Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün161
DünənDünən1345
Bu həftəBu həftə11191
Bu ayBu ay8469
Bu günə qədərBu günə qədər7496686

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

“Zeytun budağı” əməliyyatından sonra Afrin ərazisini gündə 700-dən çox adam tərk edir — Suriyada vəziyyət gərginləşib

Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başlayandan sonra gün ərzində 700 sakin sözügedən ərazini tərk edir.

 Bu barədə rusiyalı general-mayor Yuri Yevtuşenko keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu da Suriyada vəziyyəti daha da gərginləşdirib.

"İstərdim bildirim ki, "Zeytun budağı" əməliyyatı başlayandan sonra gün ərzində 700 sakin Afrin ərazisini tərk edir. Sakinlər Suriyanın Hələb, İdlib və digər regionlarına axın edirlər. Burada da vəziyyət daha da gərginləşir", - deyə Yuri Yevtuşenko bildirib.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində "Zeytun budağı" əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd " F-16" təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri "Azad Suriya ordusu" müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.

Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3.5 kilometrliyinə qədər irəliləyiblər. Hələlik terrorçular onlara güclü müqavimət göstərə bilməyiblər. Əməliyyatlar zamanı terrorçular çox sayda canlı qüvvə itiriblər.

Trampdan gözlənilməz açıqlama: "Üzr istəyə bilərəm"

ABŞ prezidenti Donald Tramp ifrat sağ görüşlü bir ingilis qruplaşmanın videolarını Tvitter səhifəsində paylaşdığı üçün üzr istəyib.

  Davosda ingilis mətbuatına müsahibə verən Tramp qrup haqqında bir məlumatı olmadığını bildirib: "Tanıya biləcəyiniz ən irqçi olmayan insan mənəm. Bu videoları paylaşmağım qruplaşmanı dəstəklədiyim mənasına gəlmir".

Tramp 2017-ci ildə ifrat sağ görüşlü "Britain First" qrupunun İslam əleyhinə videolarını səhifəsində paylaşmışdı. Bu səbəbdən üzr istəyib.

Davosda məsələyə toxunan Tramp deyib: "Mənə irqçi insan olduqlarını söyləsəydiniz, üzr istəyərdim".

"Good Morning Britain" verilişinə müsahibəsində Tramp aparıcının "bu videoları paylaşdığınız üçün İngiltərədə sərt reaksiyalara səbəb oldunuz"-sualına Tramp "Əlbəttə ki, belə insanların olduğunu bilmirdim. Onlar haqqında heç nə bilmirdim. Bəzi yerlərdə oxuduğumdan başqa indi də onlar haqqında heç nə bilmirəm"-deyə cavab verib.

Cənubi Koreyada yanğın faciəsi — 41 ölü

Cənubi Koreyanın Miryanq şəhərindəki bir xəstəxanada yanğın baş verib.

Dalga tv xəbər verir ki, insident nəticəsində ən azı 41 nəfər həlak olub. 77 nəfər isə xəsarət alıb.

Rəsmilərin verdiyi xəbərə əsasən, qulluğa ehtiyacı olan yaşlıların qaldığı  "Sejong" xəstəxanasının təcili yardım bölməsində başlayan yanğın bütün binanı bürüyüb. Bu səbəbdən ölü sayının artacağı bildirilir.

Yanğının səbəbləri bilinmir. İnsident birinci mərtəbədə başlayıb. Yanğın vaxtı binada 100-dən çox xəstə olub. Yanğınsöndürənlər 1 saat 40 dəqiqə mübarizədən sonra yanğını ram edə biliblər.

Qırğızıstanda anomal soyuqlar 15 nəfərin ölümünə səbəb oldu

Qırğızıstanın paytaxtı Bişkek şəhərində anomal soyuqlar davam edir.

Dalga tv xəbər verir ki, yanvar ayında soyuqlar 15 nəfərin ölümünə səbəb olub.

Həftənin çərşənbə günü Qırğızıstanın fövqəladə hallar xidməti ölkənin bütün ərazisində havaların kəskin soyuyacağı barədə xəbərdarlıq edib.

 Sinoptiklərin məlumatına əsasən, 26 yanvar tarixindən dağ rayonlarında tempratur mənfi 45 dərəcəyə qədər enəcək.

Gündə 6 litr qazlı su içən oğlanın dişləri bu günə düşdü — FOTOLAR

Avropada yaşayan 32 yaşlı Maykl Şeridan dişləri ağrıdığı üçün 10 il ancaq yumşaq qidalar qəbul edib.

Dalga tv xəbər verir ki, qazlı içkilərə düşkünlüyü bu ağrılara səbəb olub. Gündə 6 litr qazlı su içən Mayklın dişləri çürük-çürük olub. Qazlı suya olan sevgisi səbəbindən onun 27 dişi birdən çürüyüb.

Nəhayət, ağrılardan bezən Maykl stomatoloqa müraciət edir. Həkim onun 7 dişini birdən çəkərək implant diş taxır. Bu əməliyyat 50 min avroya başa gəlir.

Yaponlar qabığı yeyilən banan əkirlər

Yaponiyanın "D&T Farm" şirkəti Okayama şəhərindəki dükana xüsusi növ banan ixrac edir.

Dalga tv xəbər verir ki, bu bananlar digərlərindən daha şirindir və qabığını da yemək mümkündür. Amma ən maraqlı fakt odur ki, tropik bitki çox soyuq tempraturda becərilir.

Şirkət banana "Monqey" növü adını verib. Monqey sözü yapon dilindən tərcümədə qeyri-adi deməkdir. Belə meyvə becərmək fikri texniki məsələlər üzrə menecer Setszuo Tanakinin ağlına gəlib. Amma sonradan bu fikirdən bir layihə alınıb.

