Dalga Televiziyasi Dünya
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün834
DünənDünən957
Bu həftəBu həftə10035
Bu ayBu ay47773
Bu günə qədərBu günə qədər7475107

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dünya

Meksikada güclü zəlzələdən sonra 122 təkrar yeraltı təkan qeydə alınıb

Meksikada güclü zəlzələdən sonra təkrar yeraltı təkanların sayı 122-yə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksikanın Milli Seysmoloji Xidməti məlumat verib.

 "Yerli vaxtla saat 19.30-dək 122 təkrar təkan qeydə alınıb", məlumatda deyilir.

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, iki pilot ölüb

Türkiyənin İzmir vilayəti ərazisində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Dalga tv Oxu.az-a istinadən məlumatına görə, hadisə fevralın 16-da Çiğli təlim mərkəzində baş verib.

Qəza nəticəsində iki pilot həlak olub.

Hadisənin səbəbləri araşdırılır.

Alimlərdən həyəcan təbili — Dünya Okeanının səviyyəsi artır

Bu gün heç kimə sirr deyil ki, qlobal istilər Dünya Okeanının səviyyəsinin artmasına səbəb olub.

 Müasir texnikanın köməyi ilə də alimlər bu günə qədər qlobal miqyasda dəniz səviyyəsinin dinamikasının vahid xəritəsini hazırlaya bilmirlər.

Məlum olan odur ki, XIX əsrin ortalarından dəniz səviyyəsi getdikcə artır. 1993-cü ildən isə bu artım dəhşətli templə müşahidə edilir.
2015-ci ildə bu mövzu dəfələrlə gündəmə gəlib, bir sıra elmi işlər ortaya çıxıb. Məlum olub ki, son 20 ildə Dünya Okeanının səviyyəsində artım sürətlənib. 1993-2014-cü illər arasında artım illik olaraq 2.6-2.9 millimetr təşkil edib. Bu zaman NASA bəyan etdi ki, suyun səviyyəsinin artmasına istixana qazları da təsir edir.

ABŞ-da mütəxəsisslər tərəfindən aparılan yeni araşdırma da müsbət düşüncə vermədi. Dənizin qlobal səviyyəsi stabil yox, artan sürətlə qalxır.

1992-ci ildən Dünya Okeanının səviyyəsini "TOPEX/Poseidon" beynəlxalq peyk sistemi ölçür. Aparatların əldə etdiyi məlumat incələndikdən sonra Dünya Okeanı relyefi tədqiq edilib.

Alimlər müəyyən ediblər ki, dəniz səviyyəsinin qalxmasındakı artım hər il 0.8 mm artır. Əgər vəziyyət belə davam etsə, Dünya Okeanı əsrin sonuna qədər hər il 10 mm artacaq və 60-65 sm-i ötəcək.

Mütəxəssislərin fikrinə əsasən, suyun səviyyəsi iki səbəbdən artır. Birincisi, isinən su genişlənir və son 25 ildə bu səbəbdən suyun qlobal səviyyəsi 3-4 sm artıb. İkincisi, əriyən aysberqlərin suyu Dünya Okeanına qarışır, bu da səviyyəni artırır.
Bundan başqa vulkan aktivliyi də suyun səviyyəsinin artmasına səbəb olur.

Aysberqlərin əriməsi bu templə davam etsə, 2100-cü ildə suyun səviyyəsini minimum 1 metr artıracaq.

ABŞ Suriyada maşın karvanını bombaladı — 40 rus əskəri öldü

ABŞ ordusunun əskərləri Suriyada hava hücumu həyata keçirib.

İddiaya əsasən, hücum nəticəsində 40 rus hərbçisi həlak olub.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Deyr-əz-Zorda rejim gücləri və "Hizbullah" silahlılarını vurduğunu əks etdirən görüntülər yayımlayıb. Pentaqonun Suriyadakı partnyoru YPG qruplaşmasını qorumaq üçün həyata keçirdiyi hücumda rus istehsalı olan tankların hədəf alındığı və 40-a yaxın rus əskərinin öldüyü iddia edilir.

Video çarxda "T-72" tankları və digər hərbi texnikanın məhv edildiyi görünür.

Rusiya tərəfi isə həlak olanların rus, amma Rusiya ilə əlaqəsi olmayanlar olduğunu ifadə edib.

ABŞ Milli Təhlükəsizlik idarəsinin qarşısında atışma

ABŞ-ın Merilend ştatındakı milli təhlükəsizlik idarəsinin baş qərargahı qarşısında atışma baş verib.

