Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün53
DünənDünən1345
Bu həftəBu həftə11083
Bu ayBu ay8361
Bu günə qədərBu günə qədər7496578

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb

Bu gün Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı  məlumat yayıb.

Türkiyə ordusunun bölmələri tankların müşayiəti ilə Bakı vaxtı ilə 12.05-də Kilis rayonunun Gülbaba yaşayış məntəqəsi istiqamətindən Suriya sərhədini keçib.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə hava zərbələri endirib. 

Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdü

Suriya-Türkiyə sərhədi yaxınlığında şiddətli döyüşlər başlayıb.

Dalga tv  xəbər verir ki, bu barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Bildirilir ki, kürd terrorçuları ilə Türkiyə hərbçiləri arasında şiddətli atışma olub. Silahlı insident zamanı 4 türk əsgəri şəhid olub.

Hadisə Türkiyə hərbçilərinin bölgəyə daxil olmaq istədikləri vaxt baş verib. Suriyanın Afrin bölgəsində yaranmış gərginlik zamanı hələlik üçüncü dövlətin hərbçiləri müdaxilə etməyiblər. Lakin əraziyə Suriya qoşunlarının da gətirildiyi barədə məlumatlar daxil olub.

Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı

Türkiyədə avtobus qəzası baş verib.

Dalga tv  Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaradan Bursaya gedən sərnişin avtobusunun Əskişəhər ərazisində yolun kənarındakı ağaclara çırpılması nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb.

Qəzanın sürücünün avtobusun qarşısına çıxan iti vurmamaq üçün kəskin manevr etməsi nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerində polis işləyir.

 

 

Türkiyə Baş Qərargah rəisi və MİT rəhbəri Rusiyaya səfər edib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulisi Akar Rusiyaya səfər edib.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, onu Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan müşayiət edir.

H. Akarın rusiyalı həmkarı Valeri Gerasimovla görüşü nəzərdə tutulur.

Görüşdə regional təhlükəsizlik məsələləri, Suriyada baş verən son olaylar və Astana/Cenevrə prosesi müzakirə olunacaq.

Qazaxıstanda sərnişin avtobusunda 52 nəfər yanaraq ölüb

Qazaxıstanda sərnişin avtobusu yanıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.

"İkarus" markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.

Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub. 

Yanğının başvermə səbəbləri araşdırılır.

https://youtu.be/sdT4KqODe7o

Kolumbiyada körpü uçdu: Ölənlər var

Kolumbiyada  tikilməkdə olan avtomobil körpüsünün uçması nəticəsində azı doqquz nəfər həlak olub, beş nəfər yaralanıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Kolumbiyanın Çiraxara bölgəsində baş verib.

Qəza qurbanları tikintidə iştirak edən fəhlələrdir. Gözəl mənzərəli vadinin üzərindən keçən 450 metr uzunluqdakı körpü paytaxt Boqota ilə Villavisensio şəhərini birləşdirən avtomobil yoluna aid olub. Ölkənin nəqliyyat naziri Qerman Kardona qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Rəsmilərin sözlərinə görə, həmin vaxt işçilərin çoxu əmək təhlükəsizliyi haqqında səhər təlimatında olub. Bu, çoxsaylı itkinin qarşısını alıb.

Çökən nəhəng körpünün fotoşəkillərini təqdim edirik:

Belçikada partlayış nəticəsində yaralıların sayı artıb

Belçikanın Antverpen şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində xəsarət alanların sayı 14 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə Antverpen polisinin Twitter səhifəsində bildirilir.

Hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti kritikdir, məlumatda deyilir.

Türk ordusu sərhəddə hazır vəziyyətə gətirildi

Türkiyə son hadisələrdən sonra Afrinə girmək üçün hazırlanan planı həyata keçirməyə başlayıb.

Dalga tv Ölkə.Az-a istinadən xəbər verir ki, Suriya sərhədində baş verən hadisələrdən sonra Şırnakın Silopi rayonundakı zirehl texnika Qaziantep-Hatay istiqamətinə göndərilib.

