Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün39
DünənDünən1345
Bu həftəBu həftə11069
Bu ayBu ay8347
Bu günə qədərBu günə qədər7496564

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Madriddə gecə klubunda bədbəxt hadisə - 26 yaralı

İspaniyanın Madrid şəhərinin Karabançel rayonunda gecə klublarından birinin tavanı çöküb.

Dalga tv-nin "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 26 nəfər xəsarət alıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Türkiyə ordusunun yaxın günlərdə Suriyanın hansı bölgəsində əməliyyat aparacağı açıqlanıb

Türkiyə ordusu yaxın günlərdə Suriyanın Afrin bölgəsinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən azad edilməsi əməliyyatına başlayacaq.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Tokat rayonunda AKP-nin rayon təşkilatının konfransında bəyan edib.  

R. T. Ərdoğan deyib ki, Türkiyə ordusunun Afrin əməliyyatı zamanı ABŞ və digər müttəfiqlərdən özlərini müttəfiq kimi aparmasını gözləyir: "Biz bölgədə ABŞ-la birlikdə hərəkət edə biləcəyimizi düşünürük. Biz onlardan Türkiyənin qanuni səylərinə dəstək verməyi gözləyirik. Afrin əməliyyatı zamanı onların bölgədəki hərbi qüvvələrinin terrorçularla eyni sırada yer almayacağına ümid edirik. Afrin əməliyyatının da "Fərat qalxanı" əməliyyatı kimi zəfərlə yekunlaşacağına inanıram".  

Peruda zəlzələdən sonra kömür şaxtasında 17 nəfər itkin düşüb

Bu gün Peruda baş verən zəlzələdən sonra kömür şaxtasında 17 şaxtaçı itkin düşüb.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə bunu Peru Səhiyyə Nazirliyi açıqlayıb.

Təbii fəlakətin 2 nəfərin ölümünə, 65 nəfərin yaralanmasına yol açdığı da bildirilib.

Bundan öncə Peruda zəlzələ nəticəsində 1 nəfərin öldüyü, 20-ə qədər insanın yaralandığı bildirilmişdi. 

Müharibə başladı: Türkiyə ordusu hücuma keçdi

alt

Türkiyə ordusu PYD terrorçularının əlindəki Afrin bölgəsini bombalamağa başlayıb.

Bu gün günorta saatlarından etibarən Türkiyənin Hatay vilayətinin Rehyanlı bölgəsindən Afrinə top atışları atılıb.

 

Qeyd edək ki, İdlibə girən Türkiyə ordusu aylardı Afrin əməliyyatına hazırlaşır. ABŞ isə Suriyanın şimalında (Türkiyənin cənub sərhədi) PKK/PYD güclərini silahlandırmağa davam edir. Amerikanın PYD/YPG terrorçularından təşkil etdiyi Suriya Demokratiya Qüvvələrini (SDQ) Türkiyənin cənub sərhədlərində yerləşdirməyə başlaması və təlimlər keçməsi Ankaranın hərəkətə keçməsinə səbəb oldu. Son məlumatlara görə, əməliyyat üçün əmr yanvarın 17-də keçiriləcək Milli Təhlükəsizlik Şurasında veriləcək. Lakin bu gün Afrinin bombalanması əməliyyatın tezləşdirilə biləcəyi ehtimalını gücləndirir. Hazırda Afrin Türkiyə ordusu tərəfindən mühasirəyə alınıb.

Mənbə: publika.az

70 ildən sonra gizli qutunu açdı - İçindən baxın nə çıxdı / FOTOLAR

2-ci Dünya Müharibəsi dövründə Almaniyadakı evindən köçmək məcburiyyətində qalan Rudi Şlatner ailəsi 70 il sonra geri qayıdıb.

O, geri qayıdandan sonra 70 il əvvəl evin xüsusi bölməsində atası tərəfindən gizlədilən əşyalara rast gəlib. Təsadüf nəticəsində əşyalarla qarşılaşan Rudi, heyrətini gizlədə bilməyib. Onların arasında ətir, oyuncaq, kitab və digər əşyalar olub.
İndi həmin əşyalar muzeydə sərgilənəcək.

İran-İraq sərhədində ardıcıl üç zəlzələ baş verib

İran-İraq sərhədində 4,3 bal gücündə zəlzələ  baş verib.

