Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün119
DünənDünən1345
Bu həftəBu həftə11149
Bu ayBu ay8427
Bu günə qədərBu günə qədər7496644

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Hindistanda avtobus körpüdən çaya aşıb, 30 nəfər ölüb

Hindistanda avtobus körpüdən çaya aşıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 30 nəfər ölüb.

Daha 15 nəfərin ciddi xəsarətlər aldığı bildirilir

BMT Qüdsü İsrailin paytaxtı kimi tanımayıb

BMT  Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermənin nəticələrinə əsasən, 128 dövlət sənədin lehinə, 9 - əleyhinə səs verib, 35 dövlət isə bitərəf qalıb.  

Qətnamənin əleyhinə ABŞ, İsrail, Qvatemala, Qonduras, Marşal Adaları, Mikroneziya, Nauru, Palau, Toqo səs verib.  

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-in qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.   

Sənədə əsasən, müqəddəs Qüds şəhərinin statusu, demoqrafik tərkibi və xarakterinin dəyişdirilməsini nəzərdə tutan istənilən qərar və addımlar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir.

Qətnamə həmçinin tələb edir ki, bütün dövlətlər BMT TŞ-in qətnamələrinə zidd olan tədbir və addımları qəbul etməməyə çağırıb. 

İranda zəlzələ nəticəsində iki nəfər ölüb, 117 nəfər xəsarət alıb

İranın şimal bölgəsində baş verən zəlzələ nəticəsində iki nəfər ölüb.

APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlər 70 yaşlı qadın və 10 yaşlı qızdır.

Qadının ürək tutmasından, qızın isə yüksək stress üzündən öldüyü bildirilir. Hadisə nəticəsində 117 nəfər xəsarət alıb.

Qeyd edək ki, yeraltı təkanların episentri Kərəc şəhərindən 17 km cənubda, 7 km dərinlikdə yerləşib.

 

Rusiyada içkili mühafizəçi sərnişini terrorçu ilə səhv saldı

Rusiyanın Sankt-Peterburq şəhərində metro mühafizəçisi yeniyetməni yarım saat tapança ilə təhdid altında saxlayıb.

Oxu.Az-ın xəbərinə görə, insident “Staraya derevnya” stansiyasında baş verib. 

Tapança ilə silahlanmış mühafizəçi sərnişinlərə təhlükəli terrorçunu saxladığını bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları 33 yaşlı mühafizəçini saxlayıblar. Onun üzərindən travmatik tapança götürülüb. 

Araşdırma zamanı mühafizəçinin içkili olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb.

Argentinada etiraz aksiyaları: 162 yaralı

Argentinanın paytaxtı Buenos-Ayresdə əhali hökumətin pensiya islahatlarının əleyhinə etiraz aksiyalarını davam etdirir.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, nümayışlar zamanı etirazçılarla əsayış keşikçiləri arasında qarşıdurma baş verib.

“Todo Noticias” nəşrinin yaydığı məlumata əsasən, etirazlar zamanı 162 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb ki, onlardan da 88 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Polisin yaydığı məlumata əsasən, 80 etirazçı həbs olunub.

Rusiyada təyyarə qəzası: Ölənlər var

Rusiyanın Neneçk muxtar vilayətində "An-2" tipli təyyarə Naryan-Mare aeroportunda havaya qalxdıqdan sonra qəzaya uğrayıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Bildirilir ki, təyyarə yenidir, təyyarəni idarə edən pilot isə təcrübəlidir.

 

Səudiyyə Ərəbistanına raket atıldı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində partlayış baş verib.

Dalga tv İnterfax-a istinadən xəbər verir ki, əvvəlcə partlayış səsi eşidilib, daha sonra isə ətrafı tüstü bürüyüb. Bir neçə dəqiqə sonra isə Yəməndəki husilərin raket zərbəsi endirdiyi məlum olub.

Bir neçə dəqiqə sonra isə husilər Ər-Riyada raket zərbəsi endirdiklərini elan ediblər.

Məlumata görə, raket havada zərərsizləşdirilib.

İndoneziyada güclü zəlzələ baş verib, 1 nəfər ölüb, 5-i xəsarət alıb

İndoneziyanın Yava adasında 6,5 bal gücündə zəlzələ baş verib.

