Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün67
DünənDünən1345
Bu həftəBu həftə11097
Bu ayBu ay8375
Bu günə qədərBu günə qədər7496592

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Alyaskada güclü zəlzələ: Sunami təhlükəsi var

ABŞ-ın Alyaska ştatının sahillərində 8.1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Dalga tv “Rossiya 24” telekanalına istinadən məlumat yayır.

Məlumata görə, yeraltı təkanların episentri Alyaska körfəzində, Kadyak adasından 280 kilometr cənub-şərqdə qeydə alınıb.

ABŞ-da zəlzələdən sonra sunami təhlükəsi yaranıb. Sunami riski ilə bağlı Kanadanın Britaniya Kolumbiyası vilayətinin sahilyanı rayonları və Vaşinqton ştatının sərhədindən Attu adasına kimi olan ərazilərdə xəbərdarlıq elan olunub. Hökumət sakinləri həmin əraziləri tərk etməyə çağırıb.

Geoloji xidmət zəlzələni sarı dərəcə ilə təsnif edib. Sarı dərəcəli xəbərdarlıq - insan itkisi və iqtisadiyyata ziyanın az ehtimal olunduğunu bildirir.

Zəlzədən dörd saat sonra hündür dalğaların Havay adalarına çatacağı istisna edilmir. Həmin zəlzələnin Yeni Zelandiya üçün də potensial sunami riski yaratdığı bildirilir. Hələlik dağıntılar və itkilər barədə heç bir məlumat yoxdur. 

Almaniyada təyyarə ilə helikopter toqquşub: Ölənlər var

Almaniyanın Filipsburq şəhəri yaxınlığında kiçik həcmli təyyarə ilə helikopter toqquşub, 4 nəfər ölüb.

Dalga tv-nin məlumatına görə, qəza zamanı hər iki nəqliyyat vasitəsi alovlanıb.

Hadisə yerinə təcili yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.

Faciənin təfərrüatları, qəza anında təyyarə və helikopterdə nə qədər insan olduğu barədə, hələ ki, heç bir məlumat yoxdur.

Suriyadan Türkiyə ərazisinə raket atılması nəticəsində yaralıların sayı 46-ya çatıb

Suriya ərazisindən Türkiyənin Hatay vilayəti, Reyhanlı qəsəbəsinə raket atılması nəticəsində yaralananların sayı 46 nəfərə çatıb.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 1 nəfərin öldüyü, 32 nəfərin isə yaralandığı bildirilirdi.

Məlumata görə, Türkiyə hərbi aviasiyası terrorçularln mövqelərinə zərbələr endirib.

Qeyd edək ki, ötən gün Suriyanın Afrin bölgəsindən Reyhanlı qəsəbəsinə 3 raket atılıb.

Kəndlər təmizlənir, terrorçular bir-bir yaxalanır

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) "Zeytun budağı" hərbi əməliyyatı davam edir.

Oxu.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Türkiyənin və TSQ-nin dəstəyilə Azad  Suriya Ordusu (ASO) Afrindəki kəndləri bir-bir ələ keçirir.  

Belə ki, Afrinin Raco qəsəbəsində irəliləyən ASO-çular Azman və  Şenkal kəndlərinin ardınca Adamanlı, Balinli kəndlərini də kürd terrorçularından təmizləyərək, onları nəzarəti altına alıb. 

Digər yandan Adamanlı kəndini ələ  keçirərkən ASO-çular  üç YPG-li terrorçunu da canlı şəkildə yaxalayıblar.

İdlibdə "Cəbhət ən-Nüsra"ya qarşı hərbi əməliyyat başlayıb

Suriya hökumət qüvvələri tərəfindən İdlib əyalətinin şərqində "Cəbhət ən-Nüsra" terror qruplaşmasına qarşı hərbi əməliyyatlara başlanılıb.


APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda 1500-dən çox terrorçunun mühasirəyə aldığı bildirilir.

İdlib əyalətində irimiqyaslı əməliyyatlar yanvar ayının əvvəlindən başlanıb.

Artıq 24 yaşayış məntəqəsi terrorçulardan azad edilib. 

İran toz dumanına qərq olub, insanların səhhətində problem yaranıb

İranın Xuzistan əyalətinin cənub-qərbində toz dumanına görə 359 nəfər xəstəxanalara müraciət edib. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Abadan şəhəri üzrə inistitut rəhbəri Əlirza  Amuzəndə deyib.


Ə. Amuzəndə bildirib ki, insanlar ötən 3 gün ərzində Abadan,  Xorrəmşəhr və Şadqan şəhərlərində  yerləşən xəstəxanalara müraciət edib: "Havada olan toz dumanına görə Abadan şəhərində tənəffüs problemi yaşayan 49 nəfərin vəziyyəti ağır olduğu üçün onlar stasionar müalicəyə cəlb olunub. Xorrəmşəhrdə 55 nəfər müraciət edib ki, onlardan 25 nəfəri hazırda xəstəxanadadır. Şadqan şəhərində isə 138 nəfər həkimə müraciət edib və onlardan 14 nəfəri hazırda xəstəxanada müalicə alır".


Toz dumanı səbəbilə Abadan və Xorəmşəhrdə insanlar gündəlik işlərini görməkdə çətinlik çəkiblər, evlərindən bayıra çıxa bilməyiblər. Məktəblərdə dərslər dayandırılıb. 
 
