Dalga Televiziyasi Portuqaliyada meşə yanğınları davam edir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1445
DünənDünən1444
Bu həftəBu həftə4167
Bu ayBu ay1445
Bu günə qədərBu günə qədər7489662

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Portuqaliyada meşə yanğınları davam edir

alt

Portuqaliyada artıq 10 gündür davam edən meşə yanğınları can almağa davam edir.

Syerra do Karamulo bölgəsində yanğın nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Onların hamısının yanğınsöndürənlər olduğu bildirilir. Rəsmilərin məlumatına görə, bu, Portuqaliya tarixində indiyədək ən genişmiqyaslı və son 10 ildə ən güclü yanğın hesab edilir.

Ötən axşam yanğın nəzarət altına alınsa da, onu tamamilə söndürmək vaxt tələb edəcək. Alovla mübarizəyə 600-dən çox yanğınsöndürən və 200-ə yaxın texnika cəlb edilib. Portuqaliyalı yanğınsöndürənlərə İspaniya və Fransadan yanğınsöndürənlər, hərbçilər və su-tökən təyyarələr köməyə gəliblər.

Portuqaliyada meşə yanğınlarına 30 dərəcə istinin səbəb olduğu ehtimal edilir. İnsan amili də istisna edilmir.

Saytda Axtarış

Son xəbərlər