15 iyul hərbi çevriliş cəhdindən sonran Çankırıdakı 28-ci mexanikləşdirilmiş piyada ordusuna aid zirehli texnika Silopiyə cəlb edilmişdi. Türkiyə-Suriya sərhədinin Afrin bölgəsində baş verən son hadisələrdən sonra  bir çox boş yük maşını Silopiyə göndərilib. Zirehli texnika boş yük maşınlarına yığılaraq Hatay istiqamətində yola salınıb.

İraqda partlayış: 35 ölü, 90 yaralı

İraqın paytaxtı Bağdadda baş verən partlayış onlarla insanın həyatına son qoyub.

Oxu.Az xəbər verir ki, bu barədə BBC İraq KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, şəhər mərkəzinin Təyaran meydanında eyni vaxtda iki terrorçu kamikadze özünü partladıb. Hadisə nəticəsində azı 35 nəfər həlak olub, 90-dan çox insan yaralanıb. Bu, son üç gün ərzində İraq paytaxtında baş vermiş sayca ikinci intihar partlayışıdır. Partlayış qurbanlarının çoxunun ərazidə müvəqqəti tikinti işləri axtaran fəhlələr olduğu güman edilir.

Paralel olaraq Bağdadın şimal-şərqində yerləşən Cəmilə rayonunda isə terrorçuların törətdiyi partlayış nəticəsində iki mülki şəxs həyatını itirib, altı nəfər yaralanıb. Terror hücumlarına görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, əsas şübhələr İŞİD-ə yönəlib.

İraq ordusunun uğurlu əməliyyatlarından sonra “İŞİD halqası” daraldığından terrorçular qisas olaraq paytaxt Bağdadı tez-tez hədəfə alır. 

Rusiyada məktəbdə baş verən kütləvi davada müəllim və 14 şagird bıçaqlanıb

Rusiyanın Perm şəhərində məktəbdə baş verən insidentin detalları açıqlanıb.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib ki, dərs zamanı iki məktəbli arasında başlayan dava bıçaqlanma ilə nəticələnib. Məktəblilərin hər ikisində bıçaq olub.

Müəllimlər və şagirdlər onları ayırmağa çalışan zaman xeyli şəxs bıçaq xəsarətləri alıb.

Ümumilikdə bir qadın müəllim və 14 şagird yaralanıb. Xəsarət alanlar arasında dava edənlər də var. Müəllim və 16 yaşlı şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Məktəbdən 700 nəfər təxliyə olunub, dərslər dayandırılıb.

Faktla bağlı iki və daha artıq şəxsin həyatına qəsd maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törədənlər saxlanılıb.

Qeyd edək ki, ilk olaraq iki maskalı şəxsin məktəbə hücum etdiyi barədə məlumat yayılmışdı.

Liviyada beynəlxalq hava limanına hücum nəticəsində 11 nəfər ölüb

Liviyada Mitiqa beynəlxalq hava limanına hücum zamanı 11 nəfər ölüb. 
  

APA-nın “Times of Malta” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Tripoli sahə xəstəxanasının direktoru Abdeldayem Al-Rabti məlumat verib. 
 

O bildirib ki, hadisə nəticəsində 38 nəfər xəsarət alıb. 
 

Aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb. Ərazidə olan məktəblərdə dərslər dayandırılıb

ABŞ Türkiyə sərhədinə 30 minlik birlik yerləşdirir

ABŞ liderliyindəki İŞİD əleyhinə koalisiya PKK terror təşkilatının tabeliyindəki 30 minlik birliyin Türkiyə və İraq sərhədinə – Fərat çayı sahillərinə yerləşdiriləcəyini açıqlayıb.

Dalga tv Türkiyə mətbuatına istinadla xəbər verir ki, açıqlamada İŞİD əleyhinə koalisiyanın Suriyadakı müttəfiqləri ilə yeni bir sərhəd təhlükəsizlik gücü yaratmağa çalışıldığı deyilir.

Yeni birlikdə 30 min nəfər yer alacaq. “Reuters” xəbər verir ki, koalisiyaya PKK-nın  Suriya qolu və PYD liderlik edəcək.

Saytda Axtarış

Son xəbərlər