Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün159
DünənDünən1345
Bu həftəBu həftə11189
Bu ayBu ay8467
Bu günə qədərBu günə qədər7496684

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Fələstinlilər Parisdə ayağa qalxdılar

ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanımasının əleyhdarları Parisdə Respublika meydanında etiraz aksiyalarına başlayıblar.

Bu barədə Dalga tv “RİA Novosti”yə istinadən xəbər verir.

Xatırladaq ki, ABŞ prezidenti Doland Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı qismində tanıdığını elan edib. O, daha sonra ABŞ səfirliyinin Təl-Əvivdən bu Qüdsə köçürülməsi ilə bağlı sərəncam imzalayıb.

İordan çayının qərb sahilində baş verən toqquşmalarda 2 fələstinli ölüb, 760-ı xəsarət alıb

Bu gün İordan çayının qərb sahilində baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb, 760 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildirib.

“Bu gün iğtişaşlarda iki fələstinli ölüb,  daha üçü ağır vəziyyətdədir”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib. Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 760-dən çox fələstinli yaralanıb, onlardan 60-ı güllə yarası alıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü paytaxt kimi tanımasından sonra “Həmas” hərəkatı 8 dekabrı İsrailə qarşı “Qəzəb Cüməsi” elan edib.

Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər var

Moskva ətrafında ticarət mərkəzində baş verən güclü yanğın nəticəsində üç nəfər  ölüb. 

Dalga tv xəbər verir ki, bu barədə İnterfaks-a fövqəladə xidmətdən məlumat verilib.

“Üç nəfər həyatını itirib, on nəfər isə təxliyyə olunub”, - deyə mənbə bildirib.

 

Qüds və İordan çayının qərb sahilində iğtişaşlar başlayıb, 40-dək adam yaralanıb

Qüds və İordan çayının qərb sahilində iğtişaşlar başlayıb.


APA-nın xəbərinə görə, buna səbəb ABŞ prezidenti Donald Trampın Yerusəlimi (Qüds) İsrailin paytaxtı elan etməsi olub.

Əl-Aksa məscidində cümə namazından sonra etirazçılar meydanlara axışıblar. İsrail əsgərləri onlara qarşı gözyaşardıcı qazlardan istifadə edirlər.

Etirazçılar “ABŞ-a ölüm”, “Satqın ABŞ” şüarları səsləndirərək ABŞ-ın dövlət bayrağını yandırıblar. 

İsrail əsgərləri və fələstinlilər arasında toqquşmalar nəticəsində ən azı 40 nəfərin yaralandığı deyilir. 
 

Qeyd edək ki, Trampın Qüdsü paytaxt kimi tanımasından sonra “Həmas” cümə gününü İsrailə qarşı Qəzəb Cüməsi elan edib. Minlərlə fələstinli küçələrdə İsrail və ABŞ-a etiraz edir. 

Tramp Kaliforniyada fövqəladə vəziyyət rejimi elan edib

ABŞ prezidenti Donald Tramp meşə yanğınları ilə əlaqədar Kaliforniya ştatında fövqəladə vəziyyət rejimi elan edib.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Hazırda alov 640 kvadrat kilometr ərazini əhatə edib. Yaşayış məntəqələrindən azı 190 min nəfər təxliyə edilib. Alovun söndürülməsinə 6 minə yaxın yanğınsöndürən cəlb olunub.

Qüdsdə etiraz aksiyaları - Yaralılar var

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarına qarşı İordan çayının qərb sahilində baş verən toqquşmalarda azı 25 nəfər xəsarət alıb.

Dalga tv-nin Oxu.az-a istinadən məlumatına görə, Qüdsdə fələstinlilərin etiraz aksiyası davam edir.

İsrail polisi etirazçılara qarşı rezin güllə və gözyaşardıcı qazdan istifadə edir.

Eyni zamanda etirazlar Ramallah və Vifleyem şəhərlərində də baş verir.

Putin Ərdoğanla Qüds məsələsini müzakirə edəcək

“ABŞ dövlət başçısı Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi regiondakı vəziyyəti daha da çətinləşdirib”.

APA-nın xəbərinə görə, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Trampın qərarı Yaxın Şərqdə münaqişələrin həll prosesinə heç bir fayda verməyəcək, əksinə bölgədəki gərginliyi daha da artırıb.