Qeyd edək ki, uzun illərdir İranın cənub bölgəsində yerləşən şəhərlər toz dumanına məruz qalır. Tozun Səudiyyə Ərəbistanı və Iraqdakı səhralardan qaynaqlandığı bildirilir.

Trampın siyasətindən narazı olanlar küçələrə axışdı — ABŞ-da etiraz aksiyaları

ABŞ-da etiraz aksiyaları başlayıb.

Dalga tv xəbər verir ki, Los Anceles, Nyu-York, Çikaqo, Denver də daxil olmaqla, onlarla şəhərdə insanlar Donald Trampın hakimiyyətə gəlməsinin ildönümü ilə əlaqədar etiraz aksiyaları keçirir. Əhali prezidentin yürütdüyü siyasətdən narazılığını ifadə edir. Etirazlar əsasən miqrasiya siyasətinə və abortların maliyyələşməsinin məhdudlaşdırılmasına görədir.

Aksiyalara cinsi azlıqlar və miqrantları müdafiə edən təşkilatlar da qoşulub.

Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatında ilk uğuru

Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına uğurla başlayıb.

Dalga tv xəbər verir ki, bu barədə Türkiyə Silahlı qüvvələri məlumat yayıb. Verilən məlumata görə, “Fərat qalxanı”ndan sonra ikinci böyük hərbi əməliyyat olan “Zeytun budağı” ötən gündən başlanılıb.

Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.

Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3.5 kilometrliyinə qədər irəliləyiblər. Hələlik terrorçular onlara güclü müqavimət göstərə bilməyiblər. Əməliyyatlar zamanı terrorçular çox canlı qüvvə itiriblər.

Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təklif edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qondarma "erməni soyqırımı" ilə bağlı həqiqətlərin üzə çıxması üçün bir daha Ermənistana arxivlərin açılmasını təklif edib.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan Bursada partiyanın rayon təşkilatının konfransında bildirib ki, ermənilərin köçürülməsinə səbəb olan hadisələr zamanı ölən türklərin sayı köçürülmə zamanı həyatını itirdiyi iddia olunan ermənilərin sayından dəfələrlə çoxdur.

R. T. Ərdoğan deyib ki, həmin hadisələrlə bağlı Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahının arxivində 1 milyon 700 min sənəd var: "Həmin sənədlərin 1 milyonu indiyə qədər açılıb. Biz qondarma "erməni soyqırımı"nın araşdırılması üçün arxivlərin açılmasını təklif etdik. Bu günə qədər arxivlərin açılması təklifimizi qəbul etməyiblər. Qarşımıza çıxmağa cəsarət etmədilər". 

 

Suriyanın Afrin bölgəsindən Türkiyəyə 3 raket atılıb, 1 nəfər ölüb, 32 nəfər yaralanıb

Bu gün Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, raketlərdən ikisi Reyhanlının Rıfat Bahadırlı prospektindəki bir evə və Cümhuriyyət prospektindəki bir iş yerinə düşüb.

Nəticədə 2-i ağır olmaqla, 32 nəfər yaralanıb. İş yeri yaxınlığında bir avtomobildə olan suriyalı mühacir isə ölüb.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə hava zərbələri endirib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. Suriyada "Fərat" qalxanı əməliyyatı çərçivəsində azad edilmiş bölgədən də Afrinə müxalif Azad Suriya ordusunun hücumu başlayıb. Azad Suriya Ordusunun bölmələri Türkiyə tanklarının müşayiəti ilə irəliləyir. Gün ərzində 3 kənd terrorçulardan təmizlənib.

Kabildə hotelə hücum: 35 ölü və yaralı

Əfqanıstanın paytaxtı Kabildə silahlıların “Intercontinental Hotel” mehmanxanasına hücumu nəticəsində 35 nəfər ölüb və yaralanıb. 

Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölən və yaralananların dəqiq sayı hələlik məlum deyil. Məlumata görə, hücum edənlərdən biri məhv edilib. Otelin ikinci mərtəbəsində güclü yanğın baş verib.   

Məlumata görə, üzərilərində partlayıcı qurğuların olduğu dörd terrorçu otelə hücum edərək bir qrup şəxsi girov götürüblər. Daha sonra silahlılar və binanı mühasirəyə almış polis əməkdaşları arasında atışma olub.   

Yerli sakinlər hadisə yerində bir neçə partlayışın baş verdiyini bildiriblər. 

Baş nazir: "Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq"

Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı  formalaşdıracaq.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım media təmsilçiləri ilə görüşdə bəyan edib.

B. Yıldırım Türkiyə ordusunun dünən başladığı "Zeytun budağı" əməliyyatında da əsas məqsədin Türkiyə sərhədi boyu Suriya ərazisində 30 km genişlikdə təhlükəsizlik zolağı yaratmaq olduğunu bildirib.

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə hava zərbələri endirib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. Suriyada "Fərat" qalxanı əməliyyatı çərçivəsində azad edilmiş bölgədən də Afrinə müxalif Azad Suriya ordusunun hücumu başlayıb. Azad Suriya Ordusunun bölmələri Türkiyə tanklarının müşayiəti ilə irəliləyir.   

Saytda Axtarış

Son xəbərlər