Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün209
DünənDünən302
Bu həftəBu həftə511
Bu ayBu ay43220
Bu günə qədərBu günə qədər7531437

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Yaponiyada zəlzələ

alt

Yaponiya sahillərindən şərqdə 7,3 bal gücündə zəlzələ baş verib. 

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Yaponiya sahillərindən 320 km-dən çox məsafədə, ocağı isə 10 km dərinlikdədir.
Yaponiya meteoroloqları Fukusima prefekturasının sahillərində mümkün sunami təhlükəsi barədə xəbərdarlıq ediblər.

Meksikada güclü partlayış; 20 nəfər itkin düşdü

alt

Meksikanın şimalındakı Syudad Xuares şəhərində yerləşən “Sunrise” fabrikində güclü partlayış baş verib.

Nəticədə 50-dək insan yaralanıb, 20 nəfər itkin düşüb. Binanın konstruksiyalarının uçma təhlükəsi olduğundan xilasetmə işlərinə hərbçilər cəlb olunub. Məlumata görə, binanın zirzəmisində sağ qalan insanlar var.

Rəsmi qurumların məlumatına görə, müəssisənin istehsalat sexlərinin birində buxar qazanı partlayıb.

İki dövlət başçısı arasında telefon qalmaqalı böyüyür

alt


Amerika və Almaniya arasında telefon dinləmələri ilə bağlı yaranan qalmaqal daha da böyüyür. Almaniyanın xarici işlər naziri Qido Bestervell ABŞ-ın bu ölkədəki səfiri Con Emersonu yanına çağırıb. 

ABŞ xüsusi xidmət orqanlarının Almaniya kansleri Angela Merkelin telefonunu dinləməsi barədə yayılan məlumatlar görüşün əsas müzakirə predmeti olacaq. Səfirlə nazirin görüşü oktyabrın 24-də baş tutacaq. 

Qeyd edək ki, Merkel oktyabrn 23-də Obamaya zəng edərək mobil telefonunun dinlənib-dinlənmədiyini soruşub. Obama isə Merkeli bunun baş vermədiyinə inandırmağa çalışıb. 

Moskva metrosunda miqrantlara qarşı amansızlıq- VİDEO

alt

Moskva metrosunda miqrantlara qarşı rus millətçi qruplaşmalarının keçirdiyi aksiyanı əks etdirən kadrlar yayılıb. 

Rus millətçi gənclərin miqrantları döydüyü ehtimal edilən və kənardan “öldür” deyə qışqıranlarn olduğu kadrlarda polsin müdaxilə etməməsi diqqətdən qaçmır. 

Şovinist şüarlar səsləndirən gənclər miqrantlara qarşı sərt mövqe tələb ediblər.

İranda edam cəzası icra edilmiş məhbus əfv ediləcək

altİranda edam cəzası icra edilmiş məhbus yenidən dar ağacından asılmayacaq.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, İran Məhkəmə Sisteminin sədri, ayətullah Sadiq Amoli Laricani bildirib ki, hazırda həyatda olan Məhəmməd adlı şəxs əfv ediləcək.

Qeyd edək ki, İranın Şimali Xorasan vilayətinin mərkəzi narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan 37 yaşlı məhbus Bocnurd şəhərinin həbsxanasında edam edilib. O, 12 dəqiqə dar ağacından asılı vəziyyətdə qalıb və həkimlər də onun ölməsini təsdiqləyiblər. Ancaq üç il əvvəl həbs edilərək ölüm cəzasına məhkum olunmuş məhbusun cəsədinin ertəsi gün dəfn olunmaq üçün ailəsinə təhvil verilməsi qərara alınıb. Bu baxımdan meyiti İran Məhkəmə Tibbi Ekspertizasının morquna göndəriblər. Lakin ertəsi gün ailəsi onun meyitini təhvil almağa gələndə nəfəs aldığını görüblər, daha sonra məhbus dövlət xəstəxanalarından birinə köçürülüb. Hazırda polis nəzarəti altında olan həmin şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir. Ailəsinin onun həyatda olmasına sevinməsinə baxmayaraq, məhbusun vəziyyətinin daha da yaxşılaşmasından sonra ölüm hökmünün təkrar icra ediləcəyi açıqlanıb. Ancaq bu addım ölkə daxilində və xaricində ciddi narazılığa səbəb olub. Hətta İran hökuməti də edam hökmünün təkrar icra edilməsinə qarşı çıxıb.

Rus hərbi təyyarəsi Türkiyə sərhədlərini pozdu

alt

Rusiyanın hava qüvvələrinə aid İL-20 hərbi təyyarəsi Türkiyənin hava sərhədlərini pozaraq, bu ölkənin ərazisinə keçib.

Bu barədə Türkiyə Silahlı Qüvvələri yazılı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Rusiyaya aid hərbi təyyarə Türkiyə-Bolqarıstan sərhədindən bu ölkənin hava ərazisinə daxil olub və Artvin əyaləti ətrafında uçuş edib.

Buna qarşılıq olaraq isə Türkiyənin iki “F-16” qırıcı təyyarəsi havaya qalxaraq, rus təyyarəsini ölkə sərhədlərindən çıxarana qədər təqib edib.

2 saatdan çox hava təqibi nəticəsində Rusiya təyyarəsi Türkiyə hava sərhədlərini tərk edib.

Sarkisyanı qumarda ittiham edən deputat AŞPA-ya buraxılmadı

alt


Ermənistanın “İrs” Partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyanın Serj Sarkisyanı qumar borcunda ittiham etməsi hakimiyyətin sərt reaksiyası ilə qarşılanıb. 

