib edərək, yaraqlıların bəyanatını «gülməli» adlandırıb və onun ərəbcə bilmədiyini vurğulayıb.

Juravlyovun dostu Oleq Patsaya isə Konstantinin Suriyaya Türkiyə və Misirdən keçərək, getdiyini söyləyib. O.Patsaya deyib ki, K.Juravlyov «Çöllükdə tənha» layihəsi çərçivəsində 21 gün Saxaranın şərq hissəsində qalmağı planlaşdırırmış. 

Sankt-Peterburqda “MDB ölkələrinin “Böyük İpək Yolu” beynəlxalq tarix-mədəniyyət layihəsi” forumu keçirilmişdir

Oktyabrın 12-də Tavriya Sarayında “MDB ölkələrinin “Böyük İpək Yolu” beynəlxalq tarix-mədəniyyət layihəsi” mədəniyyət-turizm forumu keçirilmişdir. Tədbirin təşkilatçısı Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi olmuşdur.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir tarixi-mədəni irs obyektləri əsasında regionlararası və mədəni-maarifləndirmə xarakterli beynəlxalq turizm marşrutlarının, habelə bu istiqamətdə müxtəlif birgə layihələrin işlənib hazırlanması məqsədi daşımışdır.
Azərbaycan Böyük İpək Yolunun dirçəldilməsi işində əhəmiyyətli rol oynadığı üçün ölkəmizin Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov tədbirdə iştirak etmişlər.
Tədbirdə çıxış edən Q.Osmanov “Böyük İpək Yolu”nun bərpa edilməsinə dair təşəbbüsün irəli sürülməsində Azərbaycanın rolu barədə iştirakçılara məlumat verərək demişdir ki, bu təşəbbüs 1998-ci ilin sentyabrında beynəlxalq konfrans çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Q.Osmanov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında “Böyük İpək Yolu” marşrutu boyunca həyata keçirilən irimiqyaslı regional infrastruktur və enerji layihələrindən də söz açmışdır.
Q.Osmanov çıxışında qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunmuşdur. O, səfirliyin Rusiyanın dövlət hakimiyyəti orqanları ilə sıx qarşılıqlı əlaqələrində və bütün ikitərəfli layihələrin fəal dəstəklənməsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun rolunu vurğulamışdır.

Günün fotosu: Dünyanın ən hündür lifti

alt10 oktyabr günün fotosu Çində çəkilib. Meşənin ortasında yerləşən bu lift dünyanın ən hündür lifti olaraq tarixə düşüb. Qeyd edək ki, liftin uzunluğu 300 metrdir.

Nari tayfunu Filippini viran qoydu - VİDEO

alt

Filippinin şimal bölgələri də yeni tayfunla üz-üzədir. Nari tayfunu saatda 150 kilometrədək çatan küləklə ölkənin Avrora əyalətinə yaxınlaşıb. Sahil bölgələrində yaşayan 2500-dən çox adam vaxtında evakuasiya olunduğundan heç bir insan itkisinin olmadığı bildirilir. Fəlakət bölgələrində elektrik enerjisi kəsilib. Əyalətdə bir çox yollar, körpülər zərər çəkib, çox sayda ağac yıxılıb. Meteoroloqların məlumatına görə, nari sahilə yaxınlaşdıqca sürətini azaldıb, məhz bu səbəbdən dəyən zərərin həcmi az olub.

Con Kerri Əfqanıstana səfər etdi

alt

ABŞ dövlət katibinin səfərinin əsas məqsədi ölkə prezidenti Həmid Kərzayi ilə təcili danışıqlara başlaması olub

ABŞ dövlət katibi Con Kerri Əfqanıstana gözlənilmədən səfər edib. 

Dövlət katibinin səfərinin əsas məqsədi ölkə prezidenti Həmid Kərzayi ilə təcili danıqlara başlaması olub. "Reuters" agentliyi Kerri və Kərzayinin təhlükəsizlik məsələlərini müzakirə edəcəkləri barədə məlumat yayıb.

Gürüş zamanı tərəflər arasında ABŞ qoşunlarının Əfqanıstanda və NATO-nun himayəsi altında qalmaq hüquqlarının müzakirə edilməsi də gözlənilir.

Baş nazir Gezi parkında baş verən hadisələrdən danışdı

alt

Gezi Parkında baş vermiş hadisələr turistlərin sayına təsir etməyib. 

Bunu Türkiyənin baş nazirinin müavini Əli Babacan deyib.

Onun sözlərinə görə, İstanbulu ziyarət edən turistlərin sayı ötən illə müqayisədə çoxalıb.

"Türkiyəyə gəlmiş turistlərin sayı iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz, avqustda isə 10 faiz artıb" - deyə Babacan əlavə edib.

Qeyd edək ki, bu ilin may ayında İstanbulda etiraz aksiyaları keçirilib.

Rusiyalı diplomat bıçaqlandı

alt

Rusiyanın Panamadakı konsulunun müavini Yevgeni Manilov bıçaqlanıb. 

Hadisə Rusiya konsulluğunun yerləşdiyi binada baş verib.

Panama polisinin nümayəndəsi Mara Rivera bildirib ki, rusiyalı diplomat dərhal xəstəxanaya çatdırılıb, onu bıçaqlayan şəxs isə saxlanılıb. Həmin şəxsin Ukrayna vətəndaşı olduğu bildirilir. 

Əməliyyat olunan Y.Manilovun vəziyyətini həkimlər stabil kimi dəyərləndirir. 

Polkovniki baltalayıb öldürdülər

altİsrail ordusunun istefada olan polkovniki öldürülüb. Hadisə oktyabrın 11-də, İordan çayının sahilində baş verib.

Yerli mətbuatın məlumatına görə, baltalarla silahlanan fəlsətinlilər polkovnikin sevgilisi ilə birgə olduğu evə hücum ediblər.

Hücum nəticəsində qadın yaralanıb, ancaq qaçaraq polisi çağıra bilib. Polkovnik isə öldürülüb.

“Mursi edam edilə bilər”

alt

“Mursi edam edilə bilər”. Bu barədə İngiltərənin “Times” qəzeti yazıb. Qəzetin iddiasına görə, Misirin keçmiş prezidenti Məhəmməd Mursi gələcək ay Qahirədə hakim qarşısına çıxacaq. Haqqında edam cəzası istənən Mursi "şiddətə sövqetmə" ilə günahlandırılır.

İngilis qəzeti bu münaqişələrin Mursi tərəfdarları ilə əsgərlərin dəstəklədiyi hökumət arasındakı gərginliyi artıracağını da yazır. “Times” qəzetinə müsahibə verən Qahirə-Amerika Universitetinin hüquq professoru Amr Şalakani “Mursi üçün vəziyyət yaxşı görünmür. Dövlətin dəlil toplama təşkilatları, prokurorluq və Daxili İşlər Nazirliyi onun əleyhinə işləyir” deyib.

Nobel mükafatı almasından xəbərsiz yazıçı

alt

Bu gün 110-cu Nobel Ədəbiyyat mükafatının qalibi elan edilən kanadalı yazıçı Alice Munro qalib olmasından xəbərsizdir.

Saat fərqinə görə İsveç Kral Akademiyası yazıçı ilə əlaqə saxlaya bilməyib və yazıçının telefonuna mesaj göndərilib.

Alice Munro Nobel Ədəbiyyat mükafatını qazanan sayca 13-cü xanım yazıçıdır. 

Saytda Axtarış

Son xəbərlər