Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün19
DünənDünən1345
Bu həftəBu həftə11049
Bu ayBu ay8327
Bu günə qədərBu günə qədər7496544

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

İranda aksiyalar zamanı iki nəfərin öldüyü təsdiqlənib

alt

İran hakimiyyəti Lurestanda etiraz aksiyalarında toqquşmalar zamanı iki nəfərin öldüyünü təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə İranın "Press TV"  telekanalı məlumat yayıb.

Telekanal təhlükəsizlik qüvvələrinin "aksiyaçılara atəş açmadığını" qeyd edib.

Qeyd edək ki, bundan öncə "Associated Press" agentliyi Dorud şəhərində aksiya zamanı iki nəfərin öldüyü barədə məlumat yayıb. 

 

Tehranda minlərlə insan aksiya keçirir

Dekabrın 29-da İranda sosial-iqtisadi problemlərlə əlaqədar başlayan etiraz aksiyaları davam edir.

Dalga tv Oxu.Az-a xəbər verir ki, bu gün etiraz edən şəhərlər sırasında paytaxt Tehran da qoşulub.

Şəhərin İnqilab meydanında etiraz aksiyası başlayıb. Əraziyə təhlükəsizlik qüvvələri gəlib. Daha sonra aksiya Tehran Universitetini də əhatə edib. Etirazçı kütlənin Vəliəsr meydanında toplaşmağa hazırlaşdığı bildirilir. 

İran Ali Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Nəqavi ölkədə iqtisadi problemlərin olduğunu etiraf edib: “Biz bunları həll etməliyik, lakin düşmənlərin bu problemlərdən istifadə etməsinə imkan verməyəcəyik”.

Daxili işlər naziri Rəhman Fəzli isə kiberməkanda etirazlara çağırışların səsləndiyini və bunun qanunsuz olduğunu bəyan edib. O, insanları aksiyalara qoşulmamağa çağırıb.

Dekabrın 29-da kütləvi aksiyanın keçirildiyi Kirmanşahda kütlənin bu gün də meydana toplaşmağa başladığı xəbər verilir. Şəhri-Kord şəhərində isə təhlükəsizlik qüvvələri etirazçıları dağıdıb.

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları keçirilib. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Məşhəddə kütlə “Nə Qəzza, nə Livan, mənim həyatım İran!” deyə qışqırıb. Bu şəhərdə 52 nəfər saxlanılıb.

 

Nyu-Yorkda güclü yanğın: 12 nəfər həlak oldu

ABŞ-da Nyu-York şəhərinin Bronks bölgəsində güclü yanğın baş verib.

Oxu.Az xəbər verir ki, yanğının söndürülməsinə şəhərin yanğından mühafizə idarəsinin 160-dan çox əməkdaşı cəlb olunub.

Baş verən yanğın nəticəsində arasında uşaqların da olduğu 12 nəfər həlak olub.

Kolumbiyada gecə klubunda qumbara partladı: Onlarla yaralı

Kolumbiyanın Kaukasiya şəhərində gecə klubunda qumbara partlayıb.

Dalga tv  RİA Novosti-yə istinadən xəbər verir ki, insident nəticəsində azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılardan 11-in vəziyyəti ağırdır.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən bir kişi və bir qadın saxlanılıb.

İsrail hərbiçiləri ilə toqquşmalarda 300-dən çox fələstinli yaralanıb

Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail güc strukturları ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində yaralananların sayı 303-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildiribş

“Bu gün iğtişaşlarda 170 fələstinli yaralanıb, onlardan 50-si güllə yarası alıb, 5 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir. 100-dən çox insan gözyaşardıcı qazdan zəhərlənib”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib. 

Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 133 fələstinliyə tibbi yardım göstərilib. 

Sankt-Peterburqda mağazada partlayış baş verib, xəsarət alanlar var

Sankt-Peterburqda ticarət mərkəzində yerləşən mağazaların birində partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Ticarət mərkəzində olan insanlar təxliyə olunub.

İlkin məlumata əsasən, insident nəticəsində 10 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir. 

Türkiyədə naməlum şəxs məktəbdə atəş açıb, 7 nəfər yaralanıb

Türkiyənin Qaziantəp şəhərində naməlum şəxs məktəbin həyətində tüfəngdən atəş açıb.

APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 5-i şagird olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar  xəstəxanaya çatdırılıb, onların həyatlarına təhlükə olmadığı bildirilir.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

2018-ci ildə bizi nə gözləyir? – VANQADAN İKİ VACİB PROQNOZ

Bolqarıstanlı görücü Vanqa 2018-cildə bəşəriyyəti gözləyən iki vacib hadisə barədə proqnoz verib.

Dalga tv  “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Vanqanın proqnozlarına əsasən, 2018-ci ildə Çin dünyanın ən güclü dövləti olacaq. 

Belə ki, ÇXR həm ÜDM göstəriciləri, həm də dünyada baş verən siyasi və iqtisadi proseslərə təsir baxımından ABŞ-ı geridə qoyacaq. 

Vanqanın daha bir proqnozuna əsasən, Venerada yeni enerji forması aşkarlanacaq. 

Qeyd edək ki, buna qədər Vanqa 11 sentyabr terroru, “Brexit”, İŞİD terror təşkilatının yaranmasını təxmin etmişdi.

Məşhur görücünün proqnozları arasında 2256-cı ilə Marsda koloniya qurulacağı və 2341-ci ildə dünyanın yaşamaq üçün əlverişsiz vəziyyətə gələcəyi də var.

Sankt-Peterburqa göy qar yağdı

Rusiyanın Sankt-Peterburq şəhərində həyətlərin birində göy rəngdə yağıb.

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Təbiət hadisəsi yerli sakinlərdə təşviş doğurub.

Mütəxəssislər qarın nümunələrini götürərək analiz aparılması üçün laboratoriyaya göndəriblər.

 

Əfqanıstanda partlayış: 6 polis ölüb

Əfqanıstanın cənubunda törədilən partlayış nəticəsində 6 sərhəd polisi həlak olub, daha altı nəfər isə xəsarət alıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Pajvak” agentliyi məlumat yayıb.

Bildirilir ki, partlayış Gilmend vilayətində yerləşən Marca rayonunda baş verib.

Hadisənin təfərrüatları araşdırılır.

 

Əfqanıstanda partlayış: Yeddi nəfər ölüb

Əfqanıstanın cənubunda Hilmənd vilayətində baş verən partlayış zamanı ən azı yeddi nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Dalga tv-nin Oxu.Az-a istinadən xəbərinə görə, hadisə Marca rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, mülki vətəndaşları daşıyan nəqliyyat vasitəsi yol kənarında quraşdırılmış minaya düşüb. 

Regionda fəaliyyət göstərən qruplaşmalardan heç biri hələlik partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

ABŞ-da təyyarə qəzaya uğrayıb: Ölənlər var

ABŞ-ın Florida ştatının Bartau hava limanında ikimotorlu təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində dörd nəfər ölüb. 

Bu barədə Dalga tv WFLA telekanalına istinadən xəbər  verir.

Məlumata əsasən, hadisə bazar günü səhər saatlarında baş verib. Qəzanın səbəbləri aydınlaşdırılır. Lakin hadisə zamanı hava limanı ərazisində  güclü duman olduğu bildirilir.

Saytda Axtarış

Son xəbərlər