Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün454
DünənDünən859
Bu həftəBu həftə2801
Bu ayBu ay51497
Bu günə qədərBu günə qədər7478831

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

İndoneziyada qəza nəticəsində azı 27 nəfər ölüb

İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 27 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, qəza Qərbi Yava əyalətində baş verib.  

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Ölənlərin sayının artacağı istisna olunmur.  

Qəzanın səbəbləri və təfərrüatları açıqlanmır.  

İranda qadınlar kütləvi şəkildə həbs olunur

İranda icbari hicab qaydasına etiraz olaraq keçirilən aksiyada iştirak etmiş 29 qadın həbs olunub.

Dalga tv Ren TV-yə istinadən xəbər verir ki, saxlanılan fəallar ictimai asayişi pozmaqda ittiham olunur.

Etirazçılar çərşənbə günü Tehran küçələrinə axışıb. Nümayiş dekabrda Tehranın İnqilab prospektində baş örtüyünü çıxararaq, onu bayraq kimi əlində yelləmiş Vida Mövahidin etiraz aksiyasından ilhamlanıb. Bəzi nümayiş iştirakçıları ona dəstək olaraq internetə baş örtüyü olmadan çəkdirdikləri videogörüntüləri yerləşdirib.   

Qadın hüquqları ilə bağlı etirazlar İranın 1979-cu il İslam inqilabından bəri ən kütləvi analoji aksiyasına çevrilib.

Türk ordusu Afrində dağa bayrağını sancdı

Türkiyə Silahlı Qüvvələrinin "Zeytun budağı" hərəkatı çərçivəsində Suriyadakı Darmık dağı terrorçulardan azad edilib.

Dalga tv Anadolu agentliyinə istinadən xəbər verir ki, Darmıka türk bayrağının sancılması anını əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

https://youtu.be/BklODEBBbwY

İsrail ordusu 40-dan çox fələstinliyə xəsarət yetirib

Bu gün Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 40-dan çox fələstinli xəsarət alıb.

Bu barədə  Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

"Fevralın 2-də toqquşmalar nəticəsində 5 fələstinli döyüş gülləsi, 2 nəfər isə rezin güllələrdən xəsarət alıb. 31 nəfər gözyaşardıcı qazdan zəhərlənib", - deyə Cəmiyyətin nümayəndəsi İrab əl-Fukah bildirib.

Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib ki,  Qəzza zolağı ilə İsrail arasında sərhəddə 3 fələstinli güllə yarası alıb, daha iki nəfər gözyaşardıcı qazdan zəhərlənib alıb.

ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra  Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar iki aya yaxındır ki, davam edir.

Təyyarə qəzaya düşdü, hamı öldü — Heç kim paraşütdən istifadə etməyə imkan tapmayıb

Çində hərbi təyyarə qəzaya uğrayıb.

Dalga tv xəbər verir ki, qəzaya "Y-8"in bazasında şəkli dəyişdirilmiş yeni tip yanacaqdoldurma təyyarəsi düşüb.

Hadisə nəticəsində ən azı 12 heyət üzvü həyatını itirib.

Hadisə zamanı sağ qalanın olmadığı təxmin edilir. Çünki təyyarənin göyərtəsində olanlardan heç kim paraşütdən istifadə etməyə macal tapmayıb.

Afrindən Türkiyəyə atılan raket restorana düşüb, yaralananların olduğu bildirilir

Türkiyənin Suriyailə sərhədində yerləşən Kilis şəhərinə bu gün üçüncü raket atılıb.

APA-nın "NTV"-yə istinadən verdiyi xəbərə görə, Suriyanın Afrin bölgəsindən atılan raket şəhərdəki restoranlardan birinə düşüb.

Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Qeyd edək ki, bu gün ərzində Suriya ərazisindən Türkiyəyə daha iki raket atılıb.

Dünən isə Suriyadan Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonuna atılan raketin partlaması nəticəsində 17 yaşındakı Fatma Avlar adlı qız yatdığı yerdə ölüb.

Xatırladaq ki, Türkiyə Ordusu Afrində əməliyyat keçirir.

Ankarada güclü partlayış baş verib, xəsarət alanlar var

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib. APA-nın  "Haber Turk"-ə istinadən verdiyi xəbərə görə, insident Çukurambar rayonunda baş verib.

Məlumata görə, partlayış vergi müfəttişliyinin yanında baş verib.

İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat toxdur. Hadisə yerinə polis qüvvələri cəlb edilib.  

Son məlumata görə, qaz sızması nəticəsində baş vermiş güclü partlayış nəticəsində 3 nəfər yüngül xəsarət alıb. Bu barədə Ankara valisi Ercan Topaca bildirib. 