Peskov bu axşam Putinin Ərdoğanla telefonla danışacağını deyib. O qeyd edib ki, tərəflər Trampın Qüdslə bağlı qərarı üzündən Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə edəcəklər.

Fələstində ABŞ-ın qərarını etirazlarla qarşıladılar

Fələstin torpaqlarında Ağ Evin ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə bağlı qərarına etiraz aksiyaları başlayıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, ilk olaraq küçələr Qəzza sakinləri çıxıblar.

HƏMAS təşkilatının rəhbərliyi yerli sakinlərə müraciət edərək “üç günlük qəzəb” aksiyası keçirməyə çağırıb.

Etirazlara partiya nümayəndələri də qoşulublar.

Fələstin rəhbərliyi hesab edir ki, ABŞ-ın qərarı Yaxın Şərqdə sülh prosesini dəstəkləməkdən imtinaya bərabərdir.

Pakistan-Əfqanıstan sərhədində partlayış olub, ölənlər var

Pakistanın Əfqanıstanla sərhədində yerləşən hərbi hissəsində partlayış baş verib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, Pakistanın şimal-qərb hissəsində, Vəziristan əyalətində hərbi hissədə törədilən partlayış nəticəsində 9 nəfər ölüb. Motosikletdə olan terrorçu-kamikadze özünü partladıb.

Pakistan Ordusunun hələlik heç bir açıqlama verilməyib.

Partlayışla əlaqədar heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.

Türkiyə prezidenti: “Qüdsün statusu ilə bağlı atılacaq hər hansı yanlış addım islam dünyasında hiddətə səbəb olacaq"

"Qüds (Yerusəlim) şəhəri bütün müsəlmanların göz bəbəyidir”.

APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya kralı Abdullahla mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Türkiyə prezidenti bildirib ki, Qüds şəhərinin hüquqi statusunu dəyişdirəcək addım atılmamalıdır: “Qüdsün statusu ilə bağlı atılacaq hər hansı yanlış addım islam dünyasında hiddətə səbəb olacaq. Qüdsün müqəddəsliyi və tarixi statusunun mühafizəsi məsələsində İordaniya ilə mövqeyimiz eynidir”.

Ərdoğan Qüds şəhəri ilə bağlı dünya ölkələrinə müraciət edib: “Qüdsün Birləşmiş Millətlər Təşkilatının qərarları ilə müəyyən edilmiş hüquqi statusunu dəyişdirəcək istənilən addımdan uzaq durulmalıdır. Şəxsi istəklərə görə sayı milyarddan çox olan müsəlmanların taleyi ilə oynamağa heç kimin haqqı yoxdur”.

İordaniya kralı isə deyib ki, Qüdslə bağlı narahatlığını ABŞ prezidenti Donald Trampa çatdırıb.

Qeyd edək ki, ABŞ prezidenti D. Tramp bu gün Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edəcək. ABŞ prezidentinin müvafiq bəyanatı bu gün Bakı vaxtı ilə saat 22.00-da səsləndiriləcək.

Xatırladaq ki, ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər. Avropa İttifaqı isə D. Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.  Türkiyə prezidenti isə elan edib ki, ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa, İsraillə diplomatik əlaqələr kəsiləcək.

Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. 

APA-nın xəbərinə görə, ABŞ prezidenti bəyanatını mövcud reallığa əsaslanaraq verdiyini bildirib.

“Yerusəlimin  rəsmi olaraq İsrailin paytaxtı kimi tanınmasının vaxtı çatıb”, deyə D.Tramp vurğulayıb.

D.Tramp həmçinin əlavə edib ki, ABŞ regionda sülhün əldə olunması üçün əlindən gələni edəcək.

Bundan əvvəl ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid ediblər, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıblar.

Aİ isə D.Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

İranda güclü zəlzələ

İranda şimalında 4,8 bal gücündə zəlzələ olub.

Dalga tv Oxu.Az-a istinadən məlumatına görə, təkanlar bir neçə dəqiqə əvvəl Gilan vilayətinin Ləngərut şəhərində qeydə alınıb.

Zəlzələnin dərinliyi 23 km olub. İnsan itkisi və dağıntı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında baş verən 7,2 bal gücündə zəlzələdə son məlumata görə, 569 nəfər həlak olub. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

Saytda Axtarış

Son xəbərlər