Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün110
DünənDünən1345
Bu həftəBu həftə11140
Bu ayBu ay8418
Bu günə qədərBu günə qədər7496635

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Türkiyə raket atəşinə tutuldu

PYD/PKK terrorçuları Suriyanın Afrin əyalətindən Türkiyənin Kilis şəhərinə raket atıblar.

Dalga tv Anadolu-ya istinadən xəbər verir ki, raket Şıx Mehmet küçəsində partlayıb.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Raketin düşdüyü yeri polis mühasirəyə alıb.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin əyalətində  PYD/PKK terrorçularına qarşı əməliyyata başlayıb.

 

Qripdən 40-a yaxın uşaq ölüb — ABŞ-da təhlükə

ABŞ-da qrip epidemiyasından artıq 37 uşaq dünyasını dəyişib.

Dalga tv xəbər verir ki, bu barədə Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Federal Mərkəzlərin rəhbəri Brend Fitsceralda istinadən "The Hill" qəzeti yazıb.

Ekspertlər hesab edirlər ki, epidemiyanın qarşısı alınana qədər ölənlərin sayı arta bilər. Bütövlükdə ölkə üzrə qriplə bağlı xəstəliklər 50 mindən çox insanın həyatı bahasına başa gələ bilər.

Bu il mövsümü ştamm daha çox yayılmış H3N2 olub.

Braziliyada gecə klubunda atışma nəticəsində 18 nəfər ölüb

Braziliyanın Fortoleza şəhərində gecə klubunda atışma nəticəsində 18 nəfər ölüb, 6 nəfər isə yaralanıb. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölənlərin əksəriyyəti qadındır. Şahidlərin sözlərinə görə, kluba hücum etmiş 15-dək  silahlı şəxs üç avtomobildə hərəkət edib. 

Polis hücumun "Guardianes del Estado"  cinayətkar qrupun üzvləri tərəfindən törədildiyini ehtimal edir. 

Türkiyə aviasiyası terrorçuların Suriyadakı 42 obyektini bombalayıb

Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Afrin bölgəsində PKK, YPG və İŞİD terrorçularına qarşı aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində yanvarın 27-də terror təşkilatlarına məxsus 42 obyekti və 53 terrorçunu  məhv edib.

APA-nın Türkiyənin SH Baş Qərargahının məlumatına istinadən verdiyi xəbərə görə, əməliyyatda iştirak etmiş 22 təyyarənin hamısı bazalara qayıdıb.

Əməliyyat başlayandan (yanvarın 20-dən), ümumilikdə, 394 terrorçunun məhv edildiyi bildirilir. Türkiyə ordusunun 2 hərbçisi şəhid olub, 11 nəfəri yaralanıb

Ərdoğan: "Türkiyədəki suriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını keçiririk"

"Avropada bəziləri Türkiyə ordusuna işğal ordusu deyir. Tarixinizə baxın, tarixiniz Afrikanın, digər bölgələrin işğalı, sömürülməsi ilə doludur".

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amasiya şəhərində keçirilən mitinqdə bildirib.

R. T. Ərdoğan Almaniyada polislərin gözü qarşısında PKK terror təşkilatının üzvlərinin məscidlərə hücum çəkdiyini söyləyib: "Ancaq biz bu ölkədə heç bir terrorçuya sığınacaq vermədik. O terrorçuları ya ölkələrinə göndərdik, ya da həbs etdik. Onlara kimin işğalçı, kimin qonaqpərvər olduğunu göstərəcəyik. Biz Afrinə niyə girmişik? Məqsədimiz Afrini işğal etmək deyil. Hazırda 3 milyondan çox suriyalı Türkiyədə qonağımızdır. Bu suriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını həyata keçirir, o torpaqları PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən azad edirik. Biz "Fərat qalxanı" əməliyyatı ilə Suriyada 2 min kv.km ərazini İŞİD terrorçularından azad etdik, 100 mindən çox suriyalı o torpaqlara qayıtdı. Qalan suriyalıların da qayıtması üçün ordumuz bu əməliyyatları keçirir".

Qeyd edək ki, yanvarın 20-də Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsinin PYD/YPG terrorçularından təmizlənməsi üçün "Zeytun budağı" əməliyyatına başlayıb. 