Qabığı yeyilən bananın kollarını mənfi 60 dərəcədə əkirlər. Bir müddət sonra dondurub başqa şəraitə köçürürlər. Sonra isə, adi banan kimi yetişdirirlər. Tempratur dəyişikliyi səbəbindən boyları tez artır və qabıqları nazik olur.

Qeyd edək ki, banan qabığı orqanizm üçün çox faydalıdır.

Suriya Türkiyəni hədələdi: "Cavab verəcəyik"

Suriyanın xarici işlər nazirinin müavini Faysal Mekdad Türkiyənin Afrində həyata keçirdiyi "Zeytin dalı" əməliyyatı ilə bağlı açıqlama verib.

Dalga tv xəbər verir ki, suriyalı diplomat əməliyyatı işğal adlandırıb. Mekdad, Suriyanın buna cavabı olacağını bildirib.

Mekdad deyib: "Türkiyənin həyata keçirdiyi hərbi əməliyyat Suriyanın suverenliyini pozmaqdır. Suriyanın suverenliyinə qarşı bir hücumdur".

Jurnalistin "Rusiya buna yaşıl işıq yandırıb"-fikrinə isə Mekdad "Bilmirəm. Rusların də düşündüyünü bilirik. Rusiyanın Suriya əvəzinə hərəkət edə biləcəyini və ya Suriyada bu günə qədər müdafiə etdiyi prinsiplərə qarşı davranacağını düşünmürəm. Başqa sözlə, Türkiyə Suriyanın suverenliyinə hücum edib və Suriya belə bir hücuma qarşı hər cür cavab vermə hüququna malikdir"-cavabını verib.

Jurnalistin "söhbət hərbi əməliyyatlardan gedir?"-sualına isə diplomat belə cavab verib: "Buna bir başa cavab veririk. Hazırda baş verənlərə baxın. Bizim siyasətimiz və mövqeyimiz var. Bu hücumu qınadıq və buna görə hərəkə edəcəyik. Hər hansı bir fəaliyyətdən bəhs etmirəm. Amma Suriyanın özünü qoruma hüququ var. Hava hücumundan müdafiə sistemlərimiz də hazırdır".

Çində sərnişin qatarı yandı

Çinin şərqində dəmir yolu qəzası baş verib.

Dalga tv xəbər verir ki, Anxoy əyalətində sərnişin qatarının vaqonlarından biri alışıb. Qatar Sindao şəhərindən Xançjou istiqamətində hərəkət edirmiş.

Sürət qatarının bütün sərnişinləri Dinyuan stansiyasında təxliyə edilib. Xəsarət alan yoxdur.

İlkin məlumatlara əsasən, elektrik qurğusundakı nasazlıq yanğına səbəb olub. Faktla bağlı istintaq başlayıb.

Moskvada azərbaycanlı milyarderlərin bazarı yanır

Moskva şəhərinin cənub-şərqində yerləşən "Sadovod" bazarının ticarət pavilyonunda  yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" paxtaxtın fövqəladə hallar xidmətindən olan mənbəyə istinadən məlumat yayıb.

"Üçüncü cərgədə pavilyon yanır, yanğın təxminən 20 kvadrat metr sahəni əhatə edir", – deyə adı açıqlanmayan mənbə bildirib.

Məlumata görə hadisə yerinə gələn xilasedicilər təxliyyə işləri aparır.

Xatırladaq ki, ötən həftə həmin bazarda tikinti tullantılarının alovlanması nəticəsində 300 kvadrat metr sahə yanmışdı. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

"Sadavod" bazarı Qoda Nisanov və Zarah İliyevin sahib olduğu "Kiyevskaya Ploşad" şirkətinin balansındadır. MDAY (Moskva Dairəvi Avtomobil Yolu) kənarında yerləşən bazar Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır.

Bazar 40 hektardan çox ərazini əhatə edir. Orada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək, bağ-həyət ləvazimatları və s. satan səkkiz mindən çox pavilyon fəaliyyət göstərir.

Afrində artıq 300-dən çox terrorçu zərərsizləşdirilib

Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib ki, ‘"Zeytun budağı’" əməliyyatı çərçivəsində Suriyanın Afrin əyalətində artıq 300-dən çox terrorçu zərərsizləşdirilib

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldırımın sözlərinə görə, Afrində anti-terror əməliyyatı plan üzrə gedir.

"Türkiyə ordusu Suriyanın şimal-qərbində İŞİD və PKK yaraqlıları ilə mübarizə aparır", - deyən, Yıldırım qeyd edib ki, YPG abbreviaturası cinayətkar təşkilatın mahiyyətini dəyişmir.

"YPG və PKK eyni şeydir. Bizə onların mahiyyəti məlumdur, çünki artıq 40 ildir mübarizə aparır", - deyə, türk hökumətinin başçısı bildirib.

“Zeytun budağı”: Dörd gündə 260 terrorçu məhv edilib

Türkiyə Silahlı  Qüvvələrindən (TSQ)  Afrində davam edən "Zeytun budağı" əməliyyatı ilə bağlı  açıqlama verilib.

Oxu.Az-ın xəbər verir ki, TSQ-nın "son dəqiqə" açıqlamasına görə, ən azı 260 PKK/KCK/PYD-YPG-li və İŞİD-çi məhv edilib.

Türkiyə Afrində ikinci şəhidini verdi

Türkiyə ordusu “Zeytun budağı” əməliyyatında ikinci şəhidini verib.

Oxu.Az-ın xəbərinə görə, bu haqda Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu məlumat verib.

O qeyd edib ki, terrorçularla qızğın döyüşlər zamanı türk hərbçisi Oğuz Kaan Usta Afrində şəhid olub.

Saytda Axtarış

Son xəbərlər