APA-nın “Daily Telegraph”-a istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində azı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Məlumata əsasən, Yava adasının qərbində 62 yaşlı kişi dağıntılar altında qalaraq həyatını itirib.

Ölən və yaralananların sayının artacağı istisna edilmir. 

İƏT bəyannamə qəbul etdi: Şərqi Qüds Fələstinin paytaxtıdır

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun Bəyannamə qəbul edilib.  

Dalga tv-nin APA-ya istinadən məlumatına görə, toplantıda iştirak edən ölkələrin imzaladığı Bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: 

“ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır. Bu ölkə İsrail-Fələstin münaqişəsində vasitəçi rolundan çəkilməlidir".

Sənəddə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.

Türkiyə prezidenti Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıb

 

"İsrailə nəsə deməyə gərək yoxdur. Həqiqət ortadadır. İşğal, qanunsuz məskunlaşmalar, evlərin dağıdılması, ərazi və mülklərin zəbt edilməsi kimi terror hərəkətlərinə görə İsrail  mükafatlandırılıb. Bu mükafatı verən təkbaşına da olsa, Trampdır. “Mən etdim, oldu” deməklə bu dünyada heç nə olmur. Dünya sadəcə sizdən ibarət deyil. BMT-nin 196 üzvü var. Mən 196 ölkənin buna reaksiya verəcəyinə inanıram. Siz Amerika olaraq güclü ola bilərsiniz, silahlarınız ola bilər, nüvə başlıqlarına malik ola bilərsiniz. Lakin bunlar sizin güclü olduğunu ifadə etmir. Siz əgər haqlısınızsa, güclüsünüz, bu məsələdə haqlı deyilsiniz".

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyə prezidenti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə sammitində çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ-ın bu addımı insanlığa yönəlik təhdidlərin qapısını açıb.

"Bu məsələ ədalətli həll olunmayana qədər davamlı sülhdən danışmaq mümkün deyil. Hamının gələcəyini təhlükə altına alan bu vəziyyətə biganə qala bilmərik. Bu, həm də mədəniyyətimizə endirilmiş ağır zərbədir.

Bu məsələ, sülh hər kəsimdən, hər inancdan olan insanların birgə səyi ilə həll olunacaq. Hamını Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram. Paytaxtı Qüds olan müstəqil Fələstin tələbimizdən əl çəkməyəcəyik. Artıq gecikə bilmərik. İsrail əsgərlərinin fələstinli qardaşlarımıza tətbiq etdiyi zülmü lənətləyirik. Qüds bizim qırmızı xəttimizdir”.

Ukrayna prokurorluğu Saakaşvilinin işi ilə bağlı apellyasiya şikayəti verəcək

Biz Saakaşvili barəsində çıxarılan qərarla razı deyilik və apellyasiya şikayəti verəcəyik.

APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko bəyan edib.

«Mən məhkəmənin qərarı ilə qəti razı deyiləm. Baş prokurorluq Saakaşvili barəsində bütün dəlil-sübutları məhkəməyə təqdim edib. Mən təsəvvür edə bilmirəm, hansı ölkədə vətəndaşlıqdan məhrum edilən şəxs zor gücü ilə sərhədi yarır”, deyə Y.Lutsenko qeyd edib. O əlavə edib ki, Saakaşvilinin təsis etdiyi hərəkat hakimiyyəti devirmək məqsədi ilə yaradılıb.

Ötən axşam Kiyev məhkəməsi Odessa vilayətinin sabiq başçısı, “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib. Hakim M.Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə sərbəst buraxıb.

Dekabrın 8-də Kiyevdə saxlanılan M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.

Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib, 4 nəfər yaralanıb

Nyu-Yorkda partlayış nəticəsində xəsarət alanların sayı 4 nəfərə çatıb.

APA-nın “The Telegraph”-a istinadən verdiyi xəbərə görə, partlayışı törədən şəxs 27 yaşlı Banqladeş vətəndaşı olub. O 7 ildir, ABŞ-da yaşayırmış.

Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi təxmin edilir

Saytda Axtarış

Son xəbərlər