Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün42
DünənDünən1345
Bu həftəBu həftə11072
Bu ayBu ay8350
Bu günə qədərBu günə qədər7496567

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

KİV: İranın keçmiş prezidenti Mahmud Əhmədinejad saxlanılıb

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkədə keçirilən hökumət əleyhinə aksiyalara dəstək verdiyi üçün saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə "Al-Quds Al-Arabi" qəzeti Tehrandakı mənbəyə istinadən məlumat yayıb.

Qəzet yazıb ki, M. Əhmədinejad Şiraza səfəri zamanı İranın ali dini rəhbəri Əli Xamneyinin göstərişi ilə saxlanılıb. M. Əhmədinejad ötən cümə axşamı Buşəhrdə aksiyaçılar qarşısında çıxışında deyib ki, bəzi məmurlar insanların problemlərindən uzaqdır və cəmiyyətdəki real vəziyyət barədə məlumatsızdırlar. M. Əhmədinejad insanların hazırkı hakimiyyətdən narazı olduğunu, hakimiyyətin resursları inhisara aldığını vurğulayıb.

Rəsmi Tehran hələ məsələyə rəsmi şərh verməyib. 

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkili Seyid Adil Heydəri isə İLNA  xəbər agentliyinə açıqlamasında  deyib ki, sabiq prezidentin həbsi ilə bağlı yayılan xəbərlər doğru deyil. APA-nın Tehran bürosunun məlumatına görə,  M.Əhmədinejadın sosial media hesabında müavini Həmid Bəqayi ilə bağlı İranın Məhkəmə Sisteminin işini tənqid edən videolar yayımlanıb.

Stokholm metrosunda partlayış zamanı yaralananlardan biri ölüb

Bu gün Stokholm metrosunda partlayış zamanı yaralanan 60 yaşlı kişi həyatını itirib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İsveç polisi məlumat yayıb.

Partlayışda yaralanan 45 yaşlı qadın həmin kişinin həyat yoldaşı olub. Üzündən və ayağından yaralanan qadın xəstəxanaya yerləşdirilib. Polis qətl və ictimai təhlükəsizliyə qarşı cinayətlə bağlı ilkin təhqiqata başlayıb. 

ABŞ-da kişi üç ailə üzvünü qətlə yetirib, özü isə intihar edib

ABŞ-ın Santa Klarita şəhərində (Kaliforniya ştatı) dəhşətli qətl hadisəsi baş verib.

APA-nın ABC telekanalına istinadən verdiyi məlumata görə, adı açıqlanmayan kişi ailə üzvlərini güllələyib, sonra intihar edib.

Məlumata əsasən, ailə başçısı əvvəl həyat yoldaşı, sonra isə iki övladını qətlə yetirib.

İnsidentin detalları müəyyənləşdirilir. 

İranlı general: "Üsyançılar məğlub oldu"

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Məhəmməd Əli Cəfəri bir həftədir davam edən etiraz nümayişləri ilə bağlı açıqlama verib.

"Ölkə.Az" xəbər verir ki, Cəfəri İranda fitnənin başa çatdığını, üsyançıların məğlub olduğunu bildirib. 28 dekabr tarixindən davam edən etiraz nümayişlərində 21 nəfər həlak olub, yüzlərlə nümayişçi saxlanılıb.

General tədbirli davrandıqları üçün düşməni məğlub etdiklərini bildirib: "Bu nümayişlərdə 1500 insan iştirak edirdi. Ümumi olaraq fitnəçilərin sayı 15 minə qədər idi".

İran prezidenti Həsən Ruhani də etirazların bir neçə günə başa çatacağına ümid etdiyini bildirmişdi.

Çində 130 milyon illik dinozavr yumurtası tapıldı — FOTO

Çinin Jiangski bölgəsinin Qanzhu şəhərində bir qrup inşaatçı yeni kəşfə imza atıb.

Ölkə.Az xəbər verir ki, yeni məktəbin bünövrəsi qoyulanda Yura dövrünə aid dinozavr yumurtaları tapılıb.

Yumurtaların 130 milyon il yaşı var.

Qanzhu şəhəri tüklü və quşa bənzər dinozavrların ən çox göründüyü yer kimi tanınır.

Bünövrə töküləndə istifadə edilən partlayıcı maddələr yumurtalara ziyan vurmayıb.