İnsident nəticəsində 3 nəfər xəsarət alıb. Atəş açan şəxs saxlanılıb.

Fort-Mid şəhər hökuməti bildirib ki, şəhər avtomagistralı tədqiqat üçün bağlanıb. Hadisə yerində Federal Təhiqatlar Bürosunun əməkdaşları çalışır.

"Zeytun Budağı"əməliyyatı 26-cı günündə

Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun budağı" əməliyyatında 1485 terrorçu öldürülüb.

Dalga tv Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatın 26-cı günündə 46 terrorçu məhv edilib, daha bir kənd terrorçulardan tamamilə təmizlənib.

Bu isə əməliyyatın başladığı gündən indiyə kimi 1485 terrorçunun zərərsizləşdirilməsi deməkdir.

Onu da bildirək ki, əməliyyatlara dəstək üçün hazırda 20 avtomobillik hərbi konvoy sərhədə doğru yola çıxıb.

ABŞ-ın Türkiyədəki səfirliyinin yerləşdiyi prospektə “Zeytun budağı” adı verilib

ABŞ-ın Türkiyədəki səfirliyinin yerləşdiyi prospektin adı dəyişdirilib.

Dalga tv Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ankara Böyükşəhər Bələdiyyəsinin Məclisinin toplantısında qərar qəbul olunub.

Qərara görə, Ankara şəhərində ABŞ səfirliyinin yerləşdiyi Nevzat Tandoğan prospekti bundan sonra “Zeytun budağı” adlanacaq.

Bundan əlavə, paytaxtın müxtəlif rayonlarındakı “Gülən” adlı 7 küçə və prospektə də, müvafiq olaraq, Vətən, Diriliş, Bayraq, Qayı və Hilal adlarının verilməsinə qərar verilib.

Nigeriyada ağır yol qəzasında 22 məktəbli həlak olub

Nigeriyanın Kano ştatında məktəbliləri daşıyan avtobus yük maşını ilə toqquşub.

Oxu.Az-ın məlumatına görə, toqquşma nəticəsində azı 22 məktbəli və avtobusun sürücüsü həlak olub, 3 nəfər isə xəsarət alıb.

Kano ştatının yol hərəkəti xidmətinin nümayəndəsi Kabir İbrahim-Daura bildirib ki, həlak olan məktəblilərin 12-si oğlan və 10-u isə qız olub.

“Zeytun budağı” ilə bağlı son məlumat

Türkiyə ordusu "Zeytun budağı" əməliyyatı başlanan gündən bəri Suriyanın şimal-qərbində 1439 terrorçunu zərərsizləşdirib.

 Bu barədə Türkiyə Ordu Baş Qərargahı bəyanat yayıb.

Suriyanın Afrin rayonunun PYD/PKK terrorçularından təmizlənməsi ilə bağlı "Zeytun budağı"əməliyyatı yanvarın 20-də başlanılıb.

Türkiyə SQ Afrindəki döyüş əməliyyatları beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik  Şurasının  terrora qarşı mübarizə məsələləri ilə bağlı qətnamələri və BMT Nizamnaməsinin fərdi və kollektiv özünümüdafiə haqqında 51-ci maddəsinin tələblərinə uyğun şəkildə aparılır.

Afrin əməliyyatında indiyədək Türkiyə ordusunun 31 əsgəri həlak olub

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün yanvarın 20-də başladığı "Zeytun budağı" əməliyyatında indiyə qədər 31 əsgər şəhid olub, 143 əsgər yaralanıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bu gün yaydığı məlumatda əksini tapıb.

Ötən dövr ərzində Türkiyə Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində terror təşkilatına məxsus 627 hədəf məhv edilib, 1369 terrorçu zərərsizləşdirilib..

“Zeytun budağı”nın 23-cü günü: 1266 terrorçu məhv edilib

Türkiyənin Suriyanın Afrindəki terror yuvalarına qarşı başlatdığı "Zeytun budağı" əməliyyatının 23-cü  günündə yeni bir açıqlama yayılıb.

Dalga tv xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) "son dəqiqə" açıqlamasına görə, daha 86 terrorçu öldürülüb və məlum əməliyyat başlayandan bu günə qədər məhv edilən terrorçuların sayı 1266-ya çatıb.

Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur

Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.

Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. 

Saytda Axtarış

Son xəbərlər