Dalga Televiziyasi Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatında ilk uğuru
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün196
DünənDünən722
Bu həftəBu həftə9917
Bu ayBu ay41460
Bu günə qədərBu günə qədər7529677

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyə ordusunun “Zeytun budağı” əməliyyatında ilk uğuru

Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına uğurla başlayıb.

Dalga tv xəbər verir ki, bu barədə Türkiyə Silahlı qüvvələri məlumat yayıb. Verilən məlumata görə, “Fərat qalxanı”ndan sonra ikinci böyük hərbi əməliyyat olan “Zeytun budağı” ötən gündən başlanılıb.

Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.

Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3.5 kilometrliyinə qədər irəliləyiblər. Hələlik terrorçular onlara güclü müqavimət göstərə bilməyiblər. Əməliyyatlar zamanı terrorçular çox canlı qüvvə itiriblər.

Saytda Axtarış

Son xəbərlər