Fəhlələr yumurtaları yığanda iki mm qalınlığı olan qara yumurta qabığına rast gəliblər.

Müharibələr, siyasi böhranlar, terror aktları... – 2017-ci ilin ən yaddaqalan hadisələri

Müharibələr, siyasi böhranlar, terror aktları və təbii fəlakətlər 2017-ci ildən də yan keçmədi. III Dünya müharibəsinin başlama ehtimalları yola saldığımız ildə də gündəmdən düşmədi.

2017-ci ilin ən yaddaqalan hadisələrini təqdim edir.

 

2 Yanvar: Braziliyadakı həbsxana qiyamında bir həftə ərzində 100-dən çox məhbus həyatını itirdi.

20 yanvar: Donald Tramp ABŞ-ın 45-ci prezidenti olaraq vəzifəsinə başladı.

23 yanvar: Türkiyə, Rusiya və İranın Suriya münaqişəsinin həlli üçün qurduğu Astana formatı çərçivəsində ilk toplantı keçirildi.

27 Yanvar: ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsindən olan qaçqınların ölkəyə girişinə qadağa qoyan qərarı imzaladı.

23 Fevral: Türkiyə ordusunun dəstəklədiyi Azad Suriya Ordusu Suriyanın şimalında yerləşən Əl-Bab şəhərini İŞİD-dən aldı.

6 Mart: Donald Tramp əhalisinin əksəriyyətini müsəlmanlar olan 6 ölkənin (İran, Suriya, Yəmən, Somali, Sudan və Liviya) vətəndaşlarına 3 aylıq viza məhdusiyyətlərin tətbiqi barədə sərəncam imzaladı.

8 Mart: İsrail parlamenti azanın 23:00-07:00 saatları arasında səsgücləndiricilərlə verilməsinə qadağa qoyan qanun layihəsini qəbul etdi.

11 Mart: Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Niderlanda girməsinə icazə verilmədi, ailə və sosial siyasət naziri Fatma Kayanın avtomobili Rotterdamdakı Türkiyə Baş konsulluğunun yaxınlığında saatlarla saxlanıldı.

29 Mart: Böyük Britaniya Lissabon razılaşmasının 50-ci maddəsinə istinad edərək Avropa İttifaqından çıxış prosesinə rəsmən başladı.

4 Aprel: Suriya ordusunun İdlib vilayətin Xan Şeyhun bölgəsində kimyəvi hücumu nəticəsində 100-dən çox dinc insan həlak oldu.

23 May: Britaniyanın Mançester şəhərində "Mançester-Arena" stadionunda amerikalı müğənni Ariana Qrande konsertində törədilən terror aktında 7-si uşaq olmaqla, 22 nəfər həyatını itirdi.

29 May: Şimali Koreya ilk qitələrarası ballistik raketi müvəffəqiyyətlə sınaqdan keçirildiyini açıqladı.

1 İyun: ABŞ prezidenti ölkəsinin Paris İqlim Razılaşmasından çıxma qərarını açıqladı.

5 İyun: Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Yəmən "terror dəstək verməkdə" ittiham etdiyi Qətərlə əlaqələri kəsdiyini bəyan etdi.

16 İyun: Donald Tramp Kuba ilə əlaqələrin normallaşdırılması prosesini dayandırdı.

9 İyul: 2014-cü ilin yayında İŞİD terror qruplaşmasının əlində olan İraqın Mosul şəhəri azad edildi.

16 Avqust: Kolumbiya ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) üsyançıları arasında gedən 52 illik müharibə başa çatdı.

25 Avqust: Myanmarda silahlı qrupunun sərhəd-keçid məntəqələrinə hücumunu əsas gətirən ordunun Arakanda keçirdiyi hücumlarda minlərlə müsəlman qətlə yetirildi.

3 Sentyabr: Şimali Koreya 2006-cı ildən bu yana altıncı və ən böyük nüvə sınağını keçirdi.

19 Sentyabr: Meksikada 8 və 19 sentyabr tarixlərində baş verən 8,1 və 7,9 bal gücündə zəlzələlərdə 462 nəfər həyatını itirdi.

25 Sentyabr: Şimali İraq kürd muxtariyyəti müstəqillik referendum keçirildi. İraq ordusu referendumdan sonra bölgəyə müdaxilə etdi.