İranda hicaba qarşı kütləvi etiraz

İranda hakimiyyətin 38 ildir qadınlara tətbiq etdiyi geyim qaydalarına etiraz olaraq zərif cinsin nümayəndələri Tehranın müxtəlif yerlərində aksiya keçiriblər.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, qadınların tənha şəkildə aksiya keçirməsi son aylar ənənə halını alıb.

https://youtu.be/bmjDB_0gGCQ

Qeyd edək ki, 2017-ci il dekabrın 27-də 1,5 yaşlı körpə qız anası, 31 yaşlı Vida Müvəhid Tehranın İnqilab prospektində baş örtüyünü bayrağa çevirərək saçları tökülmüş vəziyyətdə etiraz aksiyası keçirmişdi. İranlı hüquq müdafiəçisi Nəsrin Sütudə polis tərəfindən həmin gün qadının həbs olunduğunu, yanvarın 28-də isə sərbəst buraxdığını bildirib.

Yanvarın 29-da isə Vida Müvəhidin hərəkətini bir neçə qadın təkrarlayıb.

Türkiyədə hərbi hissəyə hücum: Ölən var

Türkiyənin İraqla sərhəddə yerləşən Hakkari vilayətində hərbi hissə hücuma məruz qalıb.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, silahlı hücum nəticəsində bir nəfər həlak olub, beş hərbçi yaralanıb.

Hücumun İraq ərazisindən daxil olmuş PKK yaraqlıları tərəfindən həyata keçirildiyi bildirilir.

Yaralanmış hərbçilər Hakkari vilayətinin hərbi hospitalına çatdırılıb.

Qeyd edək ki,Türkiyə və müstəqil dövlət yaratmağa çalışan Kürd Fəhlə Partiyası (PPK) arasındakı münaqişə 30 ildən çoxdur ki, davam edir. Münaqişədə 40 mindən çox insan həyatını itirib. BMT və Avropa İttifaqı PKK-nı terrorçu qruplaşma hesab edir.  

Azərbaycanlıların olduğu gəmi qəzaya uğrayıb

Qara dənizdə, Krım sahilləri yaxınlığında zədələnmiş "Berq" yük gəmisi Türkiyə gəmiçilik şirkətinə məxsus olub.

Bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Zədələnən gəminin ekipaj üzvləri səkkiz Ukrayna vətəndaşı və dörd azərbaycanlıdan ibarətdir. Gəmidə üç min tondan çox yükün daşındığı bildirilir.

Qəza yerinə xilasedici kater göndərilib. Bütün ekipaj üzvlərinin Feodosiyaya təxliyyə edildiyi xəbər verilir.

"Yük gəmisinin zədələnmiş hissəsi artıq təmir olunub", - deyə Rusiya FHN-nin Cənubi Regional Mərkəzinin sədri bildirib.

"Gəminin sahibindən məlumat daxil olub ki, yardıma ehtiyac yoxdur. Korpusda əmələ gələn dəliyi öz gücləri hesabına aradan qaldıracaqlarını bildiriblər. Artıq dəliyi bağlayıblar", - deyə o qeyd edib.

O əlavə edib ki, bərpa-təmir işləri yekunlaşdıqdan sonra gəmi yoluna davam edəcək. Rusiya FHN-nin məlumatına görə, Moldova bayrağı altında üzən yük gəmisi Azov dənizindən Türkiyə istiqamətinə hərəkət edib. Hazırda gəminin Feodosiya sahillərindən 15 kilometr aralıda dayandığı bildirilir. 

Türk ordusu daha bir kəndi azad etdi

"Zeytun budağı"nın 12-ci günündə Afrinin daha bir kəndi PKK, PYD və YPG-li terrorçulardan təmizlənib.

Dalga tv-nin Türkiyə mediasına istinadən xəbərinə görə, azad olunan kənd Afrinin Bak Ubasi kəndidir.

Eyni zamanda, Afrinin Darmık dağındakı terrorçu hədəfləri bombalanır.

 

Türkiyədə ağır yol qəzası: Səkkiz ölü

Türkiyədə Van-Hakkari avtomagistralında yük maşını ilə mikroavtobus toqquşub.

Dalga tv xəbər verir ki, Van əyalətinin Gürpınar rayonundakı qəzada səkkiz nəfər həyatını itirib, iki nəfər ağır yaralanıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə Van Təlim-Araşdırma Xəstəxanasına aparılıb.

Hadisə yerində polis araşdırma aparır.

Saytda Axtarış

Son xəbərlər