“İrs”in parlament fraksiyası bu ölkənini AŞPA-dakı nümayəndə heyətində artıq təmsil edilməyəcək. Belə bir qərar spiker Ovik Abramyanını rəhbərliyi ilə keçirilən iclasda qəbul edilib. 

Qərara etiraz edən fraksiya üzvləri spikeri ittiham edib. “İrs”in parlament franksiyasının rəhbəri Zarui Postancyan spikerin ünvanına səslənən fikirlərin müəllifi olub: “Spiker əlindən gələni edir ki, fraksya üzvlərinin nümayəndə heyətini tərkibindən çıxarmaqla AŞPA-da Ermənistan hakimiyyətinə qarşı mənfi fikirlərin söylənməinin qarşıını alsın”. 
Amma digər deputatlar spikerin qərarını alqışla qarşlayıb. 

Biryulevo hadisələri ilə bağlı Dövlət Dumasında hesabat veriləcək

alt

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski və Moskva merinin regional təhlükəsizlik üzrə müavini Aleksandr Qorbenko Moskvanın Biryulevo rayonundakı vəziyyətlə bağlı Dövlət Dumasında çıxış edəcəklər.

Xatırladaq ki, oktyabrın 10-da Moskvanın Qərbi Biryulevo rayonunda naməlum şəxs yerli sakin Yeqor Şerbakovu qətlə yetirərək hadisə yerindən uzaqlaşıb. Bu insident oktyabrın 13-də rayonun ərazisində iğtişaşlara səbəb olub, nəticədə 400-dək insan saxlanılıb. Qətli törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov həbs olunub. 

Rusiyanın insan haqları üzrə müvəkkili Vladimir Lukin bir müddət əvvəl Biryulevo hadisələri ilə bağlı parlament istintaqı keçirməyi təklif edib. Dövlət Dumasının spikeri Sergey Narışkin bu təklifi şərh edərkən parlament istintaqının keçirilməsini istisna etməyib, lakin bunun DİN və FMX rəhbərlərinin parlamentə hesabatından sonra mümkün ola biləcəyini qeyd edib. 

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov isə Biryulevo hadisələrini Təhlükəsizlik Şurasının iclasında müzakirə etməyi təklif edib. 

Keçmiş mer bulvarda döyüldü

alt


Moskvada Vladivastokun keçmiş meri Viktor Çerepkovu döyüblər. 

Hüquq-mühafizə orqanları xəbəri təsdiqləyib. 

Ona bulvarda naməlum şəxslər hücum edib. Onlar sabiq meri döydükdən sonra gizləniblər. V.Çerepkov xəstəxanaya yerləşdirilib.

Bəşər Əsəd yenidən prezident olmaq istəyir

alt

Suriya prezidenti Bəşər Əsəd gələn il keçirilməsi planlaşdırılan prezident seçkilərində namizədliyini irəli sürə bilər.

Bu haqda Bəşər Əsəd Livanda yayımlanan Əl-Məyadin televiziyasına müsahibəsində deyib.

"Seçkilərin vaxtı bəlli olmadığından namizədliyin irəli sürülməsilə bağlı konkret fikir söyləmək olmaz. Amma şəxsi qənaətim ondan ibarətdir ki, namizədliyimin irəli sürülməsinə hər hansı maneə yoxdur" - deyə Əsəd bildirib.

Baş nazir könüllü yanğınsöndürən oldu

alt

Avstraliyanın Cənubi Vales əyalətində baş verən yanğında 200-dən çox ev külə dönüb, 150 evə ziyan dəyib. Evini yanğından qorumağa çalışan bir nəfər isə yanaraq dünyasını dəyişib. 

Adətən Avstraliyada dekabr-fevral aylarında meşə yanğınları artır. Builki quraqlığın yanğınları vaxtından əvvəl başlatdığı bildirilir. 

Yanğının söndürülməsinə könüllü qismində baş nazir Toni Abbott da qatılıb. 

Qeyd edək ki, Avstraliyada baş verən bu yanğın son 40 ilin ən böyük yanğınıdır.

Avstraliyada meşə yanğınları tüğyan edir - Video

alt

Avstraliyada meşə yanğınları kritik həddə çatıb. Sinoptiklərdən isə xəbərdarlıq gəlib. Qarşıda gələn günlərdə temperaturun daha da yüksələcəyi, küləyin sürətlənəcəyi proqnozlaşdırıldığından, yanğının daha da intensivləşəcəyi proqnozlaşdırılır.

Nyu Saus Ueyls ştatında yanğın 200-dən çox evi yandıraraq külə döndərib, daha 122 yaşayış evinə ziyan dəyib. Sidney şəhərinin qərbində yanğınların ən çox ziyan vurduğu Blu Maunteyns rayonunda isə 193 ev yanıb, 109 evə ziyan dəyib. 

Xilasetmə işlərinə, ümumilikdə, 1500-ə yaxın yanğınsöndürən cəlb olunub. Yanğınlar zamanı Sidneyin şimalında 63 yaşlı bir sakin ürək tutmasından dünyasını dəyişib, azı beş nəfər, o cümlədən, 3 yanğınsöndürən, bədən yanığı və dəm qazından boğulma diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

İsti aylarda Avstraliyada müntəzəm olaraq təbii yanğınlar baş verir. 2009-cu ildə Viktoriya ştatında baş vermiş oxşar meşə yanğınları 173 nəfərin ölümünə, 2 mindən çox yaşayış evinin dağılmasına səbəb olmuşdu.

Saytda Axtarış

Son xəbərlər