1 Oktyabr: İspaniyanın Kataloniya muxtar vilayətində müstəqillik referendum keçirildi. Bu, Kataloniyadakı yerli hakimiyyətin səlahiyyətlərinin mərkəzi hökumət tərəfindən geri alınması ilə nəticələndi.

2 Oktyabr: ABŞ-ın Las-Veqas şəhərində bir konsert zamanı törədilən terror aktında 58 nəfər həyatını itirdi.

6 Oktyabr: Nüvə Silahlanrının Məhv Edilməsi Hərəkatı (ICAN) Nobel Sülh Mükafatını qazandı.

14 Oktyabr: Somalinin paytaxtı Moqadişuda təşkil edilən terror aktında 358 nəfər həyatını itirdi.

4 Noyabr: Livanın baş naziri Saad Əl-Həriri Ər-Riyadda canlı yayımda olarkən İran və "Hizbullah"ı bölgədə qeyri-sabitlik yaratmaqda ittiham etdi. Ölkəsində həyatına təhlükə olduğunu deyən baş nazir istefa verdi. O, 17 gün sonra Livan prezidenti Mişel Aunun istəyi ilə istefa qərarını geri çəkərək ölkəsinə qayıtdı.

5 Noyabr: Yaxın Şərqdə noyabrın 5-dən 6-na keçən gecə tarazlığı dəyişdirə biləcək hadisə baş verdi. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yerinə göz dikə biləcək 11 şahzadə və 39 digər yüksək vəzifəli şəxs həbs olundu. Həbslər dalğası sonralar da davam etdirildi.

15 Noyabr: Ordunun müdaxiləsi ilə Zimbabvenin dövlət başçısı Robert Muqabenin təxminən 27 illik hakimiyyətinə son qoyuldu.

6 Dekabr: ABŞ prezidenti Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı.

9 Dekabr: İraqın baş naziri Heydər Əl-İbadi ölkə torpaqlarının İŞİD-dən azad edildiyini açıqladı.

13 Dekabr: İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən xüsusi konfransında Şərqi Qüds Fələstinin paytaxtı elan edildi.

19 Dekabr: ABŞ BMT Təhlükəsizlik Şurasının iclasında Qüdslə bağlı Donald Trampın qərarına etiraz olaraq Misir tərəfindən irəli sürülən qətnamə layihəsinə veto qoydu. Qətnamə layihəsinə Təhlükəsizlik Şurasının 14 üzvü dəstəklədi.

21 Dekabr: BMT Baş Assambleyası dekabrın 21-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul etdi. Sənədin lehinə 128 ölkə səs verdi. 9 ölkə qətnamənin əleyhinə səs verdi, 35 dövlət bitərəf qaldı.

Mənbə: publika.az

Peruda avtobus qəzası nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb

Peruda avtobusun qəzaya düşməsi nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl qəza nəticəsində 36 nəfərin öldüyü bildirilmişdi. 

İnsident Perunun paytaxtı Lima şəhərindən 70 km aralıda, “Şeytan aşırımı” adlanan dağ yolunda baş verib. Toqquşandan sonra salonunda 50 sərnişin olan avtobus 100 metr dərinlikdə dərəyə aşıb.

GPS məlumatlarının təhlilinə əsasən, hər iki avtomobil yüksək sürətlə hərəkət edib.

İranın müxtəlif şəhərlərində iğtişaşlara qarşı yürüşlər keçirilir

İranın müxtəlif şəhərlərində son hadisələrə etiraz əlaməti olaraq yürüşlər keçirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, Əhvaz, Kirmanşah, Qum, Xorrəmabad, Abadan və digər şəhərlərdə keçirilən kütləvi aksiyalar "Vəhdət yürüşü" adlandırılıb. Aksiya iştirakçıları "Amerikaya ölüm", "Fitnə yaradanlara ölüm" və "İsrailə ölüm" şüarları səsləndiriblər, iğtişaşçıların cəzalandırılmasını tələb ediblər.

Yanvarın 2-də paytaxt Tehranda sakitlik hökm sürüb. Tehranda iğtişaşlar baş verən küçə və meydanlar polis nəzarətində olub.

