Dalga Televiziyasi Barak Obama Suriyaya zərbə endirməyi qərara alıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün157
DünənDünən3053
Bu həftəBu həftə3210
Bu ayBu ay98178
Bu günə qədərBu günə qədər8459809

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Barak Obama Suriyaya zərbə endirməyi qərara alıb

alt"ABŞ Suriya rejiminə qarşı hərbi əməliyyat keçirməlidir”

Vaşinqton BMT Təhlükəsizlik Şurasının razılığı olmadan Suriyada hərəkətə keçməyə hazırdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu bu gün ABŞ prezidenti Barak Obama bəyan edib.

“Biz tam iflic olmuş və Əsədi məsuliyyətə cəlb etmək istəməyən BMT Təhlükəsizlik Şurasının razılığı olmadan irəli addımlaya bilərik”, deyə Obama vurğulayıb.

Barak Obama bəyan edib ki, ABŞ Suriya rejiminə qarşı hərbi əməliyyat keçirməlidir. “Məsələni diqqətlə nəzərdən keçirdikdən sonra mən qərara aldım ki, ABŞ Suriya rejiminə qarşı hərbi əməliyyat keçirməlidir”, deyə Obama qeyd edib.

Onun sözlərinə görə, Bəşər Əsəd rejimi Dəməşq ətrafında kimyəvi silah istifadəsinə görə məsuliyyət daşıyır.

Barak Obama həmçinin Suriyada hərbi əməliyyat keçirmək üçün Konqresin razılığını almaq niyyətində olduğunu qeyd edib.

Saytda Axtarış

Son xəbərlər