Amsterdamdakı atışmanın ilkin səbəbi açıqlanıb

Amsterdam polisi şəhərin mərkəzində baş verən atışmanı kriminal münaqişə kimi qiymətləndirir.

APA-nın xəbərinə görə, bu barədə yerli "AT5" telekanalı polisdəki mənbələrə istinadən məlumat verib.

Məlumata əsasən, hadisənin terrorla əlaqəsi olduğu güman edilmir.

Yanvarın 26-sı, axşam saatlarında Amsterdamda baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətləri barədə məlumat verilmir.

RTL telekompaniyasının məlumatına görə, insidentlə əlaqədar hələ ki, saxlanılan yoxdur. 

Elbrusda itkin düşən belaruslu alpinistlər tapılıb

\

Yanvarın 17-də Elbrus dağında itkin düşən iki belaruslu alpinist tapılıb. Onların hər ikisi sağ-salamat olduqları bildirilir.

Oxu.Az-ın xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cantemir Berov məlumat verib.

Onun sözlərinə görə, alpinistlər yanvarın 26-da səhər saatlarında tapılıblar.

8 nəfərdən ibarət axtarış-xilasetmə qrupu və bir texnikanın köməyi ilə tapılan alpinistlər Elbrusun şərq yamacında aşkar olunublar. 

"Xilasedicilər alpinistləri 3600 metr yüksəklikdə, Elbrus dağının şərq yamacında aşkar edib. Hazırda xilasedicilər onlarla birgə dağdan aşağı enir", Berov qeyd edib.

“Zeytun budağı” əməliyyatı: 394 terrorçu zərərsizləşdirilib

Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayan Türkiyə ordusu terrorçulara qarşı döyüşləri, təmizləməni davam etdirirlər.

Dalga tv-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyə Silahlı Qüvvələri əməliyyatın başlandığı səkkiz gün ərzində 394 yaraqlının neytrallaşdırıldığını açıqlayıb.

Eyni zamanda, məlumatda 340 hədəfin vurulduğu bildirilir.

Kabildə səfirliklərin yerləşdiyi ərazidə terror: 40 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış nəticəsində 40 nəfər ölüb, 140 nəfər yaralanıb. 

Dalga tv Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, ölü və yaralı sayının artacağı istisna edilmir.

Mobil telefonuna enerji dolduran gənc adam öldü — Malayziyada faciə

Malayziyada mobil telefonuna enerji dolduran gənc adam faciəvi şəkildə ölüb.

Dalga tv xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Verilən məlumata görə, 35 yaşlı şəxs mobil telefon enerji yığan zaman cərəyan vurması nəticəsində ölüb.

Hadisə zamanı həmin şəxs dostunun evində olub. Ehtimal olunur ki, cərəyan vurmasına səbəb adapterin naqilinin yeyilməsi olub.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Türkiyəyə daha bir raket hücumu

Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhəri və Kilis vilayətinin eyniadlı mərkəzi növbəti dəfə raket hücumuna məruz qalıb.

Dalga tv Türkiyə KİV-ə istinadən məlumat verir ki, raketlər Suriyanın Afrin bölgəsindən atılıb.

"Afrin istiqamətindən Kilisə raket buraxılıb, raketin düşdüyü yerə dərhal təcili yardım əməkdaşları göndərilib, heç kim xəsarət almayıb", – deyə Kilis vilayət rəhbərliyinin bəyanatında deyilir.

Raket zərbəsi nəticəsində ölən və xəsarət alan yoxdur.

Türkiyə Suriyada ikinci cəbhə açmağa hazırlaşır

Türkiyə Suriyanın Afrin vilayətindəki hərbi əməliyyatlarla kifayətlənməyə bilər.

Bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələri verib. Bildirilir ki, Türkiyə Suriyanın şimalındakı Menbiç rayonunda da yeni cəbhə açmağa hazırdır. Menbiç terrorçuların dislokasiya mərkəzidir.

Mənbənin məlumatında deyilir: "Türkiyə Silahlı Qüvvələri "Suriya Azadlıq Ordusu" ilə birlikdə Afrinin azad edilməsi üçün başlayan əməliyyata uğurla davam edir. "Zeytin Dalı" əməliyyatı Afrin rayonu ilə başa çatmayacaq".

Saytda Axtarış

Son xəbərlər