"İribnews"in məlumatına görə, ötən gecə İsfahan əyalətindəki Ləncan şəhərində bəzi iğtişaşçılar şəhər meriyasının binasını atəşə tutub. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.

Bu ölkədə qara avtomobillər qadağan edildi

Artıq iki aydan çoxdur ki Türkmənistanın paytaxtı Aşqabadın Yubileynaya küçəsində yerləşən park yeri qara (tünd) rəngli avtomobillərlə doludur.

Dalga tv Sonxeber.az-a istinadən xəbər verir ki, avtomobillər faktiki olaraq polislərin tələbi ilə evakuasiya edilib. Bir neçə gün əvvəl avtomobillərin öz sahiblərinə qaytarılacağı bildirilib. Lakin bir şərtlə ki, avtomobil sahibləri maşınlarını ağ və ya açıq rənglərə boyayacaqlar.

 

Məlumata görə, qara yük avtomobilləri birbaşa parklardan evakuasiya olunur və yol polisinin cərimə meydançalarına gətirilir. Beləliklə, 2018-ci ilin yanvar ayından etibarən qara avtomobil istismarı qadağan edilib.

Yeni tələblər avtosalonlarda avtomobillərin rəng dəyişdirmə xidmətlərinin qiymətini ikiqat artırıb. Əgər əvvəllər avtomobilin rənglənməsi 500 dollara başa gəlirdisə, indi bu xidmət 1000 dollara başa gəlir.

Qeyd edək ki, 2015-ci ilin yanvar ayından etibarən Türkmənistana qara maşınların idxalına qadağa qoyulub. Həmin vaxt gömrük işçiləri qadağanın səbəbini açıqlaya bilməmişdi. Onlar suallara "Ağ rəngli avtomobil alınması vacibdir, çünki ağ rəng xoşbəxtlik gətirir"- deyə, cavab verirdilər.

Donald Tramp: "İran xalqı hakimiyyətdən cana doyub"

ABŞ prezidenti Donald Tramp İran İslam Respublikasını “terrorun bir nömrəli dövlət sponsoru” adlandırıb.

Dalga tv Ölkə.Az-a istinadən xəbər verir ki, ABŞ prezidenti bu bəyanatı İran prezidenti Həsən Ruhani öz ölkəsində baş qaldıran etiraz dalğasını etiraf etməsindən az sonra yayıb.

“İran terrorun bir nömrəli dövlət sponsoru olaraq insan haqlarını hər saat pozmaqdadır. İndi də dinc nümayişçilərin kommunikasiyasının qarşısını almaq üçün interneti qapadıblar. Yaxşı deyil!”, - deyə Donald Tramp özünün tvitter hesabında yazıb.

D.Tramp qeyd edib ki, iranlılar öz pullarının və sərvətlərinin oğurlanaraq terrorizmə israf olunmasından artıq cana doyublar:

"Belə görünür ki, onlar daha dözmək niyyətində deyillər. Bu məsələ bizi də narahat edir. ABŞ İranda insan haqları pozuntularını diqqətlə müşahidə edir”.

 

Güclü partlayışda 4 nəfər yaralandı — Yeni il italyanlar üçün pis başladı

Ölkə.Az xəbər verir ki, bu barədə  “Stampa” qəzeti məlumat yayıb. Verilən məlumata görə, hadisə bu ilin ilk günün səhər saatlarında Turin şəhərində qeydə alınıb. Bombanın partlaması nəticəsində 4 nəfər yaralanıb.

Partlayış şəhərin kənar rayonlarının birində baş verib. Əldəqayırma bomba zibil qutularının birində yerləşdirilibmiş. Partlayış nəticəsində iki mərakeşli və iki italiyalı yaralanıb. Yaralılardan biri 83 yaşlı təqaüdçüdür.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə axtarış zamanı 12 oxşar partlayıcı qurğu və patron aşkarlayıblar. İlkin ehtimala görə, hadisə terror aktı olub. Lakin dəqiq məlumatlar aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

İranda etiraz aksiyalarında ölənlərin sayı 10 nəfərə çatıb

İranda etiraz aksiyalarında ölənlərin sayı 10 nəfərə çatıb.

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

Məlumatda aksiyaçıların hansı şəraitdə öldüyü açıqlanmayıb. 

Saytda Axtarış

Son xəbərlər