Dalga Televiziyasi Sankt-Peterburqda “MDB ölkələrinin “Böyük İpək Yolu” beynəlxalq tarix-mədəniyyət layihəsi” forumu keçirilmişdir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2690
DünənDünən1578
Bu həftəBu həftə2690
Bu ayBu ay4683
Bu günə qədərBu günə qədər7549494

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Sankt-Peterburqda “MDB ölkələrinin “Böyük İpək Yolu” beynəlxalq tarix-mədəniyyət layihəsi” forumu keçirilmişdir

Oktyabrın 12-də Tavriya Sarayında “MDB ölkələrinin “Böyük İpək Yolu” beynəlxalq tarix-mədəniyyət layihəsi” mədəniyyət-turizm forumu keçirilmişdir. Tədbirin təşkilatçısı Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi olmuşdur.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbir tarixi-mədəni irs obyektləri əsasında regionlararası və mədəni-maarifləndirmə xarakterli beynəlxalq turizm marşrutlarının, habelə bu istiqamətdə müxtəlif birgə layihələrin işlənib hazırlanması məqsədi daşımışdır.
Azərbaycan Böyük İpək Yolunun dirçəldilməsi işində əhəmiyyətli rol oynadığı üçün ölkəmizin Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov tədbirdə iştirak etmişlər.
Tədbirdə çıxış edən Q.Osmanov “Böyük İpək Yolu”nun bərpa edilməsinə dair təşəbbüsün irəli sürülməsində Azərbaycanın rolu barədə iştirakçılara məlumat verərək demişdir ki, bu təşəbbüs 1998-ci ilin sentyabrında beynəlxalq konfrans çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. Q.Osmanov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında “Böyük İpək Yolu” marşrutu boyunca həyata keçirilən irimiqyaslı regional infrastruktur və enerji layihələrindən də söz açmışdır.
Q.Osmanov çıxışında qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunmuşdur. O, səfirliyin Rusiyanın dövlət hakimiyyəti orqanları ilə sıx qarşılıqlı əlaqələrində və bütün ikitərəfli layihələrin fəal dəstəklənməsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun rolunu vurğulamışdır.

Saytda Axtarış

Son xəbərlər