APA-nın məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtı ilə saat 03:33-də qeydə alınan yeraltı təkanların episentri İlam şəhərindən 70 km qərbdə, İraqın Məndəli şəhərindən 15 km cənub-şərqdə, ocağı 2 km dərinlikdə yerləşib.

Bundan əvvəl yanvarın 13-ə keçən gecə eyni ərazidə 4,6 və 3,9 bal gücündə üç zəlzələ qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Əfqanıstanda terror aktı — 2 ölü, 6 yaralı

Əfqanıstanın Qur vilayətində terror aktı törədilib.

Dalga tv xəbər verir ki, partlayış nəticəsində  2 nəfər həlak olub. Bundan başqa 6 nəfər də xəsarət alıb.

Polisdən verilən xəbərə əsasən, kamikadze terrorçu yaşayış binası yaxınlığında bombanı işə salıb. Qeyd edilir ki, həlak olanlardan biri uşaq, yaralananlardan üç nəfəri isə qadındır.

Ehtimal edilir ki, terrorçu bombanı məsciddə işə salmaq niyyətində olub. Sadəcə bomba vaxtından əvvəl işə düşüb.

Türkiyədə ağır yol qəzası: 9 ölü, 28 yaralı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Dalga tv-nin Türkiyə medaiasına istinadən xəbərinə görə, bu ölkədən İraqa sərnişin aparan avtobus Şırnaq vilayətinin Silopi rayonunda qəzaya düşüb. 

İlkin məlumatlara görə, doqquz nəfər ölüb, 28 nəfər xəsarət alıb.

Nyu Yorkda "Trump Tower" yanır

Nyu-York şəhərində "Trump Tower" binasında yanğın meydana gəlib.

Dalga tv xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. 

Hazırda bir neçə yanğındanmühafizə briqadası alova qarşı mübarizə aparır.

Ölənlər və yaralananlar barədə hələlik heç bir məlumat yoxdur.

https://youtu.be/U_kZJLr-znc

Nəhəng gəmilər toqquşdu — 32 NƏFƏR İTGİN DÜŞDÜ

Panama bayrağı altında İrandan Cənubi Koreyaya hərəkət edən "SANCHI" neft tankeri yanvarın 6-da axşam Çinin şərq sahili yaxınlığında Honkongun "CF CRISTAL" gəmisi ilə toqquşub.

Dalga tv Ölkə.Az saytına  istinadən xəbər verir ki, Çinin Nəqliyyat Nazirliyi hadisə nəticəsində 32 nəfərin itkin düşməsi barədə məlumat yayıb. 

İtkin düşənlər arasında 30 İran və 2 Banqladeş vətəndaşının olduğu bildirilir.

Toqquşma nəticəsində tankerdə yanğın baş verib.

Xilas etmə və axtarış əməliyyatlarına Çin və Cənubi Koreya sahil mühafizəsi xidmətlərinin əməkdaşları cəlb edilib.

Hindistanda uçqun: 17 nəfər öldü

Hindistanın şimalındakı Kupvara-Tandxar avtomobil yolunda baş vermiş qar uçqununda azı 17 nəfər ölüb.

Dalga tv TASS-a istinadən xəbər verir ki, bu barədə Cammu və Kaşmir ştatlarının polisi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, cümə günü axşam avtomobil yoluna 500 metr yuxarı hündürlükdən uçmuş iri həcmli qar kütləsi və daşların altında təxminən 30 insan qalıb. Xilasetmə işlərinin ikinci gününün gedişatında 17 cəsəd aşkar edilib. Onlar arasında biryaşlı uşaq da var.

İranda zəlzələ nəticəsində 20 nəfər xəsarət alıb

İranın qərbində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 20 nəfər xəsarət alıb.  

APA-nın “İRNA”ya istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar gündüz saatlarında Kermanşah əyalətinin  Sare-Pole-Zohzab şəhərindən 8 km cənub-şərqdə, yerin səthindən 40 km dərinlikdə qeydə alınıb. 

Məlumata görə, zəlzələ zamanı 17 nəfər şəhərdə, daha 4 nəfər isə kənd ərazidə xəsarət alıb.

Saytda Axtarış

Son xəbərlər