Dalga Televiziyasi Müharibələr, siyasi böhranlar, terror aktları... – 2017-ci ilin ən yaddaqalan hadisələri
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün195
DünənDünən722
Bu həftəBu həftə9916
Bu ayBu ay41459
Bu günə qədərBu günə qədər7529676

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Müharibələr, siyasi böhranlar, terror aktları... – 2017-ci ilin ən yaddaqalan hadisələri

Müharibələr, siyasi böhranlar, terror aktları və təbii fəlakətlər 2017-ci ildən də yan keçmədi. III Dünya müharibəsinin başlama ehtimalları yola saldığımız ildə də gündəmdən düşmədi.

2017-ci ilin ən yaddaqalan hadisələrini təqdim edir.

 

2 Yanvar: Braziliyadakı həbsxana qiyamında bir həftə ərzində 100-dən çox məhbus həyatını itirdi.

20 yanvar: Donald Tramp ABŞ-ın 45-ci prezidenti olaraq vəzifəsinə başladı.

23 yanvar: Türkiyə, Rusiya və İranın Suriya münaqişəsinin həlli üçün qurduğu Astana formatı çərçivəsində ilk toplantı keçirildi.

27 Yanvar: ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsindən olan qaçqınların ölkəyə girişinə qadağa qoyan qərarı imzaladı.

23 Fevral: Türkiyə ordusunun dəstəklədiyi Azad Suriya Ordusu Suriyanın şimalında yerləşən Əl-Bab şəhərini İŞİD-dən aldı.

6 Mart: Donald Tramp əhalisinin əksəriyyətini müsəlmanlar olan 6 ölkənin (İran, Suriya, Yəmən, Somali, Sudan və Liviya) vətəndaşlarına 3 aylıq viza məhdusiyyətlərin tətbiqi barədə sərəncam imzaladı.

8 Mart: İsrail parlamenti azanın 23:00-07:00 saatları arasında səsgücləndiricilərlə verilməsinə qadağa qoyan qanun layihəsini qəbul etdi.

11 Mart: Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Niderlanda girməsinə icazə verilmədi, ailə və sosial siyasət naziri Fatma Kayanın avtomobili Rotterdamdakı Türkiyə Baş konsulluğunun yaxınlığında saatlarla saxlanıldı.

29 Mart: Böyük Britaniya Lissabon razılaşmasının 50-ci maddəsinə istinad edərək Avropa İttifaqından çıxış prosesinə rəsmən başladı.

4 Aprel: Suriya ordusunun İdlib vilayətin Xan Şeyhun bölgəsində kimyəvi hücumu nəticəsində 100-dən çox dinc insan həlak oldu.

23 May: Britaniyanın Mançester şəhərində "Mançester-Arena" stadionunda amerikalı müğənni Ariana Qrande konsertində törədilən terror aktında 7-si uşaq olmaqla, 22 nəfər həyatını itirdi.

29 May: Şimali Koreya ilk qitələrarası ballistik raketi müvəffəqiyyətlə sınaqdan keçirildiyini açıqladı.

1 İyun: ABŞ prezidenti ölkəsinin Paris İqlim Razılaşmasından çıxma qərarını açıqladı.

5 İyun: Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Yəmən "terror dəstək verməkdə" ittiham etdiyi Qətərlə əlaqələri kəsdiyini bəyan etdi.

16 İyun: Donald Tramp Kuba ilə əlaqələrin normallaşdırılması prosesini dayandırdı.

9 İyul: 2014-cü ilin yayında İŞİD terror qruplaşmasının əlində olan İraqın Mosul şəhəri azad edildi.

16 Avqust: Kolumbiya ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) üsyançıları arasında gedən 52 illik müharibə başa çatdı.

25 Avqust: Myanmarda silahlı qrupunun sərhəd-keçid məntəqələrinə hücumunu əsas gətirən ordunun Arakanda keçirdiyi hücumlarda minlərlə müsəlman qətlə yetirildi.

3 Sentyabr: Şimali Koreya 2006-cı ildən bu yana altıncı və ən böyük nüvə sınağını keçirdi.

19 Sentyabr: Meksikada 8 və 19 sentyabr tarixlərində baş verən 8,1 və 7,9 bal gücündə zəlzələlərdə 462 nəfər həyatını itirdi.

25 Sentyabr: Şimali İraq kürd muxtariyyəti müstəqillik referendum keçirildi. İraq ordusu referendumdan sonra bölgəyə müdaxilə etdi.

1 Oktyabr: İspaniyanın Kataloniya muxtar vilayətində müstəqillik referendum keçirildi. Bu, Kataloniyadakı yerli hakimiyyətin səlahiyyətlərinin mərkəzi hökumət tərəfindən geri alınması ilə nəticələndi.

2 Oktyabr: ABŞ-ın Las-Veqas şəhərində bir konsert zamanı törədilən terror aktında 58 nəfər həyatını itirdi.

6 Oktyabr: Nüvə Silahlanrının Məhv Edilməsi Hərəkatı (ICAN) Nobel Sülh Mükafatını qazandı.

14 Oktyabr: Somalinin paytaxtı Moqadişuda təşkil edilən terror aktında 358 nəfər həyatını itirdi.

4 Noyabr: Livanın baş naziri Saad Əl-Həriri Ər-Riyadda canlı yayımda olarkən İran və "Hizbullah"ı bölgədə qeyri-sabitlik yaratmaqda ittiham etdi. Ölkəsində həyatına təhlükə olduğunu deyən baş nazir istefa verdi. O, 17 gün sonra Livan prezidenti Mişel Aunun istəyi ilə istefa qərarını geri çəkərək ölkəsinə qayıtdı.

5 Noyabr: Yaxın Şərqdə noyabrın 5-dən 6-na keçən gecə tarazlığı dəyişdirə biləcək hadisə baş verdi. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yerinə göz dikə biləcək 11 şahzadə və 39 digər yüksək vəzifəli şəxs həbs olundu. Həbslər dalğası sonralar da davam etdirildi.

15 Noyabr: Ordunun müdaxiləsi ilə Zimbabvenin dövlət başçısı Robert Muqabenin təxminən 27 illik hakimiyyətinə son qoyuldu.

6 Dekabr: ABŞ prezidenti Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdı.

9 Dekabr: İraqın baş naziri Heydər Əl-İbadi ölkə torpaqlarının İŞİD-dən azad edildiyini açıqladı.

13 Dekabr: İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən xüsusi konfransında Şərqi Qüds Fələstinin paytaxtı elan edildi.

19 Dekabr: ABŞ BMT Təhlükəsizlik Şurasının iclasında Qüdslə bağlı Donald Trampın qərarına etiraz olaraq Misir tərəfindən irəli sürülən qətnamə layihəsinə veto qoydu. Qətnamə layihəsinə Təhlükəsizlik Şurasının 14 üzvü dəstəklədi.

21 Dekabr: BMT Baş Assambleyası dekabrın 21-də ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul etdi. Sənədin lehinə 128 ölkə səs verdi. 9 ölkə qətnamənin əleyhinə səs verdi, 35 dövlət bitərəf qaldı.

Mənbə: publika.az

Saytda Axtarış

Son xəbərlər